Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
The Girl Who Leapt Through Time
The Girl Who Leapt Through Time (時をかける少女, Toki o Kakeru Shōjo), Zamanda sıçrayan qız və ya Toki o Kakeru Shōjo — Madhouse studiyası tərəfindən istehsal olunmuş, rejissoru Mamoru Hosoda, ssenaristi Satoko Okudera olmuş 2006-cı il elmi fantastika anime filmi. Kadokawa Herald Pictures tərəfindən yayımlanmış anime filmi Yasutaka Tsutsuinin eyniadlı romanından bəhrələnmişdir. Romanda olduğu kimi anime filmi zamanda səyahət etmək gücü əldə etmiş qızdan bəhs edir, lakin romandan fərqli hekayəyə sahibdir. Anime filminin baş qəhrəmanı Makoto Konnonu Riisa Naka səsləndirmişdir. Makoto Konno xalası Kazuko Yoşiyamadan zamanda səyahət etdiyini öyrənir, bundan istifadə edərək problemlərini həll etməyə başlayır. "The Girl Who Leapt Through Time" 15 iyun 2006-cı ildə ekranlara buraxılmışdır və müsbət rəylər almışdır. Anime filminin ingilis versiyasını Kadokawa Pictures U.S. istehsal etmiş, dublajı Ocean Productions həyata keçirmişdir. İngilis versiyası 2008-ci ildə Bandai Entertainment tərəfindən, 2016-cı ildə Funimation tərəfindən yayımlanmışdır. Reanimedia animeni Rusiya üçün lisenziyalaşdırmışdır. Animedən Yaponiyada əldə olunmuş gəlir 260 milyon yendir.
Thoth
Tot (yun.Θόουτ, Θώθ, Thoth)- Qədim Misir mifologiyasına görə müdriklik və yazı tanrısı. == Haqqında == Qədim mənbələrda Tot "əlifbanı icad edən və magiyanın himayədarı kimi" tanıdılır. == Sitayiş yerləri == Tot Allahına əsas sitayiş mərkəzi Şmun və ya Eşmunen (Hermopol) şəhəri idi.. Məhz bu şəhərdə Tota sitayişlə bağlı əsas şəbəd yerləşirdi . Bundan başqa Baxe, Per-abe, Urite, Ta-ure, Talmise, Pselkete, Sene, Xate, İa-ca-Mutete Ta-seti (Takense), Rexue, Xeserte və Abidos çəhərlərində də Tot allahının şərəfinə inşa edilmiş məbədlər var idi.. == Xarici keçid == Молитва богу Тоту о ниспослании умения хорошо писать. Гимн Тоту. Папирус Anastasi III. == Mənbə == Тураев Б. Тот, древнееегипетский бог. Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т.
Rough cut
Rough Cut istehsal zamanı əldə edilən media fayllarını istehsalın ssenari gedişatına uyğunlaşdırmaqla vahid media qeydinin yaradılmasına aiddir. Bu şəkildə montaj etməkdə məqsəd təsvirləri və səsləri ssenari ilə sinxronlaşdırmaqdır.Rough Cut mərhələsində hələ çəkilməmiş səhnələr əvəzinə "Storyboard" kadrları və ya düzəldilməmiş səs faylları ola bilər. Bu mərhələdə əlavə edilən media şəkillərinin uzunluğu az əhəmiyyət kəsb edir. Bu səbəbdən bu redaktə mərhələsində ani səs sıçrayışları və sürətli səhnə keçidləri görülür.
Ubuntu Touch
Ubuntu Touch – (Ubuntu Phone olaraq da tanınır) Canonical Ltd.. və Ubuntu cəmiyyəti tərəfindən inkişaf etdirilən mobil əməliyyat sistemidir. Əməliyyat sistemi Ubuntunun mobil versiyasıdır. Əməliyyat sistemi sensor ekranlı telefon və planşetlər üçün nəzərdə tutulub.
Paphiopedilum ang-thong
Paphiopedilum godefroyae (lat. Paphiopedilum godefroyae) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. == Sinonimləri == Cypripedium godefroyae God.-Leb.
Young thug
Jeffery Lamar Williams və ya səhnə adı ilə Young Thug (16 avqust 1991, Atlanta) — Amerikalı repçi, müğənni və söz yazıçısı. Fərqli vokal tərzi və obrazı ilə tanınan repçi Birdman və Gucci Mane ilə etdiyi birgə işlərlə diqqət çəkdi. Musiqi həyatına 2011-ci ildə mixtape albomları ilə başlamışdır. 2013-cü ildə Gucci Mane'nin 1017 Records şirkəti ilə müqavilə imzalayıb 1017 Thug mixtape adlı albomunu yayımlayır və bu karyerası üçün uğurlu olur.2014-cü ildə yayımladığı single trackləri "Stoner" və "Danny Glover" ilə diqqət çəkən repçi bundan sonra isə "About The Money", "Hookah" və "Lifestyle" adlı single tracklərini yayımladı. 2015-ci ildə Barter 6 və Slime Season'un iki versiyasını təqdim edən sənətçi 2016-cı ildə I'm Up, Slimes Season 3 və Jeffery albomlarını yayımlayır. 2018-ci ildə yayımladığı albom Slime Language ilə öz şirkəti olan YSL Records'u qurur və digər rapçilər'lə müqavilələr imzalayır.Pop müğənnisi Camila Cabellonun 2017 hit mahnısında duet ifası ilə Bilboard Hot 100-də 1-ci yeri tutur. 61-ci Grammy mükafatında ilin mahnısı olaraq namizəd göstərilən "This Is America" mahnısında söz yazarı olaraq Donald Glover və Ludwid Göransson ilə namizəd olmuşdur. 2019-cu ilin Mayında J. Cole və Travis Scott ilə duet etdiyi "The London" mahnısı repçinin ikinci Billboard uğuru olaraq 12-ci yeri tutmuşdur. Həmin ildə Gunna ilə duet elədiyi "Hot" mahnısıda Billboard Hot 100-də 11-ci yerı tutur və bundan sonra karyerasının ikinci studiya albomu olan So Much Fun-ı yayımlayır. İkinci studiya albomundan sonra 2020-ci ildə Punk adlı yeni albomun çıxması gözlənilir.
Are You Man Enough
Are You Man Enough (azərb. Sən əsl kişisən?‎) — C. C. Catch tərəfindən 1987-ci ildə ifa edilmiş mahnıdır.
One nights not enough
One Night's Not Enough (azərb. Bir gecə kifayət etmir‎) – C. C. Catch tərəfindən 1986-ci ildə ifa edilmiş mahnıdır. Mahnı klipinin olmasına baxmayaraq bir çox ölkələrin hit-paradlarında yüksək mövqe qazanmışdır.
Bone Thugs-N-Harmony
ABŞ-nin Ohayo ştatının Klivland (Cleveland) şəhərindən olan rep qrupu. Onlar harmoniyalı və sürətli deyiliş tərzinə görə digərlərindən fərqlənirlər. Rep tarixində ən çox albomu satılan qrupdur. Dünya üzrə 35 milyon albomları satılıb. Onlar həmçinin ən yaxşı rep çıxışına görə Grammy mükafatı alıblar. Qrup dağılandan sonra, 2004-ci ildə qrupun 3 üzvü, Krayzie, Layzie, Wish yenidən birləşdi. Bizzy Bone qrupdan ayrı solo karyerasını davam edir, Flesh-N-Bone isə hal-hazırda 11 illik həbsdədir. Onlardan 3-ü, Layzie Bone və Flesh-N-Bone müsəlmandır. Bizzy Bone isə bu yaxınlarda İslam dinini qəbul edib.
One Night's Not Enough
One Night's Not Enough (azərb. Bir gecə kifayət etmir‎) – C. C. Catch tərəfindən 1986-ci ildə ifa edilmiş mahnıdır. Mahnı klipinin olmasına baxmayaraq bir çox ölkələrin hit-paradlarında yüksək mövqe qazanmışdır.
Hugh Algernon Weddell
Hug Algernon Veddel (ing. Hugh Algernon Weddell; 22 iyun 1819 – 22 iyul 1877) – fizik və Cənubi Amerika florası üzrə ixtisaslaşmış botanik. == Əsərləri == Histoire naturelle des Quinquinas (1849) – monograph describing the Cinchona plant Additions à la flore de l’Amérique du Sud (1850) – which gives the history of his first trip to South America. Voyage dans la Nord de la Bolivie (1853) – which describes his second trip to South America. Chloris andina: essai d’une flore de la region alpine des Cordillères de l’Amérique du Sud (two volumes) (1855-1861) – it constitutes the sixth part of Francis de Castelnau’s Expédition dans les parties centrals de l’Amérique du Sud (1850-1859).
Don't Stop 'Til You Get Enough
Don't Stop 'Til You Get Enough — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
Touch Me (I Want Your Body)
Touch Me (I Want Your Body) – Samanta Foks tərəfindən 1986-ci ildə ifa edilmiş mahnıdır. == Mahnı haqqında == "Touch Me (I Want Your Body)" mahnısı London şəhərində "Battery Studios" studiyasında yazılmışdır. Mahnının leyblı "Jive Records" səsyazma kompaniyasına məxsusdur. Bir sıra nəqarətlərdə ehtiraslı sözlər nəzərə çarpılır. Mahnı bir çox ölkələrin, o cümlədən, Kanada, İsveç, İsveçrə, Norveç, CAR, Finlandiya və Avstraliya ölkələrinin hit-paradlarında ilk pillədə uzun müddət qalmış, Avstriya ölkəsində 2-ci pillədə, Böyük Britaniya, İrlandiya və İtaliya ölkələrində 3-cü pillədə, ABŞ, Almaniya, Fransa ölkələrində 4-cü pillədə, digər ölkələrin hit-paradlarında isə mühüm pillələrdə səslənmişdir. 2004-cü ilin Avqust ayında mahnının kaver versiyası hazırlanmış və bu versiyanı İsveç ifaçısı Qünther ilə Samanta Foks duet şəklində oxumuşlar. Kaver versiya İsveç ölkəsinin hit-paradında ilk mövqe tutmuşdur. == Kaver versiyalar == 1987-ci ildə Böyük Britaniyanın "The KLF" qrupu tərəfindən səsləndirilən «All You Need Is Love» mahnısında bu mahnının bir sıra elementləri səsləndirilir. 2004-cü ildə İsveç ifaçısı Günther yeni vokal qrupu ilə mahnının kaver versiyasını səsləndirir. Mahnı klipində Samanta Foks iştirak edir.
This Town Ain't Big Enough for Both of Us
This Town Ain't Big Enough for Both of Us (azərb. Bizim üçün bu şəhər kifayət qədər böyük deyil‎)— amerikalı Sparks rok-qrupun "Kimono My House" albomunun birinci mahnısıdır. 1974-ci ilin martında ("Barbecutie" ilə o biri tərəfində) sinql kimi buraxılmışdır. O, "UK Singles Chart"- da #2 (#5 — Hollandiya, #12 — Almaniya) yerə qalxmışdı və tarixdə qalan "öz dövrun ən orijinal sinqllardan biri" ləqəbi almışdı (Deyv Tompson, Allmusic).