Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qoz toplayanlar
"Qoz toplayanlar" (fr. Les Noisettes) — fransız akademik rəssamı Vilyam Buqronun 1882 - ci ildəyağlı boya ilə kətan üzərində işlədiyi rəsm əsəri. Əsər Detroid İncəsənət İnstitutunda saxlanan ən məşhur eksponatlardandır. Rəsm əsəri instituta 1954 - cü ildə Vilyam E. Skripps tərəfindən bağışlanıb.
Murad Topalyan
Murad Topalyan (erm. Մուրադ Թոփալյան); ing. Mourad Topalian; 1943) — "Moose" (Maral) ləqəbli erməni terrorçu, "Amerika Ermənləri Milli Komitəsi"nin (ing. Armenian National Committee of America) keçmiş sədri. == Bioqrafiyası == Murad Topalyan 1943-cü ildə dünyaya gəlib. Amerikadakı erməni diasporasının tanınmış liderlərindən biri olub, Amerika Erməni Komitəsinin sədri olarkən bir neçə dəfə "Ağ evdə" olub və ABŞ prezidenti Bill Klintonla görüşlər keçirib. Bundan başqa dəfələrlə ABŞ Konqresində konqresmenlərlə görüşüb. "U.S. News & World Report" jurnalının verdiyi məlumata görə AEMK Daşnaksütyun partiyası ilə sıx əlagələrə malikdir. 1999-cu ildə Topalyan Klivlend şəhərinə köçüb və "Kayxodi" kollecinin vitse-prezidenti vəzifəsində çalışmağa başlayıb. Həmin il ona qarşı "ABŞ Murad Topalyana qarşı" (USA vs.
Stefani Topalyan
Stefani Nonoşita Topalyan (erm. Ստեֆանի Թոփալյան; 5 avqust 1987, Los-Anceles, Kaliforniya) və ya qısaca tanınan adı ilə Stefani (ステファニー, Sutefanī) – erməniəsilli Yaponiya müğənnisi. SME Records Japan ilə əməkdaşlıq edir. Yaponiyada iki albom buraxıb: 2008-ci ildə "Stephanie" və 2009-cu ildə "Colors of My Voice". 2007-ci ildə Yaponiya Musiqi Mükafatına layiq görülüb. Yaponiya filmlərində bir çox mahnısı səsləndirilib. Bəzi Yaponiya filmlərində ("Qürur", "Tokio qəbiləsi") rol alıb. 2015-ci ildə erməni superqrup layihəsi olan "Genealogy"-ə qoşulub və Ermənistanı 2015 Avroviziya Mahnı Müsabiqəsində "Face the Shadow" mahnısı ilə təmsil edib. == Həyatı == Kaliforniya ştatının Los-Anceles şəhərində yapon ananın və Amerika ermənisi atanın qızı kimi doğulub. Yaponiyada yaşasa da, erməni köklərinə əhəmiyyət verir.
Popayan
Popayan — Kolumbiya şəhəri, Kauka departamentinin inzibati mərkəzi. == Etimologiyası == Popayan sözü yerli bir dildən gəlir. Bu sözün mənşəyi haqqında müxtəlif nəzəriyyələr vardır, lakin hərfi mənası: Po- "İki"; pa-"qamış"; yan- "kənd", yaxud "Qəbir çatıları olan iki kənd". Digər bir nəzəriyyə deyir ki, Popayan sözü, hazırda Las Tres Kruses təpəsi kimi tanınan Eme Hill ətrafında yaşayan Payan adlı yerli "Kasike" adından gəlir. == Tarixi == Popayan, Lima, Kito və Kartexena arasında yerləşdiyi müstəmləkə dövrü ərzində çox əhəmiyyətli bir şəhər idi. Sakit okeanın aşkarlanmasından sonra belə, Popayan, İspaniyaya keçərkən Kartexenaya gedən qızıl və digər sərvətlər üçün transfer nöqtəsi olaraq qaldı. Popayan, həmçinin müstəmləkə mədəni kimi xidmət etmiş və 1760-1819-cu illərdə qızıl eskudo sikkələr və gümüş reallıqları ilə müxtəlif nominallı istehsal olunmuşdur. 1826-cı ildən sonra yeni Kolumbiya Respublikası sikkə istehsalını davam etdirməyə başladı.Popayan bir neçə zəlzələ nəticəsində məhv olmuşdur. 1983-cü il 31 martda ən son və dağıdıcı zəlzələ oldu və səkkiz saniyə davam etdi. Şəhərin yenidən qurulması on ildən çox vaxt apardı və bu gün yenidən qurulmayan bəzi əraziləri hələ də görmək mümkündür.
Toplama
Toplama və ya Üstəgəlmə – (rus. надвиг, ing. overthrust, overfault, thrust-fault) sü­xur­larda yatımın pozulmasının bir forması. Tektonik hərəkətlər nəti­cəsində pozulma boyu bir süxur kütləsinin digər süxur kütləsinə nisbətən yerdəyişməsilə səciyyə­lənir. Yer dəyişmə müstəvinin me­yillik bucağına görə dik və maili növlərə ayrılır.
Misak Torlakyan
Misak Torlakyan (erm. Միսաք Թորլաքյան; 1889 – 12 noyabr 1968, Kaliforniya) — 1921-ci ildə Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşirin qatili. Torlakyan 1921-ci ilin oktyabrında İngiltərə hərbi məhkəməsi tərəfindən psixi vəziyyətinə görə "günahkar, lakin məsuliyyət daşımır" olaraq qəbul edildi. == Həyatı == Torlakian 1889-cu ildə Osmanlı imperiyasının Trabzon şəhərində anadan olub. 18 yaşında Daşnaksutyuna qoşulan Torlakyan, Trabzondakı türk ordusu anbarından erməni özünümüdafiə dəstələri üçün xeyli miqdarda silah təmin etmişdir. Birinci Dünya Müharibəsi dövründə hərbi kəşfiyyat əldə etmək tapşırığı alan Torlakyan, o vaxtlar Rusiya Ordusunun kəşfiyyatçı birliyinin üzvü olaraq, Türk ordusunun mövqeləri haqqında dəyərli məlumatlar verirdi. 1918-ci ildə Rusiya Türk cəbhəsindən çəkildikdən sonra Torlakyan Ermənistan ordusuna qatıldı və General Dronun rəhbərliyi altında Baş Abaran döyüşündə iştirak etdi. Döyüş türk ordusunun irəliləməsini dayandırdı. Sərdarabad və Karakilisedəkilərlə birlikdə əldə edilən çətin qələbə, Ermənistan Demokratik Respublikasının qurulmasına səbəb oldu. 1921-ci ildə Torlakyan Daşnaksutyun tərəfindən Azərbaycanın keçmiş daxili işlər naziri Behbud Xan Cavanşiri öldürmək üçün İstanbula göndərildi.
Topaşan qəbiristanlığı
Topaşan qəbiristanlığı — Şahbuz rayonunun Aşağı Qışlaq kəndindən ş.-də arxeoloji abidə. Ərazi xalq arasında Post adlandırılır. Qəbiristanlıq torpaq yolun alt tərəfində yerləşir. Qəbirlərin əksəriyyətinin başdaşları düşmüşdür. Baş daşlarının üzərində ərəb əlifbası ilə yazılmış kitabələr vardır. Başdaşlarında hicri təqvimi ilə 1017, 1191, 1300 və s. tarixli kitabələr vardır. Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə qəbiristanlıqda olan daş qoçlar aparılmışdır. Başdaşları üzərində olan tarixlər qəbiristanlığın 300 ildən artıq istifadə olunduğunu təsdiq edir. Topaşan nekropolunu XVII–XX əsrlərə aid etmək olar.
Əhməd Topatan
Əhməd Topatan (əsl adı: Daniel) — aktyor, Türkiyə ermənisi. == Həyatı == Əhməd Topatan 1916-cı ildə Tarsusda anadan olub. Topatan 1975-ci il iyunun 26-da 59 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Aktyor İstanbulda dəfn olunub. == Fəaliyyəti == Erməni mənşəli aktyor 1953-cü ildə “Drakula İstanbulda” filmi ilə diqqəti cəlb edib. İlk filmi isə 1950-ci ildə çəkilən “Çete” olub. Aktyorluğa gec yaşda başlayan Əhməd Topatan daha çox ciddi görkəmli, təmkinli caniləri canlandırıb. Amma onun müsbət obrazları da filmoqrafiyasında az deyil. 1964-cü ildə “Topqapı”, 1965-cui ildə “Son darbe”, 1967-ci ildə “Krallar ölmez” və 1971-ci ildəki “İntiqam kartallı” filmləri onun yaradıcılığına diqqəti daha da artırıb. 100-dən artıq filmdə rol alıb.
Məhsul toplama mövsümü (Azərbaycan)
Məhsul toplama mövsümü (az.-əbcəd مهسول توپلاما مؤوسومو‎) – Azərbaycan xalq təqviminə görə payızda məhsulun toplandığı və Mihrican bayramının qeyd edildiyi dövr. == Müddəti == Azərbaycan adətlərinə görə, payızda məhsul toplanandan sonra, bəzi yerlərdə isə payız armudu və almasının yanağına xal düşəndə şənlik keçirilərdi. Şənliyə hər yaşdan insan gəlir, rəngbərəng geyimlər geyilir, ətraf gül-çiçəklə bəzədilirdi.Bu dövrün bayramların biri Mihrican bayramıdır. Tarixən Azərbaycanda Mihrican bayramı əkinçi və maldarların məhsul bayramı olmuşdur. Son dövrlərə qədər bu bayram ilin əmək qələbəsi, ilin yekunu bayramı kimi qeyd edilmişdir.Azərbaycanlılarda məhsul toplama mövsümündə günəş çıxmazdan əvvəl, dan yeri ağarmadan toplanan ilk almanın insana əbədi həyat (ölümsüzlük) verəcəyinə inanılır. Digər bir adətə görə, payızda meyvələr yetişdikcə ilk bardan (nübardan) xonça yığılıb, qız evinə göndərilər. Bu meyvə sovqatı bağbaşı və ya novbarlıq adlanır. Bağbaşıdan qohum-qonşuya da verilir. Meyvənin nübarını yeyən adamın arzusunun çin olacağına inanılır. Güllər açandan sonra isə bir dəstə bağlanıb, nübargül aparılır.
Toplan və Kölgəsi (1977)
== Məzmun == Filmdə Toplan adlı balaca bir itin başına gələn maraqlı hadisələrdən bəhs edilir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenarinin müəllifi: Əzizə Əhmədova Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Bəhman Əliyev Operator: Antonina Korotnitskaya Bəstəkar: Oqtay Rəcəbov Səs operatoru: Kamal Seyidov Rəssamlar: Tahir Piriyev, Tamilla Əsgərova Cizgi rəssamları: Vaqif Məmmədov, Vahid Talıbov, Arifə Hatəmi, Hüseyn Cavid İsmayılov (Cavid İsmayılov kimi), Gülşən Quliyeva, Rauf Dadaşov, Solmaz Hüseynova Rejissor assistenti: Sima Qurbanova Operator assistenti: Ramiz Ağayev Montaj edən: Nailə Dadaşova Mahnıları oxuyur: Flora Kərimova Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Kamil Rəhmanzadə === Filmi səsləndirənlər === Sadıq Hüseynov — köpək Almaz Mustafayeva — toplan == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 258-263.
Toplan və kölgəsi (film, 1977)
== Məzmun == Filmdə Toplan adlı balaca bir itin başına gələn maraqlı hadisələrdən bəhs edilir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenarinin müəllifi: Əzizə Əhmədova Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Bəhman Əliyev Operator: Antonina Korotnitskaya Bəstəkar: Oqtay Rəcəbov Səs operatoru: Kamal Seyidov Rəssamlar: Tahir Piriyev, Tamilla Əsgərova Cizgi rəssamları: Vaqif Məmmədov, Vahid Talıbov, Arifə Hatəmi, Hüseyn Cavid İsmayılov (Cavid İsmayılov kimi), Gülşən Quliyeva, Rauf Dadaşov, Solmaz Hüseynova Rejissor assistenti: Sima Qurbanova Operator assistenti: Ramiz Ağayev Montaj edən: Nailə Dadaşova Mahnıları oxuyur: Flora Kərimova Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Kamil Rəhmanzadə === Filmi səsləndirənlər === Sadıq Hüseynov — köpək Almaz Mustafayeva — toplan == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 258-263.
Toplan, nəsə baş verir (film, 2021)
Toplan, nəsə baş (hindcə:Koochie Koochie Hota Hai)- Tarh Mansukraninin rejissoru olduğu 2021-ci ildə kinoteatrlara veriləcəyi gözlənilən Hindistan cizgi filmi.Film 1998-ci ildə çəkilən Nəsə baş verir filminin cizgi filmi versiyasıdır.Səsləndirilmə olmayıb.Film necə var idisə,elə də qalıb.Bu da cizgi film sahəsində bir ilkdir.Lakin,filmin bəzi yerləri yararsız hala düşdüyündən yeni aktyorlar,aktrisalar səsləndiriblər. == Məzmun == Rahul və Anceli Sent-Havye kollecinin tələbələridirlər. Rahul məktəb müdirinin qızı Tinaya vurulur. Tina Ancelinin tam əksidir. Rahul get-gedə Tinanın qəlbini ələ alır. Elə həmin vaxt Anceli də Rahula aşiq olduğunu hiss edir. Bir gün Anceli bütün cəsarətini toplayaraq bu sevgisini Rahula etiraf edir. Lakin Anceli sözünü deməmişdən qabaq Rahul Tinaya aşiq olduğunu deyir. Bundan sonra Ancelinin bütün ümidləri qırılır. Ertəsi gün Anceli ani bir qərarla bu böyük "məğlubiyyətini" unutmaq üçün məktəbi tərk edir və ailəsinin yanına dönür.