TÖHMƏT

is. [ ər. ] Danlama, danlayış, məzəmmət, danlaq.
Lətif … Mərdanovanın ona dikilmiş düşüncəli gözlərində həm özünə qarşı töhmət, həm də böyük qayğı hiss etmişdi. H.Seyidbəyli.
Sona bu töhmətlərdən yuxuda da can qurtara bilmirdi. B.Bayramov.

□ Töhmət etmək – danlamaq, məzəmmət etmək.
Mayaya [Səkinənin] ürəyi yandı, Rüstəm kişiyə töhmət etdi. M.İbrahimov.

// Birinin hərəkətinə, işə münasibətinə rəsmən verilən mənfi qiymət.
Həmişə tərifnamə arzulayan Kosanın indi töhmət sözündən gözü bərələ qalmışdı. S.Rəhimov.

□ Töhmət almaq – pis əməlinə və ya işə pis münasibətinə görə töhmətləndirilmək, yazılı və ya şifahi töhmət verilmək. İşə gecikdiyi üçün töhmət almaq.
Töhmət vermək – pis əməlinə görə töhmətləndirmək, yazılı və ya şifahi töhmət vermək.
[Sevinc:] Mahmudla dalaşdığı üçün ona da töhmət verdilər. Z.Xəlil.

Синонимы

  • TÖHMƏT TÖHMƏT Burax, dostum, burax bu töhmətləri! (M.Müşfiq); QINAQ, MƏZƏMMƏT Ata ticarətə uyub qazanc gətirir, tacirlər mühiti isə getdikcə qınağı, məzəmmət
  • TÖHMƏT məzəmmət — danlaq — tənə — tənqid

Антонимы

  • TÖHMƏT TÖHMƏT – MÜKAFAT Ulduzun səsində mənə qarşı töhmət və şikayət vardı (M.İbrahimov); Sən onların yerini mənə de, çox böyük mükafat alarsan (M
TÖHFƏ
TÖHMƏTEDİCİ

Значение слова в других словарях

застра́щивать корреля́т марганцовоки́слый плед побели́ть чрева́то пасю́к перва́ч портати́вный ра́ковинный сибари́тка следопы́т abaxial commander dominoed folliculated griffon-vulture minced regroup silent earthquake talker teletypewriter unsincere капитализм совершенствование