Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tamsalu
Tamsalu (Tamsalu) — Estoniyanın Lyaene-Virumaa bölgəsində şəhər.
Tansu
Tansu (箪笥) – ənənəvi yapon sandığı. Tansu səyyar sandıq olub paltar və şəxsi əşyaları saxlamaq üçün nəzərdə tutulub. Xüsusilə, dükkançılar dükkan ləvazimatlarını, qeydləri və dəyərli əşyaları saxlamaq üçün tansudan istifadə edirdilər. Tansu anbarlarda və gəmilərdə də istifadə olunurdu. == Tarixi == Yaponiyada səyyar sandıqların ən qədim nümunəsi 673-cü ilə aiddir və Nara şəhərindəki Today məbədində yerləşən Şoso-in anbarında saxlanılır. "Tansu" sözü ilk dəfə XVII əsrin sonunda qeyd olunmuşdur. 1657-ci ildə Edo şəhərində baş vermiş Meyreki yanğını zamanı insanlar yanğından qaçarkən səyyar sandıqlardan istifadə etmişdirlər. Bunlar tansunun ilk nümunələri hesab olunur.Tansunun istehsalı iki dövrə bölünür: Edo dövrü və Meyci dövrü. Edo dövrünün tansuları sahibinin sinfini, sosial-iqtisadi vəziyyətini və işini əks etdirirdi. Bu dövrdə şoqunlar öz təbəələrinə çox ciddi şəkildə nəzarət etməyə çalışırdılar.
Mansurlu (Germi)
Mansurlu (fars. منصورلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 37 nəfər yaşayır (7 ailə).
Tarqulu (Həştrud)
Tarqulu (fars. تارقلي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 333 nəfər yaşayır (63 ailə).
Xanqulu (Sayınqala)
Xanqulu (fars. خانقلي‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 192 nəfər yaşayır (35 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Zaman kapsulu
Zaman kapsulu — içərisində hazırlandığı zamana aid əşyalar qoyulan və əsas məqsədi gələcəkdə kapsulu tapan insanlar ilə ünsiyyət üsulu olan və arxeoloqlara, tarixçilərə və antropoloqlara kömək edən kapsuladır.
Əli Tanoğlu
Əli Tanoğlu (1904, Kosovo – 1978, İstanbul) — Cumhuriyyət dövrünün ən böyük coğrafiyaçısıdır. == Həyatı == Əli Tanoğlu 1904-cü ildə Kosovada anadan olmuşdur. Orta təhsilini İstanbulda oxumuşdur. O İstanbulda universitetinin Coğrafiya fakültəsinə daxil olub, 1929-cu ildə buranı bitirmişdir. Həmin il Türkiyə hökumətinin təşəbüsü ilə Fransaya oxumağa göndərilir. O Parisdə oxumağa başlayır. 1933-cü ildə orada təhsilini bitirib, 1934-cü ildə Türkiyəyə geri dönür. 1942-ci ildə professor olmuşdur. İki dəfə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin dekanı, 1957-ci ildə İstanbul universitetinin rektoru olmuşdur. 1974-cü ildə təqaüdə ayrılır.
Anjulu Marqarit
Anjulu Marqarit (fr. Marguerite d'Anjou) (23 mart 1430 – 25 avqust 1482) — İngiltərə kralı VI Henrinin xanımı olması səbəbilə İngiltərə və Fransa (de-yure) kraliçası. Neapol kralı I Rene və Lotaringiyalı hersoqinası İzabellanın qızı olaraq Lotaringiya torpaqlarında dünyaya gəldi. Gül müharibəsi olaraq bilinən taxt mübarizəsinin ilk illərində mühüm rol oynadı və bir müddət Lankaster fraksiyasına da rəhbərlik etdi. Bir çox mənbələrdə kişi kimi mərd və cəsur olduğu qeyd olunur. Ərinin əqli xəstəliyi səbəbilə Marqarit uzun müddət onun yerinə dövləti idarə etdi. 1455-ci ilin mayında çağırdığı yeni məclislə, başda Yorklu Riçard olmaqla, bütün York ailəsinin mənsublarını dövlət idarəsindən uzaqlaşdırdı. Onun bu hərəkəti York və Lankaster ailələri arasında düşmənliyə səbəb oldu və yeganə oğlu olan Eduardın 1471-ci ildə ölməsi ilə nəticələndi. 1471-ci ildə Lankasterlərin məğlubiyyətinin ardından Marqarit əsir alındı və 4 illik əsarətin ardından bibisi oğlu olan Fransa kralı XI Lüdoviqin pul ödəməsiylə bağışlanaraq Fransaya göndərildi. Burada kralın kasıb qohumu olaraq yaşadı və 52 yaşında burada vəfat etdi.
Çeşmə Canqulu (Bicar)
Çeşmə Canqulu (fars. چشمه جان قلي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 105 nəfər yaşayır (28 ailə). Əhalisini kürdlər təşkil edir.
Tansu Çillər
Tansu Pənbə Çillər (türk. Tansu Penbe Çiller; 24 may 1946[…], İstanbul) — Türkiyə siyasətçisi, Türkiyənin və türk dünyasının ilk qadın baş naziri (1993–1996). Müxtəlif dövrlərdə İstanbul millət vəkili olan xanım Çillər, 28 iyun 1996 – 30 iyun 1997-ci illər tarixləri arasında Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində çalışmışdır. == Həyatı == 1944-cü ildə İstanbulda doğulmuşdur. Robert Kollecini bitirdikdən sonra, təhsilini Konnektikut Universitetində davam etdirmişdir. İqtisadiyyat üzrə ali təhsil aldıqdan sonra, doktorantura təhsilini ABŞ-nin Yel Universitetində alır və 1983-cü ildə professor olur. 1990-cı ildə Doğru Yol Partiyasına qoşulur. 1 il sonra isə İstanbuldan millət vəkili seçilmişdir. Eyni zamanda koalisiya hökumətində iqtisadiyyatdan cavabdeh dövlət naziri işləmişdir. 1993-cü ildə Süleyman Dəmirəl Türkiyə prezidenti seçildikdən sonra DYP-nin növbədənkənar qurultayında böyük səslə partiya sədri və yeni hökumətin başçısı seçilir.25 iyun 1993-cü ildən 6 mart 1996-cı ilə qədər 50, 51 və 52-ci Türkiyə hökumətlərinin başçısı olmuşdur.
Tansu Çiller
Tansu Pənbə Çillər (türk. Tansu Penbe Çiller; 24 may 1946[…], İstanbul) — Türkiyə siyasətçisi, Türkiyənin və türk dünyasının ilk qadın baş naziri (1993–1996). Müxtəlif dövrlərdə İstanbul millət vəkili olan xanım Çillər, 28 iyun 1996 – 30 iyun 1997-ci illər tarixləri arasında Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində çalışmışdır. == Həyatı == 1944-cü ildə İstanbulda doğulmuşdur. Robert Kollecini bitirdikdən sonra, təhsilini Konnektikut Universitetində davam etdirmişdir. İqtisadiyyat üzrə ali təhsil aldıqdan sonra, doktorantura təhsilini ABŞ-nin Yel Universitetində alır və 1983-cü ildə professor olur. 1990-cı ildə Doğru Yol Partiyasına qoşulur. 1 il sonra isə İstanbuldan millət vəkili seçilmişdir. Eyni zamanda koalisiya hökumətində iqtisadiyyatdan cavabdeh dövlət naziri işləmişdir. 1993-cü ildə Süleyman Dəmirəl Türkiyə prezidenti seçildikdən sonra DYP-nin növbədənkənar qurultayında böyük səslə partiya sədri və yeni hökumətin başçısı seçilir.25 iyun 1993-cü ildən 6 mart 1996-cı ilə qədər 50, 51 və 52-ci Türkiyə hökumətlərinin başçısı olmuşdur.
Anjulu Marqarit (Anju qrafinyası)
Anjulu Marqarit (fr. Marguerite d'Anjou; 1273 – 31 dekabr 1299, Paris) — Fransa kralı VI Filippin anası, Anju və Valua qrafinyası.Marqarit 1273-cü ildə Neapol kralı II Karlın qızı olaraq dünyaya gəldi. 1290-cı ilin avqustunda Fransa kralı III Filippin oğlu Valua qrafı Karlla evləndirildi. Atası cehiz olaraq qızına Anju qraflığını hədiyyə etdi. Beləcə, bu tarixdən etibarən Marqarit həm Anju, həm də Valua qrafinyası oldu. Cütlüyün bu nigahdan 5 övladı dünyaya gəldi: İzabella (1292-1309) VI Filipp Valualı Janna (1294-1352) Valualı Marqarit (1295-1342) II Karl (1297-1346) == Mənbə == Topping, Peter (1975). "The Morea, 1311–1364". In Setton, Kenneth M.; Hazard, Harry W. (eds.). A History of the Crusades, Volume III: The Fourteenth and Fifteenth Centuries. Madison and London: University of Wisconsin Press.
Turşulu kabab
Turşulu kabab – Azərbaycan mətbəxində hazırlanan kabab növü. Lənkəran bölgəsinə aid yemək növüdür. Plovun yanında yeyilir. == Tərkibi == Turşulu kababın hazırlanmasında mal və qoyun ətlərinin qıymalarından, cəfəridən, badımcandan, kərə yağından, soğandan, duzdan, istiotdan və limon suyundan istifadə olunur. == Hazırlanması == Turşulu kabab hazırlamaq üçün mal əti ilə qoyun əti soğanla birlikdə çəkilir və bəzən duz, istiot vurulur. Ayrıca qoyun əti quşbaşı şəklində kiçik tikələrə bölünür və bu tikələr qazana tokulub qaynamağa qoyulur. Ayrınca qazanda cəfəri qızardılır. Qaynadılmış ət tikələri kərə yağında cəfəri ilə qızardılır və üzərinə cəfəri suyu əlavə olunur. Çəkilmiş ətdən hazırlanan kiçik kündələr və badımcan kütlənin üzərinə əlavə olunur. İstəyə görə istiot, duz, limon suyu kimi ərzaqlar da əlavə oluna bilər.
Turşulu yağışlar
Turşulu yağışlar - terminini 1872-ci ildə ingilis kimyəgəri Robert Smit özünün "hava və yağmur" əsərində irəli sürmüşdür. Turşulu yağışın əsas komponentləri azot və kükürd oksidlərinin aerozolları sayılır. Onlar atmosfer, hidrosfer və ya torpaq rütubətliyi ilə qarşılıqlı əlaqədar olduqda sulfat, nitrat və digər turşular əmələ gəlir. Amonyak (NH) da turşulu yağmurların əsas komponentlərin-dən biri hesab olunur. Turşulu yağışlar həm təbii, həm də antropogen mənşəli olur. Turşulu yağışın əmələ gəlməsinə səbəb olan təbii mənbələrə vulkan püskürmələri, şimşək çaxması və ildırım, meşə yanğınları,biogen ifrazatı,torpağın defilyasiyası və s. aiddir. Alimlərin məlumatlarına görə dünyada yalnız vulkan fəaliyyəti nəticəsində hər il 4-16 mln. ton kükürd birləşmələri ayrılır. Hər il atmosferə kükürd - 2 oksid və azot oksidləri daxil olur.
Turşulu ət
Turşulu ət — quzu ətindən hazırlanan yeməkdir. Azərbaycan və Türkiyə mətbəxinə aiddir. == İstifadə olunan məhsullar == 750 qr quzu əti 1 qaşıq əridilmiş kərə yağı 2-3 ədəd soğan 2-3 ədəd pomidor Yarım limon Duz, qara bibər Cəfəri == Hazırlama qaydası == Təzə quzu əti kiçik-kiçik doğranılır. Əgər ət yağlıdırsa yağ qoymadan, əgər yağsızsa içinə yağ əlavə edərək, əvvəlcədən qızdırılmış qazanda öz suyunda qovrulur. Ət rəngi dəyişənə və suyu çəkilənə qədər qovrulur. Daha sonra, soğanlar və pomidorlar halqa halqa doğranılır və ət qovrulunca qazana soğanları əlavə edib, bir müddət qarışdırılır. 5-10 dəqiqə sonra doğranmış pomidorları əlavə edin. (Hamısını eyni anda da əlavə etmək olar). Qazanın qapağı möhkəm bağlanır və ət yavaş odda 25-30 dəqiqə bişir. Seçimə görə narın doğranmış cəfəri, duz, qara bibər əlavə edilir.