Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tetralar
Tetralar (lat. Tetraoninae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan tribası.
Tatarlar
Tatarlar (öz adları tatar. татарлар, tatarlar) (digər adları: Qazan / Kazan tatarları, Volqa tatarları, Volqaboyu tatarları) ― türk xalqlarından biri. Əsasən Rusiyanın Avropa hissəsinin mərkəzi vilayətlərində — xüsusilə Tatarıstan Respublikasında, Volqaboyu və Uralətrafı ərazilərdə — və Rusiyanın digər bölgələrində (məsələn Sibirdə) və şəhərlərində, ondan başqa həmçinin Qazaxıstanda və digər Orta Asiya ölkələrində, Çinin Sintszyan Uyğur Muxtar Rayonunda (tarixi Şərqi Türkistan bölgəsi) yaşayırlar. Keçmiş SSRİ-nin bir çox bölgələrində milli icmaları vardır. Danışdıqları tatar dili, türk dilləri ailəsinin qıpçaq dilləri qoluna daxildir. Keçmişdə İdil (Volqa) Bulqar dövləti və Qazan xanlığı kimi dövlətləri olub, lakin 1552-ci ildə Rus Çarlığı tərəfindən Qazan xanlığı və onun paytaxtı Qazan şəhərinin işğalı və xanlığın darmadağın edilməsindən bəri Rusiyanın tərkib hissəsi olublar. Tatarların hazırda özlərini "tatarlar" (татарлар) adlandırmalarına, və başqaları tərəfindən də məhz tatar olaraq adlanmalarına baxmayaraq, keçmişdə (təxminən 19-cu əsrədək) onlar özlərini aşağıdakı adlarla adlandırırdılar: "Möselmannar" (мөселманнар), yəni "müsəlmanlar" (Qeyd: təxminən azərbaycanlıların özlərini keçmişdə bəzən sadəcə "müsəlman" adlandırmaları kimi) "Qazanlılar" (казанлылар), yəni "Qazan şəhəri / Qazan xanlığı sakinləri, qazanlılar" "Bulğarlar" (булгарлар), yəni "bulqarlar" (Qeyd: müasir slavyan xalqı olan bolqarlarla səhv salınmamalıdır) "Törklər" (төркләр), yəni "türklər" (Qeyd: təxminən azərbaycanlıların özlərini vaxtilə əsasən "türklər" adlandırmaları kimi; Anadolu/Türkiyə türkləri ilə səhv salınmamalıdır) (bu ad bəzən həmçinin başqırdlara da şamil olunurdu) Rusiya İmperiyası zamanı ruslar imperiya ərazisindəki bütün türk xalqlarını (o cümlədən azərbaycanlıları da) öz aralarında və rusdilli rəsmi sənədlərdə "tatar" (elmi ədəbiyyatda bəzən "türk-tatar") adıyla qeyd edirdilər. Bununla belə, ruslar bu sözü bir çox türk xalqının adlanmasında da istifadəyə yeritdilər. "Tatar" adını ruslar həmin zamanlarda azərbaycanlılara (Закавказские татары, yəni "Zaqafqaziya/Cənubi Qafqaz tatarları"; və ya Адербейджанские татары, yəni "Aderbeydjan/Azərbaycan tatarları"), qumuqlara (Дагестанские татары, yəni "Dağıstan tatarları"), noqaylara (Ногайские татары, yəni "noqay tatarları"), qaraçaylılar ilə balkarlara (Горские татары, yəni "dağlı tatarlar"), altaylılara (Алтайские татары, yəni "Altay tatarları"), xakaslara (Абаканские татары, yəni "Abakan tatarları"; Минусинские татары, yəni "Minusinsk tatarları"; Енисейские татары, yəni "Yenisey tatarları"; Áчинские татары, yəni "Aça tatarları"(bölgədəki Aça çayının adından)), şorlara (Кузнецкие татары, yəni "Kuznetsk tatarları"), çulımlar'a (Чулымские татары, yəni "Çulım tatarları"), və bir neçə digər türk xalqlarına şamil edirdilər (nadir hallarda isə "tatar" qavramı hətta qeyri-türk toplumları üçün də istifadə edilə bilərdi, məsələn monqoldilli xalqlardan biri olan buryatlar üçün "братские татары" (yəni "brat tatarları" ["brat" sözü burada "buryat" adının rus dilindəki köhnə yazılışını əks etdirir]) ifadəsi istifadə olunurdu. Belə şəkildə də indiki zamanda sadə dillə "tatar" adlanan, Tatarıstanın əsas əhalisi olan tatarları ruslar "Volqa tatarları" (волжские татары), "Volqaboyu tatarları" (приволжские татары), "Qazan/Kazan tatarları" (Казанские татары) kimi ifadələrlə adlandırırdılar.
Tetraedr
Tetraedr: Düzgün çoxüzlü. Üzlərin sayı 4, forması düzgün üçbucaq. Tillərin sayı 6, təpə nöqtələrin sayı 4-dür. Bir nöqtədən çıxan tillərin sayı 3-dür.
Tetramer
Tetramer — Tetramer Tetramer (/tɛtrəmər/) (tetra-, "dörd" + -mer, "hissələr") dörd monomerdən əmələ gələn oliqomerdir. Əlaqədar xüsusiyyət tetramerizm adlanır. Qeyri-üzvi kimyadan misal olaraq Ti(OCH3)4 empirik düsturlu titan metoksidi göstərmək olar, o, bərk vəziyyətdə tetramerdir və Ti4(OCH3)16 molekulyar formuluna malikdir. Üzvi kimyadan misal olaraq dörd resveratrol molekulunun birləşməsindən əmələ gələn kobofenol A-nı göstərmək olar. Biokimyada bu, eyni zamanda (homotetramer) və ya fərqli (heterotetramer), yəni hemoqlobində olduğu kimi dörd vahiddən ibarət olan biomolekula aiddir. Hemoqlobin 4 eyni alt bölmədən, immunoqlobulinlər isə 2 fərqli alt bölmədən ibarətdir. Fərqli alt bölmələrin tetramerlərində biotin bağlanması kimi öz fəaliyyətləri ola bilər və ya hemoqlobində allosterik oksigen bağlanması kimi ümumi bioloji xüsusiyyəti paylaşa bilər.
Tetralix
Qanqal (lat. Cirsium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Çoxillik, az hallarda ikiillik otlardır. Çiçəkləri boruşəkilli olub, səbətcik formalı çiçək qrupunda yerləşir. Çiçək sarığı və yarpağının kənarı tikancıqlı, toxumları uçağanlıdır. Şimal yarımkürəsində 200, Qafqazda 60, Azərbaycanda isə 32 növü yayılmışdır. Şotlandiyanın milli gülüdür. Gövdəsinin hündürlüyü 50—130 sm, yarpaqları oturaqdır. Şaquli kökləri 3–5 m dərinliyə gedir, yan köklər yaruslarla yerləşir. Toxumla və vegetativ yolla çoxalır.
Aetalar
Aeta (Özlərini ata və ya puqut adlandırırlar) — Avstraloid irqinə mənsub qəbilə, Filippin adalarının köklü xalqlarındandır. Qədim avtoxton əhalisinin törəmələridir. Luzon adasının şərqində dağlıq və dağ ətəyi ərazilərində yarılmışdır. Onların Eta, Atta, Aqta, Baluqa və duqanat qəbilələri vardır. Onların kiçil bir qrupu Neqros adası, Panay adalarının daxili hissələrində və Mindanao adasının şimal-şərqində yauılmışlar. Bəzən Aetalara Mindoro və Palavan adalarında yayılmış avstraloidlər də olara aid edilirlər. Sayları 50 min nəfər (1967), onların 30,000 Luzon adasında yaşayır. Müxtəlif ləhcələrdə danışırlar. Dil Malay-polineziya dillərinə daxildir. Son zamanlar tamamən qonşu fillipin dillərində danışırlar.
Azərbaycanda tatarlar
Azərbaycan Respublikasında tatarlar — Azərbaycan Respublikasında yaşayan, bu ölkənin vətəndaşı olan tatar əsilli əhali. Azərbaycan Respublikasında 2009-cu il siyahıya alınmasına görə 25 882 nəfər tatar yaşayır. Bu isə ümumi əhalinin 0,29 % təşkil edir. == İcma == Tatarlar əsasən Azərbaycanın iri şəhərlərində cəmləşmişlər:Bakı, Sumqayıt, Gəncə, Xaçmaz, Quba, İsmayıllı, Qəbələ və s. Bakı şəhərində tatar icmasının 90%-dən çoxu yerləşir. Burada 25171 nəfər tatar yaşayır. Onlar Bakı əhalisinin azərbaycan türkləri və ruslardan sonra üçüncü böyük etnik qrupdur. Azərbaycanda yaşayan tatarların bölgələr üzrə yerləşməsi: == Din və dil == Tatarlar əsasən müsəlmandırlar. İslam dininin hənəfi məzhəbində etiqat edirlər. == Cəmiyyət == Azərbaycan Respublikasında tatarlara aid icmalar: Azərbaycan Respublikasında tatarların "Tuqan Tel" cəmiyyəti (Bakı) Azərbaycan Respublikasında tatarların "Yaşlek" cəmiyyəti (Bakı) == Bayramlar == Azərbaycanda yaşayan tatarlar azərbaycanlılarla birgə Novruz, Yeni il, Qurban, Ramazan bayramı ilə yanaşı özlərinin milli bayramı olan Sabantuy bayramını da qeyd edirlər.
Febril tutmalar
Febril tutmalar (FT) - uşaqlarda (əsasən 3 ay – 5 yaş arasında) qızdırma ilə əlaqəli olan və beyin zədəsi/infesksiyası olmadan baş verən tutmalar. Adətən FT hərarət >38,5 °C olanda baş verir. Tipik hallarda FT qısa generalizə olunmuş tonik-klonik tutma şəklində keçir. Lakin, fokal (parsial) FT xəstələrin 10%-də və uzun müddətli (>20 dəq) FT xəstələrin 5%-də müşahidə olunur. Ümumiyyətlə, əhalinin 4–5%-i ən azı 1 dəfə FT keçirir. İlkin febril tutmanı keçirilmiş şəxslərdə epilepsiyanın başlanması ehtimalı 2–4% və təkrar FT-nin ehtimalı 30–40%. FT beyinin zədələnməsinə səbəb olmur. FT iki qrupa bölünür: 1. Sadə FT (qısa, generalizə olunmuş, bir qızdırma epizodunda 1 FT, tutmadan sonra nevroloji defisitsiz) 2. Mürəkkəb FT (uzun müddətli, yəni >20 dəq.; və ya fokal; və ya bir qızdırma epizodunda >1 FT; FT-dən sonra nevroloji defisit) Sadə FT-dən sonra epilepsiyanın başlanması ehtimalı 2%, mürəkkəb FT-dən sonra isə ehtimal 4–12%-ə çatır.
Yaxınlaşan terraslar
Yaxınlaşan terraslar (rus. сходящиеся террасы, ing. converging terraces) — bir-birinin üzərində yüksələn, dərə aşağı alçalan /bəzən tam birləşən/ çay terrasları. Aşağı axını stabil vəziyyətdə olan və ya zəif qalxan, yuxarı hissəsi isə tektonik qalxmaya məruz qalan çay hövzələrində müşahidə edilir.
Səhralar
Səhra — bitki örtüyünün və heyvanlar aləminin kasadlığı ilə səciyyələnən düzən səthli landşaft növüdür. Çox quraqlıq, isti havanın gündəlik və illik temperaturu kəskin fərqlənən, illik yağıntısı 250 mm-dən aşağı, buxarlanma yağıntıdan xeyli çox, güclü külək əsən, daimi axan çayları olmayan, çox seyrək bitki örtüyü olan ərazi. Səhraların iki növü mövcuddur: Qum səhraları və buz səhraları. Qum səhralarında vahələrə (oazislərə) də rast gəlinir. Vahələr suyun səthə yaxın yerlərdə toplanmasından əmələ gəlir. Bitkilər bu yerlərdə bitir, bunu nəticəsində vahə yaranır. Səhranın əmələ gəlməsinin ən başlıca səbəbi yağıntının buxarlana biləcək sudan 7–30 dəfə az olmasıdır. Səhranın özünəməxsus iqlimi vardır. Göy üzü aylarla buludsuz olur. Maksimum temperatur +49,5°, +58°-yə çatır, gün altında qumun səthi 90° qızır, illik temperatur amplitudası 90°, gündəlik 30°-yə qalxır.
Arktik səhralar
Arktik səhralar (yunanca Arctos — ayı deməkdir) — Yerin təbii zonası. Arktik coğrafi qurşağındakı Şimal Buzlu Okeanının bir hissəsini əhatə edir. Bu arktik iqlimlə səciyyələnən ən şimal təbii zonadır. Burada ərazı buzlarla, çınqıl və daşla örtülmüşdür. == Ümumi məlumat == Yerin quru hissəsinin Arktika qurşağında ən şimal təbii zonası. Arktika səhraları zonası Taymır yarım-adasının şimal kənarları, Şimal Buzlu okeanının Şpitsbergen arxipelaqı, Frans-İosif Torpağı, Novaya Zemlyanın Şimal adası, Novosibir və De-Lonq adaları, Kanada Arktika arxipelaqının və Qrenlandiyanın şimal hissələri daxildir. Zonanın daha rütubətli Atlantikayanı hissəsində ümumi sahəsi 2 mln. km2-dən çox olan buzlaqlar var; buz səhraları landşaftı üstündür. Arktika səhraları zonasında sərt Arktika iqlimi hakimdir. Bütün ayların orta temperaturu 5˚C-dən aşağıdır.
Əttarlar məhəlləsi
Əttarlar məhəlləsi — Gəncənin qədim məhəllələrindən biri.Məhəllə gəncəlilər tərəfindən tarix boyu "Çayqırağlılar" məhəlləsi olaraq da adlandırılıb. Bu məhəllənin Əttarlar adlanmasına səbəb burada ətriyyat satanların çox olmasına görə olmuşdur. Məhəllə sakinləri yerli gəncəlilərdən ibarətdir və şəhər əhalisi arasında Əttarlar məhəlləsinin sakinləri Çayqıraqlılar kimi tanınır. Mürsəl ağa qəbirstanlığıda da bu ərazidə yerləşirdi. Əttarlar məhəlləsində 1804-cü ilin may ayında 40 ev 151 nəfər (67 kişi + 84 qadın) olmuşdur. 1916-cı ildə isə burada 846 ailə yaşayırdı. Məhəllədən keçən Karxana arxı, Məşədi Həsən Dadanovun tütün manufakturasının ehtiyacları üçün sərf olunurdu. Məhəllədədə doğulmuş ziyalılardan Gəncənin məşhur zərgəri Məşədi Məmmədəli Mahmudzadə və Əli Razi Şəmçizadə olmuşdur.
Subtropik səhralar iqlimi
Subtropik səhralar iqlimi- Bu iqlim tipi Asiya və Amerika qitələrinin daxili hissələri üçün xarakterikdir. Bu iqlim tipi MBD-nin bütün Mərkəzi Asiya ölkələrində həmçinin 43°-lik paralelin cənubunda, Qazaxıstanın cənubunda (Sarıaqaş və Maxtaaral əyalətlərində) geniş yayılmışdır. Subtropik qurşağın daxilində suvarmanın köməyiylə nar, əncir, xurma, mandarin, pambıq belə becərilir. Bu iqlim qurşağı daxilində səhra və yarımsəhralar geniş ərazini əhatə edir.