Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Timati
Timur Eldaroviç Yunusov, Timati (rus. Тимати; 15 avqust 1983, Moskva) — rus hip-hop sənətçisi, prodüser, aktyor və biznesmendir. YUNESKO-nun dəstəyi ilə Moskva Beynəlxalq Fondunun Qəyyumlar Şurasının üzvüdür. 15 avqust 1983-cü ildə Moskvada anadan olub. Valideynləri - atası İldar Vaxitoviç Yunusov (1960-cı il təvəllüdlü) - iş adamı; anası Simon Yakovlevna Yunusova (1959-cu il təvəllüdlü). Tatar və yəhudi köklərinə malikdir. Sənətkarın özü, "Moskovskiy Komsomolets" qəzetinə verdiyi müsahibədə: "Çox varlı valideynlərim var" deyərək dedi: "Atam məni elə bir şəkildə böyütdü ki, özüm hər şeyə nail olum." 1998-ci ildə 14-15 yaşlarında Timati (daha sonra Timotey) "VIP77" qrupunu təsis etdi. 2000-ci ildə Decl üçün MS kimi çalışdı. A. Puşkin adına Dövlət Muzeyində gənc sənətşünaslar klubunu bitirib. 2004-cü ildə "Ulduz Fabriki 4" layihəsində iştirak etmişdir.
Nikoletta Tinti
Nikoletta Tinti (22 may 1979) — İtaliyanı təmsil edən bədii gimnast. Nikoletta Tinti İtaliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Minato
Minato — Tokionun xüsusi rayonlarından biri. Əhalisi 261 618 nəfərdir (2020).
Pinaki
Pinaki (fr. Pinaki) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Nukutavake atolundan 10 km cənub-qərbdə yerləşir. Adanın sahəsi 1,3 km²-dir. Daxilində böyük laqun vardır. İnzibati baxımından Nukutavake kommunasına daxildir. Ada 1767-ci ildə ingilis Samuel Vallis tərəfindən kəşf edilir. Digər adı — Nqanati. 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Tanami
Tamani (ing. Tanami) — Avstraliyanın şimalında yerləşən daşlı-qumlu səhra. Sahəsi 292 194 km² təşkil edir. Səhra XX əsrə qədər avropalılar tərəfindən az öyrənilmişdir. Tamani səhrası Şimal ərazisi və Qərbi Avstraliya ərazilərini əhatə edir. Səhradan şimal-şərqdə Alis-Sprinqs şəhəri, qərbdə isə Böyük Qumlu səhra yerləşir. Avstraliyanın mərkəz səhralarına xas iqlimə və relyefə malikdir. Əsasən Triodia cinsinə aid bitkilər geniş yayılmışdır. Dyunlara, qum düzənliklərinə, duz göllərinə və quruyan bataqlıqlara rast gəlinir. İqlimi yarımsəhradır.
Tianeti
Tianeti (gürc. თიანეთი) — Gürcüstanda Msxeta-Mtianeti ölkəsində şəhər, özü ilə yanaşı daha bir şəhəri və 43 kəndi birləşdirən Tianeti bələdiyyə rayonunun inzibati mərkəzi. Tbilisidən 79 km şimalda, Qabırrıçayın mənbəyinə yaxın yerdə, çayın sağ sahilində yerləşir. 1960-cı ildənn şəhər statusuna malikdir. Yaxınlığında XI əsrə aid saray qalıqları var.
Tirari
Tirari (ing. Tirari) — Cənubi Avstraliya ərazisində yerləşən səhra. Səhranın sahəsi 15 250 km² təşkil edir. Səhra ərazisinin bir hissəsi Eyr gölü Milli Parkına daxildir. Tirari səhrasının şimalında Simpson səhrası, şərqdən isə Stşeleski səhrası, şimal-şərqdən isə Sturt Stony ilə əhatələnir.
Vanati
Mığırlı - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. Zakir Məhərrəmov — Texnika elmləri namizədi, AzTU-nun “Tətbiqi informatika” kafedrasının dosenti.
Çinari
Çinari — Berd rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Tovuz rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar.
Timoti
Timoti — ad. Timoti Dalton — Böyük Britaniya aktyoru Timoti Makvey — Timoti Şuttlevort — Böyük Britaniyalı üzgüçü. Timoti Vinter — Yamaykalı üzgüçü. Timoti Van — Birləşmiş Ştatları təmsil edən stolüstü tennisçi.
Freya Tinqli
Freya Tinqli (ing. Freya Tingley; 26 mart 1994, Pert) — Avstraliya aktrisası.
Hinata Miyazava
Hinata Miyazava (d. 28 noyabr 1999) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Kiçik tinamu
Kiçik tinamu (lat. Crypturellus soui) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Tinli
Tinli (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Tinli (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.
Tivat
Tivat (mont. Тиват/Tivat) - Monteneqroda şəhər. Vrmaç yarımadasında yerləşir. Əhalisi 9.467 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Kəkilli tinamu
Kəkilli tinamu (lat. Eudromia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinə aid heyvan cinsi.
Manati balaenurus
Dəniz inəkyi (lat. Hydrodamalis gigas) — dyoqonlar fəsiləsinin dəniz inəkləri cinsinə aid heyvan növü. Dəniz inəkləri ilk dəfə 1741-ci ildə Vitus Berinqin ekspedisiyası zamanı aşkarlanmışdır. Adı ekspedisiyanın həkimi və bu canlı haqqında ilk ətraflı məlumat verən Georq Stellerin şərəfinə adlandırılmışdır. Steller inəyi ancaq Komandor adaları sahilində aşkarlanmış və digər ərazilərdə müşahidə edilməmişdir. Bununla belə, bir çox paleontoloqlar onların arealının daha geniş əraziyə malik olduğunu ehtimal edirlər. Ləzzətli ətə sahib olması bu canlıların kütləvi ovuna səbəb olmuşdur. Artıq 1768-ci ildə dəniz inəklərinin nəsli tamamən kəsilmişdir. Steller inəkləri nəhəng ölçülərə malik olmuşlar. Onlar ölçülərinə görə dəniz məməliləri arasında yalnız balinakimilərdən və ən yaxın qohumu hesab edilən Hidrodamalis Kuestadan(ehtimal ki, bu canlılar 10 metr uzunluğa və 10 ton çəkiyə malik olmuşlar) geri qalırdı.
Massimo Donati
Massimo Donati (it. Massimo Donati; 26 mart 1981, Cedellano, Udine, Friuli Venezia Giulia) — İtaliyalı keçmiş futbolçu, hal-hazırda məşqçi işləyir. Mövqeyi Yarımmüdafiəçi olub. O hal hazırda, İtaliya D seriyasında "Leqnaqo Salus" klubunun baş məşqçisidir. == Karyera == Massimo "Atalanta" klubunun yetirməsidir. 3 il Berqamo klubunda oynadıqdan sonra gənc yarımmüdafiəçi 15 milyon avroya "Milan"a transfer edilir. O zaman Donati İtaliyanın ən perspektivli gənc futbolçularından biri sayılırdı. Massimo 2001-ci ildə "Milan"a qatılır. Futbolçu Milan klubundakı ilk mövsumundə yaxşı təsir bağışlamır. Gənc Massimonun ehtiyat oyunçular skamyasında oturub oyun praktikasından əziyyət çəkməməsi üçün Milan rəhbərliyi futbolçunu icarəyə göndərməyə qərar verir.
Nəcib Miqati
Nəcib Əzmi Miqati (ərəb. نجيب عزمي ميقاتي‎; 24 noyabr 1955, Tərabülüs əş-Şam) — livanlı siyasətçi, 2005-ci ildə, 2011–2014-cü illərdə və 2021-ci ildən Livanın baş naziri.
Pseudophoxinus firati
Pseudophoxinus firati (lat. Pseudophoxinus firati) — Çəkilər fəsiləsinin külmə cinsinə aid balıq növü.
Qarapapaq tinamu
Qarapapaq tinamu (lat. Crypturellus atrocapillus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Quyruqsuz tinamu
Quyruqsuz tinamu (lat. Nothura) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinə aid heyvan cinsi.
Qırmızıayaq tinamu
Qırmızıayaq tinamu (lat. Crypturellus erythropus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Qırmızıqanad tinamu
Qırmızıqanad tinamu (lat. Rhynchotus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinə aid heyvan cinsi.
Qəhvəyi tinamu
Qəhvəyi tinamu (lat. Crypturellus obsoletus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Xınalı
Xınalı — Azərbaycan Respublikasının Goranboy rayonunun Xınalı kənd inzibati ərazi dairəsində kənd. Xınalı kəndi Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsini vaxtilə indiki Tovuz r-nundakı Zəyəm çayı boyunca yerləşən Xınna dərəsi adlı ərazidəki kəndlərdən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 931 nəfər əhali yaşayır. Seymur Aydın oğlu Musayev — Ürək-damar cərrahı, tibb elmləri namizədi.
Dəniz minası
Dəniz minası - dənizdə istifadə üçün nəzərdə tutulmuş silahdır. Gəmilərin, sualtı qayıqların və digər obyektlərin partladılması üçün nəzərdə tutulmuşdur.
Etalon sınağı
Etalon sınağı – proqram və ya aparat təminatının məhsuldarlığını ölçmək üçün tətbiq olunan testlər kateqoriyasıdır. Aparaturanın etalon sınağı zamanı, avadanlığın hansısa parametrini (məsələn, sürətini) yoxlayan proqramlardan istifadə olunur. Proqram məhsullarının etalon sınağı, konkret məsələnin həlli zamanı proqramın səmərəliliyini, düzgünlüyünü və işləmə sürətini müəyyənləşdirməyə imkan verir. Sınaqdan keçirilən bütün proqramlar üçün eyni verilənlərdən istifadə edilir ki, nəticədə alınmış göstəriciləri müqayisə etmək və hansı proqramın hansı parametrə görə üstün olduğunu müəyyənləşdirmək mümkün olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Fletayron binası
Flatiron Building (ing. Flatiron Building; Fletayron Bildinq kimi tələffüz olunur, hərfi tərcümədə "ütü bina" deməkdir) – Nyu-York şəhərinin Manhetten borosunun Brodvey, Beşinci Avenyu və 23-cü küçənin şərqinin birləşdiyi ərazidə yerləşən 22 mərtəbəli bina. Formasına görə ütüyə bənzəməsi binanın belə adlanmasına səbəb olmuşdur. Bundan başqa, göydələnin şərəfinə yerləşdiyi kvartal da adlanmışdır. 1966-cı ildə bina şəhərin orientiri kimi qəbul edimiş, 1989-cu ildə ABŞ-nin Milli Tarixi Abidələr siyahısına daxil edilmişdir. Hazırda Fletayron-bildinq Nyu-Yorkun simvollarından birinə çevrilmişdir. == Yerləşməsi == Fletayron binasının yerləşdiyi indiki ərazi 1857-ci ildə amerikalı kapitalist Amos Eno tərəfindən alınmışdır. O, 1859-cu ildə burada ərazinin əksi istiqamətində Beşinci Avenyu mehmanxanasını tikdirmişdir. 1880-ci ildə Eno Sen-Jermen mehmanxanasını sökdürərək orada 7 mərtəbəli çoxotaqlı Kamberlend evini və kommersiya məqsədilə daha 4 ədəd üçmərtəbəli bina tikdirtdirmişdir. Burada müxtəlif vaxtlarda stomatologiya və corab mağazaları fəaliyyət göstərmişdi.
Jerebsovun binası
Jetebsovun binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 301 qərar 18 noyabr 1992-ci ildə qəbul olunmuşdur. Bina Mixail İliç Jerebsova mənsub olmuşdur. Adres: Taqanroq ş, Frunze küçəsi, 70. == Tarixi == İki mərtəbəli villa, Jerebsovun evi XIX əsrin ikinci yarısında inşa edilmişdir. Bina 1860-cı illərdə oldenburqlu və fransız agent olan Aleksandr Federoviç Qemerleyə mənsub olmuşdur. 1970-ci illərdə Şimali Alman İttifaqının konsulu binada xidmət etmişdir. 1872-ci ildə şəhərdə icra hakimiyyəti təsis edilərkən Qermele bu tərkibə daxil edilir. 1880-ci illərdə bina torpaq sahibi, 1-ci gildiya taciri fəxri şəhər sakini M. İ. Jerebsov almışdır.
Kamennovun binası
Kammenovun binası - Taqanroq şəhərinin mərkəzində, XIX əsrin ortalarında inşa edilən iki mərtəbəli bina. Kamennovun binası Taqanroq şəhəri İtalyanski xiyabanı, ev 27 ünvanında yerləşir. Bina 1850-ci ildə klassizm stilində inşa edilmişdir. Kamennovun binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Taqanroqda yerləşən Kamennovun binası ilk əvvəllər gəlirli bina kimi inşa edilmişdir. Bina 1850-ci ildə tacir A. A. Monetinin şəxsi vəsaiti hesabına inşa edilmişdir. 1880-ci ildə isə bina Mixail Petroviç Kamennovun mülkiyyətinə çevrilir. Moneti adı Taqanroq tarixinə yunan emiqrant yetimlərinin adı ilə bağlıdır. Digəri isə Krım müharibəsi dönəmində şəhərə desant çıxarılması ilə əlaqədardır. Bu zaman şəhərdə güçlü yanğın olmuşdur.
Kobılin binası
Kobılin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 301 qərar 18 noyabr 1992-ci ildə qəbul olunmuşdur. Adres: Taqanroq ş, Petrovskaya küçəsi, 49. == Tarixi == 1859-cu ilinavqust ayında Taqanroq tikinti komitəsinə 1-ci gildiya taciri İvan Kobılin tərəfindən Petrovski küçəsində ev inşa etdirməsi məqsədilə ərizə təqdim edilmişdir. Ərizəyə müsbət cavab edildikdən sonra burada yerləşən anbar sökülmüş və yerində iki mərtəbəli bina inşa edilmişdir. Binanın fasadı düzbucaqlı kolonnalarla dörd seksiyaya bölünmüşdür. Hər seksiyada dörd pəncərədə vardır. Tikintinin bitməsindən sonra birinci mərtəbədə mağazalar yerləşirdi. İkinci mərtəbə isə Vasili Vorovoy tərəfindən "London" mehmanxanası kimi istifadə edilirdi.
Koqbetlievin binası
Koqbetlievin gəlirli binası - Rostov-na-Donu şəhərinin ərazisində, Svoboda meydanında yerləşən bina. Bina 1912-cı ildə inşa edilmişdir. Koqbetlievin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Ünvan: Rostov-na-Donu ş. Svoboda meydanı, 8. == Tarixi == XIХ əsrin sonları ХХ əsrin əvvəllərində arxitektor Nikolay Nikitiç Durbax Rostov-na-Donu, Azov və Mariupol şəhərlərinfə ysşayış binaları inşa etmişdi. Elə bu illərdə şəhərdə Koqbetlievlər yaşayırdı. Koqbetlievlər Naxçıvan-na-Donu şəhərində tanınmış ailələrdən idilər. Adrias Koqbetliev qohumları Yekaterina meydanında, I Qeorqievski küçəsi, 18-ci xəttdə evlərə sahibbidilər. Onların böyük əksəriyyəti teatr sənətinə maraq göstərirdilər.
Kostanaevin binası
Kostanaevin binası - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnya küçəsi ev 66/37 yerləşən bina. Bina XIX əsrin sonlarında inşa edilmişdir. Kostanaevin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Kostanaevin binası Bolşoy Sadovnya küçəsinin bir künçündə qəralaşır. Bina bəzi mənbələrdə А. А. Leonidovun binası olaraq keçərlidir. Binanın dəqiq inşa tarixi məlum deyildir. Ancaq quruluşu və tikilmə texnikası baxımından onun XIX əsrin dördüncü yarımında inşa edilməsi ehtimal edilir. Bu tip binalar Rostov üçün xarakterikdir. Binanın birinci mərtəbələri bir qayda olaraq ticarət mərkəzləri, ikinci mərtəbələrində isə yaşayış mənzilləri yerləşir. Bu tip xüsusiyyətlər bu binada da vardır.
Krasnuşkinin binası
Krasnuşkinin binası - Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. Krasnuşkinin binası Taqanroq şəhəri Petrovskaya küçəsi, ev 37 ünvanında yerləşir. Bina 1871-ci ildə inşa edilmişdir. Krasnuşkinin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Krasnuşkinin binası 1871-ci ildə inşa edilmişdir. 1871-ci ildən burada «Peterburq manifaktura şirkətinə» aid kişi və qadın köynəkləri, dəsmallar, donlar, pambıq parçalar və digər tikiş məlulatları satılan mağaza mövcud olmuşdur. 1911-ci ildə bu binanın birinci mərtəbəsində Dansiqerə məxsus olan paltarları yumaq üçün sex mövcud olmuşdur. 1926-ci ildə binanın yarısında düymə və d. əşyaların satış şöbəsi yerləşirdi. 1928-ci ildən komission mağazası, 1931-ci ildən isə univeral mağaza yerləşməyə başlamışdır.
Kraysler binası
Kraysler Binası (ing. Chrysler Building) — Nyu-York şəhərində yerləşən, Art-Deko tərzində göydələn. Manhettenın şərq tərəfindəki Turtle Bay bölgəsində yerləşən bina, 42-ci prospekt ilə Leksinqton prospektinin kəsişdiyi nöqtədədir. 319 metr yüksəkliyində olan göydələn, açılışından 11 ay sonra tamamlanan Empayr Steyt Bildinq onu keçənə qədər, dünyanın ən yüksək binası ünvanına sahib idi. 1973-cü ildə Dünya Ticarət Mərkəzinin inşası ilə Nyu-Yorkdakı üçüncü ən yüksək bina olan Chrysler Binası, 11 sentyabr hücumları zamanı Dünya Ticarət Mərkəzinin dağılmasından sonra yenidən şəhərdəki ikinci ən yüksək bina oldu. 2007-ci ilin dekabr ayında Bank of America binasının hündürlüyü əlavə edilmiş antenası ilə 365.8 metr olduqdan sonra, Kraysler yenidən şəhərin üçüncü ən hündür binası oldu. 2007-ci ildə açılan New York Times Binası isə Kraysler Binası ilə eyni hündürlüyə malikdir. Art-Deko memarlıq sahəsində klassikləşmiş nümunələrdən biri olaraq göstərilən Kraysler Binası, bir çox müasir memar tərəfindən Nyu-Yorkdakı ən gözəl bina hesab olunur. 2007-ci ildə Amerikanın AİA tərəfindən nəşr olunan "Ən sevimli memarlıq siyahıları" adlı siyahıda doqquzuncu yeri tutdu. Bu göydələnin bir hissəsi 1930-cu ildən 1950-ci illərin ortalarına qədər Kraysler şirkətinin ofisləri olaraq istifadə olunsa da, şirkətin binanın tikilməsində heç bir rolu olmayıb.
Lakierovların binası
Lakierovların binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina tarixi və mədəni bina olaraq yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina İvan Alekseyeviç Varvasinin mülkiyyətində olmuşdur. Bina 1830-cu illərdə inşa edilmişdir. Bina Qreçeskaya 42 ünvanında yerləşir. Bina klassizm stilinə stilinə sahibdir == Tarixi == XIX əarin əvvəllərindı inşa edilən bina kərpiç stilinə malik olmuşdur. Bina İvan Alekseyeviç Varvasinin mülkiyyətində idi. I Aleksadrın Taqanroqu ziyarəti zamanı burafa at tövləsi vardı. Onlar şəhər vəsaiti hesabına inşa edilmişdir. Burada kazaklata aid leyb qvardiya yerləşirdi. Bu binanın sahibləri baxımından zəngin tarixi vardı.