Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tomb Raider
Tomb Raider və ya Lara Croft: Tomb Raider — İngilis oyun şirkəti Core Design şirkəti tərəfindən yaradılan bir döyüş-macəra videooyun seriyasıdır.
Tomb Raider: Lara Kroft
Lara Kroft (ing. Tomb Raider) — 2013-cü ildə satışa çıxarılan "Tomb Raider" video oyunu əsasında çəkilmiş Böyük Britaniya və ABŞ döyüş-macəra filmi. Roar Uthauqun rejissorluğu, Evan Doqerti, Ceneva Robertson-Duoret və Alaster Siddonsun ssenaristliyi ilə "Crystal Dynamics" tərəfindən çəkilən filmin baş rollarında Alisiya Vikander, Dominik Uest, Kristin Skott Tomas, Deniel Vu və Volton Qoqqins var. Başlıca fotoqrafiya 2017-ci ilin yanvar ayından iyun ayına qədər Böyük Britaniyadakı "Warner Bros." studiyasında, daha sonra isə Cənubi Afrika Respublikasının Keyptaun şəhərində davam etmişdir. Distrübüterliyini "Paramount Pictures" şirkətinin etmədiyi ilk "Tomb Raider" filmi ilk dəfə 14 mart 2018-ci ildə Böyük Britaniyada, 15 mart 2018-ci ildə Azərbaycanda, 16 mart 2018-ci ildə isə ABŞ-də ekranlaşdırılmışdır. Film ümumi olaraq, 273 milyon ABŞ dolları qazanmışdır. Film tənqidçilər tərəfindən qarışıq rəylər almışdır. Bəziləri filmin ssenarisini tənqid etmiş, bəziləri isə filmin franşizanın mövzusuna sadiq qalması və Vikanderin aktrisalığını tərifləmişdir. Lara Kroftun xarakterləşdirilməsi polyarlaşdırılmış cavab almışdır. Bəziləri onu "bacarıqlı, güclü və obyektivləşdirilməmiş qəhrəman", bəziləri isə onu "ancaq döyülən və tamaşaçı" adlandırmışdır.
Tomb Raider (2013 videooyun)
Tomb Raider — Crystal Dynamics tərəfindən hazırlanmış və Square Enix tərəfindən nəşr olunan bir döyüş-macəra videooyundur. Tomb Raider seriyanın onuncu oyunudur və Lara Kroftun hekayəsinin başlanğıcını ələ alır.
Tomb Raider (videooyun, 2013)
Tomb Raider — Crystal Dynamics tərəfindən hazırlanmış və Square Enix tərəfindən nəşr olunan bir döyüş-macəra videooyundur. Tomb Raider seriyanın onuncu oyunudur və Lara Kroftun hekayəsinin başlanğıcını ələ alır.
Rise of the Tomb Raider
Rise of the Tomb Raider — Crystal Dynamics tərəfindən hazırlanmış döyüş-macəra videooyunudur. Bu, 2013-cü ilin videooyununun davamı, Tomb Raider seriyasındakı on birinci oyundur. Hekayə Lara Kroftun əfsanəvi Kitezh şəhərini tapmaq üçün Sibirə getməyini və şəhərin ölümsüzlük vədini ortaya çıxartmaq niyyətində olan Trinity hərbi təşkilatı ilə mübarizə aparmağını ələ alır.
Shadow of the Tomb Raider
Shadow of the Tomb Raider — Eidos Montréal tərəfindən hazırlanan və Square Enix tərəfindən nəşr olunan bir döyüş-macəra videooyunudur. Bu 2015-ci il istehsalı olan Rise of Tomb Raiderin hekayəsini davam etdirir və Tomb Raider seriyasındakı on ikinci əsas oyundur.
Tomb Raider (2013 video oyun)
Tomb Raider: Lara Kroft (film, 2018)
Lara Kroft (ing. Tomb Raider) — 2013-cü ildə satışa çıxarılan "Tomb Raider" video oyunu əsasında çəkilmiş Böyük Britaniya və ABŞ döyüş-macəra filmi. Roar Uthauqun rejissorluğu, Evan Doqerti, Ceneva Robertson-Duoret və Alaster Siddonsun ssenaristliyi ilə "Crystal Dynamics" tərəfindən çəkilən filmin baş rollarında Alisiya Vikander, Dominik Uest, Kristin Skott Tomas, Deniel Vu və Volton Qoqqins var. Başlıca fotoqrafiya 2017-ci ilin yanvar ayından iyun ayına qədər Böyük Britaniyadakı "Warner Bros." studiyasında, daha sonra isə Cənubi Afrika Respublikasının Keyptaun şəhərində davam etmişdir. Distrübüterliyini "Paramount Pictures" şirkətinin etmədiyi ilk "Tomb Raider" filmi ilk dəfə 14 mart 2018-ci ildə Böyük Britaniyada, 15 mart 2018-ci ildə Azərbaycanda, 16 mart 2018-ci ildə isə ABŞ-də ekranlaşdırılmışdır. Film ümumi olaraq, 273 milyon ABŞ dolları qazanmışdır. Film tənqidçilər tərəfindən qarışıq rəylər almışdır. Bəziləri filmin ssenarisini tənqid etmiş, bəziləri isə filmin franşizanın mövzusuna sadiq qalması və Vikanderin aktrisalığını tərifləmişdir. Lara Kroftun xarakterləşdirilməsi polyarlaşdırılmış cavab almışdır. Bəziləri onu "bacarıqlı, güclü və obyektivləşdirilməmiş qəhrəman", bəziləri isə onu "ancaq döyülən və tamaşaçı" adlandırmışdır.
Achyrocline tombadorensis
Achyrocline tombadorensis (lat. Achyrocline tombadorensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin achyrocline cinsinə aid bitki növü.
Tombolo
Tombolo (relyef) — materiki ada ilə birləşdirən ensiz, dəniz səviyyəsindən azca hündür olan, qumdan təşkil olunmuş bərzəx. Tombolo (İtaliya) — İtaliyada kommuna.
Tombolo (relyef)
Tombolo— materiki ada ilə birləşdirən ensiz, dəniz səviyyəsindən azca hündür olan, qumdan təşkil olunmuş bərzəxə deyilir. Zəifləmiş dalğanın təsiri ilə qumun bir yerə toplanması nəticəsində meydana gəlir. İlk əvvəllər dalğalar dayazlıq əmələ gətirsə də sonradan ada sahilə birləşir. Bəzən bir adanı iki tombolo sahilə birləşdirir. İki tombolo arasında laqun əmələ gəlir. Bar (relyef) Geology.
Tombston
Tombston - Amerika Birləşmiş Ştatlarının Arizona ştatında yerləşən şəhər.Şəhər şimali amerikada vəhşi qərb anlayışının formalaşdığı yer hesab olunur.Tombstonda tarixən baş vermiş silahlı insidentlər həmin dövrə qədər Amerika Birləşmiş Ştatlarının digər şəhərlərində az-az hallarda baş verirdi.Xüsusən O.K corral rançosunda şeriflə silahlıların qarşıdurması böyük səs küyə səbəb olmuşdu.
Yeni Tombaqoş (Şaran)
Yeni Tombaqoş (başq. Яңы Томбағош, rus. Новотумбагушево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd İçke Tombaqoş kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 8 km, kənd sovetliyindən (İçke Tombaqoş): 1 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 43 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə marilər (93%) üstünlük təşkil edir.
İçke Tombaqoş (Şaran)
İçke Tombaqoş (başq. Иҫке Томбағош, rus. Старотумбагушево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd İçke Tombaqoş kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 7 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 43 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə marilər (90%) üstünlük təşkil edir.
Romb
Romb (yun. ρομβος) — bütün tərəfləri bərabər olan paraleloqramdır. Bütün bucaqları düz bucaq olan romba kvadrat deyilir. Rombun dioqanalları və tərəfi arasındakı əlaqə düsturu: d² + d² = 4a² Diaqonalların uzunluqları fərqlidir; Diaqonallar kəsişmə nöqtəsində yarıya bölünür; Diaqonalları qarşılıqlı perpendikulyardır; Diaqonalı uyğun təpə nöqtələrində yerləşən bucaqların tənbölənidir; Hər bir diaqonalı rombu iki bərabəryanlı üçbucağa ayırır. Bütün tərəfləri bərabərdir. Qarşı tərəfləri bir-birinə paraleldir. Qarşı bucaqları bərabərdir. Birtərəfli bucaqlarının cəmi 180°-dir. D C = a , C B = a , B A = a , A D = a {\displaystyle DC=a,CB=a,BA=a,AD=a\,} olduğundan P=4a. Eyni düstur kvadrat üçün də doğrudur.
TOMA
TOMA (türk. Toplumsal Olaylara Müdahale Aracı) — Kütləvi ixtişaşlara müdaxilə maşını DİN Çevik Polis Alayı və DQ-ın zirehli texnikası sayılan TOMA Respublika ərazisində pozulmuş ictimai əsayişin bərpası zamanı istifadə olunur. Türkiyə, Azərbaycan, Zimbabve, Gürcüstan, Qazaxıstan, Liviya kimi bir çox dövlətlərin təhlükəsizlik qüvvələri bu texnikadan istifadə edirlər. Texnika əsasən kütləni dağıtmaq üçün sudan istifadə edir.Bundan başqa o gözyaşardıcı qazlar və rəngli boyalarıda əsayişi pozanlara qarşı istifadə edə bilir. Texnikanın ön tərəfində yerləşən ton yarından çox buldozer qarşıya çıxacağ hər hansı maneəni ardan qaldırmaq üçün nəzərdə tutulub, 5 ton yükü 5 km/s aradan qaldıra bilir. Toma 20 m məsafəyə bir atıma 20 l su istifadə edə bilir. Texnika özünü yanğından qorumağa malikdir.Hər tərəfi yaxşı görə biləcək müşahidə kameraları ilə əhatələnib.
Tromb
Tromb — (r trombe, ital. tromba — hərfi mənada "boru" deməkdir) — atmosferin burulğanlı, diametri yüz metrədək çatan, çox güclü şaquli hərəkətidir. Tromb quru üzərində ilin isti dövründə tropik kontinental havada, atmosferin termik stratifikasiyası qeyri-sabit olan zaman baş verir. Trombda küləyin sürəti 50–100 m/saniyə olub, yüksək dağıcıdı qüvvəyə malikdir. Tromb ABŞ-də müşahidə edilən tornadoya oxşayır. Metereoloji tromb- atmosferin burulğanlı çox güclü, şaquli hərəkətidir. Tromb qurunun üstündə ilin isti dövründə tropik kontinental, atmosferin stratifikasiyası qeyri-sabit olan zaman baş verir. Tromb kiçik ərazidə (diametri bir neçə 10 metr), iti sürətlə (tromb zamanı küləyin sürəti 50–100 m/san-yə çatır) və eni 100 m-ə qədər zolaqda böyük dağıdıcı qüvvəyə malik olur. Tromb ABŞ-də baş verən tornadoya oxşayır. Onun təkrarlanması son 10–35 ildə 8–10 dəfə artmışdır.
TOML
Tom's Obvious, Minimal Language (TOML) — konfiqurasiya faylları üçün fayl formatı. "Minimal" olmağı hədəfləyən aydın semantika sayəsində oxumağın və yazmağın asan olması nəzərdə tutulur və birmənalı şəkildə lüğətə uyğunlaşdırılmaq üçün nəzərdə tutulmuşdur. Tom Preston-Verner tərəfindən yaradılıb və açıq mənbədir. TOML bir sıra proqram layihələrində istifadə olunur və bir çox proqramlaşdırma dillərində tətbiq edilib. TOML-un sintaksisi key = value cütlərindən, [bölmə adlarından] və # (şərhlər üçün) ibarətdir. Sintaksisi bir qədər .INI fayllarının sintaksisinə bənzəyir, lakin TOML formal spesifikasiyanı ehtiva edir. TOML String, Integer, Float, Boolean, Datetime, Array və Table kimi data növlərini dəstəkləyir.
Tom
Tom — kişi adı. Tom Days — Belçika müğənnisi. Tom Henks — amerikalı aktyor. Tom Cons — Britaniya estrada müğənnisi. Tom Huper — Böyük Britaniya rejissoru. Tom Berencer — amerikalı aktyor. Tom Kenni — ABŞ səs aktyoru. Tom Atkins Tom Atkins (aktyor) — aktyor. Tom Atkins (direktor) — Direktor. Tom Atkins (siyasətçi) — siyasətçi.
Giant Bomb
"Giant Bomb" — ABŞ videooyun veb saytı. Saytda videooyunlar, sənaye xəbərləri haqqında resenziya və rəylər dərc edilir. Həmçinin, saytın tərkibində videooyun mövzularının verilənlər bazası var. "Giant Bomb" keçmiş "GameSpot" redaktorları Ceff Cerstmann və Rayan Devis tərəfindən "Whiskey Media" ilə əməkdaşlıq çərçivəsində təsis edilmişdir. == Tarixi == 28 noyabr 2007-ci ildə Ceff Cerstmann "GameSpot"da redaksiya direktoru vəzifəsindən azad edilmişdir. İşdən çıxarıldıqdan sonra Ceff yeni veb-sayt yaratmaq üçün bir qrup veb-dizaynerlə əməkdaşlıq etməyə başlamışdır. İşdən çıxarıldıqdan dərhal sonra internetdə bunun səbəbinin "Kane & Lynch: Dead Men" videooyununun istehsalçısı "Eidos Interactive"in təzyiqi olması ilə bağlı şayiələr yayılmağa başlamışdır. Odur ki, Ceff oyunu "GameSpot"a yerləşdirdikdən sonra ona mənfi rəy vermişdi, lakin saytın redaktorları və ana şirkət "CNET Networks" bunun onun işdən azad edilməsi ilə əlaqəsi yoxdur. Bu hadisədən sonra bir sıra işçilər şirkəti tərk etmişdir. Rayan Devis 2008-ci ilin fevralında təqaüdə çıxdığını açıqlamışdır.
San Tome
San-Tome (port. São Tomé) — San-Tome və Prinsipi dövlətinin paytaxtı və ən böyük şəhəri. 2008-ci il məlumatına əsasən əhalisi təxminən 56,945 nəfər olmuşdur. Şəhər San Tome adasında yerləşir. 1458-ci ildə portuqallar tərəfindən salınıb və apostol Fomanın şərəfinə adlandırılıb. (São Tomé). Şəhər paytaxt olmaqla yanaşı San-Tome vilayətinin də paytaxtı və Aqua Qrande dairəsinin mərkəzidir.
Svetlana Toma
Svetlana Toma — Aktrisa.
Toma Sankara
Thomas Isidore Noël Sankara (21 dekabr 1949[…], Yako[d], Fransa Qərbi Afrikası[d] – 15 oktyabr 1987[…], Uaqaduqu) — Burkina Fasonun 1983-1987-ci illərdəki dövlət başçısı. Afrikanın Che Guevarası kimi tanınan Sankara 1949-cu ildə o vaxtkı adı ilə Yukari Volta-da dünyaya gəlib. Mərakeş, Fransa, Madaqaskarda zabit kimi təlim keçdikdən sonra 1980-ci ildə polkovnik Saye Zerbonun idarəçiliyindəki hərbi çevrilişə qoşuldu. Hökuməttə dövlət nazirliyini əldə edən Sankara qısa bir müddətdən sonra solçu mövqeyinə görə vəzifədən atıldı. 7 Noyabr 1982-ci ildə Jean-Baptiste Ouédraogonun rəhbərliyi ilə başlayan çevriliş nəticəsində baş nazirlik vəzifəsini əldə edən Sankara May ayında başqa öncül adlarla birgə vəzifəsindən uzaqlaşdırılıb və ev dustağı edilib. Bu kütlələrin hərəkatına səbəb oldu. Blaise Compaoréin Avqust 1983-cü ildə həyata keçirdiyi yeni bir çevrilişlə Sankara dövlət başçılığı vəzifəsinə geri dönmüşdür. Xarizmatik lider olan Tomas Sankara inqilabın inkişafını yalnız şəxsi nümunədə görürdü. Prezident ordu kapitanı olaraq bu vəzifədən qazandığı əmək haqqı ilə — ayda 450 dollar ilə dolanırdı. Prezidentlikdən aldığı 2000 dollar məbləğində pulu isə kimsəsizlər fonduna bağışlayırdı.
Toma pendiri
Toma (İtalyan Toma) və ya Toma Piemontese (it. Toma Piemontese) — Pyemont və Valle d'Aosta bölgəsində istehsal olunan inək südündən hazırlanmış yumşaq və ya yarı bərk pendirdir. Toma Piemontese DOP adı Piedmont bölgəsinin ərazilərində — Novara, Vercelli, Biella, Turin, Kuneo, Verbano və Verbano Kuzio Ossola və Alessandriya Asti əyalətinin digər şəhərlərində istehsal olunan pendirlərə verilir.. Toma pendirinin uzun bir tarixi var, onun Pyemontda istehsalı ən azı XI əsr əsrdən bəri məlumdur. Çox ədviyyatlı və duzlu olduğuna görə kəndlilərin yeməyi hesab olunurdu. Pendir 1993-cü ildə DOP, 1996-cı ildə isə Avropa Birliyinin PDO statusunu aldı.. Pendir süddən iki üsulla hazırlanır, südün yağı yıgılırsa az yağlı 20% azaldılmış yağlı pendir, tam süddən istifadə edilərsə, 40% yağlı pendir hazırlanır. Pendirin dadı, rəngi, aromatı onun tərkibindəki südün yağlılığından fərqlənir. DOP kateqoriyalı pendirlərin yetişmə müddəti 20–45 gündür. Hazırlanma zamanı pendirlər müntəzəm olaraq şoran suda yuyulur və çevrilir.
Toma Çorba
Toma Feodosyeviç Çorba ( mold. Toma Ciorbă; 15 yanvar 1864, Kişinyov, Bessarabiya quberniyası[d] – 30 dekabr 1936) — Bessarabiya həkimi, ictimai səhiyyə təşkilatçısı və ictimai xadim. Toma (Foma Feodosyeviç) Çorba 1864-cü ildə Kişinyov şəhərində anadan olub. Kişinyov kişi gimnaziyasında təhsil almışdır. 1893-1896-cı illərdə Kişinyovda sanitariya həkimi vəzifəsində işləmiş, 1893-1903-cü illərdə isə rayon xəstəxanasının psixiatriya şöbəsində çalışmışdır. 1896-cı ildə bir yoluxucu xəstəliklər xəstəxanasını qurdu, burada 1932-ci ilə qədər baş həkimi vəzifəsini icra etdi. Çorba, 1896-1935-ci illərdə təsis etdiyi xəstəxananın binasında yaşayırdı. 1903-cü ildə Kişinyov talanından sonra sanitariya doktoru M. Frenkel ilə birlikdə şəhərin yəhudi qəbiristanlığında öldürülənlərin cəsədlərini və şəhərin yəhudi xəstəxanasında yaralananları yoxladı və sənədləşdirdi . Rus-Yapon müharibəsinin başlanmasından sonra, Qırmızı Xaçın yerli şöbəsinin üzvləri tərəfindən qərara alındı ki, Çorba bir il yarım işlədiyi Uzaq Şərqdə bərpa olunan Bessarabiya hərbi qospitalını idarə etsin. Toma Çorba Bessarabiya şəhərində məcburi olaraq təbii çiçəyə qarşı peyvənd və difteriyaya qarşı isə seroterapiya tətbiq etdi.
Tomi Versetti
Tomas Versetti (1951, Liberti Siti) — Grand Theft Auto: Vice City adlı oyundakı xəyali obraz. Tomas Versetti 1951-ci ildə Liberti Sitidə italyan əsilli ailənin oğlu olaraq dünyaya gəlmişdir. 1971-ci ildə Sonny Forelli tərəfindən Harvudda bir adamı öldürmək tapşırığı verildi. Tommi bütün planları qurub adamı öldürmək üçün Harvuda gedəndə birdən çox adamın onu gözlədiyini görüb və böyük münaqişə baş verib. Baş verən münaqişədə 11 nəfəri öldürən Tommi, Harvud qəssabı ləqəbi ilə həbsxanaya girdi. Tommi həbsdə olarkən Sonni rəqiblərinin çoxundan qurtula bildi. 1986-cı ildə Tommi həbsdən azad edildi. Sonny Forelli bilirdi ki, uzun müddət keçsə də, Tommi Versetti hələ də unudulmayıb. Tommi Versettinin Liberti Sitidə olması Forelli ailəsinə zərər verəcəkdi. Sonni Forellinin tapşırığı ilə Tommi Vans qardaşları ilə vacib bir narkotik mübadiləsi aparmaq üçün iki Forelli qanqsteri, Harri, Li və vəkil Ken Rosenberg ilə Vaysport Botyarda getdi.
Cherry Bomb
Cherry Bomb — amerikalı repçi Tyler, the Creator-un üçüncü studiya albomu. 13 aprel 2015-ci ildə Odd Future Records tərəfindən buraxılıb.
TMB TV
TMB TV Naim Burak Elçi tərəfindən 2009-cu ilin dekabrında qurulan, türk ölkələrinin musiqilərini yayımlayan telekanaldır. 2011-ci ildə bağlansada, təkrar 15 sentyabr 2011-ci il tarixində açıldı. "TMB RU" adlı qardaş kanalı var. 2012-ci ilin yanvar ayında Bakıda nümayəndəliyi açılıb.
Tom (çay)
Tom - Qərbi Sibirdə çay. Ob çayının sağ qoludur və su yığılma dərəcəsinə görə İrtışdan sonra ikincidir.
Tom Araya
Tomas Enrike Araya Dias (isp. Tomás "Tom" Enrique Araya Díaz; d. 6 iyun 1961, Vinya-del-Mar) — treş metal qrupu olan Slayer-in Çili əsilli amerikalı vokalçısı və bas gitaraçısı. Araya Hit Parader-in "Tarixin ən yaxşı 100 metal vokalçısı" siyahısında 58-ci yerdə qərarlaşmışdır. Araya 1980-ci illərin əvvəllərində terapevt işləmiş və əldə etdiyi gəlirlə Slayer-in debüt albomu olan Show No Mercy albomunu maliyyələşdirmişdir. Arayanın yazdığı mahnı sözlərinin əsas hissəsi özünün də maraqlandığı seriyalı qatillər haqqındadır. Onun ilk söz yazarlığı töhfəsi 1985-ci ildə işıq üzü görmüş Hell Awaits albomundan vampir mövzulu "At Dawn They Sleep" mahnısıdır.
Tom Atkins
Tom Atkins (aktyor) — aktyor. Tom Atkins (direktor) — Direktor. Tom Atkins (siyasətçi) — siyasətçi. Digər Tom Atkins (film, 1915) — 1915-ci ildə çəkilmiş film.
Tom Berencer
Tom Berencer (ing. Tom Berenger) - ABŞ aktyorudur. Qızıl Qlobus və Emmi mükafatına layiq görülmüşdür. Ona ilk populyarlıq gətirən rolu 1986-cı ildə çəkilən Əgər sabah açılsa filmindəki Ceff Stivens roludur.
Tom Odell
Tomas Piter Odell (24 noyabr 1990, Çiçester[d]) — ingilis müğənnisi. Tom Odell 24 noyabr 1990-cı ildə İngiltərədə doğulub. Atası pilot, anası isə ibtidai məktəb müəlliməsi. Böyük bacısı da var. Uşaqlığının bir qismini ailəsi ilə Yeni Zelandiyanın Oklend şəhərində keçirib. Tom 2012-ci ildə "Songs from Another Love" adlı debüt mini albomunu buraxır. 2013-cü ilin əvvəlində "BRITs Critics' Choice Award" mükafatını qazanır. Odellin debüt studiya albomu olan "Long Way Down" 2013-cü ildə işıq üzü görür. Üç il sonra onun ikinci "Wrong Crowd" adlı albomu çıxır. Daha iki il sonra 2018-ci ildə üçüncü studiya albomu "Jubilee Road" dinləyicilərə təqdim olunur.
Tom Hardi
Edvard Tomas Hardi (15 sentyabr 1977[…]) İngiltərəli aktyor, ssenarist və prodüserdir. Qısa adı Tom Hardi olan tanınmış sənətçi, bu günə qədər bir çox film və seriallarda rol almışdır. Birdən çox mükafatın namizədi və eynilə, bir çoxda mükafatın sahibi olmuşdur. O, 1977-ci ildə Londonda anadan olmuşdur. Anası rəssam, atası isə yazıçı olmuşdur. O, gənc yaşlarında teatr təhsili almışdır. O, həmçinin modellik etmişdir və 1998-ci ildə “Məni supermodel tap” müsabiqəsinin qalibi olmuşdur. O, kinoya 2001-ci ildə Qara Şahin filmi ilə qədəm qoymuşdur. Bir il sonra o, Star Trek: Nemesis filmində Şinzon roluna görə Ən Yaxşı Köməkçi Aktyor nominasiyasında Saturn Mükafatlarına namizəd olmuşdur. O, ən çox Bronson, Inception, Star Trek: Nemesis və Döüyşçü filmləri ilə gündəmə gəlmişdir.
Tom Ellis
Tomas Con Ellis (17 noyabr 1978, Kardiff, Uels, Birləşmiş Krallıq) — Uelsli aktyordur. Bu günə qədər, bir çox serial və filmlərdə rol almışdır. 2016-cı ilə yayımlanan Lucifer adlı serialda, başrol olaraq aktoyluğunu etmişdir. Tomas Con Ellis 17 noyabr 1978-ci ildə Kardiffdə dünyaya gəldi. Onun atası Christopher John Ellis anası isə, Marilyn Jean idi. Onun üç bacısı var idi, biri isə onun əkizidir. Onun atası, əmisi və bacılarından biri Baptist vəzirlərindən olmuşdur. Tom John Ellis dünyaya gəldikdən sonra ailəsi İngiltərəyə köçdü və o, Cənubi Yorkşirin Şeffild şəhərində böyüdü. O, Şeffildin Yüksək Storrs Məktəbində oxumuş və Şeffild Şəhər Gənclər Orkestrində fransız buynuzu çalmışdır. Daha sonra Qlazqoda Kral Şotlandiya Musiqi və Dram Akademiyasında Dramatik Tədqiqatlar üzrə bakalavr dərəcəsini qazanmışdır.