Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Laptop
GotoP
GotoP (ごとP, Goto Pī, d. 12 iyun 1969) — Yaponiya rəssamı. Yaponiyanın Gifu prefekturasının paytaxtı Gifu şəhərində anadan olmuşdur. İki vizual roman — "Wandaba Style" və "Close to: Inori no Oka" vizual romanlarının orijinal personaj dizayneridir. Ən tanınmış işi "Clannad" vizual romanına əsaslanan "Official Another Story Clannad" qısa hekayə kolleksiyası üçün çəkdiyi rəsmlərdir. == İşləri == Narcissu: Side 2nd Nagomi Hiyori Hidamari - GotoP Art Works Moegiiro Angel Beats!
Topor
Sopor (lat. sopor — keylik, süstlük, yuxu) (soporoz hal - lat. status soporosus) — şərti reflekslərin itməsi və reflektor fəaliyyətin saxlanılması ilə huşun qaralması və itməsi, qeyri adi və müəyyən "dərin yuxu". Xəstə ətraf mühitə qarşı tam laqeyd olub, tapşırıqları yerinə yetirmir, sualları cavablandırmır. Ağrı qıcıqlarına mimiki əzələlərlə cavab verir. Bəzən ağrının şiddətindən asılı olaraq digər hərəki reaksiyalarla da cavablandırıla bilinir. Bu hal topor da (ölüm yuxusu; ölümcül yuxu) adlandırılır.
Toptəpə (Şırnak)
Toptəpə — Türkiyənin Şırnak vilayətinin Mərkəz rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1929-cu il qeydlərində Avkamasiya olmuşdur. Kürdcə "avqa masiyan" ifadəsi "balıqlı su" deməkdir.
Topol-M
RT-2UTTKh Topol-M"Topol-M" (rus. РТ-2УТТХ «Тополь-М», NATO adlandırması SS-27 "Sickle B") Rusiyanın nüvə başlığı daşıya bilən və dünyanın ən uzaqmənzilli ballistik raketidir. Sabit sürət və eyni müstəvidə hədəfə getməyən "Topol-M", hədəfə müxtəlif yollarla gedərək, bütün raketdən müdafiə sistemlərini alt-üst edir. Çox sürətlə yer dəyişdirə bilir. Onun üçün də hədəfə alınması və vurulması çox çətindir. Bu raket 11.000 km uça biləcək imkanlara malikdir və qitələrarası raketdir. Topol-M 45–47 ton ağırlığa malikdir, atom bombasından 52.5 dəfə güclü hesab olunur. Raketin uzunluğu 21.5 metrdir. Diametri isə 1.86 metrdir. Tək başlıqlıdır, lakin istənilən vaxt çox başlıqlı da ola bilir.
RT-2PM Topol
Topol RS-12m, (rus: РТ-2ПМ Тополь ("Poplar"); NATO kod adı SS-25 Sickle) Rus istehsalı olan dünyanın ən uzun mənzilə sahib (10.000 km) yerdən-yerə ballistik raketi hesab edilir. 3 mərhələli olub hədəfinə sabit bir yerdən yaxınlaşmaz.; yəni istədiyi yerdən istədiyi zaman atəş aça bilər. 1 ton döyüş başlığı daşıya bilir və təxminən 45 ton ağırlığındadır. RT-2PM2 "Topol" raketləri isə 11500 kilometrə qədər məsafəyə uçur və 500 kiloton zərbəyə malikdir.
Xopto-Terer adası
Xopto-Terer adası — elədə böyük olmayan qayalıq Şimal Buzlu okeanda yerləşir. Lyaxovski adaları qrupuna daxildir. Saxa dilində "qağayıların yumurta qoyduğu yer" mənasını verir. Böyük Lyaxovski adasında yerləşən Şalaurov burnundsn 800 metr cənub-şərqdə yerləşir. Materikdən aralığı 59 km-dir. Ada qayalıqdır. Dairəvi formaya malikdir. Sahilləri hündürdür. Adanın sahil zolağında dərinlik 1–5 metr arasında dəyişir. Adanın daimi əhalisi yoxdur.
Toto Kutunyo
Salvatore (Toto) Kutunyo (it. Toto Cutugno; Salvatore Cutugno; 7 iyul 1943 – 22 avqust 2023, Milan, İtaliya[…]) — İtaliya estrada müğənnisi və bəstəkarı, 1990 Avroviziya Mahnı Müsabiqəsinin qalibi. "L'Italiano" mahnısı ilə dünya şöhrəti qazanmışdır. Toto Kutunyo 7 iyul 1943-cü ildə Fosdinovo şəhərində anadan olmuşdur. Bir neçə ay sonra onun ailəsi Spesiyaya köçür. Orada onun atası hərbi dənizçi işləyirdi. Hələ uşaqlıqdan Toto musiqiyə böyük həvəs göstərirdi. Toto gözəl boru çalan atasının yolu ilə gedərək bu aləti mənimsəyir. Sonra isə müstəqil şəkildə zərb alətlərində və akkordeonda çalmağı öyrənir. 13 yaşında Toto yerli musiqi müsabiqəsində üçüncü yeri tutmuşdu.
Toto Vonq
Toto Vonq (d. 15 noyabr 1999) — Honkonqlu üzgüçü. Toto Vonq Honkonqu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. Toto Vonq birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 29.27 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 37-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Toto Muzeyi
Toto Muzeyi (TOTOミュージアム, TOTO Myuciamu) – Yaponiyanın Fukuoka prefekturasının Kitakyuşu şəhərində yerləşən tualet muzeyi. Muzey tualet istehsalı ilə məşğu olan "Toto" şirkətinin nəzdində fəaliyyət göstərir. "Toto" şirkəti Yaponiyada Qərb üslubunda tualetlərin istehsalı ilə məşğul olan ilk şirkətdir və əsası 1917-ci ildə qoyulmuşdur. Muzey şirkətin 100 illiyini qeyd etmək məqsədilə 28 avqust 2015-ci ildə açılmışdır. Muzeyin tikintisi 60 milyon ABŞ dollarına başa gəlmişdir. Fəaliyyətinin ilk 3 ayında 30 mindən çox ziyarətçi qəbul etmişdir. Muzey şirkət qərargahının ərazisində, müasir memarlıq üslubunda olan binanın ikinci mərtəbəsində yerləşir. Binanın görünüşü vannanı xatırladır. Muzeydə şirkət tərəfindən istehsal olunmuş köhnə tualet və tualet oturacaqları, pisuarlar, vannalar və şirkətin ən məşhur məhsulu hesab olunan vaşletlər sərgilənir. Şirkət yarandığı ilk dövrlərdə keramika məmulatları da istehsal etdiyi üçün onlar da muzey eksponatlarına daxildir.
RT-2UTTKh Topol-M
RT-2UTTKh Topol-M"Topol-M" (rus. РТ-2УТТХ «Тополь-М», NATO adlandırması SS-27 "Sickle B") Rusiyanın nüvə başlığı daşıya bilən və dünyanın ən uzaqmənzilli ballistik raketidir. Sabit sürət və eyni müstəvidə hədəfə getməyən "Topol-M", hədəfə müxtəlif yollarla gedərək, bütün raketdən müdafiə sistemlərini alt-üst edir. Çox sürətlə yer dəyişdirə bilir. Onun üçün də hədəfə alınması və vurulması çox çətindir. Bu raket 11.000 km uça biləcək imkanlara malikdir və qitələrarası raketdir. Topol-M 45–47 ton ağırlığa malikdir, atom bombasından 52.5 dəfə güclü hesab olunur. Raketin uzunluğu 21.5 metrdir. Diametri isə 1.86 metrdir. Tək başlıqlıdır, lakin istənilən vaxt çox başlıqlı da ola bilir.
Opto-mexaniki siçan
Opto-mexaniki siçan (optomechanical mouse) – optik və mexaniki qurğuların kombinasiyasının köməyilə hərəkətinin istiqamət siqnallarına çevrildiyi siçan konstruksiyası. Optik hissədə işıq-diod və verici cütlükləri olur; mexaniki hissə cərəyan kəsici dəlikləri olan fırlanan təkərciklərdən ibarət olur. Siçan hərəkət etdikdə təkərcik dönür və işıq-diodlardan gələn işıq ya dəlikdən keçərək işıq vericisinə düşür, ya da təkərciyin şəffaf olmayan hissələri tərəfindən bloklanır (qarşısı alınır). İşığın bu dəyişiklikləri verici cütlüklər tərəfindən aşkarlanır və nisbi hərəkət siqnalları kimi interpretasiya olunur. Vericilər fazaca bir-birinə nəzərən azacıq yerini dəyişdiyindən hərəkətin istiqaməti hansı vericinin ilk olaraq indikatorla kontaktı bərpa etməsinə görə müəyyənləşir. Opto-mexaniki siçanda mexaniki hissələrin əvəzinə optik qurğular istifadə edildiyindən, o, çox az-az təmir olunur, ancaq onun işləməsi üçün xüsusi səth (örtük) tələb olunur. 1964-cü ildə ixtiraçı Duqlas Engelbart (Douglas Engelbart) tərəfindən ilk siçan qurğusu (mouse) yaradılmışdır. Bu qurğunun korpusu taxtadan düzəldilmişdi, daxili hissəsi isə bir-birinə perpendikulyar yerləşən, bir ox üzərində fırlanan iki dişli çarxdan ibarət idi. Opto-mexaniki siçanın iş mexanizmi: Siçan hərəkət etdikdə top dönür. Top X və Y silindirlərinə toxunaraq hərəkəti ötürür.
TOTO Tualet Muzeyi
Toto Muzeyi (TOTOミュージアム, TOTO Myuciamu) – Yaponiyanın Fukuoka prefekturasının Kitakyuşu şəhərində yerləşən tualet muzeyi. Muzey tualet istehsalı ilə məşğu olan "Toto" şirkətinin nəzdində fəaliyyət göstərir. "Toto" şirkəti Yaponiyada Qərb üslubunda tualetlərin istehsalı ilə məşğul olan ilk şirkətdir və əsası 1917-ci ildə qoyulmuşdur. Muzey şirkətin 100 illiyini qeyd etmək məqsədilə 28 avqust 2015-ci ildə açılmışdır. Muzeyin tikintisi 60 milyon ABŞ dollarına başa gəlmişdir. Fəaliyyətinin ilk 3 ayında 30 mindən çox ziyarətçi qəbul etmişdir. Muzey şirkət qərargahının ərazisində, müasir memarlıq üslubunda olan binanın ikinci mərtəbəsində yerləşir. Binanın görünüşü vannanı xatırladır. Muzeydə şirkət tərəfindən istehsal olunmuş köhnə tualet və tualet oturacaqları, pisuarlar, vannalar və şirkətin ən məşhur məhsulu hesab olunan vaşletlər sərgilənir. Şirkət yarandığı ilk dövrlərdə keramika məmulatları da istehsal etdiyi üçün onlar da muzey eksponatlarına daxildir.
Tötö kanalı
Tötö kanalı — Orta Asiyanın Fərqanə vadisində hunlar tərəfindən qurulan və göytürklər tərəfindən də istifadə olunmuş tarixi suvarma kanalı. Kanal Orta Asiyada suvarılan torpaqların sahəsini artırmaqla daha çox məhsul əldə etmək üçün qazılmışdı. Sovet arxeoloqlar Tötö kanalının çox çətin ərazidə, güclü mühəndislik səyləriylə reallaşdırıldığını bildirmişdir. Kanal qazılması son dərəcə çətin olan qayalıq ərazidə açılaraq, iki vadini birləşdirmişdir. Kanalın mövcud olduğu bölgədə suvarma kanalı inşa etmək istəyən ruslar daha yaxşısını edə bilməyəcəkərini başa düşmüş və mövcud kanalı bərpa etməklə yenidən ondan istifadə etməyə başlamışdırlar. Bu kanal bəzilərinə görə, göytürklərin sadəcə döyüşçü sivilizasiya deyil, eyni zamanda müdrik və proqressiv elmlərdə bacarıq sahibi olan topluluq olduğunun sübutu hesab edilir. Əsasən, köçəri maldarlıqla məşğul olan göytürklərin bir qismi çox ehtimal oturaq həyata keçmiş və bu kanaldan istifadə etmişdir. 10 km uzunluğundakı Tötö kanalı 1935-ci ildən bəri suvarma məqsədiylə yenidən istifadə edilməkdədir.