Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Toryak-de-Kamares
Toryak-de-Kamares (fr. Tauriac-de-Camarès, oks. Tauriac de Camarés) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kamares kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12275. Kommuna təxminən Parisdən 570 km cənubda, Tuluza şəhərindən 130 km şərqdə, Rodezdən isə 75 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 58 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 36 nəfər arasında (15-64 yaş) 24 nəfər İqtisadi cəhətdən fəal, 12 nəfər hərəkətsiz idi (fəaliyyət göstərici 66,7%, 1999-cu ildə bu 48.6% idi).
Toryak-de-Nosel
Toryak-de-Nosel (fr. Tauriac-de-Naucelle, oks. Tauriac de Naucèla) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Nosel kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12276. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 95 km şimal-şərqdə, Rodezdən isə 29 km cənub-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 382 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 218 nəfər arasında (15-64 yaş) 159 nəfər iqtisadi cəhətdən fəal, 59 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 72.9%, 1999-cu ildə bu 69.1%).
Torf
Torf (ing. Peat) — göl yataqlarındakı su səviyyəsinin düşməsiylə, bitki fəaliyyətinin ön plana çıxması nəticəsində bitkinin ölümü və bu təbiət hadisəsinin təkrarlanması ilə bitki kök və gövdələrinin toplanması nəticəsində əmələ gələn orqanik torpaq növüdür. Alışan faydalı qazıntı kimi istifadə oluna bilər. Torf, həddindən artıq rütubətlilik və hava girişinin çətinləşməsi şəraitində, bataqlıq bitkilərinin təbii ölməsi və natamam çürüməsi prosesində meydana gəlir. Burada onlar torpaqda olduğu kimi tamamilə yox, yalnız qismən parçalanırlar, onların qalıqları ildən-ilə yığılır. Həddindən artıq rütubətin intensivliyi və torf əmələ gətirən prosesin inkişafı iqlim, geoloji, hidrogeoloji və geomorfoloji şəraitdən asılıdır. Qışda uzun müddət ərzində mənfi temperatur olması səbəbindən parçalanma sürətinin azaldığı mülayim, şimal və subarktik bölgələrdə torf yosunlardan, bitkilərdən, çalılardan və kiçik ağaclardan formalaşır. Rütubətli tropik ərazilərdə torf daim yüksək temperaturda tropik ağaclardan (yarpaqları, budaqları, gövdələri və kökləri) meydana gəlir. Xarici görünüşünə görə torf təbii vəziyyətdə tərkibinə və rənginə görə nisbətən həmcins olan müxtəlif çalarlarda qara və ya tünd qəhvəyi rəngə malikdir. Aşağı dərəcədə çürümə dərəcəsinda yaxşı saxlanılan bitki toxumaları ilə açıq sarı rəngli lifli bir kütləyə bənzəyir.
Torn
Torn (limb. Thoear) — Niderlandın Limburq əyalətində, Maasqouv bələdiyyəsində şəhər. Myoz və Vitbik çaylarının sahilində yerləşir. Şəhərin mərkəzindəki ağ fasadlı evlərində görə Torn "ağ şəhər" adı ilə tanınır. İlk əvvəllər Torn ərazisi Maastrix və Neymegen arasındakı Roma yolunun yaxınlığında yerləşən bataqlıq idi. Amma təxminən 975-ci ildə yepiskop Utrextli Ansfrid burada Benedektin monastırının əsasını qoymuşdur. XII əsrdən etibarən monastır qadın monastırına çevrilməyə başlanmışdır. Monastırı idarə edən abbat idi. Monastır ziyalı ailəsindən çıxmış qadınlar tərəfindən dəstəklənilirdi.
Tort
Tort (it. torta, isp. tortilla) — dünya xalqlarının mətbəxində geniş yayılmış un məmulatı və şirniyyat növüdü Hər bir ölkənin mədəniyyətinə uyğun reseptlərdən yararlanaraq tortlar bişirilir. Tortları müxtəlif mərasimlərlə əlaqədar hazırladıqlarına görə onların forma və ölçüləri də kəskin surətdə fərqlənir. Tortla əlaqədar çoxsaylı faktlar və maraqlı məlumatlar verilmişdir. Bunların çox hissəsi hətta Ginnesin rekordlar kitabına daxil edilmişdir. Bunlara misal olaraq ABŞ–ın Miçiqan ştatında hazırlanmış tortu göstərmək olar. Bu tort stoldan 13 metr hündür idi və 100 pillədən təşkil edilmişdi. Həmçinin ən ağır tort da ABŞ–da yaradılıb, lakin bu tort Alabama ştatına aid edilir. 50 tondan ibarət olan tort ağırlığına görə seçilir.
Tor
Tor (internet) — internetdə senzuradan yayınma alətlərindən biridir
Toy
Toy — çoxlu adət-ənənələrlə müşayiət olunan, evlənmə prosesinin son mərhələsi, qonaqlıqla başa çatan şənlik, çalıb oynamaq mərasimi. Toyun sosial əhəmiyyəti yeni ailənin yaradılması, qohumluq əlaqələrinin qurulması, ailə və yaş statusunun dəyişməsi, ər-arvadın statusunun ictimaiyyət tərəfindən tanınması ilə əlaqədardır. Toy özündə dil, folklor-poetik, ritual, musiqi, vizual və digər planları birləşdirir. Bir çox xalqlarda toya gəlinin ata-ana evindən bəy evinə ritual olaraq köçürülməsi, hədiyyə mübadiləsi, süfrə və s. adətlər daxildir. Bütün xalqlar arasında bir çox inanclar, əlamətlər və mərasimlər toyla əlaqələndirilir. Dindarlar üçün toy dini ayinlərlə (xristianlıqda toy, islamda nikah və s.) müşayiət olunur. Azərbaycanda evlənməyin ənənəvi yolu qızı elçilik vasitəsilə ilə nişanlayıb toy etmək olmuşdur. Ulu babalarımız "toy" dedikdə, şənlik məclisi, qonaqlıq, yeyib-içmək, çalıb-oynamaq başa düşüblər. El arasında deyilir: "Filankəs şadyanalıq edib toy çaldırıdı".
Praqa (tort)
Praqa — xüsusilə də, SSRİ dövründə Rusiya və digər postsovet ölkələrində məşhur olan şokoladlı tort. Bu tortun adı Praqa olduğundan çoxumuz elə bilirik ki, Çexiya mətbəxinə aiddir. Lakin, "Praqa" tortunun Praqaya heç aidiyyatı yox imiş. Tortun müəllifi “Quş südü” kimi onlarla məşhur sovet reseptlərinin yaradıcısı olan rus kulinarı Vladimir Quralnikdir. Kərə yağı – 200 qr. Qatılaşdırılmış süd – 0,5 banka Kakao – 1 x.q. Kərə yağı – 50 qr. Şəkər tozu – 4 x.q. Süd – 3 x.q. Kakao – 1 x.q.
Praqa tort)
Praqa — xüsusilə də, SSRİ dövründə Rusiya və digər postsovet ölkələrində məşhur olan şokoladlı tort. Bu tortun adı Praqa olduğundan çoxumuz elə bilirik ki, Çexiya mətbəxinə aiddir. Lakin, "Praqa" tortunun Praqaya heç aidiyyatı yox imiş. Tortun müəllifi “Quş südü” kimi onlarla məşhur sovet reseptlərinin yaradıcısı olan rus kulinarı Vladimir Quralnikdir. Kərə yağı – 200 qr. Qatılaşdırılmış süd – 0,5 banka Kakao – 1 x.q. Kərə yağı – 50 qr. Şəkər tozu – 4 x.q. Süd – 3 x.q. Kakao – 1 x.q.
Puerto Toro
Puerto-Тоrо — kiçik Çili kəndi olaraq Odlu Torpaq arxipelaqına daxil olan Navarino adasındadır. Kənd Biql boğazı sahilində yerləşir. Kəndə 36 nəfər yaşayır. Balıqçılar və onların ailə üzvlərindən ibarətdir. Qütb stansiyalarını çıxmaq şərti ilə Puerto Toro Cənub qütbünə ən yaxın və Cənub yarımkürrəsinin ən cənubda yerləşən yaşayış məntəqəsidir. Bəzən isə bu göstəriçidə Puerto-Vilyam qəsəbəsi və ya Uşuya şəhəri gösdərilir. XIX əsrdə kənd qızıl hərisliyi zamanı kiçik şəhərə çevrilir. Puerto Toro təkcə balıq ovu seçilmir. Burada həmcinin cənub dəniz krabı ovlanılır. Kənd bütünllüklə Magellan meşələri içərisində yerləşir.
Raqnhild Tori
Raqnhild Tori — Norveçli tərcüməçi. Raqnhild Tori dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasını ingilis dilinə uyğunlaşdırmışdır. Kitab qədim miniatürlərlə işlənərək, üç dildə - Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuşdur.
Senna tora
Senna tora (lat. Senna tora) — paxlakimilər fəsiləsinin səna cinsinə aid bitki növü.
Tore Navrestad
Tore Navrestad (19 fevral 1996) — Norveçli peşəkar kişi BMX velosipedçisi. Tore Navrestad Norveçi beynəlxalq yarışlarda təmsil edir. Tore Navrestad 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.794 saniyəlik nəticəsi ilə 47-ci yeri tutdu.
Torf mamırları
Torf mamırları (lat. Sphagnopsida) — bitkilər aləminin mamırkimilər şöbəsinin sphagnophytina yarımşöbəsinə aid bitki sinfi. Gövdə və yarpaqlarında xloroplastla yanaşı boş ölü hüceyrələri də olur. 20-30 sm hündürlükdə olurlar. Yaşlaşanda isə 2-3 sm artıb eyni anda gövdədən 2-3 sm itirilər. İtirilmiş hissə torfa çevirilir. Budaqlanmayan üzəri sıx ensiz yaşıl yarpaqlı çoxillik bitkidir. Rizoidlərə malik deyillər. Örtük və ötürücü toxuma zəif inkişaf edib. Qaranlıq, rütubətli meşələrdə yaşayırlar.
Toru Sano
Toru Sano (d. 15 noyabr 1963) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 9 oyun keçirib.
Toru Takemitsu
Toru Takemitsu (yap. 武満徹; 8 oktyabr 1930[…], Tokio şəhəri[d], Yaponiya imperiyası – 20 fevral 1996[…], Minato) — Yaponiyalı bəstəkar və yazıçı. Takemitsu instrumental və orkestr tembrinin idarə edilməsində yüksək ustalığa malik idi.
Toru Yoşikava
Toru Yoşikava (d. 13 dekabr 1961) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Troy Pina
Şokoladlı tort
Şvarsvald (tort)
Şvarsvald tortu (alm. Schwarzwälder Kirschtorte‎) — alman mətbəxinə aid tort. Şvarsvald tortu 1930-cu illərdə Almaniyada meydana gəlmişdir və hazırda bütün dünyada məşhurdur. Şvarsvald albalılı tortuna şokoladlı biskvitinə kirşvasser hopdurulmuş, içliyi albalıdan hazırlanmışdır. Bəzək üçün tortda albalı və şokolad yonqarından da istifadə edilir. Tortun mənşəyi dürüst məlum deyil və çox güman ki Almaniyanın eyniadlı regionu ilə əlaqəlidir. Almaniya mətbəxi ilə yanaşı İsveç mətbəxində də şvarsvald tortu vardır. İsveç şvarsvaldı kremlə örtülmüş və şokoladla bəzədilmiş formada olur.
Troy Beyker
Troy Edvard Beyker (ing. Troy Edward Baker; 1 aprel 1976, Dallas) — ABŞ səs aktyoru. Bir sıra video oyunlarda əsas personajları səsləndirmişdir. O, "BioShock Infinite"də Buker Devitti, "Infamous: Second Son"da Delsin Rounu, "The Last of Us"da Coeli, "Batman: Arkham Origins"də Cokeri və daha başqa personajları səsləndirmişdir.
Anna Torv
Anna Torv (7 iyun 1979, Melburn) — Eston əsilli, avstraliyalı aktrisa. Fox TV -də yayımlanan elmi-fantastik serialı Fringedə (2008–2013) canlandırdığı Olivya Danhm rolu ilə ardıcıl olaraq dörd dəfəTeleviziyada Ən Yaxşı Aktrisa nominasiyasında Saturn Mükafatına və Ən Yaxşı Qadın Oyunçu nominasiyasında Tənqidçilərin Seçdiyi Televiziya Mükafatına namizəd göstərildi.
Napoleon (tort)
Napoleon tortu bir neçə qayda ilə hazırlanır:əsl qat-qat xəmirdən, tez hazırlanan qat-qat xəmirdən və bu reseptdəki kimi adi yağlı xəmirdən. Kremi isə "zavarnoy" kremdir. Əgər sizin özünüzün bildiyi və bəyəndiyi krem varsa, burdakı kremlə əvəz edə bilərsiniz. Avropada ilk olaraq 1733-cü ildə Mille-fuelle(min vərəq) adı ilə hazırlanan tort daha sonralar üzəri mürəbbə ilə örtülmüş və 1876-ci ildə Urbena Dubois tərəfindən yeni resepti hazırlanmışdır. Digər versiyalar: Rusiyada 1812-ci ildə Napaleon üzərində qələbədən sonra Çar bu əlamətdar tarixin yüzüncü ildönümünü qeyd olunması şərəfinə diqqətli hazırlıq işləri görülməsinin əmr etdi.Aşpazlar da görkəmli bir tort hazırlamaq qərarına gəldilər. Napoleon tortunun macar versiyasında, xidmət edərkən tort mütləq kublara kəsildiyi diqqəti çəkir.Bu Kremeşin mənşəyinə bağlıdır.Məşhur miqnon tortunun ixtiraçısı Jak Miqnon yalnız dünyəvi xanımların kiçik çərəzlərə meyilli olduğunu,digər insanların isə böyük hissələr üstünlük verdiyini deyir. 200 q soyuq kərə yağı - iri-iri doğrayın 4 stəkan un 1 yumurta 1 stəkan xama 3 yumurta 1 stəkan yarım şəkər tozu 6 xörək qaşığı un (qaşığı çox doldurmayın) 4 stəkan süd 200 q kərə yağı Əvvəlcə kremi hazırlayın. Kasada yumurta və şəkəri bir az rəngi açılana qədər çalın. Alınan kütləni bir qazana boşaldın. Üstünə un və südü əlavə edin və yaxşıca qarışdırın kı, un açılsın.
Troy Sivan
Troy Sivan (ing. Troye Sivan; 5 iyun 1995, Yohannesburq) — Avstraliyalı müğənni, mahnı yazarı və aktyor. İlk nailiyyətini 2014-cü ildə təqdim etdiyi "TRXYE" mini-albomuna görə əldə edib. Hansı ki, Billboard 200 hit-paradında 5-ci sıraya düşüb. Həmçinin, mini-albomda yer alan sinqlı "Happy Little Pill" Avstraliya hit-paradlarında ilk onluğa daxil olub. Troy, studiya albomu debütünü isə 2015-ci ildə yayımladığı "Blue Neighbourhood" ilə gerçəkləşdirib. Albomdan ilk sinqlı "Youth" Billboard Hot 100 hit-paradında 23-cü yerdə qərarlaşıb. Troy Sivan tamaşaçı qarşısına ilk dəfə 2006-cı ildə "Channel Seven Perth Telethon" televiziya verilişində iştirakçı kimi çıxmışdır. Bu günə qədər vlogger kimi də fəaliyyət göstərir. Özünə məxsus olan YouTube kanalına video yerləşdirməyə 2012-ci ildə start verib.
Torf mamırı
Torf mamırları (lat. Sphagnopsida) — bitkilər aləminin mamırkimilər şöbəsinin sphagnophytina yarımşöbəsinə aid bitki sinfi. Gövdə və yarpaqlarında xloroplastla yanaşı boş ölü hüceyrələri də olur. 20-30 sm hündürlükdə olurlar. Yaşlaşanda isə 2-3 sm artıb eyni anda gövdədən 2-3 sm itirilər. İtirilmiş hissə torfa çevirilir. Budaqlanmayan üzəri sıx ensiz yaşıl yarpaqlı çoxillik bitkidir. Rizoidlərə malik deyillər. Örtük və ötürücü toxuma zəif inkişaf edib. Qaranlıq, rütubətli meşələrdə yaşayırlar.
Torf sənayesi
Torf sənayesi — Torf sənayesi- yanacaq sənayesi sahəsi; torf yataqlarının mənimsənilməsini, torfun çıxarılması və emalını əhatə edir. Zəngin torf yataqlan Qərbi Sibirdə və Rusiyanın şimal- qərb hissəsindədir. İrlandiya, AFR-da da torf çıxarılır. Torfdan yanacaq kimi əsasən İrlandiya, AFR və Finlandiyada, digər ölkələrdə isə bağçılıqda, gülçülükdə və tərəvəzçilikdə istifadə edilir. Torf- energetikada istifadə edildikdə ətraf mühitdə bir sıra mənfi nəticələr baş verir: su sisteminin rejimi pozulur, torf çıxarılan yerdə landşaft və torpaq örtüyü dəyişir, yerli təmiz su mənbələrinin keyfiyyəti pisləşir, hava hövzəsi çirklənir, heyvanat aləminin yaşayış şəraiti pisləşir. Torfun daşınması və saxlanması ilə əlaqədar xeyli ekoloji çətinlik yaranır. Torf bataqlığı-torf əmələgətirici rütubətsevər bitkilərlə örtülü, 30 sm və daha artıq torf layına malik olan bataqlıqlara deyilir. Torf bataqlıqları əsasən mülayim qurşaqlarda yayılmışdır, nadir hallarda tropik qurşaqlarda da torf bataqlığına rast gəlinir. Məsələn, Sumatra adasında yerləşən bataqlıqda torf layının qalınlığı 9 m-ə çatır. Torf yataqlarının xüsusiyyətlərinə və inkişaf üsullarına görə torfun hidravlik, ekskavator, frezləmə, frezləmə-qəlibləmə və digər hasilat üsulları mövcuddur.
Tori Eymos
Tori Eymos (ing. Myra Ellen Amos; 22 avqust 1963[…]) — Amerikalı müğənni, mahnı müəllifi və pianoçu. Eymos mezzo-soprano vokal diapazonuna sahib olan klassik bir musiqiçidir. 5 yaşında artıq fortepianoda instrumental əsərlər bəstələməyə başlayan Eymos, bu günə qədər Johns Hopkins Universitetindəki Peabody İnstitutuna tam təqaüd qazanaraq qəbul edilən ən gənc şəxsdir. 11 yaşında oranı tərk edir. Eymos, 1990-cı illərin əvvəllərində solo sənətçi kimi irəliləyiş əldə etməzdən əvvəl, 1980-ci illərin populyar qrupu Y Kant Tori Read -in aparıcı müğənnisi idi. Onun mahnıları gender, feminizm, siyasət və din də daxil olmaqla geniş mövzulara yönəlmişdir. Little Earthquakes (1992) Under the Pink (1994) Boys for Pele (1996) From the Choirgirl Hotel (1998) To Venus and Back (1999) Strange Little Girls (2001) Scarlet's Walk (2002) The Beekeeper (2005) American Doll Posse (2007) Abnormally Attracted to Sin (2009) Midwinter Graces (2009) Night of Hunters (2011) Gold Dust (2012) Unrepentant Geraldines (2014) Native Invader (2017) Ocean to Ocean (2021) toriamos.com — Tori Eymos rəsmi saytı "Tori Amos". AllMusic.
Gökhan Töre
Gökhan Töre (20 yanvar 1992[…], Köln, Almaniya Federativ Respublikası) — Türk futbolçusu. "Beşiktaş" klubunun hücumçusudur.
Törə Zeynalova
Törəxanım Zeynalova (1895, Bakı – 1974, Bakı) — aktrisa. Törəxanım Zeynalova 1895-ci ildə Bakıda İçərişəhərdə dünyaya gəlib. Törəxanım Zeynalova Musiqili Komediya Teatrında kostumer vəzifəsində çalışırdı. Amma Törə xanım özünü aktrisa kimi də sınamış, filmlərdə epizodik rollara çəkilmişdir. O, filmdə özünü, öz hislərini oynayırdı. Onun ən yaddaqalan obrazı "Uşaqlığın son gecəsi" filmindəki nənə obrazıdır. Bakılılar (film, 1938) Əsl dost (film, 1959) Gün keçdi (film, 1971) Kəndlilər (film, 1939) Qaraca Qız (1966) Qızıl qaz (film, 1972) Mollanın sərgüzəşti (film, 1960) Poçt qutusu (film, 1967) Şərikli çörək (film, 1969) Torpaq. Dəniz. Od.
Əlixan Törə
Əlixan Törə, Əlixan Törə Saquni, Əlixan Şakirxocayev, (uyğ. ئەلىخان تۆرە, özb. Alihon Tura çin. 艾力汗·吐烈; 21 mart 1884, Tokmak (Qırğızıstan), Yeddisu vilayəti, Türkistan general-qubernatorluğu, Rusiya imperiyası – 28 fevral 1976, Daşkənd, Özbəkistan SSR, SSRİ) — İkinci Şərqi Türkistan Respublikasının özbək əslilli birinci prezidenti. Törə vaxtilə Balasaqun indi hazırkı Qırğızıstanın Tokmak qəsəbəsində anadan olmuş, lakin 1920-ci ildə Sovet hökümətinin qurulması ilə Şərqi Türkistandakı Qaşqara mühacirət etmişdir. 1944-cü ilin aprelində Əlixan Törə Əbdülkərim Abbas və digər on nəfərlə birlikdə Şərqi Türkistanı Çin Milliyyətçi hakimiyyətindən azad etmək üçün Külçədə (Yining) azadlıq təşkilatı qurdular. 1944-cü il noyabrın 11-də SSRİ-nin dəstəyi ilə İli üsyanını qaldırdılar. Əlixan Törə Karabaltada digər mənbələrə görə (indi Qırğızıstanda) Tokmak şəhərində dindar bir ailədə anadan olmuşdur. Buxara mədrəsəsində yüksək dini təhsil almışdır. İlahiyyat biliklərinə görə ətrafdakılardan "Törə" ləqəbini almışdır.