1. Üzərində hər hansı bir mətn olan vərəqlərin bir araya gətirilərək tikilib cildlənmiş nəşriyyat növü.
// Əlyazması şəklində olan bu cür əsər. Qalın kitab. Böyük kitab.
– Nə qədər ki, qamusları vərəqlədim, nə qədər ki camaat içində dolandım, “millət” sözünü nə eşitmədim, nə də bir kitabda gördüm.
Pul qalmadı, baxmışam hesabə; Getdi qələmə, kağız, kitabə.
Əski kitabları araşdırıb qocaman bir kitab aldım.
// Ayrıca çap olunmuş və ya çapa hazırlanmış böyük, ya kiçik həcmli əsər. Kitab yazmaq. Kitab nəşr etmək. Maraqlı kitab. Kitabın müəllifi.
□ Kitab palatası – Azərbaycanda mərkəzi biblioqrafiya idarəsinin adı.
2. Hər cür yazı üçün cildə tikilmiş kağız vərəqləri. “Qılınc və qələm” romanı iki kitabdan ibarətdir.
□ Kitab dili – canlı dildən fərqli olaraq yazılı ədəbi dil üçün səciyyəvi olan dil, üslub.
◊ Kitab açdırmaq din. – Quranla fala baxdırmaq.
Aman ay molla dayı, bir kitab açdır, fala bax; Tapmasan çarəsini, sən də de ordan: “ölübə!”
Kitab açmaq din. – Quranla fala baxmaq.
Abidi çağırıb dedilər: – Bir kitab aç, görək padşahın dərdi nədir? ( ).
Kitab bağlamaq – tərifnamə yazmaq, mədh etmək. Adına kitab bağlamaq.
– Bağladım vəcdə gəlib hüsnünə şerimlə kitab; Bu yolun yolçusu tək dərdə dözüb çəkdim əzab.
[Kərim baba:] …Mən əgər yazı-pozu bilsəydim, gənclikdə göstərdiyim igidlikləri bir-bir yazar, böyük bir kitab bağlardım.
Kitab bağlanmaq – sona çatmaq, sona yetmək, iş bitmək.
[Aftil:] Bəh, bəh! Kitab bağlandı.
Kitab əhli – bax əhli-kitab (“əhl”də).
Kitaba baxmaq – bax kitab açmaq.
Kitaba əl basmaq din. – Qurana and içmək.
Kitabı bağlanmaq – axırı olmaq, sonu çatmaq, işi bitmək, qurtarmaq. Artıq kitabı bağlandı.
– Daha bunun kitabı bağlandı, – deyə bəzən neftçilər quyudan əllərini üzdülər.