Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Teymurlu
Teymurlu (Azərşəhr)
Tellur
Tellur (Te) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 52-ci element. Tellur qızıl filizindən dağ mühəndisi F.Y.Müller tərəfindən 1782-ci ildə ayrılmışdır, amma yeni element kimi onun təbiəti 1798-ci ildə M.Q.Klaprot tərəfindən sübut olmuşdur. O vaxt Yerin şərəfinə ona tellur (tellurium) adı verilmişdir. Sonradan kəşf olunan analoqu Ayın şərəfinə adlandırılmışdır. Fərdi halda tellur metallik parıltıya malikdir, amma zəif elektrik keçiriciliyi var (p – tip yarımkeçiricidir). Ərimiş halda, 700ᐤC-dən yuxarı temperaturda metallik keçiricilik əldə edir. Əvvəlcə tellur metal hesab olunurdu, amma onun selen və kükürdə oxşarlığı belə nəticəyə gətirdi ki, o metal deyil. Tellurun qeyri metallığına onun buxarlarının rəngli olması da uyğun gəlir: onlar qızılı sarıdırlar. Telluru stibium ilə (ən qeyri metallik metal) müqayisə edərək qeyd etmək olar ki, tellur ən metallik qeyri metaldır. Tellur 8 təbii nuklidlərə malik iki elementdən (digəri kadmiumdur) biridir.
Kazım Teymurlu
Kazım Teymurlu (azərb. Teymurlu Kazım Vəli oğlu‎) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının katibi Kazım Teymurlu Vəli oğlu 1956-cı ildə Qarabağlar kəndində anadan olub. Orta təhsilini 1963-1973-cü illərdə Qarabağlar kənd orta məktəbində alıb. 1984-cü ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirib. Evlidir. Üç övladi var. Əmək fəaliyyətinə 1980-ci ildə fəhlə kimi başlamış, müxtəlif məsul vəzifələrdə çalışmış, 1990-cı ildə Naxçıvan Vilayət Həmkarlar İttifaqları Şurasının sədri seçilmişdir. 1992-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin birinci müavini seçilmiş, həmin vəzifədə 1995-ci ilədək işləmişdir.1995-2006-cı illərdə AHİK sədrinin məsləhətçisi, 2006-cı ildən AHİK-in katibidir. AHİK-in Məclis üzvüdür. Azərbaycan həmkarlar ittifaqlarının inkişafında xüsusi xidmətlərinə görə 4 fevral 2008-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.
Mirrahil Teymurlu
Mirrahil Ramiz oğlu Teymurlu (16 oktyabr 1991; Mahmudlu, Füzuli, Azərbaycan Respublikası — 27 sentyabr 2020; Füzuli, Azərbaycan Respublikası) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. Mirrahil Teymurlu 1991-ci il oktyabrın 16-da Füzuli rayonunun Mahmudlu kəndində anadan olub. 1998-ci ildə Mahmudlu kənd tam orta məktəbinə daxil olmuşdur. Mirrahil Teymurlu 2010-ci ildə Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012-cu ildə xidmətini uğurla başa vurmuşdur. 2013-cü ildə Azərbaycan Respublikası Ərazilərin minalardan təmizlənməsi üzrə Milli Agentlik təşkilatının minaaxtarma vəzifəsində işə başlamışdır. 2018-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçusu kimi tank bölüyünün baş mexanik sürücüsü kimi xidmət etməyə başlamışdır. Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu olan tankçı Arif Qeybiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 27-də Füzulinin azad edilməsində Mirrahil Teymurlu qəhrəmancasına vuruşaraq həlak olmuşdur. Füzuli rayonu mahmudlu 1 kənd qəbristanlığında dəfn olunmuşdur.
Məhəmməd Teymurlu
Məhəmməd Əbdüləziz oğlu Teymurlu(d. 12 sentyabr 1939, Məlikli, Zərdab rayonu) — professor, fəlsəfə elmləri üzrə alim, dosent. Həsən bəy Zərdabi nəslindən olan Məhəmməd Əbdüləziz oğlu Teymurlu 1939-cu ildə Zərdab rayonunun Məlikli kəndində anadan olub. Orta məktəbi və Göyçay Pedaqoji texnikumunu bitirib kənddə sinif müəllimi işləmişdir. Hələ orta məktəbi oxuyarkən məqalələrlə respublika mətbuatında çıxış etməyə başlamış, yerli, rayonlararası ştatdankənar müxbiri olmuşdur. M. Teymurlu "Geoloq" qəzetində ədəbi işçi sifəti ilə də çalışmışdır. 1961–1964-cü illərdə Uzaq Sibirdə ordu sıralarında xidmət edib. 1965-ci ildə indiki Bakı Slavyan Universitetinin əyani şöbəsinə daxil olmuşdur. 1971-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 1971-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirərək müəllim kimi əmək fəaliyyətinə başlamışdır.
Orxan Teymurlu
Orxan Şaiq oğlu Teymurlu (27 iyul 1996; Gədəbəy rayonu, Azərbaycan — 8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Orxan Teymurlu 1996-cı il iyulun 27-də Gədəbəy rayonunun Şınıx kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Orxan Teymurlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Teymurlu oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Teymurlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Teymurlu (Azərşəhr)
Teymurlu — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanının Gogan bəxşində şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 5.221 nəfər və 1.460 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Teymurlu (Xudabəndə)
Teymurlu (fars. تيمورلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 92 nəfər yaşayır (23 ailə).
Teymurlu (Üskü)
Teymurlu — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı, İlxıçı bəxşi ərazisinə daxil olan kənd. Teymurlu kəndi Şahı adasında yerləşir. 2006-cı il siyahıya alınmaya görə kənddə 142 nəfər yaşayır (41 ailə).
Tellur Mütəllimov
Tellur Uzdan oğlu Mütəllimov (8 aprel 1995-ci ildə Xaçmazda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Qəbələ" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. Mütəllimov Avrokuboklarda debütünü 2016-cı ildə Gürcüstanın "Samtredia" klubuna qarşı oyunda etmişdir. UEFA Avropa Liqası 2016/2017 mövsümünün birinci təsnifat mərhələsində "Qəbələ" "Samtredia"ya 5-1 hesabı ilə qalib gəlmişdir. 30 dekabr 2017-ci ildə Mütəllimov Zirə klubu ilə iki illik müqavilə imzalamışdır. Mütəllimov Azərbaycan milli komandası ilə debütünü 2017-ci ildə Qatar millisinə qarşı yoldaşlıq oyununda etmişdir. 19 Mart 2017 tarixində yenilənib 9 mart 2017-ci il məlumatlarına əsasən.