Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Andrey Rublyov (tennisçi)
Andrey Andreyeviç Rublyov (20 oktyabr 1997-ci il, Rusiya, Moskva şəhərində anadan olmuşdur) — rusiyalı tennisçi; 21 yaşadək tennisçilər arasında ATP Finalının finalçısı (2017); beş ATP turnirinin qalibi (bunlardan dördü təkdir); bir yeniyetmə Grand Slam tək turnirinin qalibi (French Open 2014); cütlüklərdə yeniyetmələrin Böyük Dəbilqə turnirinin finalçısı (Uimbldon-2014); Orange Bowl cütlük turnirinin finalçısı (2013); 2014 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının mükafatçısı; gənclər sıralamasında dünyanın ilk birinci raketkası. == Ümumi məlumat == Andrey Rublyov idmançı ailəsində anadan olmuşdur. Atası, Andrey Rublyov, keçmiş peşəkar boksçudur. İdmandan ayrıldıqdan sonra o bizneslə məşğul olmuş və hazırda Moskvada bir restoran şəbəkəsinin sahibidir. Anası — Marina Maryenko, tennis məşqçisi, əvvəllər Anna Kournikova, Daria Gavrilova və İrina Xromacheva ilə birlikdə çalışmışdır. Kiçik Andreyi üç yaşında tennisə gətirən məhz anası olmuşdur. Bacısı Anna-Arina Marienko, tennis üzrə idman ustası və hazırda məşqçiliklə məşğuldur. Yeniyetmələr arasında ilk böyük uğurunu 2012-ci ilin dekabrında əldə etmişdir. Andrey Orange Bowl turnirinin finalında ev sahibi amerikalı Tommy Paulu məğlub etdi (16 yaşadək kateqoriyada) — 6:3, 6:4. 2013-cü ilin yayında isə idmançı 16 yaşadək Avropa çempionatında qızıl medal qazandı.
Aleksey Smirnov (stolüstü tennisçi)
Aleksey Smirnov (9 oktyabr 1977, Tolyatti, Samara vilayəti) — Rusiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Aleksey Smirnov Rusiyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 4-cü pillənin pillənin sahibi olub. Daha sonra Aleksey Smirnov Rusiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Aleksey Smirnov Rusiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Robert Frank (stolüstü tennisçi)
Robert Frank (22 yanvar 1990) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Robert Frank Avstraliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub.
Tennessi
Tennessi - ABŞ-də ştat. Mərkəzi Neşvill şəhəridir.
Tennesi
Tennessi - ABŞ-də ştat. Mərkəzi Neşvill şəhəridir.
Tennis
Tennis (ing. lawn tennis) — iki nəfər və yaxud hərəsində iki nəfər olan iki komanda arasında oynanılan bir oyundur. Bu oyunun əsas qaydaları ondan ibarətdir ki, hər bir oyunçu verilmiş topu rəqibinə tərəf elə atmalıdır ki, rəqibi topa cavab zərbəsi vura bilməsin. Belə zərbələr zamanı top ağ cizgi ilə işarələnmiş zonaya düşməlidir. Tennis meydançası kort adlanaraq 3 zonaya bölünür: gil zonası (qırmızı və yaşıl), bərk zona (o cümlədən sement və yə asfalt) və ot zonası. Bütün dünyada məşhur olan bu oyun 1896-cı ildən etibarən Olimpiya oyunlarının proqramına daxil edilmişdir. Doğma vətənimizdə ilk dəfə rəsmi olaraq 1995-ci ildə Azərbaycan Tennis Federasiyası yaradılmışdır. Kort — Tennisdə rəqiblər kort adlanan meydanda mübarizə aparırlar. Bu meydan dördbucaqlı formasında olur və futbolda olduğu kimi iki hissəyə bərabər ölçüdə bölünür. Əgər futbolda meydanı mərkəz xətti ayırırsa tennisdə bu funksiyanı xüsusi setka daşıyır.
Alfred Tennison
Alfred Tennison, I Baron Tennison (ingiliscə: Alfred Tennyson, 1st Baron Tennyson) - Böyük Britaniyada viktorian dövrünün ən məşhur şairlərindən biri.
Bulbophyllum dennisii
Bulbophyllum dennisii (lat. Bulbophyllum dennisii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum dennisii növü Solomon adaları üçün endemik növdür.
Hyalosema dennisii
Bulbophyllum dennisii (lat. Bulbophyllum dennisii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum dennisii növü Solomon adaları üçün endemik növdür.
Memfis (Tennessi)
Memfis (ing. Memphis) — Amerikanın cənub-şərqindəki Tennessi ştatında yerləşən şəhər. Memfis şəhərinin şəhər sərhədləri içindəki əhalisi 655,155 nəfər olub. Amerikanın 20-ci, Tennessi ştatının ən böyük şəhəridir.
Noksvill (Tennessi)
Noksvill (ing. Knoxville) — ABŞ-nin cənubunda, Tennessi ştatında şəhər. Tennessi çayı üzərində yerləşən port şəhəri nəqliyyat qovşağı rolunu daşıyır. Noksvilldə elektrometallurgiya, maşınqayırma, metal emalı, toxuculuq, tikiş, mebel, kimya sənayesi müəssisələri var. 1 iyul 2019-cu ildə əldə edilən məlumatlara əsasən, şəhərin əhalisi 187,603 nəfərdir.
Tennisin tarixi
Tennis (laun tennis) — İngilis dili "lawn" sözündən – fransızcadan "tenez" sözündən yaranmışdır. Topun və raketkatın istifadəsi ilə dünyanın ən məşhur idman növüdür. Oyunlar standart ölçülərdə (23.77:8.23 metr) olan kortlarda keçirilir. Tennis müxtəlif səthə malik kortlar (bərk , torpaq, ot) üzərində oynanılır. Əzəldən tennis ot üzərində yaranıb, ona görə də onu "laun tennis" kimi də adlandırırlar. Hər bir oyun topun oyunçu vasitəsilə kortu digər hissəsinə arxa xətdən daxil etməsi ilə başlayır. Oyunçulardan biri uğursuz cəhdi yerinə yetirənə qədər zərbələr mübadiləsi davam edir. Maçlar setlərə və qeymlərə (oyunlara) bölünür. Qalib rəqibi qarşısında iki qeym fərqi ilə ilk altı qeymdə qalib olan oyunçu olur və o bununla bir seti öz hesabına yazmış sayılır. Tennis – İtaliya, İngiltərə, Fransa kimi ölkələrdə XIII-XIV əsrlərdə bir əl ilə topu torun digər tərəfinə atılması oyunu olub.
Calanthe hennisii
Calanthe vestita (lat. Calanthe vestita) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin calanthe cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Alismorkis vestita (Wall. ex Lindl.) Kuntze Phaius vestitus (Wall. ex Lindl.) Rchb.f. Preptanthe vestita (Wall. ex Lindl.) Rchb.f.
Quercus tennesi
Azərbaycanda tennis
Tennis Azərbaycan üçün yad idman növü olmayıb. Azərbaycana tennisi neft mədənlərində işləyən almanlar və ingilislər gətiriblər. Belə ki, Bakıda ilk dəfə tennis kortu 1907-ci ildə Suraxanıda neft milyonçusu Nobelin bağında qurulub. Bu fakta əsasən də Azərbaycanda tennisin tarixi 1907-ci ildən hesablanır. == Tarixi və inkişafı == İllər ötdükcə Azərbaycanda tennislə məşğul olanalrın sayı artmağa başladı və nəticədə çempionat oyunlarına start verildi. Tennis üzrə ilk Azərbaycan çempionatı 1927-ci ildə keçirilib. İlk Azərbaycan çempionları kişilər arasında P. Mostman, qadınlar arasında isə A. Buravseva olublar. 1928-ci ildə Azərbaycanın tennis üzrə yığma komandası ilk dəfə beynəlxalq yarışlara qatılıb. Birinci Zaqafqaziya Spartakiadasında iştirak edən Azərbaycan komandası, gümüş medala sahib çıxa bilmişdir. 1950–80-ci illəri Azərbaycan tennisinin ən uğurlu dövrü kimi qeyd eləmək olar.
Stolüstü tennis
Stolüstü tennis və ya Pinq Ponq, 2 və ya 4 oyunçunun bir-birlərinə topu irəli geri vurmasıyla oynanan bir oyundur. Bu idmanın salon tennisi adıyla bilinən ən köhnə şəkli 1880-ci illərdə Hindistan və Cənubi Afrika dakı İngilis ordu zabitləri tərəfindən oynanardı. Siqar qutularının qapaqlarını raketka, yuvarlaşdırılmış şərab şüşəsi probkalarını da top olaraq istifadə edərdilər. Tor kimi də kitabları istifadə edirdilər. 1890-cı illərdə İngiltərədə bu oyunun digər versiyaları inkişaf etdirildi. Bunlar "whiff whaff" və "gossima" kimi dəyişik adlara sahib idilər və Parker Brothers firması masaya qurula bilən portativ tor, üstü torlu kiçik bir top və miniatür raketkalardan ibarət olan salon tennisi avadanlığı satmağa başladı. 1900-cü ildə Amerikanı ziyarət edən İngilis Jeyms Qib (James Gibb), dönərkən yanında bəzi içi boş selüloid toplardan gətirdi və yoldaşlarıyla salon tennisini bu topları istifadə edərək oynamağa başladı. Qib, topun raketkaya və masaya çarpdığı zaman çıxardığı səsi təmsil edən "ping pong" adını işlətməyə başladı. Lakin 1901-ci ildə İngilis idman avadanlığı istehsalçısı olan Jon Jakves (John Jacques) "Ping Pong" adını öz adına qeydiyyat etdirdi və bu adın Amerika haqqlarını Parker Brothers firmasına satdı. Onlar da yeni avadanlığlarını bu adla çıxardılar.
Tennis kortu
Tennis kortu — tennis oynamaq üçün düzbucaqlı meydança. Tennis meydançası yaratmaq üçün müxtəlif səthlərdən istifadə olunur. Hər bir səthin xüsusiyyətləri oyunun oyun stilinə təsir göstərir.
Tennis Olimpiya oyunlarında
Tennis,bir olimpiya oyunu olub,1896-cı ildə keçirilən ilk Yay Olimpiya oyunlarında oynandı.1924-1968-ci illər ərzində Beynəlxalq Tennis Fedarasiyası və Beynəlxalq Olimpiya Komitəsi arasında yaranan anlaşılmamazlığa görə tennis Yay Olimpiya oyunlarına daxil edilmədi.1968 və 1984-cü illərdə nümayiş oyunu kimi oynandı.Tennis,1984-cü ildən etibarən Yay Olimpiya oyunlarında bir medal oyunu kimi oynanılır.[1] Kort yeri Olimpiya oyunlarında fərqlidir. Tennis müsabiqələri Olimpiya oyunlarında sərt yerdə oynanılır. Amma 1992-ci ildə keçirilən Olimpiadada torpaq zəmində,2012-ci ildə keçirilən Olimpiadada isə ot üstündə oynanılmışdır.
Tennis for Two
Tennis for Two — 1958-ci ildə Analoq Kompüterdə Amerikalı fizik Uilyam Hiqinbotam tərəfindən hazırlanan ilk qrafik obyektlər təşkil edən videooyun. Higinbotham Tennis for Two oyununu işlədiyi yer olan Brookhaven Laboratoriyasında yorulan işçilər üçün yazmışdı. Higinbotham, laboratoriya kompüterlərinin mərmi yollarını hesablaya bildiyini öyrənmişdi və kompüterin bu bacarığından oyununda istifadə etdi.
Uimbldon tennis turniri
Uimbledon Çempionatı və ya sadəcə Uimbledon, dünyanın ən qədim tennis turnirlərindən biridir və ən nüfuzlu turnir sayılır. Bu dörd Böyük Dəbilqə seriyalı turnirlərdən biridir. Turnir adətən iyunun sonlarından iyulun ortalarına qədər davam edir, turnirdə tək oyunlarda qadınlar və kişilər mübarizə aparır. Hər il keçirilən bu turnir yeniyetmələr arasında da təşkil edilir. Turnirin ümumi mükafatı 13 milyon 725 min $-dır. Böyük Dəbilqə seriyalı turnirlərdən olan və bərk kortlarda oynanılan Avstraliya Open və gil kortlarda oynanılan Roland Garros Uimbledon turnirindən əvvəl olur. Bərk kortda oynanılan US Open turniri isə Uimbledon turnirindən sonra başlayır. Uimbledon tennis turnirinin əsas 5, yeniyetmələr üçün 4 qayda vardır. Tək kişilər Tək qadınlar İkili kişilər İkili qadınlar Miks oyunlar Tək oğlanlar Tək qızlar İkili oğlanlar İkili qızlar Oyunlar tək və ikili kişilərin mübarizəsində beş setdən ibarət olur. Digər oyunlar isə üç setdən ibarət olur.
Tənqidçi
Tənqid – şifahi, yazılı və ya feli ola bilər. Lüğət mənası ilə tənqid – hər hansı bir insan, əsər və ya mövzunun doğru-yanlış, əskik-artıq, gözəl-çirkin cəhətlərini tapıb göstərmə işidir. Tənqidin əxlaqi cəhətdən yaxşı və ya pis dəyərləndirilməsi; kimə, nə vaxt, hansı dərəcədə, hansı məqsədlə və hansı niyyətlə edildiyindən asılıdır. Bu baxımdan tənqid, müsbət tənqid (faydalı olan) və mənfi tənqid (zərər verən) olaraq iki yerə bölünür. Tənqidin təsiri də yuxarıdakı söylədiyimiz xüsusiyyətlərə görə fərqli ola bilər. Fərdi və ictimai həyatın daha da yaxşılaşması üçün xətaların fərq edilib lazımi qaydada ifadə edilməsi yararlıdır. Ancaq bu ifadə formasının insana və ətfarına zərər verməməsi, ifadələrin müsbət niyyətli olması vacibdir. Bu formada edilən müsbət tənqidlərdə səhvləri düzəltmə mülahizəsi vardır. Ailə və cəmiyyətdə mənfi tənqidə bağlananlar getdikcə hər şeydə bir əskiklik axtararlar. Bu şəkildə tənqidin bir alışqanlıq kimi edilməsi müşahidə olunur.
Təsisçi
Azərbaycan Tennis Federasiyası
Azərbaycan Tennis Federasiyası — == Haqqında == Azərbaycan Tennis Federasiyasının prezidenti, Milli Məclisin sədri Oqtay Əsədovdur.
Azərbaycanda stolüstü tennis
Azərbaycanda Stolüstü Tennis — Azərbaycanda stolüstü tennis idman növünə maraq 1939–1940-cı illərdən yaranmışdır. Böyük Vətən müharibəsindən (1941–1945-ci illər) sonra bir çox müəssisə və təşkilatlarda, zavod və fabriklərdə stolüstü tennis bölmələri yaradılır və bu idman növü get-gedə inkişaf etməyə başlayır. 50-ci illərin əvvəllərində ilk dəfə olaraq Bakı stolüstü tennis bölməsi yaradılır və sonradan respublika Stolüstü Tennis Federasiyası təsis olunur. Həmin vaxtdan etibarən respublikada bu idman növü üzrə müxtəlif yarışlar keçirilməyə başlayır. Bakı şəhərinin ilk çempionları V. Lazorkin və R. Yaşagina olmuşlar. O dövrün ən güclü tennisçiləri arasında M. Şeydabəyovun, K. Bağırovun, V. Lazorkinin, R. Şapayevanın, O. Spiridonovun, A. Knijnikin və başqalarının adlarını çəkmək olar. Azərbaycanda SSRİ-nin əməkdar məşqçiləri N. Novikov, R. Kotsev, Azərbaycanın əməkdar məşqçiləri Y. Oparin, İ. Mazin kimi məşqçilər yetişmişdir. Onlar M. Şeydabəyov (1961-ci ildə SSRİ çempionu), V. Popova (6 dəfə SSRİ çempionu, 1984-cü ildə Avropanın mütləq çempionu) kimi idmançıların ərsəyə gəlməsində böyük əmək sərf etmişlər. Azərbaycan idmançıları bir çox respublika və beynəlxalq yarışlarda iştirak etməyə başladılar. SSRİ dağıldıqdan sonra ictimai-siyasi həyatda olduğu kimi, idman sahəsində də durğunluq dövrü yarandı.
Bakı Tennis Akademiyası
Bakı Tennis Akademiyası — Mayın 5-də Bakı Tennis Akademiyasının açılış mərasimi olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. İlk dəfədir Azərbaycan paytaxtında Tennis Akademiyası inşa olunur. 2008-ci ilin martında Bakının 8-ci mikrorayonunda tikintisinə başlanmış akademiyanın ərazisi 2,7 hektardır. Komlpleksin 4070 kvadratmetrlik sahəsində idmanın bu növü ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb. Burada avadanlığı İtaliyadan gətirilmiş iri tutumlu su anbarı, nasos stansiyası, elektrik idarəetmə otağı və transformator yarımstansiyası tikilib. Bu qurğular akademiyanın su və elektrik enerjisi ilə etibarlı təmin olunmasına imkan verəcək. Dövlət başçısı qapalı məşq kortlarına baxıb, burada yaradılan şəraitlə tanış olub. Burada gənclər peşəkar mütəxəssislərin köməyi ilə tennisin sirlərinə yiyələnəcəklər. Akademiyada xaricdən dəvət olunmuş məşqçilər dərs deyəcəklər.
Bakı kuboku (tennis)
Baku Cup, Azərbaycanda və regionda ilk dəfə olaraq WTA Tour-un (Women’s Tennis Association) rəhbərliyi ilə 2011-ci ilin iyul ayında mükafat fondu 220 000 (iki yüz iyirmi min) ABŞ dolları olan peşəkar qadın tennisçiləri arasında keçiriləcək olan beynəlxalq reytinqli turnirdir.
Uimbledon Tennis Turniri
Uimbledon Çempionatı və ya sadəcə Uimbledon, dünyanın ən qədim tennis turnirlərindən biridir və ən nüfuzlu turnir sayılır. Bu dörd Böyük Dəbilqə seriyalı turnirlərdən biridir. Turnir adətən iyunun sonlarından iyulun ortalarına qədər davam edir, turnirdə tək oyunlarda qadınlar və kişilər mübarizə aparır. Hər il keçirilən bu turnir yeniyetmələr arasında da təşkil edilir. Turnirin ümumi mükafatı 13 milyon 725 min $-dır. Böyük Dəbilqə seriyalı turnirlərdən olan və bərk kortlarda oynanılan Avstraliya Open və gil kortlarda oynanılan Roland Garros Uimbledon turnirindən əvvəl olur. Bərk kortda oynanılan US Open turniri isə Uimbledon turnirindən sonra başlayır. Uimbledon tennis turnirinin əsas 5, yeniyetmələr üçün 4 qayda vardır. Tək kişilər Tək qadınlar İkili kişilər İkili qadınlar Miks oyunlar Tək oğlanlar Tək qızlar İkili oğlanlar İkili qızlar Oyunlar tək və ikili kişilərin mübarizəsində beş setdən ibarət olur. Digər oyunlar isə üç setdən ibarət olur.
Con Beyn (tənqidçi)
Con Piter Beyn (ing. John Peter Bain; 8 iyul 1984, Spennimur, Darem, Böyük Britaniya – 24 may 2018, Şarlott, Şimali Karolina, ABŞ; əsasən TotalBiscuit, The Cynical Brit və TotalHalibut psevdonimləri ilə tanınır) — Böyük Britaniya videooyun tənqidçisi, kiberidman icmalçısı, YouTube kanalı müəllifi. "Eurogamer"in verdiyi məlumata görə, Beyn yeni hazırlanmış indi oyunlar və oyun xəbərləri üzrə təhlil mövzularını əhatə edən şərh videoları ilə böyük tamaşaçı icması əldə etmişdir. Beyn səmimiliyi, oyun sənayesində istehlakçı mövqeyini qoruması və təsirli tənqid videoları ilə tanınırdı. Beynin YouTube kanalı iki milyondan çox abonentə malik idi. Beyn 2015-ci ilin oktyabr ayında düz bağırsaq xərçəngi olduğu açıqlamış, ancaq fəaliyyətinə 2018-ci ilin aprel ayına qədər davam etmişdir. Beyn peşəsindən rəsmi olaraq, 2018-ci ilin aprel ayında təqaüdə çıxmışdır. Bunun səbəbi xəstəliyinin müalicəolunmaz hala gəlməsi idi. O, 24 may 2018-ci il tarixində 33 yaşında vəfat etmişdir. == Həyatı == Con Piter Beyn 8 iyul 1984-cü il tarixində Böyük Britaniyanın Darem qraflığında yerləşən Spennimur qəsəbəsində anadan olmuşdur.
Qurban Bayramov (tənqidçi)
Qurban Bayramov (tam adı: Bayramov Qurban Fərman oğlu; 30 may 1946, Əlimədətli, Ağdam rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985), Respublika Qarabağ Ağsaqqallar Şurasının üzvü (2001), Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü (2003), filologiya üzrə fəlsəfə doktoru (1979), Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi. Qurban Bayramov 1946-cı il mayın 30-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur. Orta təhsilini burada almış, indki N. Tusi adına ADPU-nin filologiya fakültəsini (1963–1967) bitirmişdir. Orta məktəbdə müəllim, tədris işləri üzrə direkor müavini vəzifələrində çalışmışdır (1967–1971). Hərbi xidmətdə olmuş (1967–1968), aspirantura təhsili almışdır (1970–1974). 1972-ci ildən Ədəbiyyat İnstitutunda baş laborant, elmi işçi, baş elmi işçi olmuşdur. Hazırda həmin institutda aparıcı elmi işçi vəzifəsində fəaliyyət göstərir. 1979-cu ildə "Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi" mövzusunda dissertasiya müdafiə etmişdir. Dövri və elmi mətbuatda 300-dən çox məğalə dərc etdirmiş, "Vurğun poeziyası", "Lirik qəhrəman və zaman", "Yaşar Qarayev: Milli yaddaş təlimi – Azərbaycançılıq" elmi-nəzəri, "Yaralı Vətənin yaralı övladları" bədii-publisist kitabları var. Onun "Müasir Azərbaycan poeziyasında üslubi meyillər", "Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik", "M. Ə. Sabir ənənələri və Azərbaycan ədəbiyyatı", "Səməd Vurğun dünən, bu gün və sabah", "M. H. Şəhriyar poetik üslubu", "Qarabağ ədəbi mühiti – uzaq keçmişdən bu günümüzə qədər" kimi tədqiqat işləri vardır.
Əkbər Ağayev (tənqidçi)
Əkbər Ağayev (azərb. Əkbər Məmməd oğlu Ağayev‎; 21 mart 1915, Şuşa – 2 mart 1989, Bakı) — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), Azərbaycanın Əməkdar ali məktəb işçisi (1981), filologiya elmləri doktoru (1972), professor. Görkəmli tənqidçi, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Əkbər Ağayev Şuşada anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat şöbəsini bitirmişdir. 1940-1941-ci illərdə Elmlər Akademiyası Azərbaycan filialının aspiranturasında təhsilini davam etdirmişdir. Həmçinin Moskvada Ali Diplomatiya Məktəbində təhsil almışdır. Əkbər Ağayev Moskvada Ali Diplomatiya Məktəbində təhsilini başa vurduqdan sonra "İzvestiya" qəzeti və Sovet İttifaqı Teleqraf Agentliyi redaksiyalarında işləmişdir. Daha sonra Bakıda bir sıra mətbuat orqanlarında ədəbi işçi, məsul katib, şöbə müdiri və redaktor vəzifələrində çalışmışdır. Əkbər Ağayev eyni zamanda elmi-pedaqoji fəaliyyəti dövründə Azərbaycan Dövlət Pedaqoji Universitetində, Xarici Dillər İnstitutunda, Bakı Dövlət Universitetində müəllim. kafedra müdiri və fakültə dekanı, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda inkişaf etmiş sosializm dövrü ədəbiyyatı şöbəsinin müdiri vəzifələrində işləmişdir.