Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Takata Sanae
Takata Sanae (高田 早苗, 4 aprel 1860, Tokio – 3 dekabr 1938) – Yaponiya pedaqoqu və siyasətçisi. Vaseda Universitetinin qurucularından biridir. == Həyatı == Takata Sanae 4 aprel 1860-cı ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur. Gəmi evi sahibi olan Takata Koheyin üçüncü oğlu idi. 1881-ci ildə Azusa Ono ilə birlikdə "Otokay"ı yaratmışdır. 1882-ci ildə Tokio Universitetini bitirmiş, universitetdə Ernest Fenollosanın tələbəsi olmuşdur. 1882-ci ildə Ono vasitəsilə Okuma Şiqenobu ilə tanış olmuş və 1882-ci ildə Konstitusional İslahat Partiyasının yaradılmasında iştirak etmişdir. Okuma Şiqenobu ilə birlikdə Vaseda Universitetinin əsasını qoyan şəxslərdən biri olmuş, burada konstitusiya haqqında mühazirələr vermişdir. 1887-ci ildə "Yomiuri Shimbun" qəzetinin baş redaktoru olmuş, Ozaki Koyo və Koda Rohan kimi yazıçılarla əməkdaşlıq etmişdir. 1889-cu ildə nəşr olunmuş "Belletristikanın tədqiqi" (Biciqaku) əsəri Yaponiyada belletristika haqqında ilk işlərdən biridir.
Sasaki Takatsuna
Sasaki Takatsuna (佐々木 高綱, 1160 – 8 dekabr 1214) – Kamakura dövründə yaşamış Yaponiya döyüşçüsü. Qenpey müharibəsində iştirak etmişdir. Sasaki Takatsuna 1160-cı ildə doğulmuşdur. Ana tərəfindən Minamoto no Tameyoşinin nəvəsi idi. Ailəsi 1159-60-cı illərdə baş vermiş Henci insidenti zamanı məhv edilmişdir. Takatsuna kiçik uşaq olduğu üçün yaşamasına icazə verilmiş və Kiotodakı xalasının yanına göndərilmişdir. Takatsuna 1180-ci ildə Yaponiyanın şərqində ordu toplayaraq Tayra ailəsinə qarşı döyüşməyə hazırlaşan Minamoto no Yoritomoya qoşulmuşdur. O, İşibaşiyama döyüşündə Yoritomonun həyatını xilas etmişdir. O, Minamoto no Yoşitsuneyə kömək edərək Tayra ailəsinin məhv edilməsində iştirak etmişdir. Göstərdiyi xidmətlərə Takatsuna Naqato əyalətinin şuqosu təyin edilmişdir.
Takatsuki
Takatsuki (yap. 高槻市) — Yaponiyanın Kansai regionunda yerləşən Osaka prefekturasında şəhər.
Takab
Təkab (fars. تکاب‎ Azərbaycan türkcəsində. Tikan təpə) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı.
Tasat
Tatsat (yun. Τατζάτης), Tasat (erm. Տաճատ, translit. Tasat), və ya Tatsati (yun. Τατζάτιος) — erməni əsilli Bizans və Abbasi sərkərdəsi. O, 782-ci ildə dönəklik edərək Abbasilər xilafətinin tərəfinə keçmiş və Ərməniyyənin əmiri təyin olunmuşdur. Tatsat erməni əsilli Andzevatsi zadəgan ailəsindən idi. Onun 750-ci illərdə Bizans imperiyasına gələrək imperator V Konstantinə (hak. 741–775) xidmət etməyə başladığı güman olunur. O, V Konstantinin hakimiyyəti dövründə türk əsilli bulqarlarla vuruşmuş, təqribən 760-cı ildə strateq vəzifəsinə yüksəlmişdir.
Tokat
Tokat — Türkiyənin Tokat ilinin inzibati mərkəzi. Qaradəniz bölgəsində yer alan Tokat şimalında Samsun, şimal-şərqində Ordu, cənub və cənub-şərqində Sivas, cənub-qərbində Yozğad, qərbində Amasiya ilə həmsərhəddir. 2009-cu ilin siyahıyaalmasına görə 129.879 sakinə sahib idi. Əhalinin sayı 2018-ci ildə 201.294 nəfərə çatmışdır.
Alasaqqal (Takab)
Alasaqqal (fars. الاسقل‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlimatına görə kənddə 261 nəfər yaşsyır (49 ailə).
Feyzabad (Takab)
Feyzabad (fars. فيض اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 232 nəfər yaşayır (49 ailə).
Hamada Talat
Hamada Talat (1 mart 1981) — Misirli atıcı. Hamada Talat Misiri 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hamada Talat birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 618.2 xal toplayaraq 39-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Həsənabad (Takab)
Həsənabad (fars. حسن اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.467 nəfər yaşayır (266 ailə).
Kərimabad (Takab)
Kərimabad (fars. كريم اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlimatına görə kənddə 82 nəfər yaşsyır (18 ailə).
Mainbulaq (Takab)
Mainbulaq (fars. مايين بلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlimatına görə kənddə 392 nəfər yaşsyır (77 ailə).
Orsolya Takaç
Orsolya Takaç (20 may 1985, Budapeşt) — Macarıstanı təmsil edən su poloçusu. Orsolya Takaç, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu. Daha sonra Orsolya Takaç, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Orsolya Takaç, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Pəhləvan (Takab)
Pəhləvan (fars. پهلوان‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 10 nəfər yaşayır.
Qalacıq (Takab)
Qalacıq (fars. قلعه جوق‎, azərb. قالاجیق,Qalacıq‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. Bu kənd Təkabdan 12 kilometr şərqdə, Bədrli və Yolqunağac kəndlərinin arasında yerləşir. 2006-cı il məlumatına görə kənddə 267 nəfər yaşayır (46 ailə). Etnik baxımından kənd əhalisi müsəlman olan Azərbaycan türklərindən ibarətdir. Kənd əhalisinin əsas gəlir mənbəyi əkinçilik və maldarlıqdır.
Qarabulaq (Takab)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (62 ailə).
Qaranaz (Takab)
Qaranaz (fars. قره ناز‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Qaraqaya (Takab)
Qaraqaya (fars. قره قيه‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 494 nəfər yaşayır (83 ailə).
Qazdərə (Takab)
Qazdərə (fars. گزدره‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 590 nəfər yaşayır (108 ailə).
Qoşabulaq (Takab)
Qoşabulaq (fars. قوشابلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlimatına görə kənddə 172 nəfər yaşsyır (36 ailə).
Sakat (Bakalı)
Sakat (başq. Саҡат, rus. Сакатово) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Qamışlıtamak kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı):23 km, kənd sovetliyindən (Qamışlıtamak) 2 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 56 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (40%), başqırdlar (57) üstünlük təşkil edir.
Sarıbağ (Takab)
Sarıbağ (fars. ساري باغ‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 150 nəfər yaşayır (30 ailə).
Sarıcalı (Takab)
Sarıcalı (fars. ساري جالو‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 141 nəfər yaşayır (28 ailə).
Talat Bulut
Talat Bulut (d. 23 mart 1956, Sarıqamış, Kars) —Türkiyə kino, teatr və serial aktyoru.
Yarəziz (Takab)
Yarəziz (fars. يارعزيز‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. Yarəziz yaşayış məntəqəsi 1979-cu ilinin ortalarında Sənəndəcdən buraya hücuma keçən radikal Kürd terrorçuları tərəfindən bir xeyli xəsarətlər almışdır. Kənd 1980-ci illərdə bölgədə fəaliyyət göstərən radikal Kürd terrorçuları tərəfindən etnik təmizləmə məqsədilə yandırılaraq; dinc əhali atəşə tutulmuşdur. Vaxtilə miliyyətçi Kürd terrorçuları tərəfindən bölgədə məqsədyönlü biçimdə yaradılmış təhlükələrə baxmayaraq; kəndin türk kökənli əhalisi müqavimət göstərərək yurdlarını qoruya bilmişlər. 2006-cı il məlumatına görə kənddə 291 nəfər yaşayır (61 ailə).
Əminabad (Takab)
Əminabad (fars. امين اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 378 nəfər yaşayır (77 ailə).
Fernanda Takay
Fernanda Takay (port. Fernanda Barbosa Takai) — Braziliyalı müğənni və mahnı yazarı. Əvvəllər Belo Horizonte şəhərində yaradılmış Pato Fu rok qrupunun vokalist və gitaristi kimi tanınmışdır. 2007-ci ildən etibarən solo karyerasına başlayıb. 2011-ci ildə Atom ™, Toshiyuki Yasuda və Moreno Veloso ilə birlikdə Red Hot+Rio 2 albomu üçün Águas de Março parçasını hazırlamışdır. Albomdan əldə edilən gəlirin QİÇS virusuna qarşı məlumatsızlığın aradan qaldırılmasın və mümkün qorunma tədbirləri ilə bağlı layihələrin həyata keçirilməsinə yönləndiriləcəyi bildirilib. == Həyatı == 1971-ci ilin 25 avqust tarixində Braziliyanın Serra do Navio bölgəsində anadan olan Fernanda Takay gənc yaşlarında ölkənin önəmli şəhərlərindən biri olan Belo Horizonteyə köçmüşdür. Fernanda Takay Braziliya yaponlarındadır. Ata tərəfi yapon, ana tərəfi isə yerli portuqal dillində danışan braziliyalılardandır. 2007-ci ildə solo karyerasına başlamasına baxmayaraq, musiqi sahəsində ilk addımlarını atdığı Pato Fu rok qrupu ilə də əməkdaşlığını davam etdirməkdədir.