Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ATƏT
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) —dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı. == Tarixi == 30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır.ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər. Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür.
Tart
Тart (fr. tarte) -Adi şəkər tozlu xəmirdən hazırlanmış tipik Fransız şirniyyatı. == Haqqında == Duz və şəkər tozu əlavə edilmir. Əsas yemək və ya desert kimi təqdim edilə bilər. Pizza kimi və kənarı düz ola bilsin də çıxıntılı qablarda bişirilə bilər. İçlik kimi müxtəlif şeylərdən istifadə edirlər. Belə ki, ət, tərəvəzlər, balıq və s. Şirin tartlardan isə almalı, moruqlu, albalılar daha çox yayılmışdır.Tartlar tartaletka adalanan kiçik ölçülü qablarda da hazırlanır.
Taxt
Taxt ya Tron(yun. θρόνος) — bərli-bəzəkli hökmdar oturacağı. Monarxiya, hökmdar və onun hakimiyyətinin rəmzi.
Tat
Tatlar — İrandilli etnoslardan biri. Azərbaycan və Rusiya ərazisində yaşayırlar. == Tarixi == Tarixi məlumata görə bu qədim xalq təqribən 2000 il bundan qabaq Sasanilər İmperiyası hakimiyyəti zamanı şimaldan gələn türklərin qarşısını almaq məqsədilə Cənubi Qafqaz ərazisinə köçürülmüşdür. Qədim ari tayfalarından olan tatlar ərəb işğalından sonra islam dinini qəbul etmişlər. 1810-cu ildə Bakı və Abşeronun ətraf kəndlərinin komendantı general İvan İvanoviç Repin Bakı haqqında yığdığı məlumatlarda qeyd olunurdu ki, şəhərin özündə və müvafiq olaraq Bakı xanlığına aid olmuş ərazilərdə 2235 nəfər yaşayırdı. Azsaylı rus, erməni, yəhudilər(81 nəfər) istisna olmaqla əhalinin böyük əksəriyyəti - 2155 nəfər şiə tatlar təşkil edirdi. == Dil == İran dillərindən biri olan Tat dilində danışırlar. == Din == Tatların əksəriyyəti İslam dininə etiqad edir. Tatların bir qismi isə yəhudidir. == Məskunlaşma == Azərbaycan dilində danışan tatlar əsasən Bakıda,, Şabran, Xızı, Siyəzən, Şamaxı, Quba, Gəncə, Şəmkir ,Gədəbəy və Dərbənd rayonlarında tarixən sıx olaraq məskunlaşıblar.
Takt (musiqi)
Xanə (lat. tactus — toxunma; dəyər — təkan, zərbə) — ən güclü paydan başlanan və onun gücü yanında bərabər olandan əvvəl bitən musiqi metrinin vahididir. == Not yazısında xanə == Not yazısında xanə — iki xanə xüsusiyyətinin arasında bağlanmış notların və fasilələrin məcmusudur — not qamətində vertikal xətlər. Xanə miqdarla və onun metr vahidlərinin tipiylə təyin edilir — paylar — ölçüylə ifadə edilənlər. Not yazısında ölçü musiqi əsərinin başlanğıcında açardan sonra göstərilir (və ya dəyişən xanə), şərti, adi kəsr şəklində (məsələn, «3/2», «2/4», «6/8», «4/4» və s.) və ya onun şərti işarəsi (C 4/4 ekvivalentdir, 2/2 ekvivalentdir). Surətdə payların miqdarı göstərilir, məxrəcdə isə — onların nisbi uzunluğu. Not yazısında xanələr bir-birindən vertikal xüsusiyyətlə not qaməti eninə ayrılmışdır, hansı ki, xanə xüsusiyyəti adlanır. Takt xüsusiyyəti güclü paydan əvvəl qoyulur. Əgər əsər zəif paydan başlanırsa, onda başlanğıcda natamam xanə yaranır, hansı ki, yarımxanə adlanır. Çox zaman yarımxanə xanənin yarısını ötmür.
Tart Taten
Tart Taten (fr. Tarte Tatin)Fransız alma piroqudur. Piroq bişmədən öncə alma yağda və şəkər tozunda qızardılır. == Tarixi == Tədqiqatlara əsasən Tart Taten hotel olan 2 bacı Stefani (1838—1917) və Karolina (1847—1911)Taten tərəfindən 1880-cı illərdə hazırlanmışdır. Rəvayətə görə piroqu hazırlayan zaman Stefani xəmirdən forma hazırlamağı unudur və karamelli almaları forma kimi qoyur və xəmiri üzərinə tökür. Bəzi fikirlərə görə o piroqu əlindən salır və sonra necə gəldi toplayır. Belə bir fikir də mövcuddur ki, piroq Solon regionunun milli piroqudur və Stefani ona biraz dəyişikliklər edib. Bacılar heç vaxt tortu öz adlandırmayıblar və heç bir kulinariya kitablarında bunu qeyd etməyiblər. == Haqqında == Bu piroqun məşhurlaşmasına səbəb Maxim restoranı olmuşdur. Belə ki, onlar bu piroqun dadına baxandan sonra onu menyularına əlavə etmişdirlər.
Taxt oyunları
Taxt-tac oyunları (teleserial, 2011)
Uilyam Taft
Vilyam Hovard Taft (ing. William Howard Taft; 15 sentyabr 1857[…], Sinsinnati, Ohayo – 8 mart 1930[…]) — Amerika Birləşmiş Ştatlarının 27-ci prezidenti (1909-1913). Onun hakimiyyət dövrü dövlətin iqtisadiyyatdakı rolunun güclənməsi ilə xarakterizə olunmuşdur. 1921-ci ildə ABŞ Ali Məhkəməsinin Baş hakimi seçilmişdir. Bu məhkəmədə vəzifə tutmuş ilk və yeganə ABŞ prezidentidir. Vəfatına 1 ay qalmış həmin vəzifədən istefa vermişdir.
Vilyam Taft
Vilyam Hovard Taft (ing. William Howard Taft; 15 sentyabr 1857[…], Sinsinnati, Ohayo – 8 mart 1930[…]) — Amerika Birləşmiş Ştatlarının 27-ci prezidenti (1909-1913). Onun hakimiyyət dövrü dövlətin iqtisadiyyatdakı rolunun güclənməsi ilə xarakterizə olunmuşdur. 1921-ci ildə ABŞ Ali Məhkəməsinin Baş hakimi seçilmişdir. Bu məhkəmədə vəzifə tutmuş ilk və yeganə ABŞ prezidentidir. Vəfatına 1 ay qalmış həmin vəzifədən istefa vermişdir.
Qanlı taxt
Qanlı taxt və ya orijinal dildəki adı ilə Hörümçək toru qalası (蜘蛛巣城, Kumonosu-jō) – Akira Kurosavanın rejissorluğu ilə çəkilmiş 1957-ci il istehsalı Yaponiya tarixi dram filmi. Uilyam Şekspirin "Makbet" tamaşası əsasında çəkilmiş, No sənətinin elementlərindən istifadə olunmuşdur. Baş rollarda Toşiro Mifune və İsuzu Yamada çıxış edirlər. Onlar Makbet və Leydi Makbet personajları əsasında yaradılmış personajları canlandırmışdırlar. "Makbet" tamaşasında olduğu kimi hekayə ambisiyalı arvadının dəstəyi ilə üstünə qarşı sui-qəsd təşkil edən döyüşçüdən bəhs edir. Kurosava tamaşanın fanatı var idi və əsasında film çəkmək istəyirdi, lakin Orson Uellsin "Makbet" (1948) filmindən sonra bu ideyasını gecikdirmişdir. Film Fuci dağı və İzu yarımadası ətrafında çəkilmişdir. Hekayədəki dəyişikliklərə və dilə baxmayaraq "Qanlı taxt" tamaşanın ən yaxşı film adaptasiyalarından biri hesab olunur. İki dəfə Mayniçi mükafatını qazanmış, Mifune Ən yaxşı aktyor nominasiyasında qalib olmuşdur. == Məzmun == Vaşizu və Miki Hörümçək toru meşəsinin yaxınlığında yerləşən qalanın hakimi Tsuzukinin başçılığı altında olan generallar və yaxın dostlardır.
Tat (zümrə)
Tat Orta Şərqdə və qismən Mərkəzi Asiyada köçəri və yarımköçəri toplumlardan fərqli olaraq oturaq əhaliyə verilən ümumi ad. Daha çox rəiyyətə aid edilirdilər. Ehtimal olunur ki tatar sözü də tat sözündən yaranıb. Moğol (monqol) tayfalarından olmayan və sonralar ümumi adla tatar adlandırılan tayfalar monqollara nisbətən tabe vəziyətdə idi. Batı xan Avropaya yürüşünü başlamazdan əvvəl tatarları tabe vəziyətdən çıxardı və monqollarla eyni sosial səviyyəyə qaldırdı. Batı xanın Qərbə yürüşündə tatarlar həlledici rol oynadılar. Bu halda tatlar (sonra tatarlar) sırf türk tayfalarına verilən ad idi. Zümrə mənasında tat sözü xalq mənasında tat sözündən müəyyən qədər fərqlənir. Yuxarıda tatarların misalı buna sübutdur. Başqa bir sübut Azərbaycanda tat dilində danışan, amma tarixən oturaq olmayan dağlıların olmasıdır.
Tat dili
Tat dili — Qafqazda yaşayan tatların dili. Tat dili Xəzəryanı ərazilərdə – İranda, Azərbaycanın şimal-şərq rayonlarında, Abşeron yarımadasında, Dağıstanın cənub-şərqində, Dərbənd və Mahaçqala şəhərlərində, Azərbaycanda isə İsmayıllı, Xızı, Şamaxı, Quba, Şabran və Abşeron ərazilərində danışılır. Azərbaycanda yaşayan tatların dili Azərbaycan dili ilə daimi qarşılıqlı əlaqədədir. Quba ləhcəsi tat dilinin Azərbaycanda ən geniş yayılmış ləhcəsidir. Tat dilində 33 səs vardır. Tat dili sait səsləri haqqında fikirlər müxtəlifdir. Məsələn: V.S. Sokolova görə Qonaqkənd, Dəvəçi və Suraxanı ləhcələri üçün vokalizm 8 fonemdən ibarətdir. Bunlar: i, e, a, u, ü, ey, oy, öü. Tədqiqatçı burada nədənsə ə, o, ö, və ı müstəqil fonemlərinin varlığını qəbul etmir. Maqsud Hacıyev öz kitabında bunun tamamilə səhv qərar olduğunu və tat dili vokalizminin 13 fonemdən ibarət olduğunu qeyd edir.
Tat (dəqiqləşdirmə)
Tatlar — Qafqazda yaşayan İrandilli xalq
Azərbaycan–ATƏT əlaqələri
Azərbaycan ATƏM-in (1 yanvar 1995-ci ildən ATƏT) üzvülüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunmuşdur. Qeyd etmək lazımdır ki, ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olmuşdur. == İkitərəfli əlaqələr == 1992-ci ilin fevral ayından başlayaraq Ermənistan-Azərbaycan münaqişəsi ATƏM-in prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox diqqət obyektinə çevrildi. Bu məqsədlə fevralın ortalarında ATƏM-in ilk xüsusi missiyası Azərbaycanda oldu. Fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsilə bağlı müzakirələr aparıldı. Dağlıq Qarabağın Azərbaycan Respublikasına mənsub olunmasını təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə, münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapdı. 1992-ci ilin mart ayının 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) birinci əlavə görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olundu. Görüşdə ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edildi. Azərbaycan ilk dəfə olaraq 1992-ci ilin iyulun 8-10-da Helsinkidə keçirilən ATƏM-in Zirvə Toplantısında iştirak etmiş, onun sənədlərini imzalamışdır. 20 dekabr 1993-cu ildə Azərbaycan ATƏM-in Paris Xartiyasına qoşulmuşdur.
Aşağı Taxt (Çaroymaq)
Aşağı Taxt (fars. شورقشلاق‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (15 ailə).
Helen Herron Taft
Helen Herron Taft (ing. Helen Herron Taft; 2 iyun 1861[…], Sinsinnati, Ohayo – 22 may 1943[…], Vaşinqton) — ABŞ siyasətçisi, 28-ci Prezidenti Vilyam Taftın həyat yoldaşı.
Taxt-tac adı
Taxt-tac adı ("Nisu-bit", "Nesut-biti", "Nisut-biti") — Qədim Misirdə hökmdar titulunun beş adından biri. Taxt-tac adı Qədim Misirdə fironlara verilən titulların içində ən vacibi olub, IV sülalə dövründən başlayaraq öz tətbiqini tapmışdır. V sülalə dövründən Neferirkar onu ikinci kartuş kimi öz şəxsi adına əlavə etmişdir.
Taxt-tac oyunları
Taxt-tac oyunları (teleserial, 2011)
Taxt-tac əraziləri
Taxt-tac əraziləri (ing. Crown Dependencies) — Böyük Britaniya əraziləri olsa da, Birləşmiş Krallığa daxil olmayan və Britaniya dəniz əraziləri sayılmayan ərazilər. Bura Cersi və Gernsi beylivikləri, həmçinin Men adası daxildir. Hər bir taxt-tac ərazisi özünün avtomobil nömrəsinə (GBG — Gernsi, GBA — Olderni, GBJ — Cersi, GBM — Men), domenə (.gg — Gernsi, .je — Cersi, .im — Men) malikdir. Həmçinin ərazilər Ümumdünya Poçt İttifaqı tərəfindən ayrılan koda ISO 3166-2 (GGY — Gernsi, JEY — Cersi, IMN — Men) da malikdirlər. Bu kodlar 29 mart 2006-cı ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən təsdiqlənib.
Uilyam Horvard Taft
Vilyam Hovard Taft (ing. William Howard Taft; 15 sentyabr 1857[…], Sinsinnati, Ohayo – 8 mart 1930[…]) — Amerika Birləşmiş Ştatlarının 27-ci prezidenti (1909-1913). Onun hakimiyyət dövrü dövlətin iqtisadiyyatdakı rolunun güclənməsi ilə xarakterizə olunmuşdur. 1921-ci ildə ABŞ Ali Məhkəməsinin Baş hakimi seçilmişdir. Bu məhkəmədə vəzifə tutmuş ilk və yeganə ABŞ prezidentidir. Vəfatına 1 ay qalmış həmin vəzifədən istefa vermişdir.
Uilyam Hovard Taft
Vilyam Hovard Taft (ing. William Howard Taft; 15 sentyabr 1857[…], Sinsinnati, Ohayo – 8 mart 1930[…]) — Amerika Birləşmiş Ştatlarının 27-ci prezidenti (1909-1913). Onun hakimiyyət dövrü dövlətin iqtisadiyyatdakı rolunun güclənməsi ilə xarakterizə olunmuşdur. 1921-ci ildə ABŞ Ali Məhkəməsinin Baş hakimi seçilmişdir. Bu məhkəmədə vəzifə tutmuş ilk və yeganə ABŞ prezidentidir. Vəfatına 1 ay qalmış həmin vəzifədən istefa vermişdir.
Yuxarı Taxt (Çaroymaq)
Yuxarı Taxt (fars. تخت عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 96 nəfər yaşayır (18 ailə).
Araqon taxt-tacı
Araqon taxt-tacı (araq. Corona d'Aragón; kat. Corona d'Aragó, Katalanca tələffüz: [kuˈɾonə ðəɾəˈɣo]; isp. Corona de Aragón, [koˈɾona ðe aɾaˈɣon]; lat. Corona Aragonum, [kɔˈroːna araˈɡoːnũː]) — Araqon krallarının hakimiyyəti altında bir neçə dövlət qurumunun birliyi. XIV–XV əsrlərdə, gücünün zirvəsində, Araqon taxt-tacı müasir İspaniyanın şərqinin, Fransanın cənub-şərqinin, eləcə də Balear adalarının, Siciliyanın, Korsikanın, Sardiniyanın, İtaliyanın cənubunun (1442-ci ildən) və Yunanıstanın bir hissəsini (1388-ci ilə qədər) idarə edən ən əhəmiyyətli dəniz gücü idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Bisson, T. N. The medieval Crown of Aragon. A short history. Oxford: Clarendon Press. 1986.
Müqəddəs Taxt-Tac
Vatikan (lat. Vaticana; it. Vaticano) və ya rəsmi adı ilə Vatikan Şəhər Dövləti (lat. Status Civitatis Vaticanae; it. Stato della Città del Vaticano) — Cənubi Avropada şəhər-dövlət. Vatikan İtaliyanın paytaxtı Roma şəhərinin qərb hissəsində Monte-Vatikano adlanan təpə üzərində (xatırladaq ki, Roma şəhəri 7 təpə üzərində salınıb) yerləşən mikrodövlətdir. Ölkənin ümumi sahəsi 0.44 kvadrat kilometr və ya 44 hektar, əhalisinin sayı isə min nəfərdən çoxdur. Şəhər-dövlətin sərhədlərinin ümumi uzunluğu 2600 metrdir. Vatikan həm ərazisi, həm də əhalisinin sayına görə, dünya dövlətlərinin ən kiçik, eyni zamanda müstəqil və suveren ölkəsidir. Lakin Vatikanı daim dünyanın siyasi xəritəsində görmək mümkündür.
Tat-Küçük (Şaran)
Tat-Küçük (başq. Тат-Көсөк, rus. Тат-Кучук) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Durtüylü kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 13 km, kənd sovetliyindən (Durtüylü): 12 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 27 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (40%), tatarlar (33%) üstünlük təşkil edir.
Tate
Ralf Teyt (ing. Ralph Tate; 11 mart 1840 – 20 sentyabr 1901, Cənubi Avstraliya) — Böyük Britaniya və Avstraliya botaniki və geoloqu. == Elmi fəaliyyəti == Ralf Teyt toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Əsərləri == Samuel Peckworth Woodward, Ralph Tate, Joseph Wilson Lowry, A.N. Waterhouse. A Manual of the Mollusca, Being a Treatise on Recent and Fossil Shells. Harvard University, London, 1880. == Şərəfinə adlandırılmış taksonlar == == İstinadlar == == Ədəbiyyat == Serle, Percival (1949). «Tate, Ralph (1840—1901)». Dictionary of Australian Biography. Sydney: Angus and Robertson.
Tate dağı
Tateyama dağı (立山) — Yaponiyanın Toyama prefekturasının cənub-şərqində yerləşmiş dağdır. Xida dağ silsiləsinin ən yüksək zirvələrindən biri hesab olunur. Fuci dağı və Xaku dağı ilə birlikdə "Üç Müqəddəs Dağ" (Sanreydzan) hesab olunur. Dağa qalxmalar mövsümü apreldə başlanır və noyabrda qurtarır. Dağa qalxan ilk şəxs Saeki no Ariyori olmuşdur. Bu hadisə Asukanın hakimiyyəti dövründə baş vermişdir. 4 dekabr 1934-cü ildə dağ Tyubu-Sanqaku Milli parkının tərkibinə daxil edilmişdir. Dağ əsasən qranitdən və qneysdən təşkil olunmuşdur. == Adı == "Tateyama" sözü yapon adı olub, "durmaq" (立) və "dağ" (山) mənasını bildirən iki heroqlifdən ibarətdir. Toyama prefekturasının hökuməti rəsmən dağı "Tate" dağı kimi deyil, "Tateyama" dağı kimi adlandırır.
Tazet nərgizgülü
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Andrew Tate
III. Emori Endryu Teyt (1 dekabr 1986-cı ildə anadan olub) İngilis və Amerika sosial media fenomeni, iş adamı və keçmiş peşəkar kikboksçudur. Teyt 2005-ci ildə kikboksinqə başlayıb və 2009-cu ildə ilk Prfesyonel qəlibəsini qazanıb. O, 2016-cı ildə Britaniyanın "Big Brother" realiti-şousuna qatıldıqda daha çox diqqət çəkib və sosial mediada yazdığı şərhlər mübahisələrə səbəb olduqdan sonra verilişdən kənarlaşdırılıb. Tate'in iddia edilənlərə görə qadın düşəməni şərhləri onun bir çox sosial media platformalarından silinməsinə səbəb olub.29 dekabr 2022-ci ildə Endryu və qardaşı Tristan iki qadınla birlikdə Rumıniyada həbs olundular; Hər dördü insan alverində və mütəşəkkil cinayətkar qrup yaratmaqda şübhəli bilinir. Rumıniya polisi iddia edir ki, qrup qurbanları sosial media üçün pullu pornoqrafiya yaratmağa məcbur edib. İstintaq davam etdiyi üçün martın 31-də dördü də ev dustaqlığına buraxılıb. İttiham aktı hələ təqdim edilməyib və prokurorlar işi məhkəməyə göndərmək üçün iyunun sonuna qədər vaxtlarının olduğunu bildiriblər. == Bioqrafiya == Emori Endryu Teyt III Vaşinqtonda anadan olub. Onun afro-amerikalı atası Emori Tate Jr. Beynəlxalq Şahmat Ustası idi.
Tet hücumu
Tet hücumu (ing. Tet Offensive; vyet. Sự kiện Tết Mậu Thân 1968, hərf. "1968 Yanq Torpaq Meymun Tet hadisəsi", həmçinin Tổng tiến công và nổi dậy, Tết Mậu Thân 1968, "Tet Mau Than ümumi hücum və qiyamı") — Vyetnam müharibəsinin böyük eskalasiyası və ən böyük hərbi kampaniyalarından biri. Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi (CVMAC) və Şimali Vyetnam Xalq Ordusu (VXO) 30 yanvar 1968-ci ildə Cənubi Vyetnamın Vyetnam Respublikası Ordusunun (VRO), Birləşmiş Ştatlar Silahlı Qüvvələrinə və onların müttəfiqlərinə qarşı gizli hücuma keçmişdilər. Bu, Cənubi Vyetnamda hərbi və mülki komandanlıq və nəzarət mərkəzlərinə qarşı qəfil hücumlar kampaniyası idi. Hanoy politbürosunun genişmiqyaslı hücumunun məqsədi şəhər mərkəzlərinə kütləvi silahlı hücum təşkil edərək fərarilik və üsyanlara səbəb olacağına inandıqları bir siyasi sabitsizlik tətikləmək idi. "Tet hücumu" termini adətən 1968-ci ilin yanvar–fevral hücumuna aiddir, lakin o, may ayında baş vermiş "Mini-Tet" adlanan hücumu və avqustda III mərhələ hücumunu, həmçinin yanvar ayında baş tutmuş ilkin hücumlardan sonra 21 həftə davam etmiş qeyri-adi dərəcədə intensiv olan döyüşləri də əhatə edə bilər.Tet hücumu müharibənin dönüş nöqtəsi hesab olunur, bundan sonra ABŞ-də ictimai rəy Vyetnamda qələbənin mümkünlüyünə inamını itirmişdi.
Kim Taek-Su
Kim Taek-Su (25 may 1970) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kim Taek-Su Cənubi Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə bürünc medalın, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Kim Taek-Su Cənubi Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Kim Taek-Su Cənubi Koreyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 5-ci pillənin sahibi olub.
Adət
Adət-ənənə, adət və ya ənənə — bir cəmiyyət və ya qrup içərisində müəyyən keçmişə sahib olan, simvolik və ya xüsusi bir əhəmiyyət kəsb edən nəsildən nəsilə ötürülərək mədəni vərdişlər, məlumat, davranış və inanc toplusudur. == Adət-ənənə anlayışının məzmunu == Adət və ənənələr bəşəriyyətin təkamül prosesini özündə əks etdirir, bütün dövrlərdə cəmiyyətin sosial-mənəvi və mədəni tərəqqisinin göstəricilərindən biri kimi çıxış edir, Bir çox elmi ədəbiyyatlardan məlumdur ki, adət və ənənələrin təkamülü insan cəmiyyətinin üst poleolit dövründən başlamış, həyat tərzi, sosial qurumlar dəyişdikcə onlar da inkişaf etmiş, modernləşərək zənginləşmişdir. Keçmişdə yaranaraq bir nəsildən digər nəslə ötürülərək indiki dövrümüzə qədər gəlib çıxmışdır. Hər bir xalqın keçmişi, tarixi, psixologiyası, milli-mənəvi dəyərləri adətlərdə əksini tapır, onlar bizim üçün keçmişlə bağlı böyük bir informasiya mənbəyidir, burada insanların baxışlarını, zövqünü, həyat tərzini, əxlaqını, düşüncə tərzini, yaradıcılıq qabiliyyətini və.s görmək olar. Ənənə - özünəməxsus xalq yaddaşıdır. Bizim bütün həyatımız müəyyən qaydalar, nümunələr əsasında qurulur. Ənənə anlayışına ictimai elmlərin fərqli alt intizamlarının yanaşmaları ilə ənənəvi cəmiyyətlərin yüklədikləri mənalar arasında həm bənzərliklər həm də fərqliliklər mövcuddur. İctimai elmlər ənənəyə cəmiyyətlərin yaşadıqları coğrafiya, iqlim və s. kimi xarici şərtlərə uyğunlaşma təmin etmək məqsədiylə törədilmiş, bəşəri qaynaqlı "inşa"lar, "icad"lar olaraq baxarkən ənənəvi cəmiyyətlər öz ənənələrinin qaynağını mif, əfsanə, atalar, qəhrəmanlar və tanrı kimi müqəddəsdə görürlər. İctimai elmlərdə daha fenomenolojik bir yanaşma ilə ənənələri tam funksional xüsusiyyətləri istiqamətiylə görüb mənşələrini bu funksiyaya bağlayan şərhlərin yanında ənənələri müəyyən bir məna bütünlüyünü əks etdirən fenomenlər olaraq qiymətləndirən yazarlar da vardır.