TORİ

is. [ ing. ] İngiltərədə mühafizəkar siyasi partiya.
TORFLUQ
TORİT
OBASTAN VİKİ
Raqnhild Tori
Raqnhild Tori — Norveçli tərcüməçi. Raqnhild Tori dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasını ingilis dilinə uyğunlaşdırmışdır. Kitab qədim miniatürlərlə işlənərək, üç dildə - Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuşdur.
Tori Eymos
Tori Eymos (ing. Myra Ellen Amos; 22 avqust 1963[…]) — Amerikalı müğənni, mahnı müəllifi və pianoçu. Eymos mezzo-soprano vokal diapazonuna sahib olan klassik bir musiqiçidir. 5 yaşında artıq fortepianoda instrumental əsərlər bəstələməyə başlayan Eymos, bu günə qədər Johns Hopkins Universitetindəki Peabody İnstitutuna tam təqaüd qazanaraq qəbul edilən ən gənc şəxsdir. 11 yaşında oranı tərk edir. Eymos, 1990-cı illərin əvvəllərində solo sənətçi kimi irəliləyiş əldə etməzdən əvvəl, 1980-ci illərin populyar qrupu Y Kant Tori Read -in aparıcı müğənnisi idi. Onun mahnıları gender, feminizm, siyasət və din də daxil olmaqla geniş mövzulara yönəlmişdir. Little Earthquakes (1992) Under the Pink (1994) Boys for Pele (1996) From the Choirgirl Hotel (1998) To Venus and Back (1999) Strange Little Girls (2001) Scarlet's Walk (2002) The Beekeeper (2005) American Doll Posse (2007) Abnormally Attracted to Sin (2009) Midwinter Graces (2009) Night of Hunters (2011) Gold Dust (2012) Unrepentant Geraldines (2014) Native Invader (2017) Ocean to Ocean (2021) toriamos.com — Tori Eymos rəsmi saytı "Tori Amos". AllMusic.
Malus toringoides
Malus toringoides (lat. Malus toringoides) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Mequmi Toriqoe
Mequmi Toriqoe — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Ryuzo Torii
Ryuzo Torii (鳥居 龍藏, Torii Ryuzo, 4 may 1870, Şikoku – 14 yanvar 1953, Tokio[d]) – Yaponiya arxeoloqu, antropoloqu, etnoloqu və folklorşünası. Çin, Koreya, Tayvan, Rusiya və digər ölkələrdə apardığı tədqiqatlara görə tanınır. Ryuzo Torii 1870-ci ildə Yaponiyanın Tokuşima şəhərində doğulmuşdur. O, gənc yaşlarından etibarən antropologiya, arxeologiya və tarixə maraq göstərmişdir. 1892-ci ildə antropoloq Şoqoro Tsuboyun tələbəsi olmuş, daha sonra Tokio Universitetinin Elm kollecində nümunə təsnifçisi kimi işləməyə başlamışdır. Torii antropologiya üzrə formal təhsil almasa da, Tokio Universitetinin antropologiya fakültəsinin başçısı təyin olunmuşdur. Torii 1921-ci ildə Tokio Universitetinin köməkçi professoru, daha sonra isə Kokuqakuin və Sofiya universitetlərinin professoru olmuşdur. 1929-cu ildə Pekinin Yantszin Universitetinə professor kimi dəvət olunmuşdur. 1951-ci ildə Yaponiyaya qayıtmış və 1953-cü ildə Tokioda ölmüşdür. Toriinin tədqiqat sahələri antropologiya, folklor, dilçilik və arxeologiya olmuşdur.
Sequn Toriola
Sequn Toriola (18 sentyabr 1974) — Nigeriyanı təmsil edən stolüstü tennisçi. Sequn Toriola Nigeriyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Sequn Toriola Nigeriyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Sequn Toriola Nigeriyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Sequn Toriola Nigeriyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Sequn Toriola Nigeriyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Daha sonra Sequn Toriola Nigeriyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Sequn Toriola Nigeriyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Tonina Toriyelli
Tonina Toriyelli (22 mart 1934) — İtaliya müğənnisi. 1956 Avroviziya Mahnı Müsabiqəsində İtaliyanı "Amami se vuoi" mahnısı ilə təmsil etmişdir.
Torii
Torii (yap. 鳥居 — "quşlar oturan yer") — yapon dini olan sintonun məbədləri – dzindyanın qarşısında qurulan ritual qapılar. Onlar qapısı olmayan, qırmızı rəngə boyanmış iki dirəkdir. Yuxarıdan iki dirəklə də birləşirlər. Yuxarı dirək "kasaqi" (笠木), aşağı dirək "nuki" (貫) adlanır. Hesab edilir ki, toriilər "digər, o dünya" olan kamiyə girişdir. Orada isə hər bir kəs ruhlarla görüşə bilər. Keçmişdə yaponlar inanırdılar ki, ölənlərin ruhunu quşlar aparırlar və tez-tez belə qapılarda dincəlirlər.
Torilər
Torilər — öncə İngiltərə və Böyük Britaniya Krallığı,sonralar isə Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığında var olmuş iki partiyanın üzvlərinə verilmiş ad idi. 1678-1681-ci illər Kənarlaşdırma krizisi vaxtı İngilis parlamentinin üzvləri iki partiyada toplaşmışdılar: Viqlər (Britaniyada siyasi partiya) və Torilər. Tori sözü kral ailəsi dəstəkçilərini bildirmək üçün işlədilirdi.Onlar monarxist və mühafizəkar idilər. On səkkizinci əsrdə Viqlər Britaniya siyasətində aparıcı qüvvəyə çevrildilər və Torilər,dövr siyasətində qismən kiçik rola sahib oldular.
Torino
Turin (it. Torino) — ( Pyemont dilində- Turin) şimali İtaliyanın Pyemont bölgəsinin paytaxtıdır. Şəhər Alp dağları ilə əhatələnmişdir və Po çayının sol sahilində yerləşir. Turin adının mənası Kəlt dilində "dağlar" mənasına gələn Tau sözüdəndən gəlir. İtaliyanca isə bu şəhərin adınln mənası "kiçik buğa" olduğuna görə onun gerbində və bayrağında buğa şəkli var. Şəhər 1997-ci ildən UNESCO-nun Dünya İrsinə daxil edilmişdir. Turin Şimal və qərbdən Alp dağları tərəfindən əhatə olunmuşdur. Cənubdan "Monferatto" təpələrinin uzantısı olan tıbii bir yüksək təpə vardır. Şəhər şərqdən qərbə az meyilli bir düz (240m dən-280m ə) üzərində qurulmaqla bərabər yeni salınan qisimlər təpələrə doğru meyl etmişdir. Şəhər içindən 4 böyük su hövzəsi keçməkdədir.
Torino FK
Torino FK (it. Torino Football Club 1906) — İtaliyanın Turin şəhərini təmsil edən futbol klubu. 3 dekabr 1906-cı ildə Yuventusun bəzi oyunçuları yeni klub açaraq adını Torino qoydular. Klub Milanın İnter klubunun yeniyetmələr komandasının və Torineze Komandasının bazasında yaradılmışdır. Klub ilk dəfə 1927-ci ildə İtaliya çempionu olmuşdur. 40-cı illərin ikinci yarısında Torinoya, İtaliya futbolunun əsas oyunçuları yığıldı. O zaman komandanın kapitanı Valentino Matsola idi. 1943-cü ildən başlayaraq komanda 5 il Skudettonu heç kimə vermədi. Növbəti dəfə komanda 1975-ci ildə Çempionluq ugrunda oynamaga başladı və 1976-cı ildə çempion oldu. Növbəti mövsüm isə ikinci yeri tutdu.
Torinyan burnu
Torinyan burnu (isp. Touriñán) — İspaniyanın Atlantik okeanı sahillərində yerləşən burun. Burnu İspaniyanın materikdə yerləşən ən ucqar qərb nöqtəsidir. Qalisiya muxtar regionunun La Korunya əvaləti, Muhia şəhəri yaxınlığında yerləşir. Maksimal hündürlüyü 93 metrdir.
Torium
Torium (Th) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 90-cı element. 1882-ci ildə Y.Y.Berselius ona Norveçdən göndərilmiş nadir mineralda yeni elementin birləşməsini aşkar edir. O, bu elementi qədim skandinav Allah – ildırım saçan Tora şərəfinə torium adlandırır. Doğrudur Berselius bu adı hələ 1815-ci ildə toriumu İsveçdən olan digər mineralda səhv olaraq “kəşf edərkən” düşünmüşdü. Bu, o nadir hadisə idi ki, tədqiqatçının özü guya onun aşkar etdiyi elementi “bağladı”. “Bağlama” 1825-ci ildə baş verdi, o vaxt məlum oldu ki, əvvəllər Berselius ittrium fosfatı analiz edibmiş. Yeni mineralı isə torit adlandırdılar, bu, torium slikat idi.
Torizm
Torizm (ing. Toryism) — klassik mühafizəkarlığın ingilis versiyası olan siyasi fəlsəfə. Siyasi sahədə torizm, Üç Krallığın Müharibəsi dövründəki cəngavərlərin hərəkətindən qaynaqlanır. Bu siyasi fəlsəfə, İngiltərənin siyasi həyatında, eləcə də Birlik ölkələrinin, xüsusən də Kanadanın bəzi yerlərində görkəmli bir yerə sahibdir. Tarixən, Amerika İnqilab Müharibəsi zamanı on üç müstəmləkənin ayrılmasına qarşı çıxan İngilis Amerikasının sadiqləri də keçmiş Britaniya İmperiyası içərisində bu fəlsəfənin nümayəndələri idilər. Torizm, "Tanrı, Kral və Ölkə" sözləri ilə ifadə edildi . Torilər monarxizmin tərəfdarlarıdır, İngiltərə Kilsəsi ortodoksallığının dini irsinin daşıyıcılarıdır və eyni zamanda viqlərin fraksiyasının liberalizminə qarşı çıxırlar. İdxal olunan taxıllara vəzifə qoyan Qarğıdalı Qanunları (1815-1846) sayəsində torilərin əksəriyyəti iqtisadi sabitliyi, özünütəmin etməyi və kənd təsərrüfatı işçiləri üçün daha yüksək maaşları təmin edən proteksionist aqrarizmi dəstəklədi.
Torişima adası
Torişima adası (yap. 鳥島) — vulkan məşəlli ada, İzu adalarına qrupuna dazildir. İnzibati cəhətdən Tokio perfekturasına daxildir. Tokiodan cənubda yerləşir. Fudzi-Hakone-İdzu milli parkı ərazisinə daxildir. Adada yaşayış yoxdur (2012). Ada yapoon balıqçılarına Torişima adı ilə tanınırdı. Bu Edo dövrünətəsadüf edir. Rus xəritələrində isə ada «Üç Təpə adası» adı ilə tanınırdı. Onu ilk dəfə rus dənizçisi Zaxar İvanoviç Ponafidin 1819—1820 illər səyahəti zamanı xəritəyə salmışdır.
Akira Toriyama
Akira Toriyama (鳥山 明, Toriyama Akira, 5 aprel 1955[…] – 1 mart 2024[…], Yaponiya) – Yaponiya manqakası və personaj dizayneri. "Dr. Slump" və "Dragon Ball" manqa seriyalarının müəllifi kimi tanınır. "Dragon Quest", "Chrono Tigger" və "Blue Dragon" kimi videooyunların personaj dizayneri olmuşdur. == İlk illəri == Akira Toriyama 1955-ci ildə Ayçi prefekturasının Kyosu qəsəbəsində doğulmuşdur. İbtidai məktəbdə oxuyanda sinif yoldaşının qardaşının manqa kolleksiyası onda böyük təsir buraxmışdır. Manqaya marağının yaranmasında əsas iş kimi Osamu Tezukanın "Astro Boy" manqasını göstərmişdir. İbtidai məktəbdə manqaya böyük marağı olsa da, orta məktəbdə teleserial və filmlərə yönəldiyi üçün həmin dövrdə manqadan bir az uzaqlaşmışdır. Təhsilini bitirdikdən sonra Naqoyada bir reklam agentliyində üç il işləmişdir. Toriyama işə dərhal qəbul olunsa da, tez-tez işə gecikdiyini və dress-koda əməl etmədiyi üçün danlandığını etiraf etmişdir.
Toribio de Benavente
Toribio of Benavente (1482, Benavente, İspaniya – 1565, Mexico City, New Spain) o həmçinin Motolinía kimi tanınır, 1524-cü ilin mayında Yeni İspaniyaya gələn Meksikanın məşhur On İki Həvarisindən biri olan fransisk missioneri idi. Torino de Benavente Motilina Priney yarımadasında, Leon krallığına aid olan Zamora əyalətinin Benavente şəhərində anadan olmuşdur. Onun doğum tarixi barədə məlumatlar ziddiyətlidir. Əlimizdə olan məlumatlar onun 1482–1489-cu illər aralığında doğulduğunu təsdiq edir. Onun uşaqlığı haqqında demək olar ki, məlumatımız yoxdur. Motilina, təxminən, 1510-cu ildə Benavente şəhər monastrında 17 yaşında Fransıskançılar ordeninə üzv olmuşdur. Fransıskançılar ordeni İtalyan rahib olan Assisili Françesko tərəfindən yaradılan və İsa Məsihin istəyən görə yoxsul həyat tərzi sürməyə and içmiş bir dini təriqət idi. Bu orden 1210-cu ildə Papa III İnnokenti tərəfindən dini təriqət olaraq təsdiq edilmişdir. 1223-cü ildə Papa III Onorius tərəfindən təsdiq edilmiş təriqət əsasnaməsinə görə Fransiskanlar tam yoxsulluq içində, dilənçi, səfil vəziyyətində yaşayaraq xalq içində İncil hökmlərini yayırdılar. Onlar qəhvəyi rəngli cübbə geyir, öndən düyümlənən qurşaq bağlayır, ayaqlarına səndəl geyirdilər.

Значение слова в других словарях