ŞİLƏ₁

is. Qatı düyü şorbası. Nə yemisən turşulu şilə. ( Ata. sözü ). Elədir, plov gərək abırlı olsun.
Yoxsa keçəl plovdan nə çıxar? Onda adına şilə deyərlər. S.Rəhimov.

ŞİLƏ₂
ŞİLƏMƏ
OBASTAN VİKİ
Şilə
Şilə (türk. Şile) — İstanbul ilinin ilçəsi. Mərmərə regionunun şimal-şərqində, Qara dəniz sahilində yerləşir. Şərqdə Kandıra, cənub-şərqdə Dərincə və Körfəz, cənubda Pendik və Qəbzə, cənub-qərbdə Çəkməköy, qərbdə isə Beykoz ilçələri ilə həmsərhəddir.
Şilə mayakı
Şilə mayakı (türk. Şile Feneri) — İstanbulun Şilə ilçəsində Bosfor və Qara dənizə xidmət edən bir mayak. Qara dənizdə sahil təhlükəsizliyini təmin edən iki mayakdan biri olan Şilə mayakı, digər mayak evləri kimi 1859-cu ildə Osmanlı İmperiyası dövründə inşa edilmişdir. Mayak dəniz səviyyəsindən 60 metr yüksəklikdəki qayalarda 110 sm yüksəklikdədir. Səkkizguşəli qüllə şəklində inşa edilmişdir. Görüş məsafəsi 20 dəniz milini təşkil edən sarım sistemi olan fənər ilk dövrlərdə 3 qaz lampası ilə işləyərkən 1968-ci ildə elektriklə işləməyə başladı. Bu gün muzeyə çevrilən Şilə mayakı, 150 illik bir tarixə sahibdir. Şilə mayakı, Krım müharibəsində gəmilərin Qara dənizdən Bosfora girməsini təmin etmək üçün qurulan mayaklardan biridir. Bu məqsədlə, 1856-1859-cu illərdə Bosfor ətrafında qurulan Anadolu mayakından sonra Sultan Əbdüləziz tərəfindən inşa edilmişdir. Türk memarları daş hissəsini dizayn edərkən, metal hissələri və linza büllur sistemi Parisdəki bir fabrikdən idxal edilmişdir.
Şeyx İbrahim Şiləvari
Şiləvar
Şiləvar — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Lənkəran rayonunun Şiləvar kəndi Kərgəlan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şiləvar kənd Soveti yaradılmışdır. Şiləvar sözünün mənası talış dilində "saf küləkli yer" deməkdir. Şiləvar kəndinin qəbr tərəfindən Tunc dövrünə aid edilən "Sığni" qəbristanlığı mövcuddur. Kəndin ərazisində yerləşən "Divəlonə" qəbristanlığı isə e.ə. IX-VII əsrlərə aiddir. Bu kənd haqqında tarixi mənbələr olan "Əxbarnamə"də və "Cəvahirnameyi-Lənkəran"da məlumat verilmişdir. Lənkəran Dövlət Universitetinin müəllimi, tarixçi-etnoqraf Həşim Kəlbiyevin tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, hazırkı kəndin tarixi ən azı XVI əsrdən başlayır. Kənddə tunc dövründən bəri məskunlaşma mövcud olsa da, kəndin inkişafı əsasən XVIII əsrin ortalarına təsadüf edir. Talış xanlığının paytaxtının Astaradan Lənkərana köçürülməsindən sonra Lənkəran şəhəri ilə yanaşı yaxınlıqdakı Şiləvar kəndi də sürətlə inkişaf etməyə başlamışdır.
Şiləvar bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şiləvəngə
Şiləvəngə (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Şiləvəngə (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Şiləvəngə (Cəlilabad)
Şiləvəngə — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Şiləvəngə oyk., mür. Cəlilabad r-nunun eyniadlı i.ə.v.-də kənd. Lənkəran ovalığındadır. Yaşayış məntəqəsi Yardımlı r-nunun Şiləvəngə kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır; Yardımlı r-nunun eyniadlı i.ə.v.-də kənd. Peştəsər silsiləsinin ətəyindədir. Oykonim talış dilindəki şilə (çuxur, çökək) və vəngə (yer) komponentlərindən düzəlib, “çuxur yer” və ya şilə (çubuqla hörülmüş bənd), məkan bildirən yən sözündən və -gə (gah) şək.-sindən ibarət olub, “çubuqla hörülmüş bənd olan yer” kimi izah olunur. Yaşayış məntəqəsi həqiqətən də əkin sahələrini suvarmaq məqsədilə bənd çəkil-miş çökək erazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1073 nəfər əhali yaşayır. Faiq Cəfərov–Azərbaycanın Milli Qəhrəmanı.
Şiləvəngə (Yardımlı)
Şiləvəngə — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Şiləvəngə kənd camaatı Cəlilabad rayonundakı Şiləvəngə kənd camaatı ilə qohumdur. Əski zamanlarda Cəlilabaddaki kənd qışlaq və Yardımlıdakı kənd yaylaq kimi istifadə olunurdu. İranın Germi bölgəsində də 6 kənd əhalisi (Salala, Daşdibi, Geygal, Qarabulağ, İlxanlar və Təzəkənd) Şiləvəngədən köçmədirlər və özlərini şiləvəngəli kimi tanıdırlar.[mənbə göstərin] Oykonim talış dilinəki şilə (çuxur, çökək) və vəngə (yer) komponentlərindən düzəlib, "çuxur yer" və ya şilə (çubuqla hörülmüş bənd), məkan bildirən vən sözündən və -gə şəkilçisindən ibarət olub, "çubuqla hörülmüş bənd olan yer" kimi izah olunur. Yaşayış məntəqəsi həqiqətən də əkin sahələrini suvarmaq üçün bənd çəkilmiş çökək ərazidə yerləşir.
Şiləvəngə bələdiyyəsi
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Значение слова в других словарях