Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Terekti
Terekti — Qərbi Qazaxıstanda yaşayış məntəqələrinin adı: Terekti (2007-ci ilə qədər Lineevka) — Akmola vilayətinin Zərendə rayonunda kənd. Terekti (2018-ci ilə qədər Sadovoye) — Almatı vilayətinin Sarkənd rayonunda kənd.
Turukki
Turukki və ya Turuk — E.ə. XX–e.ə. XIX əsrlərdə Cənubi Azərbaycanda və Xəzərin cənub hissəsində yaşamış qədim türk tayfalarından biri. Quti dövlətinin parçalanmasından sonra turuklar Azərbaycan ərazisində – gələcək Midiya erkən dövlətinin formalaşacağı yerdə kiçik çarlıqlarını qurmuşlar. Miladdan öncə minillər boyu qədim Azərbaycanda yaşayan türk boyları 3–4 min il əvvəl müxtəlif qollara ayrılmış, bir qolu Türkistan tərəfə köçmüş, digər qolu isə Urmu gölü hövzəsində qalmışdır. Şərqə gedən türklər V əsrdən sonra böyük Göytürk İmperiyasını qurmuşlar. Bu türklər haqqında Çin mənbələrində, Orxon-Yenisey türk abidələrində və digər qaynaqlarda kifayət qədər məlumat vardır. Müxtəlif dillərdə yazılmış sənədlərdə tukyu (çin), türküt (monqol), tork (fars, erməni) və öz dillərində türük, türk adlanan türklərin şərq qolu elmi ədəbiyatda geniş işıqlandırılmışdır, lakin Ata yurdda qalan türklər barədə bunu söyləmək olmaz, çünki indiyə qədər bu sahədə tədqiqat aparılmamış, yalnız akkad yazılarında bir-iki yerdə adı turukki şəklində oxunan tayfaların türk olması fikri söylənmişdir.Qədim Azərbaycanda türk adlı boylar m.ö. III minildə qurulan Aratta, Quti, Lulu dövlətləri zamanında üzdə olmasalar da, həmin dövlətlərin qurulmasında digər türk boyları ilə birlikdə iştirak etmişlər. Quti sülaləsinin hakimiyətdə olduğu çağda (XXIII əsrdə) Akkad qoşununun quzey bölgələrdə vuruşduğu 17 tayfadan biri də tourki və ya turki şəklində xatırlanan boydur.
Seraki
Seraki (rus. сераки, ing. seracs, ice pennacles on the glacier) /fr.serac, lat. serum- sulu maye/– buz dillərinin qeyri-bərabər əriməsi nəticəsində buz şəlalələrinin səthində əmələ gəlmiş buz piki və dişləri.
Karitaake Tevaaki
Karitaake Tevaaki (1 dekabr 1997) — Kiribatili sprinter. Karitaake Tevaaki Kiribatini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Karitaake Tevaaki birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m məsafəyə qaçış yarışlarında 1-ci təsnifat mərhələsində 14.70 saniyəlik nəticə ilə 3-cü cığırda 8-ci yeri tutdu və mübarizəni dayandırdı.
Terauçi Masatake
Terauti Masatake (yap. 寺内正毅; 5 fevral 1852, Çoşu hanı[d] – 3 noyabr 1919, Tokio) – yapon siyasətçisi, qraf, marşal, Yaponiyanın 18-ci Baş naziri, Yaponiyanın hakimiyyəti altında olan Koreyanın 1-ci general-qubernatoru.
Terekli-Məktəb
Terekli Məktəb – Rusiya Federasiyasının Dağıstan Respublikasının Noqay rayonunun inzibati mərkəzi. Terekli məktəb Dağıstanın şimal-qərbində Noqay çölünün mərkəzində yerləşir. Qəsəbənin 75 km ndə, avtomobil yolu üstündə Qızılyar şəhəri yerləşir. Əhalisi 7000 nəfərdir. == Tarixi == Qəsəbənin yaranma tarixi XVIII əsrə aiddir. Tarixi xəritələrə görə indiki qəsəbə qaranoqayların, ermənilərin və rusların yaşadğı iki auldan ibarət imiş. Qəsəbənin adı Terek və məktəb sözləri ilə bağlıdır. Terekli-məktəb bütün noqay xalqının paytaxtı hesab olunur. Qəsəbənin Şərəf Xiyabanında 11 Müharib və Əmək qəhrəmanı büstü var. == Mədəni həyatı == Qəsəbədə, kənd məktəbləri üçün noqay dili müəllimlərini hazırlayan Xasavyurd Pedoqoji kollecinin, və Moskva Humanitar Universitetinin filialları var.
Termiki analiz
Termiki analiz – materialşünaslıqın bir hissəsi olub, temperaturun təsiri altinda materialların xassələrinin dəyişməsini öyrənir. == Növləri == Ümumiyyətlə termik analiz üsulunun bir sıra növləri vardır.. Onlar bir-birindən materialın hansı xassəsinin təyin olunması ilə fərqlənirlər: Differensial termik analizi (DTA): temperatur; Differensial skaner kalometriyasi (DSC): istilik; Termoqravimetriya analizi (TGA): kütlə; Differensial termoqravimetriya (DTG): kütlənin dəyişmə sürəti; Termomexaniki analiz (TMA): uzunluq ölçüləri; Dilatometriya (DİL): həcm; Dinamik mexanik analizi (DMA): mexanik sərtlik və amortizasiya; Dielektrik termiki analiz (DET): dielektrik keçicilik və itki əmsali; Ayrılan qazların analizi (AQA): parçalanma qaz məhsulları; Termooptiki analiz (TOA): optik xassələr; Vizual-politermiki analiz (VPA): forma görünüşü; Lazer impuls analizi (LİA): temperatur profili; Termomaqnit analizi (TMA): maqnit xassələrini. == Metodların mahiyyəti == Bütün bu metodların mahiyyətini birləşdirən odur ki, nümunənin hayı (reaksiyası) temperatur (və vaxt) funksiyası kimi qeyd olunur. Adətən temperatur dəyişikliyi əvvəlcədən müəyyən edilmiş proqrama uyğun olaraq həyata keçililir – bu, sabit bir sürətlə temperaturun artımı və ya azalması (xətti isitmə/soyutma), ya da müxtəlif temperaturda bir sıra ölçülərdir (pilləli izotermik ölçülər). Bəzən daha mürəkkəb temperatur profilləri də istifadə olunur. Onlar ostsilik (adətən sinusoidal və ya düzbucaglı rəqs etmə şəklindədir) isitmə sürətini (modulyasiya edilmiş temperatur ilə termik analiz) və ya sistemin xüsiyyətlərindəki dəyişikliklərə cavab olaraq isitmə sürətinin dəyişilməsini (nümunə tərəfdən nəzarətli termik analiz) istifadə edirlər. Nümunə temperaturuna nəzarət etməklə yanaşı, ölçmələrin alındığı mühitin (məsələn, atmosferin) də nəzarət edilməsi vacibdir. Ölçmələr hava və ya inert qaz (məsələn, argon və ya helium) mühitində həyata keçirilə bilər. Bir reduktiv və reaktiv (kimyəvi cəhətdən aktiv)qaz atmosferi də istifadə olunur, nümunələr su və ya digər mayelərdə yerləşdirilir.
Termiki emal
Termiki emal - metal və onun xəlitələrinin müəyyən temperatura qədər qızdırıb və soyutmaqla onun daxilində baş verən struktur dəyişikliyinin köməyi ilə məqəsdyönlü mexaniki xassələrin əldə edilməsinə xidmət edən üsuldur. Metalın mexaniki emal prosesində istiliyin təsirindən yaranan struktur dəyişikliyi buraya aid edilmir, çünki bu halda termiki proses məqsədyönlü baş vermir. Maşınqayırmada termiki emal metal, əsasən isə dəmir tərkibli hissələrin mexaniki xassələrini yaxşılaşdırmaq məqsədi ilə geniş tətbiq olunur. Metal hissələrinin müxtəlif parametrlərdə qızdırıb-soyutduqda onun daxilində istənilən xasəəyə malik və dispersiyalı fazaların yaranması və sonrakı mərhələlərdə saxlanması məqsəd kimi qoyulur. Termiki emal üsulunun tətbiqi ilə ucuz, aşağı xassəli metalın göstəricilərini əsaslı şəkildə artırmaq mümkündür. Poladların xassələri onun tərkibindəki legirləyici elementlərlə müəyyən olunsa da, bu elementlərin təsiri yalnız termiki emaldan sonra özünü açıq şəkildə büruzə verir. Termiki emal prosesinin əsas parametrləri maksimal qızdırma müddəti (tmax), həmin temperaturda saxlama müddəti (ts), qızma və soyuma müddətləri (tq, tsoy), həmçinin bu mərhələlərdə mövcud olan sürətlərdir (Vq, Vsoy). Termiki emalın aşağıdakı əsas növləri mövcuddur: Yumşaltma ilkin emaldan sonra qeyri-müvaiznət struktura malik metalı qızıdırmaqla müvazinət struktura gətirməyə xidmət edən termiki emal prosesidir. Tablama metalı faza çevrilməsi temperaturundan yuxarı temperaturuna qədər qızdıraraq, sürətlə soyutma nəticəsində onun daxilində qeyri-müvazinətli strukturun əldə olunması üçün tətbiq olunan termiki emal prosesidir. Tabəksiltmə tablanmış metalı faza çevrilməsi temperaturundan aşağı temperatura qədər qızıdırmaqla daha dayanıqlı hala gətirmək üçün tətbiq olunur .
Teruaki Kurobe
Teruaki Kurobe (d. 6 mart 1978) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
FK Trakai
Riteryay FK (Litva dilində-Futbolo klubas "Riteriai") — Litvanın futbol klubu. Trakay şəhərində yerləşir. == Tarixi == 2005-ci ildə yaranan komanda. LFF stadionunda keçirir. == Uğurları == Litvanin çempionatı: Çempion (0) - 2 Gümüş medal (2) - 2015, 2016 3 Bürünc medal (3) - 2017, 2018, 2019 Litvanin Kuboku: 1 Qızıl medal (0) - 2 Finalçı (1) - 2015/16.
Teruki Miyamoto
Teruki Miyamoto (26 dekabr 1940 - 2 fevral 2000) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 58 oyun keçirib, 19 qol vurub.
Termiki analiz üsulları
Termiki analiz – materialşünaslıqın bir hissəsi olub, temperaturun təsiri altinda materialların xassələrinin dəyişməsini öyrənir. == Növləri == Ümumiyyətlə termik analiz üsulunun bir sıra növləri vardır.. Onlar bir-birindən materialın hansı xassəsinin təyin olunması ilə fərqlənirlər: Differensial termik analizi (DTA): temperatur; Differensial skaner kalometriyasi (DSC): istilik; Termoqravimetriya analizi (TGA): kütlə; Differensial termoqravimetriya (DTG): kütlənin dəyişmə sürəti; Termomexaniki analiz (TMA): uzunluq ölçüləri; Dilatometriya (DİL): həcm; Dinamik mexanik analizi (DMA): mexanik sərtlik və amortizasiya; Dielektrik termiki analiz (DET): dielektrik keçicilik və itki əmsali; Ayrılan qazların analizi (AQA): parçalanma qaz məhsulları; Termooptiki analiz (TOA): optik xassələr; Vizual-politermiki analiz (VPA): forma görünüşü; Lazer impuls analizi (LİA): temperatur profili; Termomaqnit analizi (TMA): maqnit xassələrini. == Metodların mahiyyəti == Bütün bu metodların mahiyyətini birləşdirən odur ki, nümunənin hayı (reaksiyası) temperatur (və vaxt) funksiyası kimi qeyd olunur. Adətən temperatur dəyişikliyi əvvəlcədən müəyyən edilmiş proqrama uyğun olaraq həyata keçililir – bu, sabit bir sürətlə temperaturun artımı və ya azalması (xətti isitmə/soyutma), ya da müxtəlif temperaturda bir sıra ölçülərdir (pilləli izotermik ölçülər). Bəzən daha mürəkkəb temperatur profilləri də istifadə olunur. Onlar ostsilik (adətən sinusoidal və ya düzbucaglı rəqs etmə şəklindədir) isitmə sürətini (modulyasiya edilmiş temperatur ilə termik analiz) və ya sistemin xüsiyyətlərindəki dəyişikliklərə cavab olaraq isitmə sürətinin dəyişilməsini (nümunə tərəfdən nəzarətli termik analiz) istifadə edirlər. Nümunə temperaturuna nəzarət etməklə yanaşı, ölçmələrin alındığı mühitin (məsələn, atmosferin) də nəzarət edilməsi vacibdir. Ölçmələr hava və ya inert qaz (məsələn, argon və ya helium) mühitində həyata keçirilə bilər. Bir reduktiv və reaktiv (kimyəvi cəhətdən aktiv)qaz atmosferi də istifadə olunur, nümunələr su və ya digər mayelərdə yerləşdirilir.
Terak (Averon)
Terak (Averon) (fr. Tayrac, oks. Tairac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Salveta-Perales kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12278. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 95 km şimal-şərqdə, Rodezdən isə 32 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 172 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 98 yaş arasında (15-64 yaş arasında) 64 nəfər İqtisadi cəhətdən fəal, 34 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 65.3%, 1999-cu ildə 66.7%).
Vyanada terakt (2020)
Vyanada terakt — 2 noyabr 2020-ci il tarixdə, Avstriyanın paytaxtı Vyana şəhərində altı fərqli yerdə çoxsaylı silahlı şəxslərin iştirakı ilə davam edən bir sıra terror hadisələri. Terakt nəticəsində terrorçulardan biri də daxil olmaqla bir neçə nəfər həlak olmuş, biri polis məmuru olmaqla bir neçə şəxsin yaralandığı bildirilmişdir. Bu, 2015-ci ilin noyabr ayında Paris şəhərinə edilən hücumlardan sonra Avropada ilk koordinasiyalı silahlı hücum idi. == Terakt == Hücumlar yerli vaxtla saat 20:00 radələrində, Avstriyanın paytaxtı Vyana şəhərindəki Şvedenplatsda silahlı bir adamın vətəndaşlara atəş açması ilə başladı. Terror hücumu bazar ertəsi günü Avstriyada yerli vaxtla gecə yarısından 06:00-a qədər komendant saatı daxil olmaqla yeni COVID-19 məhdudiyyətləri qüvvəyə mindiyi üçün ölkə daxilində karantin rejiminin gecə yarısı başlamasından bir neçə saat əvvəl gerçəkləşdi. Bu, hazırda Avropada COVID-19 infeksiyasının yayılmasına mane olmaq üçün tətbiq olunan bir neçə məhduriyyətdən biridir. Daha sonra bir neçə dəfə atəş açıldı. Qaçan digər terrorçular barədə məlumatlar qeyd olunur. Atışmada bir terrorçu da daxil olmaqla ən azı səkkiz nəfər öldü. Yerli "Kurier" qəzeti bir terrorçunun Vyananın mərkəzindəki yəhudi məhəlləsindəki kafe və barların kənarında oturan insanlara təsadüfi formada atəş etdiyini bildirir.
Zaxoda terakt (1995)
Zaxoda terakt — 27 fevral 1995-ci ildə, səhər saat 8:18-də İraqda, Kürdüstan regionunda, Dəhuk mühafəzəsində, Türkiyə sərhədindən 19 kilometr (12 mil) məsafədə yerləşən Zaxo şəhərində bombalı maşının partlaması. Bu, insidentdən doqquz ay əvvəl başlayan İraq Kürdüstanında vətəndaş müharibəsi zamanı baş vermişdir. Bomba 150 kiloqram (330 funt) çəkidə dinamitdən hazırlanmışdır. Avtomobil (taksi) çoxlu ziyarətçisi olan bazarda yerləşən çayxananın önündə partlamışdır. Terakt zamanı 100 nəfər həlak olmuş, 150 nəfər yaralanmışdır.
Meraklı Minik jurnalı
Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatı hazırladığı Türkiyənin ilk aylıq məktəb əvvəli elm jurnalıdır. Yanvar 2007də nəşr həyatına başlayan Maraqlı Kiçik, hər ayın 1ində oxucularıyla görüşən 3-6 yaşa istiqamətli bir elm jurnalı. Jurnal, içindəki bir-birindən rəngli şəkil və fotoşəkil çəkər, təsir edici yazılar, maraqlı məlumatlar və əyləncəli fəaliyyətlərlə uşaqları elm dünyasında bir səfərə çıxarır. Jurnalın, macəralarla dolu bu səfərdə uşaqlara yoldaşlıq edən qəhrəmanları Kiçik, Çakçak, Kırçıl, Karamel və Nüvə, oxucuları arxalarında sürüyərək hər ədəddə yeni bir mövzunu kəşfə çıxırlar.
Meraklı minik (jurnal)

Tərki şamxallığı
Tərki şamxallığı — X əsrdən 1867-ci ilədək Dağıstan ərazisində mövcud olmuş feodal dövlət. == Tarixi == Övliya Çələbi bu xanlığın torpaqları üçün "Kumuğıstan" və "Dağıstan-i Qumuq" təbirlərini işlətmişdir. Şamxal dağlıq bölgədə iqamət edirdi. Şamxallığın mərkəzi Tərki kəndi idi. Şamxal Çobanın 1578-ci ildə ölümü üzərinə yerinə keçən oğlu Sultan But zamanında idarə mərkəzi Teymurxan-Şuraya köçürüldü. Bu xanlığın Dağıstanın ən şimalında yer alması, Qazan və Həştərxan xanlıqlarının yıxılmasının ardından daha cənuba enmə fürsəti tapan ruslarla qumuqların qarşı qarşıya gəlməsinə yol açdı. Qumuqlar, 1586-cı ildən etibarən başlayan Rus hücumlarına və işğal hərəkətlərinə qarşı, digər müsəlman Qafqaz xalqlarıyla birlikdə XVI–XVIII əsrlər arasında osmanlıların da dəstəyini alaraq XIX əsrin ikinci yarısına qədər sürəkli mübarizə apardılar. Tarixi mənbələrdə III Surxay Gəray şamxal Müzəffər oğlu "Şamxal-şah", "Dağıstan padşahı" titulları altında məşhurdur. Bu ləqəb (titul) altında müasirləri onu vətən qarşısında böyük xidmətlərini qeyd edib, etiraf ediblər. Hələ erkən uşaqlıq illərində atası Gəray şamxal Surxayı Böyük Şah Abbasa amanat vermişdi.
Mirzə Məhəmməd Kəraki
Mirzə Məhəmməd Mehdi Kəraki — Səfəvi şahı II Şah Abbasın (1642-1666) baş vəziri, sonuncu oğlu və xələfi olan Şah Süleymanın (1666–1694) dövründə din və dövlət xadimi. 1632/1633-cü ildən 1650-ci ilədək sədri məmalik (din naziri) vəzifəsini icra edən Mirzə Həbibullah Kərakinin oğlu idi. == Mənbələr == Blow, David. Shah Abbas: The Ruthless King Who became an Iranian Legend. London, UK: I. B. Tauris & Co. Ltd. 2009. ISBN 978-1-84511-989-8. LCCN 2009464064. Matthee, Rudi.