Tələbin elastikliyi

Tələbin elastikliyi
Qeyri-elastik tələb

Tələbin elastikliyi—Hər hansı bir əmtəənin qiyməti aşağı düşdükdə, istehlakçıların gəlirləri artdıqca, əvəzedici əmtəələrin qiyməti qalxdıqda və ya tamamlayıcı əmtəələrin qiyməti azaldıqda istehlakçılar bu əmtəədən daha çox alırlar. Qeyd olunan dəyişənlərin dəyişməsinə istehlakçıların kəmiyyət etibarı ilə necə cavab verəcəyini ölçmək üçün iqtisadçılar elastiklik anlayışını istifadə edirlər.

Tələbin qiymət elastikliyi və onu müəyyən edən amillər

[redaktə | mənbəni redaktə et]

Tələb qanuna görə hər hansı əmtəənin qiyməti artdıqda ona olan tələbin həcmi artır. Tələbin qiymət elastikliyi tələbin həcminin qiymət dəyişməsinə hansı miqdarda cavab verdiyini ölçür. Əgər qiymət dəyişməsinə cavab olaraq tələbin həcmi çox dəyişərsə, bu əmtəəyə olan tələbin elastik olduğu deyilir. Əgər qiymət dəyişməsinə cavab olaraq tələbin həcmi az dəyişərsə, bu əmtəəyə olan tələbin qeyri-elastik olduğu deyilir.Hər hansı bir əmtəəyə olan tələbin qiymət elastikliyi, bu əmtəənin qiyməti qalxdıqca istehlakçıların bu əmtəədən imtina etməyə nə qədər həvəsli olduqlarını ölçür. Beləliklə, elastiklik istehlakçıların zövqünü müəyyən edən bir çox iqtisadi, sosial və psixoloji amilləri əks etdirir. Lakin təcrübəyə əsaslanaraq biz tələbin qiymət elastikliyinə təsir edən amillər haqqında bəzi ümumi qaydalara nəzər salaq.[1]

Yaxın əvəzedici əmtəələrin mövcudluğu

[redaktə | mənbəni redaktə et]

İstehlakçılar üçün əvəzedici əmtəələrin birindən digərinə keçmək asan olduğundan, yaxın əvəzediciləri olan əmtəələrin tələb elastikliyi daha çox olur. Məsələn, kərə yağı və marqarin asanlıqla əvəz oluna bilər. Marqarinin qiyməti sabit qalmaqla kərə yağının qiymətində kiçik bir dəyişmə, satılan kərə yağı miqdarının böyük həcmdə azalmasına gətirib çıxarır. Bunun əksinə olaraq, yumurta yaxın əvəzedicisi olmayan qida məhsuludur. Buna görə də, yumurtalara olan tələb kərə yağına olan tələbə nisbətən daha az elastikdir.

Zəruri istehlak malları və dəbdəbə malları

[redaktə | mənbəni redaktə et]

Zəruri istehlak mallarına olan tələb adətən qeyri-elastik, dəbdəbə mallarına olan tələb isə elastik olur. Tibb xidmətlərinin qiyməti qalxdıqda, insanlar həkimə müraciətlərin sayını kəskin surətdə azaltmayacaqlar. Bunun əksinə olaraq əyləncə üçün istifadə olunan qayıqların qiyməti qalxdıqda onlara olan tələb kəskin surətdə azalır. Bunun səbəbi əksər insanlar üçün həkim xidmətinin zəruri, qayıqla əylənməyin isə dəbdəbə olmasıdır. Əlbəttə, bir əmtəənin dəbdəbə və ya zəruri istehlak malı olması onun özünə xas olan xüsusiyyətlərindən deyil, alıcının zövqündən asılıdır. Məsələn, öz sağlamlığı ilə az maraqlanan inadkar dənizçi üçün qayıq zəruri istehlak malı kimi qeyri-elastik tələbə, isə dəbdəbə kimi elastik tələbə malik ola bilər.

Bazarın hüdudları

[redaktə | mənbəni redaktə et]

Hər hansı bir bazarda tələbin elastikliyi, bu bazarın hüdudlarını necə müəyyən etməyimizdən asılıdır. Dar hüdudlarda müəyyən olunmuş bazarlarda tələb daha elastik olur. Çünki bu bazarlardakı əmtəələr üçün əvəzedici əmtəələr tapmaq daha asandır. Məsələn, yaxın əvəzediciləri olmadığından çox geniş kateqoriya olan qida məhsulları kifayət qədər qeyri-elastik tələbə malikdir. Daha məhdud kateqoriya olan dondurma isə digər desert növü ilə əvəz edilə bildiyindən daha elastik tələbə malikdir. Digər növ dondurmalarla asanlıqla əvəz edilə bildiyindən çox məhdud kateqoriya olan vanilli dondurma isə çox elastik tələbə malikdir.

Zaman müddəti

[redaktə | mənbəni redaktə et]

Daha uzun zaman müddətləri ərzində əmtəələr daha elastik tələbə malik olur. Benzinin qiyməti atdıqda, ilk aylarda tələbin həcmi çox az azalır. Vaxt keçdikcə isə, insanlar daha az benzin istifadə edən maşınlar alır, ictimai nəqliyyatdan istifadə etməyə başlayır və ya iş yerlərinin yaxınlığına köçürlər. Bir neçə il ərzində, benzinə olan tələbin həcmi əhəmiyyətli dərəcədə azalır.

Tələbin qiymət elastikliyinin hesablanması

[redaktə | mənbəni redaktə et]

İqtisadçılar tələbin qimət elastikliyini tələbin həcmindəki faiz dəyişikliyinin qiymətdəki faiz dəyişikliyinə olan nisbəti kimi hesablayırlar. Yəni,

Gəlirə görə elastik tələb

[redaktə | mənbəni redaktə et]



z

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. N.QREQORİ MENKYU EKONOMİKSİN PRİNSİPLƏRİ İqtisad Universiteti Nəşriyyatı 2009 697 səh