Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Toplama
Toplama və ya Üstəgəlmə (rus. надвиг, ing. overthrust, overfault, thrust-fault) — süxurlarda yatımın pozulmasının bir forması. Tektonik hərəkətlər nəticəsində pozulma boyu bir süxur kütləsinin digər süxur kütləsinə nisbətən yerdəyişməsilə səciyyələnir. Yer dəyişmə müstəvinin meyillik bucağına görə dik və maili növlərə ayrılır.
Lizosomal toplanma xəstəlikləri
Lizosomal toplanma xəstəlikləri – bəziləri uşaq yaşlardan əzələ-skelet simptomları ilə gedir və YİA ilə differensasiya etmək lazım gəlir.
Məhsul toplama mövsümü (Azərbaycan)
Məhsul toplama mövsümü (az-əbcəd. مهسول توپلاما مؤوسومو‎) – Azərbaycan xalq təqviminə görə payızda məhsulun toplandığı və Mihrican bayramının qeyd edildiyi dövr. Azərbaycan adətlərinə görə, payızda məhsul toplanandan sonra, bəzi yerlərdə isə payız armudu və almasının yanağına xal düşəndə şənlik keçirilərdi. Şənliyə hər yaşdan insan gəlir, rəngbərəng geyimlər geyilir, ətraf gül-çiçəklə bəzədilirdi. Bu dövrün bayramların biri Mihrican bayramıdır. Tarixən Azərbaycanda Mihrican bayramı əkinçi və maldarların məhsul bayramı olmuşdur. Son dövrlərə qədər bu bayram ilin əmək qələbəsi, ilin yekunu bayramı kimi qeyd edilmişdir. Azərbaycanlılarda məhsul toplama mövsümündə günəş çıxmazdan əvvəl, dan yeri ağarmadan toplanan ilk almanın insana əbədi həyat (ölümsüzlük) verəcəyinə inanılır. Digər bir adətə görə, payızda meyvələr yetişdikcə ilk bardan (nübardan) xonça yığılıb, qız evinə göndərilər. Bu meyvə sovqatı bağbaşı və ya novbarlıq adlanır.
Tozlanma
Tozlanma (bitkilərin tozlanması) – Yetişmiş erkəkciyin toz hüceyrələrinin örtülü toxumlularda dişiciyin, çılpaqtoxumlularda yumurtacığın ağızcığına düşməsi. Tozcuğun üst qatı boruya çevrilərək içərisindəki erkək hüceyrəsini (sperma) yumurta hüceyrəyə çatdırır və onu mayalayır, nəticədə ziqota (rüşeym) əmələ gəlir.
Sərbəst toplaşmaq azadlığı
Sərbəst toplaşmaq azadlığı — insanların öz düşüncələrini ifadə etmək, təbliğ etmək, davam etdirmək və müdafiə etmək məqsədilə siyasi və ictimai fəallığını həyata keçirmək azadlığı. Əsasən birləşmək azadlığı ilə bir yerdə istifadə olunur.
Öz-özünə tozlanma
Bir çiçəkdə olan erkəkcik tozcuğunun həmin çiçəkdəki dişicik ağızcığına düşməsi prosesi öz-özünə tozlanma adlanır. Öz-özünə tozlanan bitkilərdə həm dişiciyi, həm də erkəkciyi olan ikicinsli çiçəklər olur. Bu bitkilərin çiçəklərində erkəkcik və dişiciklərin yetişməsi eyni zamanda baş verir. Erkəkciklər, əsasən, dişicikdən yuxarıda yerləşir. Öz-özünə tozlanan bitkilərin çiçəkləri əsasən ətirsiz, görkəmsiz və nektarsız olur. Buğda, arpa, darı, çəltik, vələmir, noxud kimi öz-özünə tozlanan bitkilərdə tozlanma çiçək açılmazdan əvvəl — qapalı çiçəkdə gedir. Pambıq, çətənə, kətanda isə tozlanma çiçək açıldıqdan sonra baş verir.
Toplam sahibolma xərci
Toplam sahibolma xərci - TCO – 1. (Total Cost of Ownership ~ совокупная стоимость владения, ССВ ~ toplam sahip olma maliyeti) – avadanlıq və proqram təminatı üçün ən yaxşı qiymət/keyfiyyət nisbətinin müəyyənləşdirilməsi metodikası. Bu termin ilk dəfə 1995-ci ildə Gartner Group hesabatlarının birində işlədilib. Dəyərləndirmə meyarları olaraq alış, quraşdırma, inzibatçılıq, texniki dəstək və müşayət, modernləşdirmə, məcburi boş dayanma qiymətləri və başqa məsrəflər götürülür. 2. Elektron avadanlıqların (ilk növbədə kompüterlərin) erqonomika və təhlükəsizlik baxımından könüllü sertifikatlaşdırılması üçün standartlar qrupu. İşveç Peşəkar Qulluqçular Konfederasiyasının (Swedish Confederation of Professional Employees) bir hissəsi olan TCO Development komitəsi tərəfindən işlənib hazırlanıb. Standartlar illər üzrə nömrələnir və hazırda TCO’92, TCO’95, TCO’99, TCO’01, TCO’03, TCO’04, TCO’05, TCO'06 və TCO'07 standartları mövcuddur. İlk standart yalnız monitorlara aid idi, sonrakılar isə mobil telefonlara, ofis avadanlıqlarına, fərdi kompüterlərin sistem bloklarına, noutbuklara və telefonlar üçün baş qarniturlarına da aiddir. TCO'92 – İşveç Peşəkar Qulluqçular Konfederasiyası (Swedish Confederation of Professional Employees) tərəfindən 1992-ci ildə işlənib hazırlanmış ilk normativlər.