CANQULU

canın qulu; candan törəyən övlad.
CANQARDAŞ
CANLAR
OBASTAN VİKİ
Çeşmə Canqulu (Bicar)
Çeşmə Canqulu (fars. چشمه جان قلي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 105 nəfər yaşayır (28 ailə). Əhalisini kürdlər təşkil edir.
Canqulutəpə dağı
Canqulutəpə – Babək rayonu ərazisində dağ (hünd. 826,3 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərqində, Naxçıvançayın mənsəbinin sol sahilində, Araz su qovşağının su anbarından 1 km şimaldadır. Orta Miosenin Konka mərtəbəsinə aid Tumbul lay dəstəsinin maili yatan çökmə süxurlarından təşkil olunmuş yastı yüksəklikdir. Hər tərəfdən Üst Pleystosen yaşlı allüvial-prolüvial çöküntülərlə əhatə edilmişdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin maili cənub-qərb cinahında yerləşir.