Tamani (ing. Tanami) — Avstraliyanın şimalında yerləşən daşlı-qumlu səhra. Sahəsi 292 194 km²[1][2] təşkil edir. Səhra XX əsrə qədər avropalılar tərəfindən az öyrənilmişdir.
Tanami | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 367 m |
Sahəsi | 292,194 km² |
Yerləşməsi | |
20°00′00″ c. e. 130°00′00″ ş. u.HGYO | |
Ölkə | Avstraliya |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tamani səhrası Şimal ərazisi və Qərbi Avstraliya ərazilərini əhatə edir. Səhradan şimal-şərqdə Alis-Sprinqs şəhəri, qərbdə isə Böyük Qumlu səhra yerləşir.
Avstraliyanın mərkəz səhralarına xas iqlimə və relyefə malikdir. Əsasən Triodia[3] cinsinə aid bitkilər geniş yayılmışdır. Dyunlara, qum düzənliklərinə, duz göllərinə və quruyan bataqlıqlara rast gəlinir. İqlimi yarımsəhradır. Yağıntının 75—80 % yay ayları (oktyabr-mart)[4] düşür. İl ərzində yağıntının miqdarı 429,7 mm təşkil edir. Bu isə səhra üçün böyük rəqəmdir. Güçlü buxarlanma sayəsində yağıntı yoxa çıxır. Hətta 7,6 mm buxarlanma yüksək olur. Yay ayları temperatur 36—38 °C, gecə isə — 20—22 °C[5] təşkil edir. Qışda 25 °C, gecə 10 °C.
2007-ci ilin aprelində dəhra ərazisində Şimali Tamani aborigenlərinin qorunan ərazisi (ing. Indigenous Protected Area Northern Tanami) elan edilmişdir. Buranın sahəsi 4 milyon ha təşkil edir[6]. Burada səhra fauna və florasının böyük qismi yaşayır.
Səhraya ilk araşdıran avropalı Cefri Rayan (ing. Geoff Ryan) olmuşdur. O, səhranı 1856[7]-cı ildə tətqiq etmişdir. Səhraya ilk ayaq basan avropalı isə Allan Davidson (ing. Allan Davidson) olur özünün 1900-cu ildəki ekpedisiyası zamanı xəritəyə Qızıl yataqlarının yerini belə salmışdır[8].
Bölgədə əsasən yeri aborigenlər yaşayır. Onlar arasında Varlpiri (ing. Warlpiri) və Gurindji (ing. Gurindji) qəbilələri üstünlük təşkil edir. Nisbətən iyi yaşayış məntəqələri: Tennant Krik (ing. Tennant Creek) və Vauçoup (ing. Wauchope).
Səhradan qızıl hazil edilir. Son zamanlar isə turizm inkişaf etdirilir.