Məhsul toplama mövsümü az.-əski. مهسول توپلاما مؤوسومو
|
Üzüm bayramı. Quşçu azərbaycanlıları. Urmiya
|
Əlaqəli mərasimlər |
|
Əlaqəli adətlər |
- Novbarlıq
- Nübargül
- Əbədi həyat alması
|
Daxil olduğu fəsil |
Payız
|
Məhsul toplama mövsümü (az.-əski. مهسول توپلاما مؤوسومو) – Azərbaycan xalq təqviminə görə payızda məhsulun toplandığı və Mihrican bayramının qeyd edildiyi dövr.
Azərbaycan adətlərinə görə, payızda məhsul toplanandan sonra, bəzi yerlərdə isə payız armudu və almasının yanağına xal düşəndə şənlik keçirilərdi. Şənliyə hər yaşdan insan gəlir, rəngbərəng geyimlər geyilir, ətraf gül-çiçəklə bəzədilirdi.
Bu dövrün bayramların biri Mihrican bayramıdır. Tarixən Azərbaycanda Mihrican bayramı əkinçi və maldarların məhsul bayramı olmuşdur. Son dövrlərə qədər bu bayram ilin əmək qələbəsi, ilin yekunu bayramı kimi qeyd edilmişdir.
Azərbaycanlılarda məhsul toplama mövsümündə günəş çıxmazdan əvvəl, dan yeri ağarmadan toplanan ilk almanın insana əbədi həyat (ölümsüzlük) verəcəyinə inanılır. Digər bir adətə görə, payızda meyvələr yetişdikcə ilk bardan (nübardan) xonça yığılıb, qız evinə göndərilər. Bu meyvə sovqatı bağbaşı və ya novbarlıq adlanır. Bağbaşıdan qohum-qonşuya da verilir. Meyvənin nübarını yeyən adamın arzusunun çin olacağına inanılır. Güllər açandan sonra isə bir dəstə bağlanıb, nübargül aparılır.
- Mihrican bayramı. Zəhmətkeşlərin məhsuldarlıq bayramıdır. Zərdüşt inanclarından miras qalıb.
- Ali Mihrican. Təntənəli bayram günlərinin "Ali Mihrican" adlanan altıncı günü böyük bayrama çevrilir, orada zorxana və atüstü oyunları, oxatma və idman yarışları keçirilirdi. Qonum-qonşu bir-birini təbrik edir, topladıqları məhsuldan pay verir, hər evdə meyvə (xüsusilə narıngi və nar) və şirniyyat süfrəsi açılır, həftə bazarları təşkil edilirdi.[3]
- Şanıdər. Üzüm dərmə və doşab pişirmə ilə keçirilən şənlik və şükür mərasimidir.
- Novbarlıq. Qız evinə və qohum-qonşuya verilən ilk meyvə payıdır (nübar).
- Nar bayramı. Azərbaycan ərazisində, əsasən də Göyçay rayonunda, nar yığımı vaxtı keçirilən bayram şənliyidir. Nar Bayramı hər ilin oktyabr və noyabr aylarında Azərbaycanın Göyçay rayonunda nar və ondan ənənəvi istifadə üsullarını və onun simvolik mənasını qeyd etmək məqsədilə təşkil edilən festivaldır.[5][6]
- Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.
- Eski Türk Dini İzleri, Yasar Kalafat, 1998, Ankara (türk.).
|
---|
Yaz | |
---|
Yay | |
---|
Payız | |
---|
Qış | |
---|
Mərasimlər | |
---|
Həftə günləri | |
---|