Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təpəbaşı
Təpəbaşı (Germi)
Təpəbaşı (Germi)
Təpəbaşı (fars. تپه باشي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 110 nəfər yaşayır (22 ailə).
Təpəbaşı məhəlləsi
Təpəbaşı məhəlləsi — İrəvannin qədim məhəllələrindən biri. == Haqqında == Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı təpəlikdə yerləşirdi. Bu məhəllə şəhərin qərb hissəsini əhatə edirdi. Təpəbaşı məhəlləsini Şəhri məhəlləsindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Hüseynqulu xana məxsus məşhur Xan bağı da burada yerləşirdi. 1728-ci ildə tərtib olunmuş osmanlı «Müfəssəl dəftər»ə görə, bu dövrdə İrəvan şəhəri 4 məhəllədən («Köhnə şəhər», «Dəmirbulaq», «Dərəkənd», «Təpəbaşı») ibarət olmuşdu. == 1831-ci ildə Təpəbaşı məhəlləsi == İrəvan şəhəri aşağıdakı hissələrdən ibarətdir: 1. Şəhər hissəsi 2. Təpəbaşı hissəsi 3. Dəmirbulaq hissəsi Təpəbaşı hissəsinə aid olanlar: 1) Kənəkir yolundan solda yerləşən Abihəyat məhəlləsi; 2) Zəngi çayının solunda, Kənəkir kəndindən aşağıda yerləşən Qızılqala məhəlləsi; 3) Zənginin həmin tərəfində, Qızılqala məhəlləsindən aşağıda yerləşən Dərəbağ məhəlləsi; 4) Körpüdən yuxarıda, həmin yerdə yerləşən Dərəkənd məhəlləsi; 5) Zənginin o biri tərəfində, Dərəbağla üz-üzə yerləşən Dəlmə məhəlləsi; 6) Noraguğ məhəlləsi; Bütün bu məhəllələr bağlardan ibarətdir və qış vaxtı buralarda heç kim yaşamır.
Təpəbaşı məscidi
Təpəbaşı məscidi — İrəvanda Təpəbaşı məhəlləsində Təpəbaşı məscidi. == Tarixi == Bəzi mənbələrdə Təpəbaşı məscidinin inşa tarixinin 1687-ci il olduğu qeyd edilsə də, onun dəqiq tikilmə tarixi məlum deyildir. Bizə çatan məlumatlara əsasən onun ən azı XIX əsrin qırxıncı illərində mövcud olduğu bildirilir. Çox güman ki, məscid daha qədimdir və XVII–XVIII əsrlərə aiddir. Bəzi məlumatlara görə məscid İrəvan şəhər upravasının üzvü, xan nəslindən olan Abbasqulu xan İrəvanskinin göstərişi ilə tikilmişdir. Onun evi də həmin məhəllədə olmuşdur. == Haqqında == Təpəbaşı məscidi eyniadlı Təpəbaşı yaşayış massivində yaşayış massivində yerləşir. Məscidin minarəsi isə 1960-cı illərdə uçmuşdur. Sonralar isə məscidin həyətində və ətrafında gecəqondular inşa edilmişdir. Hazırda dağılmış vəziyyətdə olan bu məsciddə, eləcə də imam otağında erməni ailələri məskunlaşmışdırlar.
Təpəbaşı nekropolu
Təpəbaşı nekropolu ― Şəkinin Fazıl kəndində yerləşən dəmir və antik dövrə aid qəbir abidəsi. == Coğrafi mövqeyi == Təpəbaşı abidəsi Şəki rayonunun Fazıl kəndinin cənub hissəsində, eyni adlı yaşayış yerindən 100-120 m qərbdə, təpədə yerləşir. Təpəbaşı nal formasında şimal-şərqdən cənub-qərbə tərəf uzanan, cənub-qərbdən Əyriçayla tamamlanan, şərq və şimal-şərq, cənub tərəfdə Böyük düz düzənliyi ilə davam edən yüksəklikdir. Şərq və cənub-şərqdən çökəklik, bataqlıq və Əyriçayla sərhədlənir. == Təpəbaşında aparılan arxeoloji qazıntılar == Təpəbaşı abidəsi ilk dəfə arxeoloq Nəsib Muxtarov tərəfindən 1984-cü ildə qeydə alınıb. Sonrakı 20 il ərzində abidədə xilasetmə və əsaslı çöl-tədqiqat işləri görülüb. Tədqiqatlar abidənin son tunc ― dəmir dövrü və antik dövrə aid nekropol olduğunu sübut etmişdir. Aparılan uzunmüddətli tədqiqatlar göstərir ki, Təpəbaşı abidəsində əsas dəfnlər küp və torpaq qəbirlərdə icra olunurdu. Ölü sağ və ya sol böyrü üstə olmaqla, qismən bükülü vəziyyətdə dəfn olunurdu. Bəzi qəbirlərdə ölü bütöv şəkildə deyil, sadəcə müəyyən hissələri qəbrə qoyulmaqla dəfn olunub.
Təpəbaşı-i Namaz
Təpəbaşı-i Namaz (fars. تپه باشي نماز‎‎) və ya Təpəbaşı - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (25 ailə).
Təpəbaşı-i Namaz (Şot)
Təpəbaşı-i Namaz (fars. تپه باشي نماز‎‎) və ya Təpəbaşı - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (25 ailə).
Təpəbaşı-i Pörnək (Puldəşt)
Təpəbaşı-i Pörnək (fars. تپه باشي پورناك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 341 nəfər yaşayır (66 ailə).