BİRƏ-İKİ

z. twofold, doubly, twice as much, double the amount / number; ~ vermək to pay* double

BİRƏ-BİR
BİRƏ-MİN
OBASTAN VİKİ
Birə
Birə — müxtəlif bakteriyaların, virusların, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Onlar məməlilər, quşlar va digər heyvanların üzərində və yuvalarında yaşayır. Birələr qanla qidalanır. Bəzi növləri qansormadan 18 aya qədər yaşaya bilir. Fəallığından asılı olaraq onları qış və yay birələri adlandırırlar. Taun xəstəliyinin yayılması yetkin birələr vasitəsilə həyata keçirilir. Onlar gəmiricilər üzərində yaşayıb xəstəliyin yayılmasına (epidemiyalara) səbəb olur. Birələr həm də tulyaremiya, qarayara, bruselyoz, cüzam və s. xəstəliklərin törədicilərini də daşıyır. Birələr - qansoran həşəratlar qrupuna daxildir.
Birə bağayarpağı
Hind bağayarpağı (lat. Plantago indica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. Birillik, ot bitkisi olub, hündürlüyü 40 sm, kökü qısa, möhkəm budaqlı iyəbənzər gövdəyə malikdir. Yarpaqları qarşı-qarşıya xətti olmaqla, bütövkənarlıdır. Çiçəkləri burulmuş, yumurtavari-şarşəkilli olur. Uzun başcıqlı çiçəkləri gövdə üzərindəki yarpaqların arasında yerləşir. Tumurcuqları çəhrayı-qəhvəyi, qonur meyvələri isə elliptik kapsul içərisində yerləşir. Bitkinin yerüstü hissələri şaxələnmiş, yarpaqları gövdə üzərində müxtəlif olmaqla yerləşir. Ölçüsü 0.6–4 sm-ə qədər olur. Yarpaqlarının uzunluğu 7 sm, xətti-bütövkənarlı və ya seyrəkdişlidir.
İki
İki — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Birdən sonra, üçdən əvvəl gəlir. Bütün başlanğıcların başlanğıcı, yəni elə sayların da ilki olan birdən sonra insanlar iki sayı ilə qarşılaşmışlar. Bu sayın da ilkin yaranışı çeçələ barmaqdan sonra qatlanan adsız barmaqla bağlıdır. Özündən əvvəlki bir sayından fərqli olaraq iki sayı insanları "cüt"lük, "qoşa"lıq aləmi ilə qovuşdurur. Bu "qoşa"lıq, "cüt"lüklə yeni inam, etiqad, görüşlər silsiləsi yaranır. İki sayı fərq qoymadan mifoloji və gerçək hadisələri, nəsnələri öz içinə alır. Bunlar isə sırası kəsilməz saydadır. Bir neçə örnəyi yada salaq. İnsan çoxluğunun yaranma başlanğıcına səbəb tək bir böyük Tanrının xəlq etdiyi Adəm-Həvva, yəni kişi-qadın cütlüyü.
Altmış iki
Altmış iki — say sistemində ədədlərdən biridir. Altmış birdən sonra, altmış üçdən əvvəl gəlir. Altmış iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 31 və 62 ədədlərinə qalıqsız bölünür.
Doxsan iki
Doxsan iki — say sistemində ədədlərdən biridir. Doxsan birdən sonra, doxsan üçdən əvvəl gəlir. Doxsan iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
On iki
On iki — say sistemində ədədlərdən biridir. On birdən sonra, on üçdən əvvəl gəlir. Əski türk təqviminə və elmin sübut etdiyinə görə, Günəşin zahiri yerdəyişməsi hər on iki ildən bir eyni nöqtəyə düşür. Odur ki, bu on iki ilin hər ilini tanımaq üçün on iki heyvan adına müraciət etmək münasib sayılıb. Bir mif nümunəsində bildirilir ki, insanlar illəri müəyyənləşdirməkdə, bir-birindən ayırmaqda çətinlik çəkirmişlər. Deyilənə görə, bir Novruz bayramında bilicilər toplaşaraq qərara gəliblər ki, gəzintiyə çıxsınlar və qarşılaşdıqları canlıların adlarını illərə versinlər. Onlar üzən, gəzən, sürünən on iki canlıya - siçan, öküz, pələng, dovşan, balıq, əjdaha, ilan, at, qoyun, toyuq, it, donuza rast gəlirlər. Bunların adlarını illərə verirlər. Beləliklə, bu on iki canlının adının illərdə yaşaması elə on iki sayının da geniş dairədə yayılmasına səbəb olmuşdur. Bundan savayı, on iki sayının simvolik səciyyəli olmasında bürclər adlanan on iki tale ulduzunun rolu da olubdur.
Otuz iki
Otuz iki — say sistemində ədədlərdən biridir. Otuz birdən sonra, otuz üçdən əvvəl gəlir. Otuz iki ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Qırx iki
Qırx iki- 41-dən sonra 43-dən əvvəl gələn cüt saydır.Məşhur mədəniyyətdə Hitchhiker's Galaxy Guide kitabında həyatın, kainatın və hər şeyin son sualına cavab olaraq təqdim olunduğu üçün diqqəti cəlb etdi. Riyaziyyatda 42 Bu bərabər saydır. Bu Toitent Funksiyasının ilk 11 ədədinin cəmidir. Heptadecagonal sayına görə üçüncüdür. Amerika və Beynəlxalq Riyaziyyat Olimpiadalarında mövcud olan ən yüksək baldır. Pi sayı 242.422. Adımdan sonra 8 nömrə 42424242-dir. Birinci rəqəmin üstündəki ikinci rəqəm ikinci rəqəmin üstündəki birinci rəqəmə bərabərdir, yəni 42 = 24 = 16. Bu xüsusiyyət yalnız 42 və 24 nömrələrində iki rəqəmli nömrələrdə mövcuddur. 2-sistemdəki onluq sistemdə 42-nin ekvivalenti 101010-dur.
Səksən iki
Səksən iki — say sistemində ədədlərdən biridir. Səksən birdən sonra, səksən üçdən əvvəl gəlir. Səksən iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Yetmiş iki
Yetmiş iki — say sistemində ədədlərdən biridir. Yetmiş birdən sonra, Yetmiş üçdən əvvəl gəlir. Yetmiş iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 3, 4, 6, 8, 9, 12, 18, 24, 36 və 72 ədədlərinə qalıqsız bölünür.
İki adası
İki (yap. 壱岐島) — Yaponiyaya məxsus olan Tsuşima boğazında yerləşən ada. Kyuşu adasından 20 km aralıda yerləşir. İnzibati cəhətdən Naqasaki prefekturası ərazisində yerləşir. Əsas yaşayış məntəqəsi İki şəhəridir. İki vulkan məşəlli ada olub Tsuşima adası ilə Kyusyu adası arasında yerləşir. Adanın sahəsi 138,5 km², şimaldan cənuba olan məsafə 17 km, şərqdən qərbə olan məsafə 15 km təşkil edir. Ən hündür nöqtəsi 213 m olan Takenosuci vulkanıdır. Sonuncu püskürmə 0,6–0,9 milyon il öncə püskürmüşdür. İsti Kurisio cərəyanının təsirinə məruz qalır.
İki arvadlı
İki arvadlı – Şəki rayonunun Qaradağlı kəndində yaradılmış məzəli Azərbaycan rəqsi. Kişilərin ifa etdikləri bu rəqs məzəli xarakter daşımış və satirik planda oynanılarmış.
İki nöqtə
İki nöqtə (:) - 1) Yazıda təsnifat mətnində sonra əlavə edilən bölgüdən əvvəl qoyulur. Məs.: İsimlər quruluşcà üç yerə bölünür: sadə, düzəltmə, mürəkkəb; 2) Müəllifin sözləri birinci gələrsə müəllifin sözündən sonra, vasitəsiz nitqdən əvvəl qoyulur. Məs.: Peyğəmbərimiz demişdir: «İnsan bələkdən məzara qədər öyrənməlidir»; 3) Qəzet və jurnal başlıqlarında. Məs.: Dilçilik: problemlər və mülahizələr.
İyirmi iki
İyirmi iki — say sistemində ədədlərdən biridir. İyirmi birdən sonra, iyirmi üçdən əvvəl gəlir. İyirmi iki ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Əlli iki
Əlli iki — say sistemində ədədlərdən biridir. Əlli birdən sonra, əlli üçdən əvvəl gəlir. Əlli iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 13, 26 və 52 ədədlərinə qalıqsız bölünür.
İki xərçəng
İki xərçəng — 1889-cu ildə Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir. İki xərçəngin natürmortu olan bu sənət əsərində yaşıl arxafonda xərçənglərdən diri düz, digəri isə beli üstə tərsinə təsvir olunub. Hündürlüyü 47 sm, genişliyi 61 sm olan rəsm əsəri kətan üzərində çəkilmişdir. Van Qoqun bu əsəri 1889-cu ilin yanvarında xəstəxanadan çıxdıqdan sonra çəkdiyi düşünülür. Ehtimal ki, Vinsent Van Qoq bu rəsm əsərini çəkərkən qardaşı Teo van Qoqun 1888-ci ilin sentyabrında ona göndərdiyi Le Japon Artistique jurnalında gördüyü Hokusayın xərçəng əsərindən ilhamlanmışdı.
İki sahil
"İki sahil" — Gündəlik ictimai-siyasi qəzet. Təsisçisi Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir (SOCAR). Qəzetin Baş redaktoru Vüqar Rəhimzadədir. Qəzetin ilk nömrəsi 1991-ci il 10 iyul tarixində işıq üzü görüb.
On iki həvari
Həvarilər (yunanca ἀπόστολος – elçi, səfir) — xristianlıqda İsa Məsihin seçib xidmətə göndərdiyi on iki ardıcılı; daha sonra həvarilərin sayı artmışdır. Həvarilər erkən xristian cəmiyyətinin nüvəsi olmuş, xristianlığın yayılması onların fəaliyyəti ilə əlaqələndirilir. On iki həvari (apostol, yunanca səfir) — xristianlıqda İsa Məsih ilə seçilmiş onun ən yaxın ardıcıllarının kollegiyası (qardaşlar Pyotr və Andrey, Böyük İakov və İlahiyyatçı İoann, Filipp, Varfolomey, Matfey, Foma, İakov Alfeyev, Faddey, Simon Zilot və İuda İskariot). İncilə görə İsa "on iki adam təyin etdi ki, onunla bərabər olsunlar və onları təbliğ etməyə göndərsin, onların xəstələri sağaltmağa və cinləri qovmağa səlahiyyətləri olsun. İudanın satqınlığı və intiharından sonra onun yerinə püşk vasitəsilə Matfiy seçilmişdir. Həvarilər erkən xristian icmasının nüvəsi olmuş, xristianlığın yayılmasını onların fəaliyyəti ilə əlaqələndirir. Bununla yanaşı, həvari Pavel da olmuşdur. Əhdi Cədiddə Həvarilər Əməlləri kitabı var. İncildə sıralanan on iki həvarilər bunlardır: Andrey İoann Filipp Pyotr (Simon) Zevedey oğlu İakov Varfolomey Matfey Foma Alfey oğlu İakov Faddey Kənanlı Simon İuda İskariot İuda İskariot İsa Məsihə etdiyi xəyanətə və sonra intihar etdiyinə görə, onun yerinə İsanın şagirdi Mattiya seçildi. Həvarilərin İşləri Kitabında bu əhvalat belə təsvir olunmuşdur: Həmin günlərdə təxminən yüz iyirmi bacı-qardaşdan ibarət olan toplantı arasından Peter qalxıb dedi: "Qardaşlar, İsanı tutanlara yol göstərən Yəhuda haqqında Müqəddəs Ruhun Davudun dili ilə əvvəlcədən dediyi Müqəddəs Yazı sözləri yerinə yetməlidir.
On iki imam
On iki imam – İslamın on iki imamçı şiə və ələvi qollarında Məhəmməd peyğəmbərin (s.ə.s) dini və siyasi xəlifələridirlər. On iki imamçıların dini nəzəriyyələrinə görə, on iki imam təkcə cəmiyyəti ədalətlə idarə edən şəxslər yox, həmçinin şəriəti (İslam hüquq sisteminin) və Quranın ezoterik (sirli, yalnız seçilmiş şəxslərə məxsus) mənalarını qoruyan və təfsir (izah) edən nümunəvi insan fərdləridir. Muhəmmədin (s.ə.s) və imamların sözləri və əməlləri cəmiyyət üçün bələdçi və nümunə rolunu oynayır. Bu səbəbdən də onlar səhv və günahlardan uzaq olmalıdırlar (dini terminologiyada İsmət və ya məsumluq adlanır) və Məhəmmədin əli ilə ilahi hökmlə, və ya nəsslə təyin edilməlidirlər. İslamın on iki imamçı şiə qolunun inancına görə əql – ilahi müdriklik (hikmət) Peyğəmbərlərin və imamların ruhlarının mənbəyi olmaqla, onlara Hikmət adlanan ezoterik bilik aşılayır və onların iztirabları, onların tərəfdarlarına ilahi bəxşiş vasitələridir. Baxmayaraq ki, imam ilahi vəhyi almır, ancaq onun Allahla çox yaxın rabitəsi var, hansı ki, o rabitə vasitəsilə Allah imama, imam da öz növbəsində insanlara bələdçilik edir. İmamlara həmçinin sahib olduqları “əl-Cəfr”, “əl-Camiə” kimi gizli kitablar da aid edilir. İmamət, yaxud ilahi rəhbərliyə etiqad on iki imamçı şiə əqidəsində əsas inanclardan hesab edilir və “Allah bəşəriyyəti ilahi bələdçiliyə çıxış imkanı olmadan buraxmaz” nəzəriyyəsinə əsaslanır. On iki imamçıların inancına görə, hər dövrün müsəlman cəmiyyətində bütün əqidə və fiqh məsələləri üzrə ilahi hökmü müəyyən edən imamı var. Əli ibn Əbu Talib on iki imamın birincisidir və on iki imamçı etiqada görə, Məhəmmədin ədalətli səhabəsidir və onun qızı olan Fatimə yolu ilə ondan sonra Məhəmmədin kişi nəsli davam etmişdir.
On iki xəlifə
On iki xəlifə — İslam (həm Sünni, həm də Şiə) mənbələrində müsəlmanların sonuncu peyğəmbəri Məhəmməddən və Şiə mənbələrində həm də on iki imamlardan nəql olunan hədislərə əsasən Məhəmməddən sonra müsəlmanlara rəhbər olacaq on iki şəxs. On iki imam şiələrinə görə bu on iki xəlifə elə məhz on iki imamdır. (حديث مرفوع) حَدَّثَنِي مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، حَدَّثَنَا غُنْدَرٌ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَبْدِ الْمَلِكِ ، سَمِعْتُ جَابِرَ بْنَ سَمُرَةَ ، قَالَ : سَمِعْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، يَقُولُ : " يَكُونُ اثْنَا عَشَرَ أَمِيرًا ، فَقَالَ كَلِمَةً لَمْ أَسْمَعْهَا ، فَقَالَ أَبِي ، إِنَّهُ قَالَ : كُلُّهُمْ مِنْ قُرَيْشٍ " Cabir ibn Abdullah : " Nəbi (s) - nin : "(Bir dövürdə) on iki əmir olacaqdır. (O zamana qədər İslam əziz qalacaqdır)",- deyə buyurduğunu eşitdim."- demişdir. Yenə Cabir : Ancaq Peyğəmbərin söylədiyi bir kəliməni eşitməmişdim. Onu da atam (Səmurə) : "Rəsulillah (s) : - Bunların hamısı Qureyş-dəndir",- buyurduğunu dedi." حدثنا قتيبة بن سعيد حدثنا جرير عن حصين عن جابر بن سمرة قال سمعت النبي صلى الله عليه وسلم يقول ح وحدثنا رفاعة بن الهيثم الواسطي واللفظ له حدثنا خالد يعني ابن عبد الله الطحان عن حصين عن جابر بن سمرة قال دخلت مع أبي على النبي صلى الله عليه وسلم فسمعته يقول إن هذا الأمر لا ينقضي حتى يمضي فيهم اثنا عشر خليفة قال ثم تكلم بكلام خفي علي قال فقلت لأبي ما قال قال كلهم من قريش Bizə Kuteybə ibn Səid rəvayət etdi. (Dedi ki) : Bizə Cərir, Hüseyndən, o da Cabir ibn Səmurədən nəqlən rəvayət etdi. Mən Peyğəmbər (s) - i (belə) buyurarkən eşitdim, deyib : Bizə Kifəa ibn Heysəm əl-Vasiti də rəvayət edib. Lafiz onundur. (Dedi ki) : Bizə Xalid (yəni ibn Abdullah ət-Təhhan) Hüseyndən, o da Cabir ibn Səmurədən nəqlən rəvayət etdi.
İki-başlı qartal
İkibaşlı qartal Avrasiyada bir çox fərqli mədəniyyətin qəbul etdiyi tarixi bir simvoldur. Bu gün Albaniya, Monteneqro və Serbiya dövlətlərinin rəsmi bayrağında və bir çox ölkələrdə bəzi şəhərlərin və bəzi təşkilatların Emblem və gerblərində hələ də ikibaşlı qartal motivi mövcuddur. Kralı Lugalanda'ya ait möhür (e.ə. 2400), möhürün ortasında ikibaşlı qartal görünür]] Qədim dövrlərdə Şumer və Xetlərdə bu simvola rast gəlinir. Şumerlərdəki Lagaş şəhərinin simvolu ikibaşlı qartaldır. Onlardan; Akad, Assuriya, Sasanlar, Bizanslara və Türklərin mədəniyətinə axır. Eyni zamanda: Xetlərdə, Böyük Krallığın dövründə: Xattusa, Alacahöyük və Yazılıqaya bölgəsindəki qabartmalarda yenədə ikibaşlı qartal görülür. Mesopotamiyada Şumer ədəbiyyatının araşdırılması, ikibaşlı qartalın yaranmasına aydınlıq gətirə bilər. Şumerlərin göy gürültüsü quşu "İmduqud" və bunun morfologiyası xüsusi maraq doğurur. Bu göy gurultusu quşu Ningirsu ya da Ninurta adlanır.
İki (film, 2009)
İki Kamal türbəsi
İki Kamal türbəsi və ya İki Kamal məzarı — Təbrizdə Abbasi və Beylankı küçələrində yerləşir. Abidə təsadüfən tapılıb və restavrasiya olunaraq ətrafında park salınıb. Türbədə Kamal adlı 2 şəxsiyyətin şair Kamal Xocəndi və miniatürist Kəmaləddin Behzadın yanbayan məzarı var. Məzarlar zirzəmidə yerləşir onları görmək üçün 10 pillə aşağı enmək lazımdır. Türbənin ətrafındakı parkda bu 2 şəxsiyyətin heykəlləri də qoyulub. Möminə Xatun türbəsi Qırmızı Günbəz türbəsi Üç Günbəz türbəsi Türbə haqqında hazırlanmış sənədli film. fars.
İki Sahil (qəzet)
"İki sahil" — Gündəlik ictimai-siyasi qəzet. Təsisçisi Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir (SOCAR). Qəzetin Baş redaktoru Vüqar Rəhimzadədir. Qəzetin ilk nömrəsi 1991-ci il 10 iyul tarixində işıq üzü görüb.
İki Yoldaş adası
İki Yoldaş adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Mikoyan körfəzinin cənub-şərqində yerləşir. Bolşevik adasında 800 m aralıda qərarlaşır. İki Yoldaş adasından 3 km cənubda Sportivnıy adası yerləşir. Ovalvari quruluşa malikdir. Şimal-qərbdən cənub-şərqəa doğru uzanır. Uzunluğu 1,2 km, eni 650 m təşkil edir. Adada gözlə seçiləcək hündürlük yoxdur. Maksimal hündürlüyü 8 metrə çatır.

Значение слова в других словарях