Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təbriknamə
Açıqca (açıq məktub) — konvertsiz açıq təbrik məktubu kimi istifadə olunan xüsusi poçt blankı. Kolleksiyası filokartiya adlanır. == Yaranma tarixi == İlk açıq tərik məktubunu – sonradan “yazışma kartı” adlandırılmış açıq məktubu 1 oktyabr 1869-cu ildə Macarıstanda avstriyalı professor Emanuel Hermannın (Emanuel Herrmann) təklif etmişdir. Elə həmin il çap olunan açıqcalar müasir dövrümüzdə də çox populyardırlar. Sovet dövründə açıqca Azərbaycan dilində rus dilindəki kimi otkrıtka adlandırılırdı. 2013-cü ildə AMEA-nın Rəyasət Heyətində açıq məktubun "Təbriknamə" adlandırılmasına qərar verilmişdir. lakin buna baxmayaraq cəmiyyətdə belə məktublar hələ də "otkrıtka" adlandırılır. == Dizaynı və forması == Açıqça və ya təbriknamə standart və qeyri-standart formatlarda, müxtəlif fakturalı kağızlarda fəqrli çap üsulları ilə hazırlana bilər. Dizayna əsasən açıqçalara laminasiya, tam və hissəli UF laklama, özəl fiqurlu kəsim, naxış basma, termoqaldırma kimi çap və cap sonrası xidmətlər göstərilə bilər. Onların hazırlanma vaxtı sayından və hazırlanma üslubundan asılı olaraq bir saatdan bir neçə günə qədər ola bilər.
Şərəfnamə
Şərəfnamə (kürd. شەرەفنامە; fars. شرفنامه‎) — kürd tarixçisi və şairi Şərəf xan Bitlisinin 1597-ci ildə fars dilində yazdığı tarixi kitabı. Əsər kürd tarixini və dövrün xüsusiyyətlərini öyrənmək üçün faydalı məlumat veran ilk mənbədir. "Şərəfnamə" əsərində XVI əsr Azərbaycan və İran tarixinə aid məlumatlar vardır. Buna görə də, həmin əsərin tədqiqi elmi əhəmiyyət kəsb edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Alsancakli, Sacha. "From Bidlīs to Ardabīl Via Aleppo and Iṣfahān: On the Circulation of a Manuscript of Šaraf Ḫān Bidlīsī's Šarafnāma Revised by the Author (1007/1599)". Eurasian Studies. 13 (1–2).