Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Takiçi Nişiyama
Takiçi Nişiyama (西山太吉, Nişiyama Takiçi, 10 sentyabr 1931, Şimonoseki, Yamaquçi prefekturası – 24 fevral 2023, Kitakyuşu, Fukuoka prefekturası) – Okinava adasının 1972-ci ildə ABŞ tərəfindən Yaponiyaya qaytarılması zamanı tərəflər arasında imzalanmış gizli paktı tapıb yaydığı üçün həbs olunmuş Yaponiya jurnalisti. Nişiyama 1933-cü ildə Yaponiyanın Yamaquçi prefekturasının Şimoneseki şəhərində doğulmuşdur. "Mainichi Shimbun" qəzetinin siyasi jurnalisti olan Nişiyama ABŞ və Yaponiya arasında imzalanmış gizli paktın varlığını Okinava adasının qaytarılmasından bir il öncə — 1971-ci ildə yazdığı qəzet məqaləsində bildirmişdi. O, dövlətin gizli sənədlərini əldə etmək üçün Xarici İşlər Nazirliyinin qadın işçisina yaxınlaşmış və aralarındakı intim münasibətlərdən istifadə etmişdir. Dövlətin gizli sənədlərini yaymaqla ittiham olunaraq 1972-ci ildə həbs olunmuşdur. Tokio Rayon Məhkəməsi 1974-cü ildə onun günahsız olduğunu bildirsə də, apellyasiya məhkəməsi bu hökmü rədd edərək onun barəsində qəti həbs qərarı çıxarmışdır. Nişiyamanın günahkar olması barədə son qərar 1978-ci ildə ali məhkəmə tərəfindən verilmişdir. Nişiyama qəzetdəki işindən 1974-cü ildə çıxmışdır. Qəzetdən çıxdıqdan sonra Fukuoka prefekturasının Kitakyuşu şəhərində qohumuna məxsus olan meyvə şirkətində işləmişdir. Okinava adasının Yaponiyaya qaytarılması barədə rəsmi sənədlərin 2000-ci illərdə ABŞ-də yayımlanmasından sonra Nişiyama hökumətə qarşı məhkəmə işi başlatmışdır.
Taksi
Taksi (fr. taximetre, lat. taxo — qiymətini müəyyən edirəm), taksomotor[mənbə göstərin] — getdiyi yolun haqqı taksometrə əsasən ödənilən sərnişin və ya yük avtomobili. Eyni zamanda həm yük, həm də sərnişin daşıyan taksilər də var. Taksi kimi seriya ilə buraxılan, həmçinin konstruksiyasında talsiyə məxsus xüsusiyyətlər nəzərə alınmış xüsusi avtomobillərdən istifadə olunur. İlk taksilər Londonda 1903-cü ildə işləməyə başlamışdır. Taksi dayanacaqlarında xüsusi işarələr qoyulur, bəzən dayanacaqlar rabitə vasitələri olan dispetçer məntəqələri və siqnalizasiya qurğuları ilə təchiz olunur. Marşrut taksiləri də var. Bəzi şəhərlərdə "ekspres-taksi" adlanan nəqliyyat hərəkəti təşkil olunur. Belə taksilər dayanacaqlara daxil olmur, şəhər daxilində hərəkət edərək sərnişinləri küçənin istənilən yerində maşına mindirir.
Botulizm toksini
Botulizm toksini — hazırda məlum olan bütün zəhərlərdən ən güclüsüdür. Onu çoxlu miqdarda həm maye, həm də quru halında istehsal etmək mümkündür. Botulizm toksini istiyə davamlıdır. Quru halda özünün zəhərliliyini uzun müddət saxlaya bilir ki, buda toksin ehtiyatı yaratmağa imkan verir. Toksinin dadı və iyi olmadığı üçün onu hiss etmək çətindir. Botulizm toksini çox güclü zəhərləmə xüsusiyyətinə malikdir. İnsanların və heyvanların zəhərlənməsi əksər hallarda (90–100%) ölümlə nəticələnir. Ona görə də botulizm toksini düşmənin tətbiq edəcəyi bakterioloji silahın ən çox ehtimal edilən növlərindən biri hesab edilir.
Naoko Takeuçi
Naoko Takeuçi (武内 直子, Takeuchi Naoko, Yaponca tələffüz: [ta.keꜜ.u͍.tɕi naꜜ.o.ko], d. 15 mart 1967, Kofu) — yapon manqaka. "Codename: Sailor V" (1991-1997) və "Seylor Mun" (1991-1997) manqa seriyalarına görə tanınır. 1985-ci ildə "Yume ja Nai no Ne"-yə görə 2-ci Nakayoşi Komiks Mükafatını, 1986-cı ildə "Sevgi səsi"nə görə Yeni Sənətçi Mükafatını qazanmışdır. Onun yazdığı "Seylor Mun" manqa seriyası dünyada ən məşhur manqa seriyalarından birinə çevrilmişdnir. İndiyə qədər bütün dünyada manqanın 35 milyon nüsxəsi satılmışdır. Bu manqa seriyasına görə 1993-cü ildə Kodansya Manqa Mükafatına layiq görülmüşdür. Yaponiyadan xaricdə manqanın anime adaptasiyası daha çox məşhurluq qazanmışdır və Qərbdə Yaponiya animelərinə qarşı maraq böyümüşdür. Kendzi və İkuko Takeuçinin qızı kimi 1967-ci ildə anadan olmuşdur. Özündən yaşça kiçik olan Şinqo adlı qardaşı var.
Polio vaksini
Polio vaksini - poliomielit (polio) xəstəliyinin qarşısını almaq üçün istifadə olunan vaksin. İki növü istifadə olunur: inyeksiya ilə verilən təsirsizləşdirilmiş poliovirus (IPV) və ağız vasitəsilə qəbul edilən zəifləndirilmiş poliovirus (OPV). Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün uşaqlara poliomielit əleyhinə tam peyvənd edilməsini tövsiyə edir. İki peyvənd dünyanın əksər hissəsində poliomielit xəstəliyini aradan qaldırdı və hər il bildirilən halların sayını 1988-ci ildəki 350000-dən 2018-ci ildə 33-ə endirdi. Qeyri-aktiv edilmiş poliomielit peyvəndləri çox təhlükəsizdir. İnyeksiya yerində yüngül qızartı və ya ağrı ola bilər. Ağızdan poliomielit peyvəndləri verilən milyon dozada peyvəndlə əlaqəli paralitik poliomielitin təxminən üç hadisəsinə səbəb olur. Bu, poliomielit infeksiyasından sonra iflic olan milyonda 5000 hadisə ilə müqayisə edilir. Hər iki peyvənd növü ümumiyyətlə hamiləlik dövründə və HİV/AİDS-i olan, lakin başqa cür yaxşı olanlara vermək üçün təhlükəsizdir. Bununla belə, dövriyyədə olan peyvənddən əldə edilən poliovirusun (cVDPV) ortaya çıxması, peyvənd virusunun yenidən poliomielitə səbəb olan bir forması, peyvəndi daha təhlükəsiz və təhlükəsiz etmək məqsədi daşıyan yeni oral poliomielit peyvəndi tip 2-nin (nOPV2) inkişafına səbəb olmuşdur.
Taktiki bombalama
Taktiki bombalama (ing. Tactical bombing) — hava elementlərinin düşmən tərəfin hərbi hədəflərinə istiqamətlənmiş hava hücumlarıdır. Taktiki bombalama zamanı, qarşı tərəfin müharibə gücünün, döyüş əzminin və qərarlılığının, döyüş təchizatının məhvi əsas hədəfdir. Bu tərz hava bombardmanında düşmənin qərargagları, toplama düşərgələri, ehtiyat anbarları, top və tankçı bateriyaları kimi hərbi hədəflərindən əlavə, müharibənin davam etdirilməsinə şərait yaradan körpülər, dəmiryolu qovşaqları kimi əlaqə və xəbərləşmə məntəqələrini də vurmağa çalışır.
Taktiki səsvermə
Taktiki səsvermə (strateji səsvermə, mürəkkəb səsvermə və ya qeyri-səmimi səsvermə) seçkilərdə ikidən çox namizəd olduqda baş verir və əsas mahiyyəti seçicinin arzuolunmaz nəticənin qarşısını almaq üçün qeyri-səmimi şəkildə dəstəkləmədiyi, lakin qazanma şansını daha yüksək qiymətləndirdiyi namizədə səs verməsindən ibarətdir. Məsələn, majoritar seçki zamanı seçici daha az üstünlük verilən, lakin məşhurluqda digərlərini üstələyən namizədə səs verməklə "daha yaxşı" nəticə əldə edə bilər. Gibbard-Sattersvayt nəzəriyyəsi göstərir ki, hər hansı diktatorial olmayan və sonda vahid qalibin seçildiyi səsvermə metodu taktiki səsvermədən təsirlənə bilər. Bununla belə, taktiki səsvermənin növü və onun kampaniya və ya seçki nəticələrinə hansı dərəcədə təsir göstərdiyi bir səsvermə metodundan digərinə nəzərəçarpan dərəcədə dəyişə bilər. Məsələn, tək qalibli seçkilər üçün majoritar seçki sistemi (MSS) iddia edir ki, müxtəlif yollarla taktiki səs vermək stimul və fürsətləri uğurlu şəkildə yarıya qədər azalda bilər. İlk öncə, MSS vətəndaşları namizədləri yox, onların vəzifəyə uyğunluqlarını dərəcələndirmələrini üçün dəvət edir: Əla (ideal), Çox yaxşı, Yaxşı, Məqbul, Zəif və Yararsız (tamamilə uyğun olmayan). Daha sonra isə MSS-in qalibi ən yüksək orta dərəcəyə sahib olan şəxs olur. Çoxsaylı qalibin müəyyən olunduğu seçkilərdə proporsional seçki sisteminin 5.5.5-ci bölməsindəki "qiymətləndirici proporsional seçki sistemi" hər bir vətəndaşı inandırmağa çalışır ki, onların vicdanlı şəkildə verdiyi səs bu səslər nəticəsində yüksək dərəcə və yaxud səlahiyyətli səsə malik olan seçilmiş namizədin mütənasib olaraq qanunverici hakimiyyətdəki səsvermə gücünü də artırır. Kompromisə getmək (bəzən, "faydalı səs") – Seçicinin qeyri-səmimi şəkildə alternativin qalib gəlməsi ümidi ilə ona yüksək sırada yer verməsi. Məsələn, nisbi çoxluq sistemində seçicilər həqiqətən dəstəklədiyi şəxsin əvəzinə qazanma şansını yüksək hesab etdiyi insana səs verə bilər (misal üçün, qarşı partiyanın məğlubiyyətinə kömək etmək naminə mübahisəli eksterimist yox, əksinə daha mübahisəsiz mülayim namizədin leyhinə səs vermək).
Teyzo Takeuçi
Teyzo Takeuçi (6 noyabr 1908 - 12 aprel 1946) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Tomoya Takaişi
Tomoya Takaişi (高石 ともや, Takaişi Tomoya, 9 dekabr 1941 – 17 avqust 2024) və ya doğum adı ilə Tomoya Şiriişi (高石 友也) – Yaponiya xalq müğənnisi. == Həyatı == 1941-ci ildə Yaponiyanın Hokkaydo prefekturasında doğulmuşdur. Tokioda yerləşən Rikkyo Universitetində təhsil alarkən 1966-cı ildə Kansay regionuna səfər etmiş və Osaka işçilərinin musiqi şurası konsertində ifa etmişdir. O, Yaponiyanı səyahət edərək tələbə və işçi aksiyalarında oxumuşdur. Vyetnam müharibəsinə qarşı olan "Beheyren" təşkilatının əsas üzvləri Makoto Oda və Şunsuke Tsurumi, eləcə də, yazıçı Takeşi Kayko ilə dost olmuşdur. Takaişi 1968-ci ildə "Jukensei Blues" sinqlını buraxmışdır. Mahnı böyük uğur qazanmış və 900.000-dən çox nüsxəsi satılmışdır. O, 1971-ci ildə Cunci Şirota və digərləri ilə "The Natarsher Seven" qrupunu qurmuşdur. Kansay regionunun aparıcı xalq müğənnilərindən olan Takaişi 1973-cü ildə Rokusuke Ey və digərləri ilə birlikdə Kiotoda Yoyyoiyama konserti ənənəvi tədbirinin əsasını qoymuşdur. Tədbir 2011-ci ilə qədər davam etmişdir.
Kakiçi Mitsukuri
Kakiçi Mitsukuri (箕作 佳吉, Mitsukuri Kakiçi, 15 yanvar 1857, Edo – 16 sentyabr 1909) – Yaponiya zooloqu. == Həyatı == Kakiçi Mitsukuri 1857-ci ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur. O, Tsuyama klanının xidmətçisi olan Şuheyin üçüncü oğlu idi. Keyo və Tokio universitetlərinin sələfləri olan təhsil müəssisələrində oxumuşdur. 1873-cü ildə ABŞ-yə gedərək Yel Universitetinə daxil olmuş və 1879-cu ildə universitetin fəlsəfə doktoru dərəcəsini almışdır. Daha sonra İngiltərənin Kembric Universitetində təhsil almışdır. Yaponiyaya qayıtdıqdan sonra 1881-ci ildə Tokio Universitetinin zoologiya üzrə ilk yapon professoru olmuşdur. 1883-cü ildə Con Hopkins Universitetinin fəlsəfə doktoru dərəcəsini almışdır. 1901–07-ci illərdə universitetin fizika fakültəsinin dekanı vəzifəsini tutmuşdur. O, Yaponiya Elmlər Akademiyasının üzvü olmuş, Dəniz Məhsulları Bürosu və Dəniz Tədqiqatı İnstitutu təşkilatlarını qurmuşdur.
Sakiçi Toyoda
Sakiçi Toyoda (豊田 佐吉, Toyoda Sakiçi, 19 mart 1867, Fuçi rayonu[d], Şizuoka prefekturası – 30 oktyabr 1930, Naqoya) – Yaponiya ixtiraçısı və sənayeçisi. Toxucu dəzgahlar sahəsindəki töhfələrinə görə tanınır. Onu "Yaponiya ixtiraçılarının kralı" adlandırırlar. Sakiçi Toyoda 1867-ci ildə Yaponiyanın Şizuoka prefekturasında doğulmuşdur. O, İkiçi və Ey Toyoda cütlüyünün birinci oğlu idi. Atası fermer olmaqla yanaşı, dülgərliklə də məşğul olurdu. Sakiçi ibtidai məktəbdən məzun olduqdan sonra atasının yanında işləməyə başlamışdır. Toyoda milli məsələlərlə maraqlandığı üçün həyatını ixtiralara həsr etmək qərarına gəlmiş və toxucu dəzgahları inkişaf etdirməyə başlamışdır. 1890-cı ildə Tokionun Ueno bölgəsində keçirilmiş Üçüncü Sənaye Təşəbbüskarlığı Sərgisində maşınların çoxunun xaricdə istehsal olunduğunu görmüş və yerli maşınların istehsalının vacib olduğunu düşünmüşdür. O, insan gücü ilə işləyən toxucu dəzgahın dizaynını mükəmməlləşdirmiş, həmin dəzgahın məhsuldarlığını və istehsal etdiyi məhsulların keyfiyyətini artırmışdır.
Taksim Meydanı
Taksim meydanı — İstanbulun Bəyoğlu səmtində yerləşən Taksim Meydanı İstanbul şəhərinin ən məşhur məkanlarından biridir. Restoranları, mağazaları, otelləri, əyləncə və mədəniyyət məkanları ilə İstanbulun ən böyük turizm mərkəzlərindən biridir. Cümhuriyyət dövründə meydana çevrilən Taksim meydanı bir çox siyasi və ictimai tədbirlərə də ev sahibliyi etdi. Meydandakı trafiki qismən yerə endirən Taksim Piyadalaşma Layihəsi 2013-cü ildə qismən tamamlandı. İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən 2020-ci ilin fevral ayında başlayan beynəlxalq dizayn yarışmasında İstanbulluların səsverməsi ilə birinci olacaq layihəyə görə Taksim Meydanının yenidən təşkil edilməsinə qərar verilmişdir. Taksimi bir istiqamət olaraq təyin etmək mümkün deyil. Onu daha çox meydan və onu əhatə edən tikililər toplusu kimi görmək daha düzgündür. Meydana çevrilməmişdən əvvəl köhnə evlər düzülmüş dar bir ərazi olan ərazi genişləndirilərək meydana çevrildikdən sonra zamanla indiki simasını aldı. Meydanın ortasındakı Cümhuriyyət Abidəsi milli günlərdə təkcə tədbir məkanı kimi istifadə edilmir, həm də İstiqlal küçəsi və ətraflarında vaxt keçirməyə gələnlərin görüş yeri kimi də xidmət edir. Taksim meydanının başlanğıcından Tünel meydanına qədər Nostalji tramvay hərəkət edir.
Taksin Çinnavat
Taksin Çinnavat (tay ทักษิณ ชินวัตร ; 26 iyul 1949[…], Sankanpxenq[d]) — Tailand iş adamı, siyasətçi və ziyarətçi professorudur. 2001-ci ildən 2006-cı ilədək Taylandın Baş naziri vəzifəsində çalışmışdır. Hakimiyyətdən kənarlaşdırıldıqdan sonra 2008-ci ildə korrupsiyada günahkar bilinir və hazırda özünü sürgündə yaşayır. Thaksin 1987-ci ildə mobil telefon operatoru Advanced Info Service və İT və telekommunikasiya konqlomeratı Shin Corporation şirkətini qurdu və nəticədə onu Taylandın ən varlı adamlarından biri etdi. O, 1998-ci ildə Tay Rak Tayland Partiyasını (TRT) qurdu və sürüşkən bir seçki qələbəsindən sonra 2001-ci ildə Baş Nazir oldu. Tamamilə vəzifə tutan ilk demokratik yolla seçilmiş Baş nazir və 2005-ci ildə yenidən seçildi. böyük əksəriyyəti. Taksin 2500-dən çox insanın öldüyü "narkotiklərə qarşı müharibə" elan etdi. Thaksin hökuməti yoxsulluğu azaltmaq, infrastrukturu genişləndirmək, kiçik və orta sahibkarlığı təşviq etmək və ümumdünya səhiyyə əhatə dairəsini genişləndirmək üçün proqramlara başlamışdır. Thaksin, müsəlman cənub əyalətlərində separatçı üsyanlara qarşı güclü silahlı bir yanaşma etdi.
Taksit kartı
Taksit Kart — plastik kartlarla hesablaşma zamanı ödənişi bərabər hissələrlə həyata keçirməyə imkan verən sistemin şərti adıdır. Azərbaycan bankları 2012-ci ildən etibarən taksit kart sistemini tətbiq etməyə başlayıblar. Hal-hazırda 5 bank sistemi tətbiq etməkdədir. 2014-cü ilə qədər sistemi tətbiq edəcək bankların sayının 10 olacağı proqnozlaşdırılır.
Taksim məscidi
Taksim məscidi (türk. Taksim Camii) — İstanbulun Bəyoğlu səmti, Taksim meydanında yerləşən məscid. Taksim məscidinin memarları Şəfiq Birkiyə və Səlim Dalamandır. Məscidin tikintisinə 2017-ci il fevralın 9-da başlanılıb. Məscidin açılış mərasimi, 2021-ci il mayın 28-də Cümə namazından sonra Prezident Rəcəb Tayyib Ərdoğanın iştirak ilə gerçəkləşmişdi. Mərasimdən əvvəl Taksim meydanına gül suyu səpilmişdi. Taksim meydanında məscid tikilməsi fikri ilk dəfə 1968-ci ildə gündəmə gəlib və layihənin gerçəkləşdiriləcəyi ərazi 1977-ci ildən rayonlaşdırma planına əsasən məscid kimi müəyyən edilib. Lakin, 1983-cü ildə Dövlət Şurasının qəbul etdiyi qərara görə tikinti baş tutmadı. 1990-cı illərdə məscidin tikintisi yenidən gündəmə gətirildi. Məscid layihəsi məsələsi, 2011-ci ildə yenidən müzakirə mövzusu oldu.
COVID-19 vaksini
COVID-19 vaksini — COVID-19 xəstəliyinə qarşı insanlarda imuniteti təmin etməyi hədəfləyən biyoteknoloji peyvənd. 231 peyvənd namizədi hələ tədqiqat mərhələsindədir və bunlardan heç birinin təhlükəsizliyini və effektivliyini sübut edən klinik sınaqlar hələ tamamlanmamışdır. Avqust ayında ən azı 24 peyvənd namizədi elan edildi və ya klinik sınaqlara məruz qaldı. Bunlardan 6-sı III, 18-i I–II sınaq mərhələlərindədir. 2020-ci il fevral ayının sonunda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), COVID-19-a səbəb olan SARS-CoV-2 virusuna qarşı bir peyvəndin 18 aya hazır olacağına ümid etdiyini açıqladı. Peyvəndin yaradılması virusun davamlı mutasiyası ilə çətinləşir. Effektivliyi insan orqanizmində immunitet reaksiyası yaratmaq qabiliyyətindən asılıdır. 2020-ci ilin avqust ayında Rusiyada Gam-COVID-Vac adlı bir rus peyvəndi qeydiyyata alındı. == Tarixi == 2020-ci ildən etibarən elm aləminə koronavirus ailəsinə aid bir neçə infeksiya artıq məlum idi. Heyvanlarda bu infeksiyalara quşların quş koronavirusu, və itlərdə it koronavirusu, pişiklrədə pişik koronavirusu daxildir.
Taktiki nüvə silahı
Taktik nüvə silahları (TNS) və ya qeyri-strateji nüvə silahları (QSNS) — böyük hədəfləri və düşmən qüvvələrinin cəbhədə və birbaşa arxada cəmləşməsini məhv etmək üçün taktiki nüvə sursatlarıdır. Taktiki nüvə silahları (TNS) döyüş meydanında istifadə etmək və ya məhdud nüvə zərbəsi endirmək üçün çatdırılma vasitələri ilə birlikdə kiçik nüvə silahlarıdır. Bu tip silahlar böyük əraziləri çirkləndirmədən, seçilən hədəfi məhv etmək üçün istifadə olunur. Strateji nüvə silahlarından fərqli olaraq, taktiki döyüş başlıqlarının TNS ekvivalenti adətən bir neçə kilotonu keçmir və çox vaxt bir kilotondan az olur. Bununla belə, taktiki nüvə silahlarını strateji silahlardan ayıran birmənalı tərif yoxdur. TNS çox geniş çeşiddə sursat şəklində mövcud ola bilər - aviasiya bombaları, raket döyüş başlıqları (əməliyyat-taktiki və taktiki sinif), artilleriya mərmiləri, minalar, dərinlik bombaları, torpedalar və s. Taktiki nüvə silahları yalnız strateji nüvə silahları qalmış Böyük Britaniyadan başqa bütün nüvə dövlətlərinin xidmətindədir (baxmayaraq ki, keçmişdə onun da taktiki nüvə silahı var idi). Əvvəlcə nüvə silahları həm müstəsna gücünə, həm də ilk atom silahlarının texniki məhdudiyyətlərinə görə müstəsna olaraq strateji istifadə vasitəsi kimi təqdim edildi. Bununla belə, hələ 1945-ci ildə ABŞ ordusu taktiki problemləri həll etmək üçün nüvə silahının dağıdıcı gücündən istifadə etmək imkanını nəzərdən keçirməyə başladı: məsələn, düşmənin möhkəmləndirilmiş müdafiəsini yarmaq üçün. Belə bir müdafiənin adi döyüş sursatı ilə dağıdılması uzun artilleriya hazırlığı (bəzən uzun günlər) tələb edirdi ki, bu da düşmənə hazırlanan hücumun yerini müəyyən etməyə və ona qarşı mübarizə üçün əvvəlcədən ehtiyatları cəmləşdirməyə imkan verirdi.
Taksi (dəqiqləşdirmə)
Taksi — müəyyən ödəniş haqqı qarşılığında müəyyən yerə getmək üçün sürücüsü olan avtomobildir.
Taksi 5
"Taksi 5" (fr. Taxi 5) — Frank Qastambid tərəfindən yaradılan komediya filmi. Filmin premyerası 12 aprel 2018-ci ildə baş tutub. Rusiyada filmin sərbəst buraxılması 10 May 2018-ci ildə baş tutub. Film əvvəlki filmin (Taksi 4) hadisələrindən 10 il sonra baş verir. Paris Polis müfəttişi Silven Maro Fransanın paytaxtının ən yaxşı polis müfəttişlərindən biri hesab olunur və istənilən cinayətkarı tuta bilir. O, xüsusi qüvvələrdə xidmət etmək arzusundadır, lakin tapşırıqlarından biri zamanı onu Paris bələdiyyə başçısını həyat yoldaşı ilə birlikdə görürlər və rəhbərlik Maronu Marselin bələdiyyə polis bölməsinə yollayır. Köhnə polis işçisi, indi isə Marselin bələdiyyə sədri olan Gibert, Silvenə Ferrarilərlə şəhəri alt-üst edən cinayətkar dəstənin qarşısını almağı tapşırır. O, bu işin öhdəsindən layiqincə gəlmək üçün əfsanəvi taksi sürücüsü olan Danielin qardaşı oğlu Ediyə müraciət edir . Frank Qastambid — polis müfəttişi Silven Maro Malik Bentlaxa — taksist Eddi Makluf, Danielin qardaşı Sabrina Uazani — Samia Makluf, Danielin bacısı Bernar Farsi — Marselin bələdiyyə başçısı Eudar Montut — polis müfəttişi Alen Trezor, Emilin dostu Ramzi Beida — Raşid Salvador Espozito — Toni Doq Anuar Tubalu — Mişel Petruçiani Frank Qastambid "Daxildə 50 dəqiqə"yə müsahibəsində bildirib ki, əgər "Taksi 5" yaxşı gəlir əldə etsə, onun növbəti işi "Taksi 6" olacaq.
Taksi sürücüsü
Taksi (fr. taximetre, lat. taxo — qiymətini müəyyən edirəm), taksomotor[mənbə göstərin] — getdiyi yolun haqqı taksometrə əsasən ödənilən sərnişin və ya yük avtomobili. Eyni zamanda həm yük, həm də sərnişin daşıyan taksilər də var. Taksi kimi seriya ilə buraxılan, həmçinin konstruksiyasında talsiyə məxsus xüsusiyyətlər nəzərə alınmış xüsusi avtomobillərdən istifadə olunur. İlk taksilər Londonda 1903-cü ildə işləməyə başlamışdır. Taksi dayanacaqlarında xüsusi işarələr qoyulur, bəzən dayanacaqlar rabitə vasitələri olan dispetçer məntəqələri və siqnalizasiya qurğuları ilə təchiz olunur. Marşrut taksiləri də var. Bəzi şəhərlərdə "ekspres-taksi" adlanan nəqliyyat hərəkəti təşkil olunur. Belə taksilər dayanacaqlara daxil olmur, şəhər daxilində hərəkət edərək sərnişinləri küçənin istənilən yerində maşına mindirir.
Taksi (film)
Taksi — müəyyən ödəniş haqqı qarşılığında müəyyən yerə getmək üçün sürücüsü olan avtomobildir.
Taksi 2
Taksi 2, Gérard Krawczykin rejissoru olduğu 2000-ci il istehsalı Fransız komediya və aksiyon filmidir. Marsel şəhərindəki bir taksi sürücüsü Danielə həmin şəhərdə olan bir yapon nazirin sürücüsü olmaq və ona şəhəri göstərmək tapşırılır. Ancaq səyahət zamanı idarəolunmaz hadisələr onu bir yapon yakuza dəstəsinin arxasınca getmək üçün polislə əməkdaşlığa məcbur edir.
Taksi 3
Taksi 3, Gérard Krawczykin rejissoru olduğu 2003-cü ildə ekranlara çıxmış Fransız komediya və döyüş filmidir. Sylvester Stallone filmin qonağı olmuşdur. Daniel və Marsel polisinin şən bir qrupu başqa bir macəraya başlamaq üçün yığışır. Bu dəfə Şaxta baba geyimində gəzən Şaxta baba dəstəsi qovulur. Beləliklə, Emilie yenə də tamamilə dəyişdirilmiş Peugeot 406 ilə cinayətkarları ədalət mühakiməsinə çıxarmaq vəzifəsini Daniel üzərinə qoyur. Marseldən Tignesə, Cannebieredən xizək sürmə yamaclarına kimi onlar birlikdə hərəkət edirlər.
Taksi 4
Taksi 4 (T4xi olaraq da adlandırılır), Gérard Krawczykin rejissoru olduğu 2007-ci ildə istehsal olunmuş Fransız komediya filmidir. Ssenarisi Luc Bessona məxsus film, 2003-cü ildə buraxılmış Fransız döyüş/komediya filmi olan Taksi 3-ün davamıdır. Serianın digər filmlərində olduğu kimi Samy Naceri də "Daniel Morales" taksi sürücüsünü canlandırır, lakin bu dəfə maşını Peugeot 407-dir. Frédéric Diefenthal "Émilien Coutant-Kerbalec", Jean-Christophe Bouvet "General Bertineau" rolunu oynayır. Filmdə ayrıca Fransız futbolçu Djibril Cissé də rol alır, Bernard Farcy, Emma Sjöberg də filmdə iştirak edirlər. Komissar Gilbert adi bir otel təmizləyicisinin terrorçu olduğunu və məşhur futbolçu Cibril Sissenin qanunsuz bir mühacir olduğunu düşünmüşdür. Belçikalı bir cinayətkar Afrikaya göndərilmədən əvvəl 24 saat müddətində Marsel polisində nəzarətdə saxlanılır. Emilien o qədər sadəlövh bir polisdir ki, oğru bunu dərk edərək asanlıqla Emilieni günahsız bir insan olduğuna inandırır.
Yandex.Taksi
Yandex.Taxi — Rusiya, MDB, Şərqi Avropa, Afrika və Yaxın Şərqdə sürücülük və qida texnologiyası sahəsində ixtisaslaşmış Rusiyanın İT şirkəti Yandex tərəfindən hazırlanmış və taksi sifarişinə xüsusi önəm verən bir tətbiqdir. Yandex.Taxi Rusiya, Belarusiya, Moldova, Ermənistan, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Latviya, Estoniya, Litva, Serbiya, İsrail, Fil Dişi Sahili, Finlandiya, Qana və Rumıniyanın 300-dən çox böyük şəhərində aktiv şəkildə fəaliyyət göstərir. Son beş ölkədə Yango adlı bir marka altında fəaliyyət göstərir. Xidmət yarandığı gündən bəri 36 milyondan çox insan tərəfindən istifadə edilmişdir. 2018-ci ilin sentyabr ayından sistemdə 700 mindən çox sürücü qeydiyyatdan keçib. Yandex.Taxi 2018-ci ilin dekabr ayından etibarən qida çatdırılması üçün Rusiyada Yandex Eats adı altında istifadəçilərə xidmət göstərir. Yandex.Taxi ilk dəfə 2011-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində 11 taksi dayanacağı və 1000 sürücüsü ilə fəaliyyətə başladı. Xidmət ilk dəfə işə salındıqda Android və iOS telefonları üçün mobil tətbiq kimi təqdim edildi və vebsayt 28 iyun 2012-ci ildə istifadəyə verildi. 2012-ci ildən etibarən Yandex.Taxi özü tərəfindən edilən taksi zəngləri üçün komissiya almağa başladı. Tigran Khudaverdyan, Yandex.Taxi xidmətini 2014-cü ildə öz üzərinə götürdü.
Sasaki Takauci
Sasaki Takauci (佐々木 高氏, ən geci 1306 – 12 sentyabr 1373) və ya dini adı ilə Sasaki Doyo (佐々木 道誉) – Muromaçi dövründə yaşamış Yaponiya hərbi xadimi və şairi. Sasaki Takauci Omi əyalətində tanınmış döyüşçü ailəsində doğulmuşdur. Kamakura şoqunluğunun sonuncu regenti Hoco Takatoki üçün xidmət göstərdikdən sonra Aşikaqa Takauciyə kömək edərək Kenmu restavrasiyasının ləğvində və Muromaçi şoqunluğunun qurulmasında iştirak etmişdir. O, 1336-cı ildə şoqunluq tərəfindən elan edilmiş, ölkənin fundamental inzibati kodeksi olan Kenmu kodeksinin tərtib olunmasına kömək etmişdir. Takauci müxtəlif vaxtlarda Omi əyaləti də daxil olmaqla, 6 əyalətin şuqosu olmuş, şoqunluğun mərkəzi administrasiyasında vacib vəzifələri tutmuş, 1354-cü ildə İnzibati şuranın rəhbər rəsmisi olmuşdur. Sasaki Takauci vaka və renqa şairi kimi də tanınmış, yerli Omi saruqakusunun himayədarı olmuşdur. XIV əsrə aid "Heyke nağılı" əsərində hərbi aristokrat və dəbdəbəlik modeli kimi təsvir olunmuşdur. Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha.
Takaci Mori
Takaci Mori (24 noyabr 1943 - 17 iyul 2011) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 56 oyun keçirib, 2 qol vurub.
Takuci Yonemoto
Takuci Yonemoto (3 dekabr 1990, İtami, Hyoqo prefekturası) — yarımmüdafiəçi mövqeyində çıxış edən Yaponiya futbolçusu. Hazırda "Naqoya Qrampus" klubunda çıxış edir. 2007-ci ilin avqustunda Yonemoto 2007 FİFA U-17 Dünya Kuboku üçün Yaponiya U-17 milli komandasına çağrıldı. O, 2 oyunda iştirak etdi. Əsas milli komandada debütunu 6 yanvar 2010-cu ildə 2011 AFK Asiya Kuboku turnirinin seçmə mərhələsinin Yəmən millisinə qarşı oyunda etdi. 7 may 2015-ci ildə Yaponiyanın baş məşqçisi Vahid Halilhodjiç onu iki günlük təlim-məşq toplanışına çağırdı. 23 İyul 2015-ci ildə 2015 ŞAFÇ Şərqi Asiya Kuboku üçün yenidən milliyə dəvət aldı.
Yakşiç Jura
Qeorqi Jura Yaksiç (serb. Георгије „Ђура“ Јакшић George "Yura" Kakshi, xorv. Georgije „Đura“ Jakšić Georgije "Đura" Jakšić; 27 iyul 1832 və ya 1832 – 16 noyabr 1878[…] və ya 1878, Belqrad) — Serb şairi, nasir, rəssam, dramaturq, Serbiya bohemiyasının üzvü, vətənpərvər. Serb rəssamlığında romantizmin ən parlaq nümayəndəsi. Srpska Tsrniyanın Voyevodina kəndində (hazırda orda ev-muzeyi var) kənd keşişinin ailəsində anadan olub. Erkən təhsilini Timişoara və Seqeddə almışdır . Bir müddət Budapeştdəki Maraatoni xüsusi sənət məktəbində oxudu. 1848-ci il inqilabı ilə əlaqədar olaraq təhsilini yarımçıq qoyur və sonra da tamamlamır. İnqilabda fəal iştirak etmiş hətta Srbobran yaxınlığında yaralanmışdı. İnqilabdan sonra Serbiyaya qayıdır.
Ələddin Çakıcı
Ələddin Çakıcı (türk. Alaattin Çakıcı; 20 yanvar 1953) — Türkiyənin mütəşəkkil cinayət aləminin liderlərindən biri. Ultra-millətçi Bozqurdlar təşkilatının keçmiş üzvü. Ələddin Çakıcı 1998-ci il avqustun 17-də modelyer Canan Yaka və müğənni Səlcuq Uralın qızı Asan Ural ilə Fransanın Nitsa şəhərində tutulmuşdur. Saxlanılma zamanı Çakıcının üzərində Nedim Canerə verilmiş qırmızı pasport və 17 min dollar aşkar edilmişdir. Tükiyədə 5 illik həbs yatdıqdan sonra ölkəni qanunsuz olaraq tərk etmişdir. Çakıcı 2004-cü ildə türk və Avstriya polisinin birlikdə keçirdiyi əməliyyat sonrası Qrats şəhərində oğlunu xəstəxanada ziyarət edərkən saxlanılmışdır. Türkiyənin tələbi ilə Avstriyadan deport edilən Çakıcı ölkəsində məhkəmə qarşısına çıxarılmış və bir çox cinayətlərdə ittiham edilərək ümumilikdə 36 il 8 ay həbs cəzasına məhkum edilmişdir. 2020-ci il aprelin 15-də Ələddin Çakıcı həbsdən vaxtından əvvəl azad edilmişdir. Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) aparıcı işçisi Mehmet Eymur müsahibəsində Çakıcını gizli MİT əməliyyatına cəlb edən ilk şəxs olduğunu söyləmişdi.