Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lee Taemin
Li Txemin (koreyaca:이태민, d. 18 iyul 1993-cü il, Seul) – koreyalı müğənni, SHINee qrupunun ifaçısı.
Jasmin
Jasmin (lat. Jasminum) — dalamazçiçəklilər sırasının zeytunkimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Hər iki yarımkürənin subtropik zonalar da daxil olmaqla isti qurşaqlarında 200-dən çox növü var. == Botaniki təsviri == Həmişəyaşıl koldur. == Ekologiyası == == Azərbaycanda yayılması == == İstifadəsi == == Ədəbiyyat == Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
Karmin
Karmin (qida qatqısı)
Tabiin
Tabiin (ərəb. اَلتَّابِعُونَ‎) — Məhəmməd peyğəmbəri görməmiş, səhabələrlə görüşmüş və onların vasitəsilə peyğəmbərdən hədis rəvayət etmiş şəxslərə deyilir. Onlar səhabələrin ətrafında olduqlarına və öz biliklərini onlardan aldıqlarına görə "tabiin" adlanırlar. Tabiin sözünün hərfi mənası səhabələrə tabe olanlar, ardıcıllar anlamındadır. Hədis rəvayətçilərinin ikinci nəslini tabiinlər təşkil edir. Tabiinin şagirdlərinə və onlardan hədis rəvayət edənlərə "təbəi-tabiin" deyilir (yəni tabiinə tabe olanlar, tabiindən rəvayət edənlər). Tabiin dövrü peyğəmbərin vəfatından sonra (hicri 11) başlamış və hicri 180-ci ildə sona çatmışdır. İslam fiqhi Quranda deyilənlərə əsaslanır, əgər birmənalı şərh yoxdursa, o zaman peyğəmbərin hədislərimə müraciət olunur, əgər onlarda da yoxdursa, tələbələrinin hədislərinə və s. baxılır. Tabiin hədisləri İslam fiqhində mühüm mərhələdir.
Tallin
Tallin (Tallinn) — Estoniyanın paytaxtı. 1219–1917-ci illərdə Revel (və ya Reval) adlanmışdır. Tallin sözünün eston dilində "taani linn" (Danimarka şəhəri) və ya "tali linn" (qış şəhəri) sözlərindən yarandığı güman edilir. Tallin Fin körfəzinin cənub sahilində yerləşir. Ən böyük gölü — Yulemistedir (sahəsi 9,6 km²). Pirita çayı şəhərin yeganə çayıdır.
Tatuin
Tatuin (ing. Tatooine) — "Ulduz müharibələri" kainatında uydurma planet. Planetin adı film saqasının bəzi səhnələrinin çəkildiyi Tunisin Tatavin vilayətindən gəlir. Tatuin isti olması ilə yanaşı, Anakin Skayuolker/Dart Veyderin doğulduğu yerdir. Tatuin səhra planetidir. Planet səthinin 1%-dən az hissəsi su ilə örtülüdür. Onun iki günəş var, bu da planetdə çox isti atmosfer yaradır. Burada hökumət yoxdur, planet quldurlar, narkotik alverçiləri və muzdlular üçün azad məkandır.
Taurin
Taurin — yarı əvəzolunmaz metionin və sistindən əldə edilən sülfürdən alınan amin turşusu. Bədəndə təbii olaraq meydana gəlir. Taurin tez-tez kükürd tərkibli amin turşusu olaraq adlandırılır, lakin molekulda bir karboksil qrupu yoxdur. Heyvanların və insanların toxumalarında və ödündə az miqdarda mövcuddur. Qida əlavəsi və ya dərman olaraq istifadə olunur. Bədəndəki nevroloji funksiyaları və nevroloji əlaqə mexanizmini gücləndirir və tənzimləyərək antioksidləşdirici xüsusiyyətlər göstərir. Beyin zədələnməsindən sonra bədəndə taurin səviyyələri artılır, bunun səbəbi nevroloji olaraq qoruyucu olması və nevroloji canlandırıcı təsirlərə malik olmasıdır. Taurinin adı "Taurus" (öküz) sözündən götürülmüşdür. Belə adlandırılmasına səbəb ilk dəfə 1827-ci ildə alman alimləri "Fridrix Tideman" və "Leopold Qmelin" tərəfindən öküzün ödündən əldə edilməsidir. 1846-cı ildə "Edmund Ronalds" tərəfindən insan ödündə aşkar edilmişdir.
Termin
Termin (lat. terminus — sərhəd, son hədd) — müxtəlif ixtisas və peşə sahibləri ilə əlaqədar sözlər (ixtisas sözləri). Terminlər hansısa sahənin predmetləri, halları, anlayışları üçün ixtisaslaşmış məzmun daşıyır Adi sözlərdən fərqli olaraq terminlər birmənalıdır və ədəbi izah deyildir. Terminlər, əsasən, elmi üslubda işlədilir. Dilimizdə elə sözlər var ki, onlar yalnız termin kimi işlənir. Məsələn, relyef, qrafient, fiksaj, akvarel, metafor, sinexdoxa və s. Elə sözlər var ki, onlar həm termin, həm də ümumişlək söz kimi işlənir. Məs: aşıq, ada, bənd, isim, güc, bucaq, qüvvə, enerji, zərf və s. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq terminlərdən bəziləri ümumişlək sözlərə çevrilir. Məsələn: ekran, solo, aspirin, arayış, protokol, soyuducu, komputer və s.
Tiamin
B1 vitamini – Tiamin (vitamin B1) — suda həll edilən vitamin, C12H17N4OS formululu birləşmə. Suda yaxşı həll edilən,spirtdə həll edilməyən,rəngsiz kristal maddə.İsidildikdə dağılır. Birinci dəfə U.Sudzuki tərəfindən 1910-cu ildə beri-beri xəstəliyini düyü tullantıları ilə müalicəsini öyrənən zamanı sintez edilibdir.Digər məlumata görə vitamin birinci dəfə K.Funk tərəfindən 1912-ci ildə yaradılıb. Tiamin, suda yaxşı həll edilərək,orqanizmdə yığılıb qalmır və zəhərləyici xüsusiyyətləri yoxdur. Təmiz şəkildə birinci dəfə Barend Yansen tərəfindən 1926 - cı ildə alınıb. B1 vitamini iştahı artırır, qəbul edilən qidanın həzminə kömək edir, xəstəliklərə qarşı orqanizmin immunitetini gücləndirir. Bundan başqa o, sinir toxumalarının normal çalışmasına da yardımçı olur. B1 vitamininin əsas "düşmənləri" siqaret, spirtli içkilər və şəkərdir. Tiaminin davamlı şəkildə defisiti bir sıra ağır xəstəliklərə,ilk növbədə əsəb sisteminin pozulmasına gətirib çıxarır. Tiamin çatışmazlığının fəsadları beri-beri xəstəliyi kimi tanınır.
Kammin
Kammin (alm. Hochstift Cammin‎, pol. Kamień Pomorski) — həm 1140-1544-cü illərdə Pomeraniya hersoqluğunda mövcud olmuş keçmiş Roma Katolik kilsəsinin yeparxiyası, həm də 1248-1650-ci illərdə Kolobjeq bölgəsindəki Müqəddəs Roma İmperiyasının dünyəvi ərazisi (knyaz-yepiskopluq). Yeparxiya XII əsrdə Qriffin sülaləsinin nəzarətində olan əraziləri, yəni Rügen knyazlığı istisna və Penyaətrafı, Meklenburq-Strelitz hersoqluğu və şimaldakı Ukkermark və Noymark regionlarını əhatə edirdi. Yeparxiya, Polşa hökmdarı III Boleslavın göstərişi ilə 1124-1128-ci illərdə Bamberqli Otto tərəfindən Pomeraniyanın xristianlığa gətirilməsi dövründə yaradılmışdı, Pomeraniya zadəganlarının 1534-cü ildə lüteranlığı qəbul etməsi və Protestant Reformasiyası zamanı ləğv edildi. Son katolik yepiskop 1544-cü ildə vəfat etmişdi. Qərbdən şərqə doğru yeparxiya Şverin, Havelberq, Brandenburq, Lubuş, Poznan, Qnezno və Vlotslavek yeparxiyaları ilə həmsərhəd idi. Kamień Pomorskidəki kafedral kompleksi Polşanın tarixi abidəsi kimi siyahıya alınmışdır.
Tahçin
Təhçin (fars. ته‌چین‎; hərf. "altda düzülmüş") və ya qazandibi — əsasən düyü, qatıq, yumurta, zəfəran və müxtəlif ət növlərindən ibarət, Azərbaycan və İrana xas düyü yeməyi. Təhçin ümumiyyətlə iki hissədən ibarətdir: birinci hissə təhdiq adlı qalın, zəfəran dadlı qabıqdır, tez-tez bişmiş qırmızı ət və ya toyuq ilə qarışdırılır; ikinci hissə bu qabığın üstünə düzülmüş adi düyüdür. Bununla belə, adi düyü təbəqəsi buraxıla bilər, nəticədə qəliblənmiş təhçin yaranır. == Hazırlanması == Təhçin hazırlamaq üçün əvvəlcə düyü qaynadılır və süzülür. Ayrı bir qabda yumurtalar çalınır və qatıq, bir az su və duz ilə qarışdırılır. Bu qarışığa zəfəran məhlulu əlavə edilir. Süzülən düyünün təxminən yarısı bu sousla qarışdırılır və sonra dibinə qızdırılan yağ qoyulmuş qazana qoyulur, üzərinə hazırlanmış toyuq və ya qırmızı ət qatlanır; sonra qalan düyü inqrediyentlərin üzərinə tökülür və buxara buraxılır. Təhçinin verilmə üsuluna görə, əvvəlcə qaba adi düyü düzülür, sonra üzərinə toyuq və ya hər hansı başqa hazırlanmış ət əlavə edilir, ardınca yenə adi düyü yerləşdirilir. Təxminən 2–3 barmaq qalınlığında olan təhçin daha sonra kəsilərək üstünə qoyulur.
Aomin
Makau və ya Makao (çin. 澳门) rəsmi olaraq Çin Xalq Respublikasının Makau Xüsusi İnzibati Bölgəsi (MXİB), Çinin Cənubi Çin dənizi ilə Mirvari çayı deltasının qərb hissəsində yerləşən bir şəhər və xüsusi inzibati bölgədir. Təxminən 680,000 əhalisi və 32.9 kvadrat kilometr (12.7 kvadrat mil) sahəsi ilə dünyanın ən sıx məskunlaşıldığı bölgəsidir. Keçmiş Portuqaliya imperiyası koloniyası olan Portuqaliya Makau ərazisi ilk dəfə 1557-ci ildə Min sülaləsi tərəfindən ticarət məntəqəsi kimi Portuqaliyaya icarəyə verilmişdir. Portuqaliya illik icarə haqqı ödədi və 1887-ci ilə qədər ərazini Çinin suverenliyi altında idarə etdi. Daha sonra Portuqaliya Çin-Portuqaliya Pekin Müqaviləsi əsasında əbədi müstəmləkə hüquqlarını aldı. Koloniya 1999-cu ilə qədər Çinə təhvil verilənə qədər Portuqaliya hakimiyyəti altında qaldı. Makau "bir ölkə, iki sistem" prinsipi altında materik Çindən ayrı-ayrı hökumət və iqtisadiyyat sistemlərini qoruyan Çinin xüsusi inzibati regionlarındandır. Şəhərin tarixi mərkəzində Portuqaliya və Çin memarlığının unikal birləşməsi onun 2005-ci ildə UNESCO Ümumdünya İrsi siyahısına daxil edilməsinə səbəb oldu. == Adın etimologiyası == Makao XVI əsrin ortalarında hələ Portuqaliya müstəmləkəsi olmamışdan öncə Jinghai (鏡海, "Güzgü dəniz") və ya Haojing (濠鏡, "Stridiya güzgüsü") adlandırılırdı.
Ege Tanman
Fyodor Kuzmin
Fyodor Kuzmin (17 aprel 1983) — Rusiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fyodor Kuzmin Rusiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Gilad Atzmon
Gilad Atzmon (ivr.
Hakim (termin)
Hakim — Ərəb dilində "hökm edən, hakim olan". Hədis elmində ən yüksək mərtəbəyə çatmış şəxslərə verilən ləqəbdir və Azərbaycanca(Azərbaycan Türkcəsi) Yarğıc kimi bilinir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Höccət (termin)
Höccət — Ərəb dilində "dəlil, bürhan" mənasını verir. Bir həqiqəti ortaya çıxaran istər əqli, istər nəqli dəlilə "höccət" deyilir. Hədis üsulunda iki müxtəlif mənada işlədilir: Birincisi, tədil ləfzidir. İbn Əbi Hatimin təsnifatına görə tədilin birinci mərtəbəsinə, İbn Həcərin təsnifatına görə isə ikinci mərtəbəsinə aiddir. İkincisi, mühəddislərə verilən ləqəblərdəndir. "Hafiz" mərtəbəsindən bir pillə yüksək mərtəbədir. Bəzi mühəddislərin fikrincə, 300 min hədisi sənədləri ilə birlikdə əzbər bilən şəxsə deyilir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Həqiqi jasmin
Ağ jasmin (lat. Jasminum officinale) — zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. == Təbii yayılması == Asiya, Aralıq dənizi ölkələri, Çinin şimalı, Zaqafqaziyada geniş yayılmışdır. Pakistanın milli çiçəyidir. == Botaniki təsviri == Ağ jasminin hündürlüyü təxminən 3 m-ə çatır. Uzun gövdələri 5-9 xırda, mürəkkəb yarpaqlardan ibarətdir. Çiçəkləri zoğların uclarında çiçək qruplarına yığılmışdır. Bu növ martdan maya qədər, diametri 5 sm olan gözəl, ağ və ətirli çiçəklərlə örtülü olur. Onun çiçək qruplarının uzunluğu 5-8 sm-dir. Giləmeyvələri qaradır.
Həsən (termin)
Həsən — Ərəb dilində "gözəl, xoş" mənalarını ifadə edir. İstilahi mənası barədə müxtəlif fikirlər var. Həsən hədis ədalət şərtini daşımaqla bərabər zəbt baxımından səhih hədis ravilərindən aşağı dərəcədə olan ravilərin müttəsil sənədlə rəvayət etdikləri, o cümlədən şazz və illətdən uzaq hədisdir. Həsən hədis qüvvət baxımından səhih hədisdən aşağı olsa da, dəlil olma və əməl etmə baxımından eynilə səhih hədis kimidir. Həsən terminini hədis elminə ilk dəfə Tirmizi gətirmişdir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Jasmin çayı
Jasmin çayı — Jasmin gülləri əlavə edilmiş çay. Sonq sülaləsi (960-1279) zamanı əmələ gəlmişdir. Normalda jasmin çayı yaşıl çay və ya ağ çaya əsaslanır. Jasmin çayının dadı xoşagələn şirindir. Çinin ən məşhur ətirli çayıdır.
Kolvari jasmin
Kolvari jasmin (lat. Jasminum fruticans) — zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropanın cənubunda, Türkiyə, Suriya, Livan, İsrail, İordaniya, İran, Kapet dağ, Krım, Azərbaycan, Gürcüstan, Dağıstanda və Qafqazda-Qara dəniz sahillərində rast gəlinir. == Botaniki təsviri == Qışda həmişəyaşıl, soyuq rayonlarda isə yarpağıtökülən koldur. Hündürlüyü 1 m-dək, zoğları künclü, yaşıldır. Yarpaqları üç hissəli, cüt olmayan, lələkvari; yarpaq yerləşməsi spiral, xırda yarpaqları ensiz-ellipsvari, ucu küt və kənarları tükcüklü; ayaları çılpaq, parlaq, üstü tünd yaşıl, alt tərəfi daha açıqdır. Çiçəkləri ikicinsli, parlaq, sarı, yan budaqların uclarında 2-5 ədəd yarımçətirlərə yığılmış, çiçək tacı ensiz, uzun borucuqlu, kasaşəkilli, borucuğu 2 dəfə qısa, zəngşəkilli kasacıqdan böyük; erkəkcikləri 2, yumurtalığı yuxarıdır. May-iyulda çiçəkləyir. Meyvələri-şarşəkilli, parlaq, qara giləmeyvədir; avqust-sentyabrda yetişir. == Ekologiyası == Mezotermdir, -20-25 c-dək şaxtalara dözür.
Ramin
Ramin — Azərbaycan kişi adı. Ramin Hacılı — Azərbaycanlı siyasi aktivist Ramin Şıxəliyev — Azərbaycan aktyoru. Ramin Mahmudzadə — Ramin Hacıyev — Azərbaycan rejissoru, aktyor. Ramin Musayev — Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti.
Samin
Samin — İranın Həmədan ostanının Məlayer şəhristanının Samen bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,025 nəfər və 1,207 ailədən ibarət idi.
Talin
Talın, Yuxarı Talın — Ermənistan Respublikasının Talın mahalı ərazisində şəhər. Talın rayonunun mərkəzi. Yuxarı Talın İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd olmuşdur. İndi Talın rayonunun mərkəzidir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə «söyüd ağacı», «söyüd kolu» mənasında işlənən tal və qədim türk dilində «daxma, mağara, kaha» mənasında işlənən in sözünün birəşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilində Verin Talin (verin "yuxarı" deməkdir) formasında qeyd edilir.
Taman
Taman xaqan — Qərbi Göytürk xaqanlığının hökmdarı. Taman yarımadası — Rusiyanın cənub hissəsində, Krasnodar diyarının ərazisində yerləşir. Taman (liman) — Taman yarımadasında, Krasnodar diyarının Temryukski rayonunun Taman kəndindən uzaq olmayan Volna kəndində liman.
Azmıç
Karmin Krokko
Karmin Krokko (it. Carmine Crocco; 5 iyun 1830, Rionero-in-Vulture[d], Bazilikata – 18 iyun 1905 və ya 8 (21) iyun 1905, Portoferrayo[d], Toskana) — Donatello və ya Donatelli kimi tanınan italyan qulduru. == Həyatı == O, əvvəlcə Burbonda, sonra isə Cüzeppe Qaribaldinin dəstəsində mübarizə aparıb. Tezliklə İtaliyanın cənubunda iki min nəfərlik ordu formalaşdırıb və Burbon tərəfdə ən qorxulu, aparıcı liderlərdən olub. O, pusqu quraraq su təchizatının kəsilməsi, un anbarlarını dağıtmaqla, teleqraf məftillərinin qırılması və s. kimi özünün partizan taktikası ilə məşhurdur. Bu gün cənubi İtaliya əhalisinin çox hissəsi və xüsusilə də doğma rayonu Bazilikatanın əhalisi onu xalq qərəmanı sayır.
Kozmin burnu
Kozmin burnu — Şərqi Sibir dənizində, Çukot Muxtar Dairəsi ərazisinə yerləşən burun. Burun 1823-cü ildə Ferdinant Vrangel tərəfindən onun ekspedisiyasının üzvü olan Prokofiy Kozminin şərəfinə adlandırılmışdır. Burada işıqlı naviqasiya işarəsi qoyulmuşdur.
Li Txemin
Li Txemin (koreyaca:이태민, d. 18 iyul 1993-cü il, Seul) – koreyalı müğənni, SHINee qrupunun ifaçısı.