Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nisbət və tənasüb
A ədədinin B ədədinə bölünməsindən alınan qismətə A ədədinin B ədədinə nisbəti deyilir. Yəni, nisbət, B ədədinin A ədədinin daxilində neçə dəfə yerləşdiyini əks elətdirir(A:B). Məsələn, əgər bir səbətdə 8 ədəd naringi, digər səbətdə 6 ədəd limon varsa, onda, naringilərin sayının limonların sayına nisbətini 8:6 ( 4:3 nisbətinə ekvivalentdir) şəklində göstərəcəyik. Bu nümunədə həmçinin, limonların sayının naringilərin sayına nisbətini 6:8 ( və ya 3:4) şəklində, naringilərin sayının bütün meyvələrin sayına nisbətini isə 8:14 (və ya 4:7) şəklində yazmaq olar. Nisbəti təşkil edən ədədlər istənilən oxşar kəmiyyətlər ola bilər, məsələn , obyektlərin nisbəti, insanların nisbəti, düzbucaqlının eni ilə uzunluğunun nisbəti və s. A ədədinin B ədədinə nisbətini kəsr kimi A B {\displaystyle {A \over B}} şəklində yazmaq olar. Bu kəsri istər adi, istərsə də onluq kəsr şəklində göstərmək mümkündür. İki nisbətin bərabərliyinə Tənasüb deyilir. A ədədinin B ədədinə nisbəti (A:B) , C ədədinin D ədədinə nisbətinə (C:D) bərabərdirsə, bu tənasübü aşağıdakı kimi quracağıq: A:B=C:D A,B,C və D bu tənasübün hədləri adlanır. A və D tənasübün kənar hədləri, B və C isə orta hədləri adlanır.
Tetanus
Tetanus— ağır, kəskin, təhlükəli yoluxucu xəstəlikdir. Yunan dilində "tetanos" qıcolma, donma mənasını ifadə edir. Eritrositlərin parçalanması (hemolizi) və skelet əzələlərinin qıcolması ilə müşahidə olunan, asfiksiya (boğulma) və ölümlə nəticələnə bilən mərkəzi sinir sisteminin zədələnməsi ilə səciyyələnir. Tetanus toksini botulizm toksini kimi dünyada ən güclü bioloji zəhər hesab olunur. Tetanus mikrobu təbiətdə geniş yayılmışdır. Gövşəyən heyvanların (40%) bağırsaqlarında daim yaşayır, torpağa düşür, spor əmələ gətirərək hər yerdə havada və torpaqda uzun müddət (illərlə) qalır. İki saat ərzində 900 istiliyə tab gətirir. Xəstələrin 20-25%-i ölür. Mikroblar ancaq zədələnmiş dəri və selikli qişadan orqanizmə daxil olub oksigensiz şəraitdə inkişaf edib tetanus xəstəliyi törədir. Buna görə dərinə nüfuz edən yaralar tetanusun inkişafı üçün daha çox əlverişlidir.
Tinamus
Böyük tinamu (lat. Tinamus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinə aid heyvan cinsi.
Tenuqui
Tenuqui (手拭い)) – yapon əl dəsmalı. Baş örtüyü kimi də istifadə olunur. == Tarixi == Tenuquinin tarixi XV əsrə qədər uzanır. Həmin dövrdə tenuqui şinoist məbədlərindəki müqəddəs yerləri bəzəmək üçün istifadə olunurdu. Senqoku dövründən sonra insanlar tərəfindən istifadə olunan adi əl dəsmalına çevrilmişdir. Ənənəvi tenuqui boyaq olmadan kətan parçadan hazırlanırdı, lakin Edo dövründən etibarən pambıqdan hazırlamağa üstünlük verilir. Kabukinin populyarlaşmasından sonra məşhur aktyorların emblemlərinin təsvir olunduğu tenuquilər yayılmışdır. Tezliklə ənənəvi rəqs və musiqi məktəbləri öz tenuquilərini dizayn etməyə, eləcə də, suvenir kimi satmağa başlamışdırlar. Tenuquinin müxtəlif baş örtüyü üslubları var idi və bu üslublar şəxsin statusunu göstərirdi. == Haqqında == Tenuqui dördbucaqlı formasında olub pambıqdan hazırlanır.
Tenqu
Tenqu — Yapon inanclarından olan məxluq. Yapon inanclarında tengu teratoloji varlıqdır; qırmızı üzlü, uzun burunlu, bəzən qanadlı nəhəng bir insan şəklində görünür. == Tarixi == . Yapon folklorunun bir çox digər personajları kimi, Tenqu da Çindən gəlir. Çində bu canlılar ağ başlı tülkülər kimi təsvir edilmişdir. Onlar çətinliklərin qarşısını almaq, eləcə də hürərək quldurları qorxutmaq qabiliyyətinə sahib idilər. Bu həm də ayda yaşayan pis bir tanrının adı idi. Nəhayət, eyni söz, şaqqıltı və parıltı ilə düşən xüsusi ulduzları nəzərdə tuturdu. Tezliklə tülkü itinin siması tenqunun uçma qabiliyyətinin təsiri ilə dəyişməyə başladı. XII əsrdə meydana çıxan "Qədim hekayələr toplusu"nda tenqu qoca ağacların taclarında yaşayan şahin şəklində peyda olmuşdur.
Typhlodromus denarus
Typhlodromus denarus (lat. Typhlodromus denarus) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus denarus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Typhlodromus ternatus
Typhlodromus ternatus (lat. Typhlodromus ternatus) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus ternatus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Aşağı Tunqus
Aşağı Tunqus — Sibirdə yerləşən çay Rusiyanın İrkutsk vilayəti və Krasnoyarsk diyarı ərazisindən axaraq Yenisey çayına tökülür. Çay Orta Sibir yaylasından və Putorana platosunun cənubundan axaraq Yeniseyin sağından çaya tökülür. Çay Tura qəsəbəsinə qədər gəmiçilik üçün yararlıdır. == Qısa məlumat == Yeniseyin sağ qolunu təşkil edən Aşağı Tunqus Turuxansk şəhəri yaxınlığında çaya tökülür. Buzlanması oktyabrdan maya qədər davam edir. Çay yuxarı axarda may-iyun, aşağı axarlarda may-iyul aylarında gursululuq müşahidə edilir. Yuxarı axarlarda çay yayladan, aşağı axarlarda isə düzənliklərdən axır === Yuxarı axar === Yuxarı axarlarda çay 580 km məsafədə enli dərədən axır. Dərə əsasən gilli-qumlu suxurlardan təşkil olunmuşdur. Bu hissədə Aşağı Tunqus çayı Lena çayının ysxınlığından axır. Kirensk şəhəri yaxınlığında məsafə hətta 15–20 km-ə qədər azalır.
Traqus şorangəsi
Traqus şorangəsi (lat. Salsola tragus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Qafqaz endemikidir. == Qısa morfoloji təsviri == Gövdəsi 10-50 sm hündürlükdə, sarımtıl-yaşıl, yoğunlaşmış, çılpaq birillik bitkidir. Yarpaqları növbəli, qalınlaşmış, sərtvari, təqribən gönvari, güclü tikanlı v əyiləndir. Çiçəkləri təkdir. Çiçəkyanlığı çılpaqdır, meyvələmədə sərtdir, bitişikdir, qanadşəkilli çıxıntıları inkişaf etməmişdir. Toxumları horizontaldır.
Tunqus meteoriti
Tunqus meteoriti — 30 iyun 1908-ci ildə Podkamennaya Tunquska çayı hövzəsinə düşmüş nəhəng meteorit. Bu zaman parlaq işıq saçan bolid müşahidə edilmiş, onun partlayışı 1000 km-dən böyük məsafədə eşidilmişdir. Partlayışı nəticəsində Yer kürəsinin bir çox məntəqəsində seysmik və hava dalğaları qeydə alınmış, atmosferə külli miqdarda meteorit maddəsinin tozlanması nəticəsində Avropada bir neçə gün anomal işıqlı gecələr müşahidə olunmuşdur. SSRİ EA meteoritlər üzrə komitəsi, sonralar isə SSRİ EA Sibir bölməsinin meteoritlər və kosmik toz üzrə komisiyası Tunqus meteoritinin düşdüyü əraziyə dəfələrlə ekspedisiyalar təşkil etmişdir. == Xarici keçidlər == Подкаменная Тунгуска, 1908 год. "Тунгусский метеорит".
Owen Teague
Owen William Teague (8 dekabr 1998, Tampa, Florida) — amerikalı aktyor. == Həyatı == 8 dekabr 1998-ci ildə Florida ştatının Tampa şəhərində anadan olub. Valideynlərinin hər ikisi musiqiçi idi və 15 yaşına qədər skripka çalırdı. == Filmoqrafiya == === Film === 2013 : Contest 2014 : La Belle: the Ship That Changed History 2015 : Echoes of War 2015 : Walt Before Mickey 2015 : Wild in Blue 2016 : Cell 2017 : It 2018 : Every Day 2019 : I See You 2019 : Inherit the Viper 2019 : It Chapter Two 2019 : Mary 2020 : The Empty Man 2021 : Montana Story 2022 : Gone in the Night 2022 : To Leslie 2023 : Eileen 2023 : You Hurt My Feelings 2023 : Reptile 2024 : Kingdom of the Planet of the Apes === Televiziya === 2012 : Malibu Country 2013 : CollegeHumor Originals 2013 : NCIS: Los Angeles 2014 : Reckless 2015 : Bones 2015–2017 : Bloodline 2016 : Mercy Street 2017 : Black Mirror 2019 : Mrs.
Salsola tragus
Traqus şorangəsi (lat. Salsola tragus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Qafqaz endemikidir. == Qısa morfoloji təsviri == Gövdəsi 10-50 sm hündürlükdə, sarımtıl-yaşıl, yoğunlaşmış, çılpaq birillik bitkidir. Yarpaqları növbəli, qalınlaşmış, sərtvari, təqribən gönvari, güclü tikanlı v əyiləndir. Çiçəkləri təkdir. Çiçəkyanlığı çılpaqdır, meyvələmədə sərtdir, bitişikdir, qanadşəkilli çıxıntıları inkişaf etməmişdir. Toxumları horizontaldır.
Enqus Diton
Enqus Diton (ing. Angus Stewart Deaton; 19 oktyabr 1945[…], Edinburq) — Böyük Britaniya-ABŞ iqtisadçısı. 2015-ci ildə "İstehlak analizi, kasıblıq və iqtisadi rifah" mövzusundakı tədqiqatları səbəbindən İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == 1945-ci ildə Şotlandiyanın Edinburq şəhərində dünyaya göz açan Enqus Diton Kembric Universitetindən məzun olmuş və 1975-ci ildə "İstehlakçı tələbi modelləri və bu modellərin İngiltərəyə tətbiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Enqus Diton 1983-cü ildə ABŞ-nin Prinston Universitetinin iqtisadiyyat fakültəsində müəllim kimi fəaliyyətə başlamışdır. Hazırda bu universitetin və Vudro Vilson adına İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin professorudur. Enqus Ditonun 1980-ci ildə nəşr etdiyi "İdeal tələb sistemi" (AIDS) onun dünya miqyasında tanınmasını təmin etmişdir. Ekonometriya Cəmiyyəti tərəfindən 1978-ci ildə “Frisch” medalına layiq görülən Enqus Ditonun 2007-ci ildən Amerika İqtisadiyyat Assosiasiyasının sədridir. O, “Böyük qaçış: sağlamlıq, zənginlik və bərabərsizliyin kökləri” (ing. “The great escape: health, wealth and the origins of inequality”) adlı məşhur kitabını 2013-cü ildə nəşr etdirmişdir.
Tunqus-mancur dilləri
Tunqus-mancur dilləri — Sibirdə (Uzaq Şərq daxil olmaqla), Monqolustanda və Çinin şimalında Altay makroailəsinə daxil olan qohum dillər. Altay dillərinə aid edilsə də coğrafi yaxınlığa görə tunqus-mancur dilləri ilə qarşılıqlı təsirin və yaxın dillərin olduğu fərziyyəsi də var. Sibirdə özünü tunqus-mancur dillərinə aid edən 72 058 nəfər var (2002-ci il siyahıyaalınması). evenklər — 34 989 nəfər evenlər — 18 886 nəfər nanaylar — 11 947 nəfər ullər — 2852 nəfər udegeylər — 1622 nəfər orolarr — 644 nəfər negidallar — 527 nəfər oroklar — 327 nəfər tazlar — 276 nəfər Əslində tunqus-mancur dillərində danışanların sayı azıdr. Belə ki, bu dilləri əsasasən yaşlı nəsil bilir, məktəblərdə isə bu dillər zəif keçilir. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Mənbə == Сравнительный словарь тунгусо-маньчжурских языков: Материалы к этимологическому словарю. В 2-х томах / Отв. ред. В. И. Цинциус. Т. I, Л.: Наука.
Cucumis melo var. texanus
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Qala-i Mərağuş (Şəbüstər)
Qala-i Mərağuş (fars. قلعه مراغوش‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 271 nəfər yaşayır (56 ailə).
Sövməə Zərrin (Alan Bərağuş dehistanı)
Sövmayə Zərrin (fars. صومعه زرين‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (112 ailə).