Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Teoqoniya
Teoqoniya (yun. Θεογονία, "tanrıların yaranması") e.ə. VII – VIII əsrlərə aid Hesiod tərəfindən yazılmış, tanrıların yaranması və onların nəsilləri haqqında poema, Avropanın ən qədim ədəbiyyat əsərlərindən biri. Hesiodun "Teoqoniya" mənzum əsəri muzalara xitabən başlayır, sonra isə əsərdə ardıcıllıqla dünyanın yaranması, titanlar, olimplər və mifoloji qəhrəmanlardan bəhs edilir.ƏsƏrin dili ilə desək: Ən əəvvəl Xaos (boşluq, qarma-qarışıqlıq ya fəza) olmuşdur. Xaos təkbaşına, kimsəsiz, qarma-qarışıqla dolu puç bir həyat sürərmiş. Əvvəllər nə günəş, nə işıq, nə yer, nə də göy varmış tək Xaos – ucsuz bucaqsız zülmət varmış. Tənhalıqdan təngə gələn Xaos dünyanı yaratmaq qərarını verir. İlk olaraq o, gözəl və həyat qüvvəsinə malik ilahəni yeri – Geyanı yaradır. Yer böyüyərək dünyanın başlanğıcını qoymuş olur. Sonra Xaos Tartar adlı axirətin dibini ya cəhənnəmin dibini yaradır, daha sonra Niks adlı gecəni, Ereb adlı qaranlığı yaratmışdır ki, onlardan isə öz növbəsində Efir adlı şəffaflıq ya göy üzü və Hemera adlı gün yaranmışdır.
Teologiya
Teologiya (yun. θεος, theos, "Tanrı", + yun. λογος, logos, "bilim") — hər hansı bir dinin, xüsusi mənada isə xristianlığın təliminin sistemləşdirilməsi. Bu sahə ilə məşğul olan insanlar teoloq adlanır. Bir qayda olaraq Bibliyaya, ümumdünya kilsə məclislərinin qərarlarına və (protestantlardan başqa) "kilsə atalarının" təlimlərinə ("Müqəddəs Yazıya" və "Müqəddəs Ənənəyə") əsaslanan xristian teologiyasının tarixi nisbətən yenidir. XVIII əsrə qədər ilahiyyatçılar adətən Bibliya mətninin tarixi, ədəbi kontekstinə əhəmiyyət vermədən sitat gətirərək təlim vermişlər. Bibliya teologiyası müstəqil bir elm olaraq XVIII əsrdə protestant kilsəsində meydana gəldi. Protestantlar, ümumiyyətlə, Müqəddəs Ənənənin avtoritetini qəbul etmədikləri və yalnız Bibliyanı vəhy saydıqlarına görə, sistematik teologiyanı yaradan protestantların başlıca üsulu "Bibliyanı Bibliya vasitəsilə şərh etmək" qaydasından ibarət idi. Müqəddəs Ənənəyə böyük əhəmiyyət verən pravoslav və katolik teoloqları əvvəllər protestantlığın təsirindən ehtiyatlanaraq belə teologiyaya bir qədər şübhə ilə yanaşmışlar. Lakin sonra elmi üsullara əsaslanan teologiyanın təkcə protestant deyil, pravoslav və katolik təliminə də tətbiq edilməsinin mümkünlüyünü və zərurətini görmüşdürlər.
Teosofiya
Teosofiya (yun. θεοσοφία – ilahi müdriklik) – hər şeyin həqiqi mahiyyətinin açılması üçün zəruri olan mistik Tanrı biliciliyi və Tanrının duyulması haqqında təlimdir. Həm də Teosofiya insan ruhunun mütləq qüvvə (tanrı) ilə birləşdiyini və bilavasitə o dünya ilə əlaqə qurmağın mümkünlüyünü iddia edən sinkretik (birləşdirici) dini-mistik təlimdir. Tədqiqatçıların fikrincə "teosofiya" məfhumu hələ II əsrdən başlayaraq görkəmli Roma filosofu Plotinin müəllimi, məşhur filosof Ammonim Sakkas irəli sürmüşdür. Bütün dinləri vahid universal prinsiplər və əbədi həqiqətlərlə əsaslandıran ümumi əxlaq sistemi altında birləşdirməyə çalışan filosof qurduğu fəlsəfi sistemi belə adlandırmışdır. Lakin teosofiyanın tarixi köklərinin Uzaq Şərqə və xüsusilə də Upanişad, Veda mətnlərinin formalaşdığı Hindistana gedib çıxdığını deyənlər də vardır. XIX əsrin sonlarında bu dini-mistik təlimə zadəgan rus qadını, yazıçısı-filosof Yelena Petrovna Blavatskaya əlavələr etmiş və onu nisbətən fərqli formaya salmışdır. Blavatskaya 1831-ci ildə Yekatirinoslavda, alman zadəganı Piter Hanın ailəsində dünyaya gəlmişdir. Gənclik illərində spiritizm (ruhlarla əlaqə yaratmaqla bağlı mistik təsəvvür) ilə maraqlanan Yelena 17 yaşında çar generalı Blavatskiy ilə ailə qurmuş, lakin üç aydan sonra onu tərk etmişdir. Uğursuz ailə həyatından sonra o, mistik din və təlimlərlə məşğul olmaq yolunu seçərək, Tibetə, Hindistana, Misirə, daha sonra Amerikaya səyahət etmişdir.
Beqoniya
Beqoniya (lat. Begonia) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin beqoniyakimilər fəsiləsinə aid bitki cinsi. Bu fəsilə və cins fransız Mişel Begonun şərəfinə adlandırılmışdır.Fəsiləyə təxminən mindən çox növ-çoxillik ot bitkisi,kollar və lianlar daxildir. Beqoniyanın bir çox növləri dekorativ bitkilərdir. Açıq torpaqda 3 növü əkilir. Onlardan xüsusilə ən çox yayılmışı mürəkkəb, hibrid mənşəli sortlara aid olan kök yumrulu beqoniyadır. Kök yumrulu beqoniya istisevən bitkidir. Hər il bitkinin yerüstü hissələri məhv olur, torpaqda isə kök yumruları qalır. Beqoniyanın gövdəsi 25-30 sm hündürlüyə çatır. Gövdə sulu, ətli və budaqlıdır.
Teleqoniya (nəzəriyyə)
Teleqoniya (q.yun. τῆλε — "uzaq" və γόνος — "doğuş" sözlərindən, yəni "uzaqda doğulmuş") — XIX əsrdə mövcud olan və hal-hazırda rədd edilmiş köhnə bioloji konsepsiya. Bu nəzəriyyəyə görə, əvvəlki, xüsusilə də ilk seksual partnyorla əlaqə qadının sonrakı seksual partnyorları ilə əlaqəsindən olan övladlarının irsi xüsusiyyətlərinə təsir edir. Müasir elmə görə, bu cür yanaşma — eksperimental tədqiqatlara əsaslanmayan mövhumat və yanılma olmaqla, məlum irsiyyət mexanizmlərinə uyğun deyil. Halbuki, 2013-də Cənubi Uells Universitetindən tədqiqatçı bir qrup milçək növləri üzərində telegenik fenomeni sübut etmişlər. Teleqoniya haqda ilk fikirlər Aristotelin əsərlərində rast gəlinir və ona əsaslanır ki, fərdin xüsusiyyətləri təkcə onun valideynlərindən keçmir, həm də fərdin anasının əvvəllər başqa kişidən uşağının olması da rol oynayır. XIX əsrdə və XX əsrin əvvəllərində teleqoniyaya inam ev heyvanları ilə işləyən seleksiyaçılar arasında yayılmışdı. Geniş populyarlıq qazanan hadisələrdən biri isə lord Mortonun atı ilə baş verən və Çarlz Darvinin cərrah ser Everard Homa istinadən qeydə aldığı aşağıdakı hadisədir: 1815-ci ildə atların dözümlülüyünü artırmaq məqsədilə zavod sahibi lord Morton 7/8 ərəb və 1/8 ingilis qanı olan madyanını kvaqqa (nəsli kəsilmiş zebr növü) ilə cütləşdirir. Amma döl alınmır. 1817, 1818 və 1823-cü illərdə həmin madyan öz cinsindən olan ayğırla cütləşdirilir və nəticədə doğulan dayçalar bəzi xüsusiyyətlərinə görə, sanki 1/16 kvaqqa qanı daşıyırmış kimi görünürdülər.
Teosofiya Cəmiyyəti
Teosofiya cəmiyyəti—Yelena Blavatskaya tərəfindən qurulan dərnək. Tarix səhnəsində meydana gələn yeni dinlərin böyük əksəriyyətinin fəaliyyəti uzun müddətli olmamışdır. Buna baxmayaraq bəziləri öz mövcudluğunu qoruya bilmiş və tanınaraq hal-hazırda geniş yayılan dinlərdən birinə çevrilmişdir. В"Müasir dövrdə yeni yaranan dinlərdən hər hansı biri bir neçə əsrdən artıq mövcud ola biləcəkmiВ"? Din sosioloqlarının fikrincə bu suala müəyyən mənada müsbət cavab vermək mümkündür. Belə ki, onlar dünyəvi faktorlardan çıxış edərək belə dinlərin daha uzunmüddətli olacağını irəli sürürlər. Tədqiqatçılara görə, yeni dinlər yalnız o vaxt inkişaf edib yayıla bilərlər ki, özlərində ruhani həyat qabiliyyətini, güclü təşkilatçılığı və tərəfdarlarının şəxsi maraq dairələrini yüksək səviyyədə qoruya bilsinlər. İctimai mühitdə yeni dinlərin yayılması o halda özünü göstərir ki, mənəvi dəyərlərdə qeyri-müəyyənlik, cəmiyyətdə parçalanma, ənənəvi dinlərdə isə zəifləmə müşahidə edilsin. Bu məqalədə yeni dinlərdən biri, XIX əsrin sonlarında yayılaraq nüfuzlu dini-mistik cərəyana çevirilən teosofiya və ya teosof cəmiyyəti haqqında məlumat veriləcəkdir. В"TeosofiyaВ" sözü В"ilahi müdriklikВ" mənasına gəlir.
Teodoziya Brıj
Teodoziya Markovna Brıj (18 fevral 1929, Berejnitsa[d] – 4 iyul 1999, Lvov) — Ukrayna heykəltaraşı, Ukraynanın əməkdar rəssamı (1997), SSRİ Rəssamlar İttifaqının üzvü. Teodoziya Brıj 18 fevral 1929-cu ildə Sarnı rayonunun Berejnitsa kəndində anadan olub. O, Sarnı gimnaziyasından məzun olmuşdur. 1954-cü ildə Lvov Tətbiqi və Dekorativ İncəsənət İnstitutunu bitirmişdir. İvan Severa və Leopold Levitski kimi şəxslər onun müəllimləri olmuşdurlar. Brıj Lvovda yaşamış və işləmişdir. Bryzh iki yüzdən çox heykəlin müəllifi olmuşdur. Onun əsərlərinə abidələr, məzar daşları, xatirə lövhələri, dekorativ və park heykəlləri daxildir. Lesia Ukraynkanın "Meşə mahnısı" əsasında yaratdığı silsilə əsərləri böyük maraq oyatmışdır. Brıj lvovlu abidə və qrafika sənəçisi Yeven Beznisk ilə evlənmiş, onunla bir çox sənət layihəsi həyata keçirmişdir.
Təsbeh (teologiya)
Təsbih və ya təsbeh (ərəb. تشبيه‎ ) — antropomorfizm mənasını verən islam dini anlayışı. Bu, tanrını öz yaratdıqıları ilə müqayisə edir. İslam teologiyasında tanrıya iki əks termin aid edilir: tənzih və təsbih. Birincisi "yaxınlıq, əlçatanlıq" deməkdir, lakin tənzihin daha dolğun mənası "müqayisəsizliyi bəyan etmək", yəni tanrının insanlıqdan üstünlüyünü təsdiq etməkdir. Həm tanrını öz sifətlərindən məhrum edən tətil, həm də antropomorfizmi təsdiq edən təsbih sünnilər tərəfindən bidət hesab olunur. Təsbih zeydi şiə təlimində, xüsusən b.e. VIII əsrdə yaşamışzeydiyyə imamı Qasim Rəssinin fikrində aydın görünürdü. Murata, Sachiko; William C. Chittick. The Vision of Islam.
Teodoziya Markovna Brıj
Teodoziya Markovna Brıj (18 fevral 1929, Berejnitsa[d] – 4 iyul 1999, Lvov) — Ukrayna heykəltaraşı, Ukraynanın əməkdar rəssamı (1997), SSRİ Rəssamlar İttifaqının üzvü. Teodoziya Brıj 18 fevral 1929-cu ildə Sarnı rayonunun Berejnitsa kəndində anadan olub. O, Sarnı gimnaziyasından məzun olmuşdur. 1954-cü ildə Lvov Tətbiqi və Dekorativ İncəsənət İnstitutunu bitirmişdir. İvan Severa və Leopold Levitski kimi şəxslər onun müəllimləri olmuşdurlar. Brıj Lvovda yaşamış və işləmişdir. Bryzh iki yüzdən çox heykəlin müəllifi olmuşdur. Onun əsərlərinə abidələr, məzar daşları, xatirə lövhələri, dekorativ və park heykəlləri daxildir. Lesia Ukraynkanın "Meşə mahnısı" əsasında yaratdığı silsilə əsərləri böyük maraq oyatmışdır. Brıj lvovlu abidə və qrafika sənəçisi Yeven Beznisk ilə evlənmiş, onunla bir çox sənət layihəsi həyata keçirmişdir.