TENT
TEORÉM
OBASTAN VİKİ
Teologiya
Teologiya (yun. θεος, theos, "Tanrı", + yun. λογος, logos, "bilim") — hər hansı bir dinin, xüsusi mənada isə xristianlığın təliminin sistemləşdirilməsi. Bu sahə ilə məşğul olan insanlar teoloq adlanır. Bir qayda olaraq Bibliyaya, ümumdünya kilsə məclislərinin qərarlarına və (protestantlardan başqa) "kilsə atalarının" təlimlərinə ("Müqəddəs Yazıya" və "Müqəddəs Ənənəyə") əsaslanan xristian teologiyasının tarixi nisbətən yenidir. XVIII əsrə qədər ilahiyyatçılar adətən Bibliya mətninin tarixi, ədəbi kontekstinə əhəmiyyət vermədən sitat gətirərək təlim vermişlər. Bibliya teologiyası müstəqil bir elm olaraq XVIII əsrdə protestant kilsəsində meydana gəldi. Protestantlar, ümumiyyətlə, Müqəddəs Ənənənin avtoritetini qəbul etmədikləri və yalnız Bibliyanı vəhy saydıqlarına görə, sistematik teologiyanı yaradan protestantların başlıca üsulu "Bibliyanı Bibliya vasitəsilə şərh etmək" qaydasından ibarət idi. Müqəddəs Ənənəyə böyük əhəmiyyət verən pravoslav və katolik teoloqları əvvəllər protestantlığın təsirindən ehtiyatlanaraq belə teologiyaya bir qədər şübhə ilə yanaşmışlar. Lakin sonra elmi üsullara əsaslanan teologiyanın təkcə protestant deyil, pravoslav və katolik təliminə də tətbiq edilməsinin mümkünlüyünü və zərurətini görmüşdürlər.
Təsbeh (teologiya)
Təsbih və ya təsbeh (ərəb. تشبيه‎ ) — antropomorfizm mənasını verən islam dini anlayışı. Bu, tanrını öz yaratdıqıları ilə müqayisə edir. İslam teologiyasında tanrıya iki əks termin aid edilir: tənzih və təsbih. Birincisi "yaxınlıq, əlçatanlıq" deməkdir, lakin tənzihin daha dolğun mənası "müqayisəsizliyi bəyan etmək", yəni tanrının insanlıqdan üstünlüyünü təsdiq etməkdir. Həm tanrını öz sifətlərindən məhrum edən tətil, həm də antropomorfizmi təsdiq edən təsbih sünnilər tərəfindən bidət hesab olunur. Təsbih zeydi şiə təlimində, xüsusən b.e. VIII əsrdə yaşamışzeydiyyə imamı Qasim Rəssinin fikrində aydın görünürdü. Murata, Sachiko; William C. Chittick. The Vision of Islam.

Значение слова в других словарях