Təhminə Hüseynova
Hüseynova Təhminə Nurəddin qızı – aktrisa.
== Həyatı ==
Təhminə Hüseynova 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Həmin ildən C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi fəaliyyət göstərən T. Hüseynovanın II Jurnalist (Əziz Nesin, "Toros canavarı"), Əntiqə (A. Rəhimov, "Pul hərisləri"), Ərəbzəngi (Əli Əmirli, ""Müqəddəs Valentin günü"), Nəzakət (M. Haqvediyev, "Məhəbbət əzabları"), Valeriya (C. Okarnaççi, R. Farabuzi, "Sənətim cəmiyyət senyorudur"), Gülzar (Elçin, "Poçt şöbəsində xəyal"), Günəş (İftixar, "Dan yeri söküləndə") kimi rolları tamaşaçı rəğbəti qazanmışdır.