THROUGH

through1

adj 1. birbaşa, düz; ~ service birbaşa əlaqə; ~ train birbaşa (gedən) qatar; ~ flight birbaşa uçuş; 2. maneəsiz, sərbəst; ~ passage sərbəst keçid; to be ~qurtarmaq; Aren’t you through yet? Hələ qurtarmamısan / qurtarmamısınız? I am through with her Mən onunla əlaqəni kəsmişəm

through2

adv 1. başdan-ayağa qədər, tamam; We got wet / soaked through Biz tamam islandıq; to sing a song ~ mahnını axıra kimi oxumaq; to carry ~ başa çatdırmaq / vurmaq, tamamlamaq; I will go through with it, whatever happens Nəyin bahasına olursa olsun, mən bu işi başa çatdıracağam; to put a person ~bir adamı calaşdırmaq (telefonda); You are through! Danış! Danışın!; 2. fasiləsiz, aramsız, bütün, başdan-başa

through3

prep 1. ...içindən, ...arasından; -dan, -dən; to go ~ a tunnel tuneldən / tunelin içərisindən keçmək; to make one’s way ~ a crowd yarıb izdihamın arasından keçmək; to breathe ~ one’s mouth ağızdan nəfəs almaq; to look ~ a telescope teleskopdan baxmaq; a path ~ the forest meşədən keçən yol / cığır; to speak ~ one’s nose burnunda danışmaq, mızıldamaq; to go ~ many trials çox sınaqlardan keçmək; 2. ...ilə, -la, -lə; to walk ~ the mud palçıqlıqla getmək; 3. -da, -də; to fly ~ the air havada uçmaq; 4. -ı, -i; to travel ~ France Fransanı dolaşmaq / gəzmək; to walk ~ the streets küçələri dolaşmaq / gəzmək; 5. ...üzündən, ...görə; -dan, -dən; nəticəsində; ucbatından; ~ no fault of mine mənim səhvim üzündən olmayan; ~ ignorance nadanlıq ucbatından; 6. -dək; from May ~ September may ayından sentyabradək; I’m staying through Sunday Bazar gününədək burada olacağam; 7. ...müddətində, ...ərzində; all ~ dinner nahar müddətində; all ~ the night bütün gecəni, səhərə kimi; 8. vasitəsilə, ilə; to speak ~ an interpreter tərcüməçi vasitəsilə danışmaq; We learned the news through friends Biz xəbəri dostlardan öyrəndik; 9. ...yolu ilə, ...köməyi ilə; to achieve one’s goals ~ revolution məqsədlərinə inqilab yolu ilə nail olmaq; 10. əvvəldən axıradək, bütün; We stayed in Milan through the summer Biz bütün yayı Milanda qaldıq; to look ~ nəzərdən / gözdən keçirmək; to look ~ a report məruzəni nəzərdən keçirmək; to go ~ a red light qırmızı işıqda getmək / keçmək; to pass ~ three stages of development üç inkişaf mərhələsi keçmək; to leaf ~ a book kitabı vərəqləmək

THROTTLE
THROUGHOUT
OBASTAN VİKİ
Live Through This
Live Through This — ABŞ alternativ rok qrupu Hole-un ikinci studiya albomu. 12 aprel 1994-cü ildə DGC Records tərəfindən buraxılıb.
The Girl Who Leapt Through Time
The Girl Who Leapt Through Time (時をかける少女, Toki o Kakeru Shōjo), Zamanda sıçrayan qız və ya Toki o Kakeru Shōjo — Madhouse studiyası tərəfindən istehsal olunmuş, rejissoru Mamoru Hosoda, ssenaristi Satoko Okudera olmuş 2006-cı il elmi fantastika anime filmi. Kadokawa Herald Pictures tərəfindən yayımlanmış anime filmi Yasutaka Tsutsuinin eyniadlı romanından bəhrələnmişdir. Romanda olduğu kimi anime filmi zamanda səyahət etmək gücü əldə etmiş qızdan bəhs edir, lakin romandan fərqli hekayəyə sahibdir. Anime filminin baş qəhrəmanı Makoto Konnonu Riisa Naka səsləndirmişdir. Makoto Konno xalası Kazuko Yoşiyamadan zamanda səyahət etdiyini öyrənir, bundan istifadə edərək problemlərini həll etməyə başlayır. "The Girl Who Leapt Through Time" 15 iyun 2006-cı ildə ekranlara buraxılmışdır və müsbət rəylər almışdır. Anime filminin ingilis versiyasını Kadokawa Pictures U.S. istehsal etmiş, dublajı Ocean Productions həyata keçirmişdir. İngilis versiyası 2008-ci ildə Bandai Entertainment tərəfindən, 2016-cı ildə Funimation tərəfindən yayımlanmışdır. Reanimedia animeni Rusiya üçün lisenziyalaşdırmışdır. Animedən Yaponiyada əldə olunmuş gəlir 260 milyon yendir.