Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tifon (mifologiya)
Tifon (yun. Τυφῶν, Τυφωεύς, Τυφάων sözün kökü τύφω feli mənası "tüstülənmək" deməkdir.) yunan mifologiyasında nəhəng yerin alov qüvvəsinin şəxsləşdirilmiş adı, Geyanın Tartardan olan oğlu. Nəhənglərin məhv edilməsindən sonra hiddətə gələn Geya tanrılardan qisas almaq üçün Tartar ilə cütləşərək Kilikiyada Tifonu dünyaya gətirmiş olur. Bu dəhşətli məxluq Geyanın uşaqlarınin içində ən güclüsü və qadiri sayılırmış. Qurşağa qədər insan, ondan aşağı əjdaha cildli olan, bütün bədəni lələklərlə örtülmüş bu məxluqun çiyinlərindən yüzlərlə ilan başları, ayaqlarından isə gürzələr çıxarmış. Onun başı ulduzlara, bir əli qərbə və digər əli şərqə çatarmış. Tifon öküz kimi böyürər, Şir kimi nərildəyər və it kimi hürərmiş. Doğulmasından sonra tanrılar ondan qorxaraq heyvan cildlərinə girərək Misirdə gizlənirlər. Tanrılardan təkcə Zevs və qızı ilahə Afina Tifonu ram etmək qərarına gəlirlər. Zevs uzaqdan Tifona ildrımlarla yaxın məsafədən isə Kronun orağı ilə həmlələr etdikdən sonra onunla əlbəyaxa olur.
Üçpaycıqlı tifonium
Üçpaycıqlı tifonium (lat. Typhonium trilobatum) — typhonium cinsinə aid bitki növü.
Tifonium
Tifonium (lat. Typhonium) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Desmesia Raf. Heterostalis (Schott) Schott Jaimenostia Guinea & Gómez Mor.
Timon
Timon — Əsl kərtənkələlər fəsiləsinə aid cins. Əvvəllər bu cins Lacertaya daxil edilirdi. İri kərtənkələlərdir. Gözlü kərtənkələlərin uzunluğu 90 sm çatır.
Pifon
Pifon və ya Piton ( q.yun. Πύθων) — qədim yunan mifologiyasında Apollon tərəfindən işğal edilməmişdən əvvəl Delfi orakulunun girişini qoruyan, Qayanın oğlu (varianta görə, Hera) hesab edilən ilan. Başqa bir versiyaya görə, Pifon özü Apollondan əvvəl peyğəmbərliklər vermişdir. Pifiya onun şərəfinə adlandırılmışdır.
Alyona Tiron
Alyona Dimitriyevna Tiron (rus. Алёна Димитриевна Тирон, 8 dekabr 1993, Novosibirsk) — Rusiya reqbiçisi, MOİK komandasının və Rusiya reqbi milli komandasının müdafiəçisi. Qadınlardan ibarət Rusiya reqbi millisinin kapitanı. 2014, 2016, 2017, 2018 və 2019 Avropa çempionu. Rusiyanın əməkdar idman ustası. == Həyatı və karyerası == Alyona reqbi ilə məşğul olmamışdan əvvəl, 15 yaşında olarkən yüngül atletika ilə məşğul olmağa başlayıb. Yüngul atletika üzrə Rusiya çempionatının gümüş və bürünc mükafatçısı olub. Sibir Federal Universitetində təhsil alıb. Universitetdə oxuduğu zaman, universitet komandasının tərkibində Rusiya gənclərinin III Yay spartakiadasının gümüş mükafatçısı olub. Alyona 2011-ci ildə Omsk şəhərində Sibir Federal dairəsinin yarışlarında çıxış edərkən, "Yenisey-STM" reqbi klubunun məşqçisi Vladimir Nikolayeviç Demonov onun çıxışını görür və ona reqbiyə keçməyi təklif edir, lakin o, imtina edir.
Sifon (dəqiqləşdirmə)
Sifon (termin) Sifonoforlar -ərbəst üzən dəniz heyvanları dəstəsi. Sifon (hidrotextika) - avtomatik suötürücü. Sifon (məişət) - içərisində qazlı su hazırlamaq və saxlamaq üçün qab.
Sifon (hidrotextika)
Sifon — əsasən SES su anbarlarından (bəndlərdə), kanal və basqı hovuzlarından izafi suyu kənar etmək üçün tətbiq olunan boruşəkilli avtomatik suötürücü. Giriş hissəsi çox vaxt geniş olur və yuxarı byefin su səviyyəsindən aşağıda yerləşdirilir ki, içərisinə hava, zibil və ya buz girməsin.
Sifon (məişət)
Sifon — içərisində qazlı su hazırlamaq və saxlamaq üçün qab. Avtosifon adlanan növü metal və ya şüşə (metal torla armaturlanmış) balondan ibarətdir: balonun ağzına yivlə burulub bağlanan axıdıcısı və maye karbon qazı baloncuğu üçün dairəvi hissəsi olur. Metal avtosifonlar 1 və 2 litrlik, şüşə avtosifonlar 1 litrlikdir. Doldurulan sifon növünü qalın şüşədən 0,8 və 2 litrlik hazırlayır və xüsusi yerlərdə 6101—8105 N/m² (6—8 am) təzyiq altında doldururlar.
Sifon (termin)
Sifon (rus. сифон, ing. siphon) — yun.siphon-kiçik boru, nasos – geomorfologiyada, yeraltı karst çaylarının kanalının şaquli səthdə dirsəkvari əyilməsi.
Tiqon (heyvan)
Tiqon (ing. "Tiger"-pələng və "lion"-şir) — erkək pələng və dişi şir arasənda hibrid yırtıcı heyvan. Tiqonun liqrdan fərqi odur ki, tiqon ata tərəfdən pələng və ana tərəfdən şirdir. Liqr isə əksinə. Tiqonlar da liqrlar kimi təbiətdə görsənmirlər. Tiqonlar hər iki valideynlərinin əlamətlərini daşıyırlar. Məsələn, onun başındakı ləkələr ana genlərindən (şirlər ləkə ilə doğulur), zolaqlar isə ata genlərindən qaynaqlanır. Zooloq ekspertlər deyirlər ki, tiqonlar liqrlardan fərqli olaraq təsadüfən təbiətə düşsə, yaşaya bilər. Çünki tiqonun qaçış sürəti saatda 70–75 km-dir. Bu da ov ovlamaq üçün kifayətdir.
Tixon Xrennikov
Tixon Nikolayeviç Xrennikov (rus. Ти́хон Никола́евич Хре́нников (d. 28 mаy (10 iyun) 1913, Lipetsk vilayəti, Eltse kəndi — ö. 14 avqust, 2007, Moskva) — sovet və rus bəstəkarı, pianoçu, ictimai xadim, pedaqoq, professor. SSRİ Bəstəkarlar İttifaqının Sədri (1948–1991). SSRİ xalq artisti (1963), Sosialist Əməyi Qəhrəmanı (1973), Lenin mükafatı laureatı (1974), 3 dəfə ikinci dərəcəli Stalin mükafatı laureatı (1942, 1946, 1952 və SSRİ Dövlət mükafatı laureatı (1967). 8 opera, 5 balet, 3 simfoniya, 9 intrumental konsert, 30 kinofilmin musiqisinin, teatr tamaşaları üçün çoxsaylı musiqi, musiqi proqramı, vokal musiqi müəllifi. Görkəmli rus bəstəkarı Tixon Nikolayeviç Xrennikov 1913-cü ildə may ayının 28-də (iyun ayının 10-da) Lipetsk vilayəti, Eltse kəndində tacir ailəsində anadan olub. O ailənin 10-cu övladı idi. Anası Varvara Vasilyeva evdar qadın idi.
İvan Tixon
İvan Qriqpreviç Tixon (belar. Іва́н Рыго́равіч Ці́хан; doğulub. 24 iyun 1976-cı ildə, Qlovseviç kəndi, Slonimski rayonu, Qrodno vilayəti, BSSR, SSRİ) — Belarusiyalı çəkic atma üzrə iki qat dünya çempionu, 2008-2016-cı il Yay Olimpiya Oyunlarının mükafatçısı. Belarus Respublikasının əməkdar idman ustası. Qrodno şəhərində yaşayır. İvan Tixon ilk dəfə 2003-cü ilin avqustunda Parisdə keçirilən dünya çempionatında 83 metr 3 santimetr məsafəyə çəkic ataraq dünya çempionu oldu. 2000 Yay Olimpiya Oyunlarında 4-cü yeri tutdu. 2005-ci ildə Helsinkidə İvan Tixon qızıl medal qazandı. İvan Tixon 83,89 metr məsafəyə çəkic ataraq dünya çempionatının yeni rekordunu müəyyənləşdirdi. İvan Tixon 2005-ci ildə Belarus çempionu oldu.
Kral Şir: Timon və Pumba
Kral Şir: Timon və Pumba - 1995-1998-ci illərdə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi serialıdır. Cizgi serialına baş qəhrəmanları Timon və Pumbadır. Bu cizgi serialı özündə "Kral Şir" cizgi filmindən "Kral Şir - 2" cizgi filminə qədər olan hadisələri ehtiva edir.
Bison bison
Amerika bizonu (lat. Bison bison) — boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid növ. Bizonun hündürlüyü 2 m, uzunluğu isə 2,5–3 m-ə çatır. Bədənindəki yun sıx olub boz-qonur rəngdə, baş və boyundakı yun isə qara-qonur rəngdədir. Bədənin ön hissəsi daha uzun tüklərlə örtülüdür. Başın alın hissəsi gnişdir. Kiçik qalın buynuzları yanlara doğru uzanıb. Buynuzların uc hissəsi içəriyə doğru yönəlib. Qulaqları qısa və ensizdir. Gözləri böyük və tünd rəngdə, boynu qısadır.
Filon
Filon — ad və soyad. Bu adı və soyadı olan tanınmışlar Filon İskəndəriyyəli — Ellinizm dövrünün yəhudi filosofu, Bizanslı Filon — Arximedin dövründə yaşamış mühəndis.
Firon
Firon (yun. Φαραώ / pharaōn) — qədim Misirdə padşah, çar, kral. Britaniya Ensiklopediyasına görə, "firon" kəlməsi yeni çarlıq dövründən etibarən (18-ci xanədanlıqdan başlayır; b.e.ə. 1539–1292-ci illər) 22-ci xanədanlığa qədər (b.e.ə. 945–730-cu illər) hörmət mənasında işlədilib, sonralar da bu söz çarın ünvanına çevrilib, əvvəllər isə bu xitab heç vaxt işlədilməyib. Bu mövzuda başqa bir məlumat isə Amerika Akademik Ensiklopediyasında (Academic American Encyclopedia) qeyd edilmişdir. Həmin ensiklopediyada "firon" ləqəbinin yeni çarlıq dövründən etibarən istifadə edilməyə başladığı bildirilir. == Firon Quranda == Göründüyü kimi, "Firon" kəlməsindən müəyyən bir tarixdən sonra istifadə edilməyə başlanıb. Dolayısı ilə Quranda bu fərqin tam olaraq qeyd edilməsi – Yusif dövründəki hökmdardan həmişə "kral, çar, hökmdar" olaraq bəhs edildiyi halda Musanın dövründəki hökmdarın hər dəfə "firon" adlandırılması – Quranın Allahın sözü olmasını sübut edən başqa bir dəlildir. Keçmişin xəbərlərinin bir qisminə sənə belə nəql edirik.
Gihon
Gihon (təq. 1206, Yaponiya – təq. 1260, Okinava prefekturası) — Tenson sülaləsindən sonra Ryukyu kralı. Hakimiyyətə gələndə 44 yaşında idi. Hakimiyyət dövrü ölkədə xəstəlik və təbii fəlakətlər yayılmışdı. 1254-cü ildə gənc əyanlardan olan Eysonu özünə köməkçi götürdü. Lakin ölkəni fəlakətdən qurtara bilməyəcəyini görüb taxtdan imtina edərək yerini Eysoya verdi. Beləliklə Tenson sülaləsinin hakimiyyəti də bitdi. Ölüm tarixi məlum deyil.
Jiron
Jiron (fr. Giron) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belqard-syur-Valzerin kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01174. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 162 nəfər təşkil edirdi.
Kifoz
Kifoz - İnsan onurğasında baş verən qeyri-normal əyriliklərdən biri; onurğanın döş nahiyəsində önə doğru əyilməsi. Qozbelliyin əmələ gəlməsinə səbəb olur.
Kimon
Kimon (yun. Κίμων; Kímon; e.ə. 510, Qədim Afina – e.ə. 450, Larnaka və ya Salamin, Famaqusta rayonu[d]) — Yunan-İran müharibələri dövrünün afinalı sərkərdəsi. Miltiadın və Frakiya padşahı Olorun qızı Hehespilanın oğlu, Filaid zadəgan nəslinə aiddir. Sıravi döyüşçü və sərkərdə kimi bir sıra döyüşlərdə (o cümlədən, Salamin və Evrimedont döyüşlərində) iştirak etmişdir. Femistoklun qovulmasından sonra Afiananın ən mühüm siyasi fiquruna çevrilmişdir. Hakimiyyət başında olarkən, bir sıra mühüm tikinti proseslərini həyata keçirmişdir. Onun dövründə ucaldılmış tikililər vasitəsilə adı, dolayı da olsa da antik fəlsəfə tarixinə dolayı da olsa daxil olmuşdur. onun tərəfindən yaradılmış zeytunluq "Akademiya" ilk öncə Platonun məşhur məktəbinin üzvlərinin toplandığı yer, sonra isə elmi təşkilatlar –aka demiyaların eponiminə çevrilmişdir.
Limon
Limon (lat. Citrus limon) — Sədokimilər fəsiləsinə aid bitki növü. == Ümumi məlumat == Limon çox faydalı bitkidir. Azərbaycanın subtropik rayonlarında (Lənkəran, Astara və s.) son illərdə müvəffəqiyyətlə becərilir və onun əkin sahələri ildən-ilə genişləndirilir. Limonun vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Güman edilir ki, "limon" sözü malay dilində bu meyvəni adlandıran "lerno" sözündən əmələ gəlib. Çində isə bu bitkini "limunq" adlandırırlar və tərcümədə bu "analar üçün xeyirli" deməkdir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu.
Miron
Miron (yun. Μύρων)(b.e.ə.480-440) — Afinada yaşamış heykəltaraş. O, Eletrada doğulub. Aqeladasın tələbəsi olub. Miron əsərlərinin çoxunu bürüncdən hazırlayırdı. Tanrıların və qəhrəmanların heykəllərini hazırlamasına baxmayaraq Miron əsasən idmançıların heykəllərini hazırlayırdı. Tarixçi Plini Mironun işlərinin Polikletin işlərindən daha və düzgün daha harmonik olduğunu bildirmişdir. Onun ən məşhur əsərləri, Plininin "Pliny’s Natural History"(Plininin təbii tarixi) adlı əsərinə daxildir. (Bu əsər Roma vaxtından indiyə qədər gəlib çatan nadir əsərlərdəndir. Əsərdə hər şey haqqında məlumat toplanmışdır) Miron deyirdi ki, o, öz əsərlərinə heyranedici və həyat xüsusiyyətlərini verəndə fikrindəki emosiyaları orada göstərə bilmirdi.
Mizon
Mizon (fr. Mison, oks. Mison) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sisteron kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04123. 2008-ci ildə əhalinin sayı 985 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 636 nəfərin (15-64 yaş arasında) 468 nəfəri iqtisadi cəhətdən, 168 nəfər hərəkətsiz (fəaliyyət göstərici 73.6%, 1999-cu ildə 71.3%) idi. Fəal olan 468 nəfərdən 425 nəfər (240 kişi və 185 qadın), 43 nəfər işsiz (17 kişi və 26 qadın) idi.
Notifon
Notifon — 14 yanvar 2017-ci ildə yaradılmış Android ƏS-li telefonlar üçün proqram. Proqramda ingilis dilində ən çox işlənən sözlər aid olduğu nitq hissəsi nəzərə alınaraq ardıcıllığa əsasən tərtib olunmuşdur. Siyahının əvvəlindəki sözlər sondakılara nəzərən daha çox istifadə olunur. Proqram offline rejimdə çalışır. İstifadəçi əvvəlcədən bildiyi sözləri işarələyə bilər ki, bu da onların bildirişlərdə göstərilməməsinə səbəb olur. Xüsusi alqoritm sayəsində öyrənilməmiş sözlər müəyyən vaxt keçdikdən sonra təkrarən xatırladılır və beləliklə çətin yadda qalan sözlər istifadəçinin bu sözləri öyrənməsinə qədər göstərilməyə davam edir. proqram inkişaf mərhələsində olduğundan yaxın zamanda lüğətə yeni sözlərin əlavə olunması gözlənilir. Həmçinin istifadəçilər özləri də sözləri əlavə edərək android mobil tətbiqinin söz bazasını genişləndirə bilərlər.
Ofion
Ofion (Qədim Yunan dilində "ilan", Ὀφιονεύς) — Qədim yunan mifologiyasında Böyük İlan və ya Nəhənglərin Kralı Miflərin bəzilərinə görə, Ofion Olimpin ilk lordu, Evrinoma okeanidalarının oğlu və əridir. Digər versiyalara görə isə, Uran Ofionun və böyük Fetidanın oğludur.
Pifom
Pifom (q.misir pr-jtm; ivr. ‏פיתום‏‎; q.yun. Ἡρώων πόλις, Heroonpol) — Qədim Misirdə şəhər. Qədim yunan və Roma mənbələrində, həmçinin Yəhudi Bibliyasında bu şəhərə çoxlu istinadlar edilmişdir, lakin onun dəqiq yeri bir qədər qeyri-müəyyən olaraq qalmışdır. Bir sıra alimlər onu Təll Məsxutə arxeoloji ərazisi kimi müəyyən etmişdilər, digərləri onun Təll Rətabə arxeoloji ərazisi olduğunu irəli sürmüşdür. Şəhər Heroonpol nomunun inzibati mərkəzi olmuşdur. Пифом // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Piton
Əsl pitonlar (lat. Python) – pitonlar fəsiləsinə aid ilan cinsi.
Qrifon
Qrifon- bədən, quyruq və ayaq hissələri şir, başı və qanad hissələri qartal formasında təsvir olunan əfsanəvi varlıq. Qrifon – qrif sözündən olub yırtıcı quşların, eləcə də qartalın, şahinin yunanca səsləndirilməsidir. Bir çox qədim xalqlar qartalı Günəş və Səma Tanrısının rəmzi kimi qəbul ediblər. Yunanlar bu rəmzi quşu "qor", qədim misirlilər "xar", "qar" və yaxud "xeru" adlandırırdılar. Bu da ərəblərin "huru" (hürü) sözünün eynidir. Qədim Babilistanda yarı-qrif, yarı-insan olan əfsanəvi varlığa "karibu" deyirdilər. Yəhudilərə isə bu söz təhrif olunmuş "xuruvim" formasında keçmişdir. Qrifon-Qədim şərqdə, eləcə də Misir, Mesopotomiya, Şumer, Manna və başqa dövlətlərin mifologiyasında işlənirdi. Memarlığa təsir etmişdi. Tarixi mənbələrdə qrifonla bağlı bir çox məlumatlar vardır.
Ayfon
iPhone — Apple şirkətinin istehsal etdiyi telefon. Cihaz internetə daxil ola bilir, musiqi və videoları səsləndirə bilir, təqvim və kameraya sahibdir və mətn mesajları göndərə bilir. Multitouch funksiyası ilə onu bir və ya iki barmağı ekrana toxundurmaqla istifadə etmək mümkündür. iPhone 3GS və sonrakı modellər iOS 5.1.1 sistemi ilə satışa çıxarılıb və daha sonra iOS 6 yenilənməsi aktivləşdirilib, yalnız iPhone 4 və sonrakı modellər iOS 7 ilə çalışmaqdadır. == Tarixçə == Orijinal birinci nəsil iPhone-un arxası qara plastik vurğulu alüminiumdan hazırlandı. İPhone 3G və 3GS, GSM siqnalının gücünü artırmaq üçün tam plastik bir arxaya malikdir. IPhone 3G, 8 GB qara modeldə və ya 16 GB model üçün qara və ya ağ bir seçimdə mövcud idi. IPhone 3GS, saxlama qabiliyyətindən asılı olmayaraq hər iki rəngdə mövcud idi. iPhone 4-də antena kimi xidmət edən paslanmayan poladdan kənar bir alüminosilikat şüşə var. Əvvəlcə qara rəngdə idi; ağ versiyası açıqlandı, lakin 10 ay sonra 2011-ci ilin aprelinə qədər yayımlanmadı.
Nikon
Nikon Korporasiyası (株式会社ニコンKabushiki-gaisha Nikon ) (həmçinin Nikon və Nikon Corp. kimi tanınır) optik avadanlıq və kamera cihazları üzrə ixtisaslaşmış Yaponiyada yerləşən çoxmillətli şirkətdir . Xüsusilə kameraları ilə dünyada tanınan şirkətin digər məhsulları arasında durbin, mikroskop, optik ölçü cihazları və yarımkeçirici istehsalında istifadə olunan dəqiq emal cihazları var. İlk dəfə 1917-ci ildə Nippon Kōgaku (日本光学: "Yaponiya Optik Şirkəti") adı ilə qurulan şirkət ilk dəfə 1946-cı ildə istehsalına başladığı fotoaparat obyektivlərində Nikon markasından istifadə etdi. Fotoqrafiya sənayesindəki uğurlarının nəticəsi olaraq, şirkət 1988-ci ildə Nikon Corporation adını aldı və bu gün Mitsubishi Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərir. == Tarix == Nikon 1917-ci ildə üç böyük yapon optik istehsalçısının bir araya gəlməsi ilə qurulub. Bu gün Nikon təxminən 17.000 işçisi ilə fəaliyyətini davam etdirir.