Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Enfild
Enfild (ing. Anfield) — İngiltərənin Liverpul şəhərində yerləşən futbol stadionu. UEFA-dan 4 ulduz almış stadionlardandır. Məşhur ingilis klubu "Liverpul" bu stadiona ev sahibliyi etməkdədir. Stadion 45.362 nəfərlik yer tutumuna malikdir. Stadion haqqındakı ən maraqlı qeydlərdən biri, "Liverpul" klubunun "Enfild"i deyil də "Enfild"in "Liverpul"u inşa etmiş olmasıdır. 1884-cü ildə inşa edilən stadionu ilk 8 il "Everton" futbol klubu işlədib. 1892-ci ildə "Enfild" stadionunun sahibi Con Houlding ilə icarə haqqında münaqişə çıxınca "Everton", "Enfild" Stadionunu tərk etdi və "Qudison Park"a köçdü. Əlində böyük bir boş stadionla qalan Con Houlding də Liverpul futbol klubunu qurdu.
Cesika Senfild
Cesika Senfild (doğum adı Nina Daniel Sklar; 12 sentyabr, 1971) ABŞ-lı yazıçı və xeyriyyəçi. O ərzaqların hazırlanması ilə bağlı iki bitik nəşr etdirib, Uşaq Arabası(Baby Buggy)nın və Nyu-Yorkdakı ehtiyaclı ailələrə yardım fondunun yaradıcısıdır. Gülüş oyunçusu Cerri Senfild ilə evlidir. == Keçmiş həyatı == Senfild Nyu-York ştatı, Oster Beydə doğulub,üç qızdan ortancılıdır, Vermmont ştatı, Börlingtonda orta təbəqədən bir ailədə böyüyüb. Anası əlli ildən çox bir şəhər toplum işçisi və Hant orta məktəbində məmur kimi çalışmış, atası isə bilgisayar proqram mühəndisi olmuşdur. Senfild, Vermont Universitetini bitirdikdən sonra Qızıl Bitiklər İnterteimen və Tommi Hilfigerdə ictimai əlaqələrdə işlədi.
Ceyms Mengold
Ceyms Mengold (ing. James Mangold) — Amerikalı film və televiziya rejissoru, ssenaristi. Oliver və kompaniya, Yarıda qalmış həyat, Şimal porsuğu:Ölməzlik, Loqan kimi filmlərinin rejissoru olub.
Ceyms Menqold
Ceyms Mengold (ing. James Mangold) — Amerikalı film və televiziya rejissoru, ssenaristi. Oliver və kompaniya, Yarıda qalmış həyat, Şimal porsuğu:Ölməzlik, Loqan kimi filmlərinin rejissoru olub.
Stenford Universiteti
Stanford Universiteti (ing. Leland Stanford Junior University - Kiçik Leyland Stanford adına universitet) — Palo-Alto şəhəri yaxınlığında, Silikon vadisinin mərkəzində, Kaliforniya ştatında yerləşir. Bu universiteti Silikon vadisinin sərvəti adlandırırlar. Universitet ABŞ-nin və bütün dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biridir. Universitetin tərkibində Stanford neyroiqtisadiyyat yay məktəbi yaradılıb. Amerika alimləri kəşflərinin əksəriyyəti, həmçinin elm və texnikanın ən qabaqcıl sahələri üzrə – biomühəndislikdən başlayaraq ən yeni kompüter texnologiyaları və kosmik tədqiqatlara, genetika, mədəni antropologiyaya qədər bu universitetin institut və laboratoriyalarında həyata keçirilir. Universitetin yaradıcıları dəmiryolu maqnatı Leyland Stanford və onun həyat yoldaşı Ceyndir. Leyland Stanford Kaliforniyanın ən varlı biznesmenlərindən biri olub. O, Respublikaçılar Partiyasının üzvü kimi öncə Kaliforniya ştatının xəzinədarı, sonradan isə qubernatoru vəzifəsində çalışıb. L.Stanford Vətəndaş müharibəsi (1861-1865) dövründə prezident A. Linkolnun fəal tərəfdaşı, "Central Pacifik Railroad" kampaniyasının yaradıcılarından biri kimi tanınıb.
Stenford Şav
Stenford Şou(İngilis dili:Stanford J. Shaw), (d. 5 May 1930, Minnesota - ö. 16 dekabr 2006, Ankara). ABŞlı tarixçi. Osmanlı tarixi və Erməni Soyqırımı sahəsində etdiyi işlərlə tanınan və 1977-ci ildə "Erməni soyqırımı yoxdur" dediyi üçün Ermənilər tərəfindən təhdid edilərək, evi qundaqlanan ABŞlı tarixçi. 26 il əvvəl Türkiyəyə yerləşib işlərinə burada davam etmişdir. Son olaraq Bilkent Universitetində Osmanlı Tarixi dərsləri verirdi. Ayrıca Türkiyə Elmlər Akademiyasından edilən şərhdə, 16 dekabr 2006da Akademiyanın Şərəf Üzvlüyünə seçildi və2006 ili Sentyabr ayında Prof. Dr. Xəlil İnalcık ilə birlikdə Türk və Türkiyə tarixinə qatqılarından ötəri Türk Tarix Təşkilatı tərəfindən Xidmət Medalı və Beratı ilə şərəflənildi.
Stenford Şou

Telford Kolleci
Telford Kolleci — İngiltərənin Şropşir əyalətinin Telford şəhərində kollec. Kollec 1892-ci ildə Çarlz Uoker tərəfindən İncəsənət və Elm Dərsləri Mərkəzi olaraq təsis edilib və əvvəlcə Oakengates, Şropşirdə yerləşirdi. 1926-cı ildə Hartsbridg Roadda tikilmiş yeni bir binaya köçdü və Ualker Texniki Kolleci adı aldı. 1 yanvar 1983-cü ildə kollec Telford İncəsənət və Texnologiya Kolleci adlandırıldı. 2006-cı ildə Telford İncəsənət və Texnologiya Kolleci OFSTED Yoxlama reytinqində yüksək yer tutdu. 2008-ci ildə kollecə Kraliça Elizabet tərəfindən Yubiley Mükafatı təqdim olundu. 2013-cü ilin may ayında Discovery və Oakdene Mərkəzləri açıldı. 2014-cü ilin sentyabrında Avtomobil Mühəndisliyi Mərkəzi açıldı. 17 oktyabr 2015-ci ildə ehtiyacı və əlilliyi olan tələbələrə dəstək üçün 1,8 milyon funt sterlinq dəyərində yeni Söyüd Ağacı Mərkəzi rəsmi olaraq açıldı. 2017-ci ildə Telford İncəsənət və Texnologiya Kolleci Telford Yeni kolleclə birləşdi və Telford Kolleci yarandı.
Stenford Mur
Stenford Mur (4 sentyabr 1913[…], Çikaqo, İllinoys – 23 avqust 1982[…], Nyu-York, Nyu-York ştatı) — Amerikalı biokimyaçı. Zülal kimyası sahəsində tədqiqatlar aparmışdır (Uilyam Hovard Stayn ilə birlikdə). Zülalları təhlil etmək üçün istifadə edilən ion mübadiləsi xromatoqrafiyası; bir amin turşusu analizatoru hazırlanmışdır. 1960-cı ildə pankreatik ribonukleaz fermentinin əsas strukturu yaradılmışdır. Kristian Anfinsen və Vilyam Stayn ilə birlikdə ferment kimyasına mühüm töhfələrə görə kimya üzrə Nobel mükafatı laureatı (1972il).ABŞ Milli Elmlər Akademiyasının (1960il)və Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü. == Gənclik və təhsil == Stenford Mur İllinoys ştatının Çikaqo şəhərində anadan olub. Atası Con Hovard Mur Çikaqo Universitetində hüquq fakültəsinin tələbəsiykən (J. D. 1917), Anası (Rut Fouler) Stenford Universitetini bitiribmiş. Valideynləri Stendordda tanış olublar və 1907-ci ildə evləniblər. Deyirlər ki, görüş yerinin xatirəsinə valideynlər oğluna bu adı veriblər. Stenford Mur 4 yaşında (çox erkən yaşında) İllinoys ştatının Vinnetka şəhərindəki ümumtəhsil məktəbində oxumağa başladı.
Karl Şefold
Karl Şefold (alm. Karl Schefold‎; 26 yanvar 1905, Heilbron[d] – 16 aprel 1999, Bazel) — İsveçrə klassik arxeoloqu. == Həyatı == Ştutqartda orta məktəbi bitirdikdən sonra Tübingen və Heydelberq Universitetlərində, sonra Yena Universitetlərində antik dövr üzrə təhsil almış və 1930-cu ildə Marburq Universitetində (elmi direktor Paul Yakobstal) doktorluq dərəcəsi alıb. Roma və Afinadakı alman arxeologiya institutlarında işləmiş, qazıntılarda iştirak etmişdir. 1935-ci ildə İsveçrənin Bazel şəhərinə mühacirət etdi və burada klassik arxeologiya üzrə təhsil aldı. 1953-cü ildə kafedranı qəbul etmişdir. O, Almaniya, Avstriya və ABŞ arxeologiya institutlarının, habelə Bavariya və Britaniya Elmlər Akademiyasının üzvü (sonuncunun 1976-cı ildə müxbir üzvü) olmuşdur. 1935-ci ildən Karl fon den Ştaynenin qızı Marianna ilə evləndi. Oğullarının üçü də professor oldu.
Sebastian Benfeld Qarses
Sebastian Benfeld Qarses (isp. Sebastián Benfeld Garcés) — Çilili iqlim fəalı. O, Çilidə Gələcək üçün cümə günlərinin təşkilatçısıdır. Valparaisoda böyümüşdür. 2019-cu ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransında Toledo Munoz ilə birlikdə etiraz edir. O, Eskassus müqaviləsinin tərəfdarıdır. O, BMT-nin Ətraf Mühit Proqramı #WikiForHumanRights-da David R. Boyd ilə diskusiya aparmışdır. 2021-ci ildə o, Xose Antonio Kastanın Eskassus müqaviləsinə razılıq verməkdən imtina etməsinə etiraz edir.
Stenford fəlsəfə ensiklopediyası
Stenford fəlsəfə ensiklopediyası (ing. The Stanford Encyclopedia of Philosophy) — Stenford universiteti tərəfindən təqdim olunan və dəstəklənən fəlsəfə üzrə onlayn ensiklopediyadır. Ensiklopediya 1995-ci ildə Edvard N.Zalta tərəfindən yaradılmışdır. Hər bir məqalə bu sahə üzrə ekspertlər tərəfindən yaradılaraq nəzarət olunur. Ekspertləri dünyanın 65 akademik institutlarının professorları təşkil edirlər. Onlayn statusundan əlavə ensiklopediya ənənəvi akademik yanaşmaya da sadiqdir, yəni, bir çox ensiklopediyalarda və ensiklopedik jurnallarda olduğu kimi məqalələrin keyfiyyətini artırmaq üçün müəllif-mütəxəssislərdən istifadə olunur və məqalələrin kompetent redaksiya şurası tərəfindın diqqətlə yoxlanılması həyata kerçirilir. Ensiklopediya ingilis dilində olub, dinamikdir və daima təzələnir. İnternet Azərbaycan Milli Elmlər Akademiyası Eric M. Hammer, Edward N. Zalta. A Solution to the Problem of Updating Encyclopedias (PDF). 31 (Computers and the Humanities).
Stenford həbsxana eksperimenti
Stenford həbsxana eksperimenti (ing. Stanford prison experiment) — insanın azadlığı məhdudlaşdırılanda düşdüyü şəraitə uyğunlaşma məsələsini tədqiq edən təcrübə. Təcrübə 1971-ci ildə amerikalı psixoloq Filipp Zimbardo tərəfindən Stenford Universiteti ərazisində qoyulub. Təcrübəyə öz xoşuna qoşulan tələbələr psixologiya fakultəsinin zirzəmisində hazırlanmış həbsxanada kimisi əsir, kimisi isə həbsxana gözətçisi rolunda bir müddət yaşamalı idi. Həbsdə olanlar və mühafizə öz rollarına tez uyğunlaşdılar. Az keçmiş həqiqətən də təhlükəli situasiyalar yarandı. Hər 3 keşikçidən birində sadist meyl peyda oldu. Həbsə salınmışlarsa mənəvi travma aldığından, onlardan bir neçəsi təcrübədən vaxtından əvvəl çıxarılmış və təcrübə dayandırılmışdı. Yarımçıq saxlanmasına baxmayaraq, nəticələrinə görə bu təcrübə ən qəddar təcrübələr sırasına daxil olub. Zimbardo, P. (2007).
Metyu Stenford Robison (memorial)
Matthew Stanford Robison — Solt Leyk Siti qəbiristanlığında yerləşən xatirə heykəl. O, Metyu Stanford Robisonun atası Ernest tərəfindən hazırlanmışdır. 2000-ci ildə Ernest Robison oğluna xatirə abidəsi tikmək qərarına gəldi. Qəbiristanlıqdakı heykəl Metyu əlil arabasından qalxaraq göyə qalxdığını təsvir edir. Xatirə uşağı yer üzündəki əzab-əziyyətlərdən azad olaraq axirətdə olduğunu təsvir etmək üçün nəzərdə tutulub. Qəbiristanlıq Yuta ştatının turistik məkanı olub, bir neçə səyahət veb-saytında ziyarət etmək üçün yer kimi görünür. Our Inspiration (ing.) Matthew: un bimbo disabile che ha donato amore e gioia da vivo e continua a farlo dal Cielo!
Stenford həbsxana eksperimenti (film)
Stenford həbsxana eksperimenti (ing. The Stanford Prison Experiment) – Kayl Patrik Alvarezin rejissorluğu və Tim Telbottun ssenaristliyi çəkilmiş 2015-ci il istehsalı ABŞ dram və triller filmi. Əsas rollarda Billi Krudap, Maykl Anqarano, Ezra Miller, Tay Şeridan, Keyr Qilkrist, Oliviya Tirlbi və Nelsan Ellis çıxış edirlər. Film 1971-ci ildə baş tutmuş Stenford həbsxana eksperimentindən bəhs edir: Filip Zimbardonun başçılığı ilə keçirilən təcrübədə tələbələr məhkum və mühafizəçi olmaqla iki qrupa bölünür. Məqsəd avtoritar gücün insanlara necə təsir göstərdiyini tədqiq etməkdir. Layihə 2002-ci ildə açıqlanmış, hazırlanması 12 il çəkmiş və çəkilişlər 19 avqust 2014-cü ildə Los-Ancelesdə başlamışdır. Film Sandbar Pictures və Abandon Pictures tərəfindən istehsal olunmuş və premyerası 2015-ci ildə Sandens Film Festivalında baş tutmuşdur. 17 iyul 2015-ci ildə isə bütün ABŞ kinoteatrlarından buraxılmışdır. Film tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Stenford Universitetinin psixologiya professoru Filip Zimbardo məhkumlar və mühafizəçilər arasındakı münasibəti öyrənmək üçün universitetdə təcrübə keçirməyə qərar verir.
Stenford həbsxana eksperimenti (film, 2015)