Tellurokratiya
Tellurokratiya (lat. tellūris)— sivilizasiya tipi.
Tellurokratiya yunan sözü olub, “torpaq vasitəsilə hakimiyyət” və ya “quru hökmranlığı” mənasını verir.
Tellurokratiya üçün dəqiq müəyyən edilmiş sərhədlər, təsdiq edilmiş ərazi, oturaq həyat fəaliyyəti, konservatizm, insan qrupları, tayfalar, xalqlar, ölkələr, imperiyaların riayət etdiyi əxlaqi və hüquqi norma və qanunlar xarakterikdir. Qurunun özünün davamlılığı, möhkəmliyi əxlaq normalarının, qanunların və ənənələrin də davamlığını təmin edir. Əxlaq normaları ictimai
fikirdə möhkəmlənir, irsən ötürülür, etik norma və prinsiplər məcəlləsi formalaşır. Bu da onunla izah olunur ki, oturaq xalqlara individualizm deyil, kollektivizm hissləri daha yaxındır. Böyük və kiçik qrupların idarə olunmasında iyerarxizm əsas prinsipdir.