Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Turist tələsi
Turist tələsi (ing. Tourist trap) — Bir çox turisti cəlb edən və mal və xidmətlərin normaldan daha bahalı olan bir yer.
Siçan tələsi (İnformatika)
Siçan tələsi (ing.mousetrap, ru. мышеловка) - JavaScript, yaxud başqa skriptli dildə proqramlaşdırılmış, ancaq brauzerin “geri” (“back”) düyməsinin nəzərdə tutulduğu kimi işləmədiyi veb-səhifə. Yəni belə veb-səhifəyə daxil olduqdan sonra oradan geri qayıtmaq olmur. 2001-ci ildə ABŞ-nin Federal Ticarət Komissiyası (Federal Trade Commission) izləyiciləri reklamlara baxmağa məcbur etmək üçün minlərlə veb-saytda “siçan tələsi”indən istifadə edən reklamverənlərə qarşı cəza tədbirləri nəzərdə tutub. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Təpəlik
Bir xətt üzrə uzanan, dairəvi yüksəklikdir. Çox vaxt təpəlik qədim dağılmış dağların qalıqları olur.
Təkəlik dağı
Təkəlik dağı – Sahbuz гayonu ərazisində dağ (hünd. 2892,5 m). Dərələyaz silsiləsinin suayırıcısındakı Keçəldağ yüksəkliyindən (hünd. 3118,9 m) cənub-şərqə istiqamətlənmiş eyniadlı qolunda zirvə. Naxçıvançayın Qışlaqsu qolunun mənbə hissəsində, Yuxarı Qışlaq kəndindən 3,5 km şimal-şərqdədir. Erkən Pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət eyniadlı subvulkanik kütləyə uyğun gələn sıldırım yamaclı, günbəzvari yüksəklikdir. Yamaclarında eyniyaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit lavaları və piroklastolitləri və onları yarıb çıxan daha kiçik, eynitərkibli intruziv kütlələr açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl əyilməsinin hüdudlarında yerləşir.
Tələbin elastikliyi
Tələbin elastikliyi—Hər hansı bir əmtəənin qiyməti aşağı düşdükdə, istehlakçıların gəlirləri artdıqca, əvəzedici əmtəələrin qiyməti qalxdıqda və ya tamamlayıcı əmtəələrin qiyməti azaldıqda istehlakçılar bu əmtəədən daha çox alırlar. Qeyd olunan dəyişənlərin dəyişməsinə istehlakçıların kəmiyyət etibarı ilə necə cavab verəcəyini ölçmək üçün iqtisadçılar elastiklik anlayışını istifadə edirlər. == Tələbin qiymət elastikliyi və onu müəyyən edən amillər == Tələb qanuna görə hər hansı əmtəənin qiyməti artdıqda ona olan tələbin həcmi artır. Tələbin qiymət elastikliyi tələbin həcminin qiymət dəyişməsinə hansı miqdarda cavab verdiyini ölçür. Əgər qiymət dəyişməsinə cavab olaraq tələbin həcmi çox dəyişərsə, bu əmtəəyə olan tələbin elastik olduğu deyilir. Əgər qiymət dəyişməsinə cavab olaraq tələbin həcmi az dəyişərsə, bu əmtəəyə olan tələbin qeyri-elastik olduğu deyilir.Hər hansı bir əmtəəyə olan tələbin qiymət elastikliyi, bu əmtəənin qiyməti qalxdıqca istehlakçıların bu əmtəədən imtina etməyə nə qədər həvəsli olduqlarını ölçür. Beləliklə, elastiklik istehlakçıların zövqünü müəyyən edən bir çox iqtisadi, sosial və psixoloji amilləri əks etdirir. Lakin təcrübəyə əsaslanaraq biz tələbin qiymət elastikliyinə təsir edən amillər haqqında bəzi ümumi qaydalara nəzər salaq. === Yaxın əvəzedici əmtəələrin mövcudluğu === İstehlakçılar üçün əvəzedici əmtəələrin birindən digərinə keçmək asan olduğundan, yaxın əvəzediciləri olan əmtəələrin tələb elastikliyi daha çox olur. Məsələn, kərə yağı və marqarin asanlıqla əvəz oluna bilər.
Xəzər təlxəsi
Xəzər təlxəsi və (lat. Dolichophis caspius) — Suilanı fəsiləsinə aid iri ilan növü. == Görünüşü == Avropanın ən iri ilanlarında biridir. Onun uzunluğu 200 sm, bəzən isə 250 sm ola bilir. Bu növə daxil olan ilanlar Egey dənizi adalarında yaşayan papulyasiyaları isə 100 sm təşkil edirlər. Erkəklər əsasən dişilərdən iri olurlar. Başları kiçik olur. Yetkin iilanların bel hissəso çoşqun-zeytunu, parlaq-sarı və ya qırmızı olur. Areldan kənarda onu Balkan təlxəsi (Hierophis gemonensis) və ya Kərtənkələyəbənzər ilana oxşayırlar. == Yayılması == Onlar əsasən Balkan yarımadası, Cənubi Moldova, Ukrayna və Rusiyanın qərb çöl sahələrində, Cənubi Qafqaz ölkələrində, Şimali Türkiyə, Şərqi Qazaxıstan, Şimali İran ərazilərində yayılmışdır.
Yapon təlxəsi
Yapon təlxəsi (lat. Euprepiophis conspicillata) — Suilanı fəsiləsinə aid ilan növü. == Xüsusiyyətləri == Uzunluğu 80 sm, quyruğu 16 sm təşkil edir. Başı bədəndən hiss olunan tərzdə ayrılır. Göz altında pulcuq şəbəkəsi yoxdur. Göz önü hissədə isə pulcuqlar iri ölçülərə malikdir. Bədəninin bel və qarın nahiyəsində pulcuqlar hamardır. 21 cərgədən ibarət pulcuğa malikdir. . Cavan fərdlər sarı-boz olur. Üzəridə isə qara və ya qəhvəyi nöqtələr vardır.
Zaqafqaziya təlxəsi
Zaqafqaziya təlxəsi(lat. E.hohenackeri Str) — zəhərli ilan növü. == Görünüşü == Zaqafqaziya təlxəsinin bədəninin uzunluğu 75 sm -ə , quyruğu bundan 4–5 dəfə qısa olan orta ölçülü ilandır. Bir gözünü qalxancığı var. Gözaltı qalxancığı yoxdur. İki gözarxası, adətən 8, seyrək hallarda 7 və ya 9 üstdodaq qalxancığı vardır. Gövdənin ortası ətrafında 23, seyrək hallarda 21 və ya 25 pulcuq olur. Qarın qalxancıqları 195–226, quyruqaltı qalxancıqlar 57–74 cütdür. Üstdən qəhvəyimtil-qonur, qonurumtul-boz və ya açıq qəhvəyi rəngdə olub, bəzi yerlərdə gödək köndələn zolaqlar əmələ gətirən qəhvəyi, qonur və ya az qala qara xallardan ibarət iki uzununa sırası vardır. Əksər hallarda bu xalların sıraları bel tirəsi boyunca gedən ensiz açıq zolaqla bir birindən ayrılır.
Aventin təpəsi
Aventin (lat. Collis Aventinus, it. Aventino) — Qədim Roma şəhərinin salındığı yeddi təpədən biri. Rəvayətə görə, patrisilərlə mübarizə zamanı plebeylərin sığınacaq yeri idi. E.ə. V əsrin 50-ci illərindən Aventin torpaqları plebeylər arasında bölüşdürülmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Авентин, римский холм // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Ağsu təpəsi
Ağsu təpəsi - Laçın rayonunun Budaqdərə kəndi ərazisində yüksəklik.
Bardarevo təpəsi
Bardarevo təpəsi (bolq. Бърдаревски хълм, ‘Bardarevski Halm’ \bar-'da-rev-ski 'h&lm\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimalda yerləşən, 660 m hündürlüklü qaya zirvəsidir. Mareskot silsiləsinin şiaml hissəsidir.Zirvə şiaml-şərqi Bolqarıstanda yerləşən Bardarevo şəhərinin adını daşıyır. == Yerləşməsi == Bardarevo təpəsi 63°30′58″ c. e. 58°31′53″ q. u. koordinatlarında yerləşmişdir. Kroun zirvəsindən 5.1 km şimal-şərqdə, Mareskot burnundan 4.1 km cənub-şərqdə, Oqled zirvəsindən 11.32 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Battenberq təpəsi
Battenberq təpəsi (bolq. хълм Батенберг, ‘Halm Battenberg’ \'h&lm 'ba-ten-berg\) — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının sahillərindən cənub-şərqdə yerləşən, 166 m hündürlüklü təpədir. Təpə buzlaqlardan azaddır.Təpə Bolqarıstan şəhzadəsi Aleksander Battenberqin (1857–1893) adını daşıyır. == Yerləşməsi == Battenberq təpəsi 62°35′43″ c. e. 61°08′31″ q. u. koordinatlarında yerləşmişdir. Təpə Start təpəsindən 1.8 km şərqdə, Voyteh burnundan 1.8 km cənubda, Penka təpəsindən 2.19 km şimal-qərbdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.
Camalxan təpəsi
Camalxan təpəsi — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Alqasımlı və Şiləvəngə kəndləri arasındakı ərazidə yerləşən arxeoloji abidə. == Haqqında == Camalxan təpəsinin hündürlüyü 2,5 - 3 metr, diametri 150 km.-dir. 1970-ci illərdə burada təlim-məşq keçirən hərbçilər səngərlər qazmış və abidəni ciddi zədələmişlər. Təpənin özündən və onun ətrafından X-XII əsrlərə aid müxtəlif təyinatlı şirli və sadə qabların fraqmentləri, tikinti qalıqları tapılmışdır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. V cild.
Daşlıq dələsi
Daşlıq dələsi (lat. Martes foina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. == Qısa təsviri == Bədənin uzunluğu 45-54 sm, quyruğun uzunluğu 25-35 sm-dir. Çəkisi 1700-1800 qramdır. Xarici görünüşcə meşə dələsinə çox oxşayır. Lakin meşə dələsinin boğazının altı bütünlüklə narıncı-sarı rəngdə olduğu halda, daşlıq dələsinin boğazının altındakı tamamilə ağdır. Ona görə də bu dələyə ağdöş dələ deyirlər. == Yayılması == Daşlıq dələsinin hazırkı arealı Qərbi Avropa, Ön, Orta, Mərkəzi və Şərqi Asiya ölkələrinin ərazisini əhatə edir. Dəniz səviyyəsindən 3000 m-dək yüksəkliklərə qalxırlar. Xəz-dərili heyvan kimi ABŞ Viskonsiya ştatına introduksiya edilmişdir.
Draqor təpəsi
Draqor təpəsi (bolq. хълм Драгор, ‘Halm Dragor’ \'h&lm 'dra-gor\) — Antarktidanın Triniti yarımadasının Vaytklaud buzlağı sahillərindən şərqdə yerləşən, 748 m hündürlüklü qaya zirvəsidir.Zirvə cənubi Bolqarıstanda yerləşən Draqor şəhərinin adını daşıyır. == Yerləşməsi == Draqor təpəsi 63°54′20″ c. e. 59°30′57″ q. u. koordinatlarında yerləşmişdir. Nikyup burnundan 7.85 km cənub-şərqdə, Almond burnundan 2.85 km cənubda, Borovan təpəsindən 1.85 km şimal-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == Trinity Peninsula.
Dulo təpəsi
Dulo təpəsi (bolq. хълм Дуло, ‘Halm Dulo’ \'h&lm 'du-lo\) — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının sahillərindən cənub-şərqdə yerləşən, 210 m hündürlüklü təpədir. Təpə buzlaqlardan azaddır.Təpə Bolqarıstan sülaləsi olan Dulonun (7-ci–10-cu əsr) adını daşıyır. == Yerləşməsi == Dulo təpəsi 62°36′05″ c. e. 61°09′22″ q. u. koordinatlarında yerləşmişdir. Təpə Start təpəsindən 1.2 km cənub-şərqdə, Voyteh burnundan 2.52 km cənubda, Penka təpəsindən 2.49 km şimal-qərbdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.
Eremiya təpəsi
Eremiya təpəsi (bolq. Еремийски хълм, ‘Eremiyski Halm’ \e-re-'miy-ski 'h&lm\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən qərbdə yerləşən, 863 m hündürlüklü təpədir. Təpə Mareskot silsiləsinə daxildir və Malorad buzlağından cənub-qərbdə yerləşmişdir.Təpə qərbi Bolqarıstanda yerləşən Eremiya şəhərinin adını daşıyır. == Yerləşməsi == Eremiya təpəsi 63°32′45″ c. e. 58°37′46″ q. u. koordinatlarında yerləşmişdir. Kroun zirvəsindən 3.48 km şimal-qərbdə, Korner zirvəsindən 4.83 km şimal-şərqdə, Tanaron burnundan 6 km cənub-şərqdə, Bardarevo təpəsindən 5.89 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Göyçay vələsi
Şuşa vələsi (lat. Carpinus × schuschaensis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin vələs cinsinə aid bitki növü. == Ümumi yayılması == İranın şimal-qərb hissəsində yayılmışdır. == Azərbaycanda yayılması == Kiçik Qafqaz daglarında, əsasən Şuşa, Laçın, Kəlbəcər dağları və həmçininTalış dağlarında rast gəlinir. == Statusu == Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki növüdür. CR A2 abc;C1. == Bitdiyi yer == Çox kölgəli olmayan, əhəngli və mergelli suxurlar üzərində əmələ gəlmiş torpaqlarda yaxşı bitir. == Təbii ehtiyatı == Yamaclarda yayılmış Şuşa vələsinin arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Alçaqboylu ağac və ya iri koldur. İlk dəfə Azərbaycanda Şuşa rayonu meşələrindən təsvir edilmişdir.
Gəmiqaya təpəsi
Gamigaya təpəsi Bakı-Tbilisi avtomagistralın sağ tərəfində, Birinci Şıxlı kəndinin yaxınlığında yerləşir.Təpənin sağ tərəfi uçurumdur. Təpənin zirvəsindən Kür çayına görüntü açılır.Gamigaya təpəsinin səthində qədim saxsı qabların parçaları və qırıntıları asanlıqla təsadüf edilir. Bu parçalar göstərir ki, bu ərazidə çoxsaylı qırmızı, sarı və qara rəngli, müxtəlif ölçülü və təsərrüfat təyinatlı gil qablar, küplər mövcud olmuşdur. Qabların üzərinə yapma, cızma və çəkmə üsulu ilə naxışlar vurulmuşdur. Gamigayada sistematik arxeoloji qazıntılar aparılmamışdır. Lakin, buradakı saxsı parçaların Qazax rayonun başqa yerlərində tapılan analoji əşyalarla müqayisəsi, Gamigaya qədim yaşayış məskənini erkən Dəmir dövrünə (e.ə. 8-6 əsrlər) aid etməyə imkan verir.
Henrix tərəsi
Henrix tərəsi (lat. Chenopodium bonus-henricus) - tərələr cinsinə aid bitki növü. == Sinonim == Agathophytum bonus-henricus (L.) Moq. Agatophyton bonus-henricus (L.) E.H.L.Krause Anserina bonus-henricus (L.) Dumort. Atriplex bonus-henricus (L.) Crantz Blitum bonus-henricus (L.) C.A.Mey. Blitum bonus-henricus var. alpinum (DC.) Moq. Blitum bonus-henricus var. erosum Moq. Blitum perenne Bubani Chenopodium bonus-henricus var.
Hürmələk təpəsi
Aslanbəyli (əvvəlki adı: Əli Bayramlı) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kəndin adı tayfa başçısının (Aslan bəy) adından yaranmışdır. Keçmiş adı da Aslanbəyli olmuşdur. Sovet vaxtı yaşayış məntəqəsi inqilabçı Əli Bayramovun adı ilə adlandırılmışdır. == Tarixi == Kəndin çox qədim tarixi var. Kənddə tunc dövrünə məxsus 5 ədəd kurqan yerləşir. Qədimdə incə dərəsində İncu (Aslanbəyli kəndi), Kimer (Kəmərli kəndi) və Qamak (Qaymaqlı kəndi) tayfaları yaşamışdır.Bunlardan ən qədimi "İncu" (Aslanbəyli) tayfasıdır.[mənbə göstərin] 1982-ci ildə kənd ərazisinin bir hissəsi Sov. İKP Mərkəzi Komitəsinin qərarı ilə Ermənistan SSR-yə verilmişdir. Sovet dövründə kənd bolşevik inqilabçısı Əli Bayramovun adı ilə "Əli Bayramlı" adlandırılmışdır. 29 may 1996-cı ildə ad dəyişdirilərək "Aslanbəyli" adı bərpa edilmişdir.
Konuş təpəsi
Konuş təpəsi (bolq. Конушки хълм, ‘Konushki Halm’ \'ko-nush-ki 'h&lm\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimalda yerləşən, 550 m hündürlüklü qaya zirvəsidir. Luis Filipp yaylasından şimadla yerləşmişdir və buzlaqlardan azaddır.Zirvə cənubi Bolqarıstanda yerləşən Konuş şəhərinin adını daşıyır. == Yerləşməsi == Konuş təpəsi 63°29′28″ c. e. 58°11′47″ q. u. koordinatlarında yerləşmişdir. D’Urville dağından 2.03 km şimalda, Tintyava zirvəsindən 3.52 km şimal-şərqdə, Oqled zirvəsindən 5.64 km şimal-şərqdə, Argentina təpəsindən 5.51 km cənubda yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Kribul təpəsi
Kribul təpəsi (bolq. Крибулски хълм, ‘Kribulski Halm’ \'kri-bul-ski 'h&lm\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-şərqdə yerləşən, 520 m hündürlüklü təpədir.Təpə cənub-qərbi Bolqarıstanda yerləşən Kribul şəhərinin adını daşıyır. == Yerləşməsi == Kribul təpəsi 63°37′59″ c. e. 57°54′32″ q. u. koordinatlarında yerləşmişdir. Qornik təpəsindən 2.71 km cənub-qərbdə, Çörç burnundan 5.27 km şimalda, Marten qayasından 7.88 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == Trinity Peninsula.
Kumata təpəsi
Kumata təpəsi (bolq. хълм Кумата, ‘Halm Kumata’ \'h&lm 'ku-mata\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şərqdə yerləşən, 614 m hündürlüklü təpədir.Təpə Bolqarıstanda yerləşən Vitoşa dağındakı Kumata ərazisinin adını daşıyır. == Yerləşməsi == Kumata təpəsi 63°33′35″ c. e. 57°49′30″ q. u. koordinatlarında yerləşmişdir. MakKolman zirvəsindən 6.9 km şimal-qərbdə, Marten qayasından 3.08 km şərqdə, Kanitz nunatakından 7.88 km cənub-qərbdə, Kain nunatakından 3.37 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == Trinity Peninsula.
Lopyan təpəsi
Lopyan təpəsi (bolq. Лопянски камък, ‘Lopyanski Kamak’ \lo-'pyan-ski 'ka-m&k\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən 1.7 km cənubda yerləşən, 583 m hündürlüklü təpədir. Təpə Erul yüksəkliyindən və Russell İst buzlağından cənubda yerləşmişdir.Təpə qərbi Bolqarıstanda yerləşən Lopyan şəhərinin adını daşıyır. == Yerləşməsi == Lopyan təpəsi 63°42′11″ c. e. 58°23′29″ q. u. koordinatlarında yerləşmişdir. Giqen zirvəsindən 1.98 km cənub-şərqdə, Koburq zirvəsindən 2.27 km cənub-qərbdə, Panhard nuntakından 4.96 km şimal-qərbdə, Siniger nunatakından 2.64 km şimal-şərqdə, Roman təpəsindən 3.63 km şərqdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Gənəşik
Gənəşik — İrəvan quberniyasının Şərur—Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində kənd.
Telekia
Telekiya (lat. Telekia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Telekia speciosa (Schreb.) Baumg.
Hələşi
Hələşi — İranın Kirmanşah ostanının Kirmanşah şəhristanının Firuzabad bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 457 nəfər və 114 ailədən ibarət idi.
Üləşik
Ulaşıq, Üləşik, Ulya Şeyx — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. == Tarixi == Maymax dağının ətəyində, Töykəli kəndi yaxınlığında yerləşirdi. Kənd ötən əsrin 30-cu illərində ləğv edilib. == Əhalisi == Azərbaycanlılar yaşamış kəndin Azərbaycanlı əhalisi 1831-ci ildə 66, 1905-ci ildə 425, 1914-cü ildə 733, 1931-ci ildə 302 nəfər olub. Əhalinin 2 dəfə azalması 1918-1920-ci illər soyqırımının təzahürüdür.
Artemisia tilesii
Artemisia tilesii (lat. Artemisia tilesii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Gələşin (Salmas)
Gələşin (fars. گله شين‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ yaşayış yoxdur.
Lobelia telekii
Lobelia telekii (lat. Lobelia telekii) — zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü.
Senecio telekii
Senecio telekii (lat. Senecio telekii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Telekia speciosissima
Telekia speciosissima (lat. Telekia speciosissima) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin telekiya cinsinə aid bitki növü.
Teleriq xan
Teleriq xan (bolq. Телериг; 706 – 777, Konstantinopol) — Bulqar xanı. 768-777ci illərdə hakimiyyətdə olmuşdur. == Hakimiyyəti == Paqan xandan sonra taxta keçmişdir. 774-ci ilin oktyabrında V Konstantinə məğlub olmuşdu. Müharibə imperatorun sonrakı il ölməsi ilə səngimiş, imperator IV Leo Xəzərin yanına qaçmış, xristian dininə keçib 776-cı ildə imperatriça Afinalı İrenenin əmisi qızı ilə evlənmiş, patrisiata qəbul olunmuşdu.
Teləkif qəzası
Təlkeyf qəzası (ərəbcə: قضاء تلكيف) — İraq Respublikasının Ninəvə mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Təlkeyf şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 1.244 km² ərazini əhatə edir. == İnzibati-ərazi bölgüsü == İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Tiləkif nahiyyəsi (ərəbcə: ناحية تلكيف), Əlquş nahiyyəsi (ərəbcə: ناحية القوش) və Vəənna nahiyyəsi (ərəbcə: ناحية وانة). == Əhalisi == 10 oktyabr-20 dekabr 2009-cu il siyahılarına əsaslanan rəsmi təxminlərə görə Təlkeyf qəzasının əhalisi 174.857 nəfər olmuşdur. Eyni təxminlərə görə bütün Nineva mühafazasında 3.106.948 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Tiləkif qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 5.63%-ni təşkil edirdi.
Telekia speciosa
Gözəl telekiya (lat. Telekia speciosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin telekiya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3cd; B2b(ii, iii) c (ii, iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 90-200 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqlar iri, yuxarıdan tünd-yaşıl, demək olar çılpaq, altdan dahasolğun, nazik, zəif tüklənmişdir. Aşağı yarpaqlar qısa saplaqlarda yerləşir, enli-yumurtavari-ürəkvari, ikidişli, sivri şəkildə; yuxarı yarpaqlar isə oturaq, uzunsov-yumurtavari, sivri, sadə ya damişarvari şəkildədir. Çiçək səbətləri iridir. Örtücük 2-2,5(3) sm enində, yarpaqlar iri, tünd-yaşıl, çılpaq uzunsov və ya uzunsov-yumurtavari, küt, başlıqda aralanmışdır. Toxumcaları 4-6 mm uzunluğunda, ensiz-silindrik, çılpaq, şırımlı şəkildə olur.