Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Toxmaq (xalça)
. Həvə — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ilmələri döyüb yerində bərkitmək üçün (bəzi heyvanların buynuzundan, yaxud da metaldan və s.-dən hazırlanan) ucu kəsik, dişli alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti toxmaq (xalça) da adlandırırlar. Toxuculuğun ilk dövründə birinci arğacı vurmaq üçün möhkəm oduncaqdan (qoz, palıd və digər ağaclardan) hazırlanan dişli həvələrdən istifadə edirdilər. Bu cür primitiv həvələrin (toxmaq (xalça)ların) sapı (tutacağı) istifadə zamanı narahat idi, dişlər arasındakı məsafə ərişin sıxlığına hər zaman uyğun gəlmirdi. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, həvənin (toxmağın) dişlərinə metal ucluqlar əlavə edilmişdir. Yarı ağac, yarı metal materialdan hazırlanan həvələr texnoloji tələblərə tam cavab vermədiyi üçün belə alətlər sonda tam metaldan hazırlanmış, müasir həvələrin (toxmaqların) ilk nümunələri meydana gəlmişdir. Metal həvələr (toxmaqlar) XV – XVI əsrlərdən başlayaraq xalça emalatxanalarında istifadə olunmuş və XIX əsrdə isə metal həvələr (toxmaqlar) tam təkmilləşmişdir.
Toxmaqlı oymağı
Toxmaqlı oymağı — Cənubi Azərbaycanın Qaradağ vilayətində yerləşən Ustaclı elinin oymaqlarından biri və Qaradağ xanlarının mənsub olduğu oymaq. Toxmaqlılar əsas Qızılba tayfalarından biri olan Ustaclıların bir oymağıdırlar. Ustaclılar Bingöl yaylaqlarında İsmayıl Mirzənin ordusuna qatılmış, Cabanı zəfərindən sonra köçərək Diyabəkir və Qaradağda yerləşmişdirlər. Diyarbəkir Osmanlı imperiyası tərəfindən ələ keçirildikdən sonra oradakı Ustaclıların bir hissəsi Qaradağa və Xorasana yerləşdirilmişdir. Qaradağda yerləşən Ustaclılar tayfanın toxmaqlı oymağına mənsub olduqları üçün zamanla toxmaqlı deyə adlandırılmışlar. Nadir şahın ölümündən sonra yaradılan Qaradağ xanlığının xanları bu oymaqdan olmuş, sadəcə Qaradağlı nisbəsindən istifadə etmişdirlər. Toxmaqlı oymağının əsas qolu Qaradağda, Dizmar mahalında məskunlaşmışdı. Toxmaqlı oymağının başçıları sonralar Toxmaqlı soyadını tərk edib Qaradağlı kimi tanınmağa başladılar. Bu soya tarixi ədəbiyyatda bəzən Xəlifəli də deyilir. Toxmaqlı-Qaradağlı (Xəlifəli) oymağının məşhur simalarından I İlyas xəlifə, I Şəmsəddin xəlifə, II İlyas xəlifə, Bürhanəddin xəlifə, II Şəmsəddin xəlifə, Əhməd xəlifə, Mahmud sultan, Bayandur sultan, Məhəmmədqasım xan, Əbdürrəzzaq xan, Kazım xan (Məhəmmədkazım xan), Mustafaqulu xan, Nəcəfqulu xan, İsmayıl xan, Abbasqulu xan, Məhəmmədqulu xan, Hacı Sara xanım, Həsənəliağa Xanqaradağski (ata), Həsənəli xan Qaradaği, Aydın Qaradağlının adlarını çəkmək olar.
Toxmar
Toxmar — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Toxmar oyk., sadə. Quba r-nunun Talabıqışlaq i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli əhali bəzən Təhmer do adlandırır. Keçmiş adı Toxmarqışlaq olmuşdur. Yaşayış məntəqəsi əvvəllər qışlaq (binə) kimi yaranmış, kəndə çevrildikdən sonra oykonimin tərkibindəki qışlaq komponenti də düşmüşdür. Oykonim toxmar (gödək, qısa) və qışlaq komponentlərindən düzəlib, "gödək qışlaq" mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 73 nəfər əhali yaşayır.
Toxmaq barmağı
Toxmaq barmağı və ya beysbol barmağı kimi də tanınır — barmağın ən kənar birləşməsindəki vətər zədəsi. Bu, barmağın ucunu basmadan uzada bilməməsi ilə nəticələnir. Ağrı və göyərmə adətən barmağın ən kənar vətərinin arxasında baş verir. Toxmaq barmağı adətən barmaq ucunun həddindən artıq əyilməsi nəticəsində yaranır. Tipik olaraq, bu, bir top uzadılmış barmağa dəydikdə və onu sıxışdırdıqda baş verir. Bu, ya vətərin parçalanması, ya da avulsiya sınığı ilə nəticələnir. Diaqnoz ümumiyyətlə simptomlara əsaslanır və rentgen şüaları ilə təsdiqlənir. Müalicə adətən barmağın ucunu 8 həftə ərzində daimi olaraq düz saxlayan şin istifadəsini nəzərdə tutur. Orta oynaq hərəkət edə bilər. Bu, zədədən sonra 1 həftə ərzində başlamalıdır.
Toxmaq
Toxmaq (xalça) — ucu kəsik, dişli alət. Toxmaq barmağı — barmağın ən kənar birləşməsindəki vətər zədəsi. Toxmaq (Altınova) — Türkiyənin Yalova vilayətinin Altınova rayonuna bağlı kənd.
Toxmaq (Altınova)
Toxmaq — Türkiyənin Yalova vilayətinin Altınova rayonuna bağlı kənd. Kəndin adı 1890-cı ildə xarici mənbədə Qavaq İskələsi kimi qeyd olunur. Kənd Yalova vilayətindən 24 kilometr, Altınova rayonundan isə 4 kilometr aralıda yerləşir.
Toxa
Toxa torpağı formalaşdırmaq, alaq otlarını ləğv etmək, torpağı təmizləmək və toxum köklərini yığmaq üçün istifadə edilən qədim və çox yönlü kənd təsərrüfatı və bağçılıq alətidir. Torpağın formalaşdırılmasına bitkilərin dibinin ətrafına qrunt yığmaq, dar şırımlar açmaq və toxum əkmək üçün dayaz xəndəklər qazmaq daxildir. Bir toxa ilə alaq otları torpağın səthini qarışdırmaq və ya yarpaqları köklərdən kəsmək, torpağın köhnə köklərdən və məhsul qalıqlarından təmizlənməsini əhatə edir. Torpağı qazmaq və münbitləşdirmək üçün toxumlar kartof kimi kök bitkiləri yığmaq üçün istifadə olunur. Müxtəlif görünüş və məqsədlər üçün bir çox növ toxa var. Bəziləri bir neçə funksiya təklif edir, digərləri isə yalnız tək və xüsusi məqsədə malikdir. İki ümumi toxa növü var: torpağın formalaşdırılması üçün toxalar və alaq otlarını təmizləyərək torpağın "nəfəs almasını" təmin etmək üçün olan toxalar. Toxalar qədim texnologiya olub, kotandan əvvəl və bəlkə də yalnız qazma çubuğundan əvvəl mövcud olmuşdu. Şumer mifologiyasında toxanın ixtirasını tanrılar şurasının başçısı Enlil hesab edirdilər. Əl toxası sülalələrəqədərki Misir sənətində təsvir edilmişdir və toxalar Hammurapi çəcəlləsi (e.ə.
Toxum
Toxum – çiçəkli bitkilərin inkişafında əsas rol oynayan müstəqil çoxalma orqanıdır. Toxumun içərisində rüşeym, onun da ətrafında rüşeymin müvəqqəti qidasını təşkil edən ehtiyat maddəsi olur. Hər toxum xaricdən qabıqla örtülür. Toxumun xarici qabıq hissəsi müxtəlif sərtlikdə və rəngdə, səthi isə çopur, qırışıq, hamar, kələ-kötür, tikanlı, tüklü ola bilir. Çiçəkli bitkilər örtülü toxumlu bitkilər adlanır. Buna səbəb toxumun tozlanma və mayalanma nəticəsində əsas bitkidə qapalı yumurtalıqda əmələ gəlməsi və ilk inkişafını yumurtalıqda əsas bitki üzərində keçirməsidir. Toxumlar böyüklüyünə və çəkilərinə görə, eləcə də birləpəli və ikiləpəli olduqları üçün çox müxtəlifdir. Onlar cürbəcür rəngdə və formada olur. Toxumdakı ləpə xaricdən qabıqla örtülmüşdür. Qabıq toxumu xarici təsirlərdən qorumaqla yanaşı onun tamlığını təmin edir.
Tom
Tom — kişi adı. Tom Days — Belçika müğənnisi. Tom Henks — amerikalı aktyor. Tom Cons — Britaniya estrada müğənnisi. Tom Huper — Böyük Britaniya rejissoru. Tom Berencer — amerikalı aktyor. Tom Kenni — ABŞ səs aktyoru. Tom Atkins Tom Atkins (aktyor) — aktyor. Tom Atkins (direktor) — Direktor. Tom Atkins (siyasətçi) — siyasətçi.
Toxum ciyəsi
Toxum ciyəsi (lat. funiculus spermaticus) — çeçələ barmaq yoğunluğunda yumşaq və girdə bir ciyədir. Uzunluğu 15–20 sm-dir. Qasıq kanalının dərin halqasından başlayaraq kanal ilə xaricə doğru gedir və xayanın yuxarı ucunda tamam olur. Toxumdaşıyıcı axacaq — lat. ductus deferens Xaya arteriyası — lat. art. testicularis Toxumdaşıyıcı axacaq arteriyası — lat. art. ductus deferentis Toxumdaşıyıcı axacaq venaları — lat.
Tom (çay)
Tom - Qərbi Sibirdə çay. Ob çayının sağ qoludur və su yığılma dərəcəsinə görə İrtışdan sonra ikincidir.
Tom Araya
Tomas Enrike Araya Dias (isp. Tomás "Tom" Enrique Araya Díaz; d. 6 iyun 1961, Vinya-del-Mar) — treş metal qrupu olan Slayer-in Çili əsilli amerikalı vokalçısı və bas gitaraçısı. Araya Hit Parader-in "Tarixin ən yaxşı 100 metal vokalçısı" siyahısında 58-ci yerdə qərarlaşmışdır. Araya 1980-ci illərin əvvəllərində terapevt işləmiş və əldə etdiyi gəlirlə Slayer-in debüt albomu olan Show No Mercy albomunu maliyyələşdirmişdir. Arayanın yazdığı mahnı sözlərinin əsas hissəsi özünün də maraqlandığı seriyalı qatillər haqqındadır. Onun ilk söz yazarlığı töhfəsi 1985-ci ildə işıq üzü görmüş Hell Awaits albomundan vampir mövzulu "At Dawn They Sleep" mahnısıdır.
Tom Atkins
Tom Atkins (aktyor) — aktyor. Tom Atkins (direktor) — Direktor. Tom Atkins (siyasətçi) — siyasətçi. Digər Tom Atkins (film, 1915) — 1915-ci ildə çəkilmiş film.
Tom Berencer
Tom Berencer (ing. Tom Berenger) - ABŞ aktyorudur. Qızıl Qlobus və Emmi mükafatına layiq görülmüşdür. Ona ilk populyarlıq gətirən rolu 1986-cı ildə çəkilən Əgər sabah açılsa filmindəki Ceff Stivens roludur.
Tom Beyker
Tomas Stüart «Tom» Beyker (ing. Thomas Stewart «Tom» Baker; 20 yanvar 1934, Liverpul) — İngilis aktyor. Ən çox 1974 və 1981-ci illər arasında «Doktor Kim» serialında dördüncü Doktorun rolunda oynayan aktyor kimi tanınır.
Tom Cons
Ser Tom Cons (ing. Tom Jones; əsl adı ser Tomas Con Vudvord ing. Thomas John Woodward; d. 7 iyun 1940) — əslən Uelsdən olan Britaniya estrada müğənnisi. Onun rəngarəng şouları və emosional mahnıları 1960-cı illərin ortalarından ona dünya şöhrəti gətirmişdir. Müğənni 7 iyun 1940-cı ildə Uelsin Pontiprid qəsəbəsində, fəhlə ailəsində anadan olmuşdur. Hazırda ABŞ-nin Kaliforniya ştatında, Los-Anceles şəhərində yaşayır. 17 yaşından Melinda Trençard (Melinda Trenchard) ilə evli olmuşdur (10.04.2016-da vəfat edib). Mark adında oğlu və övladlığa götürülmüş Donna adında qızı var. O, özünə Tom Cons ləqəbini XVIII əsr ingilis yazıçısı Henri Fildinqin romanının məşhur personajının adından götürmüşdür.
Tom Days
Tom Days (25 noyabr 1989) — Belçika müğənnisi. Tom Days vaxtilə "The Dice" qrupunda oxuyub. Sonradan qrupu tərk edərək solo karyeraya başlayıb. Elə təmsilçinin "Days" (Dice) təxəllüsü də qrupdakı çıxışından qalıb. Onun ən məşhur albomu "Bleeding Love" adlanır. Tom Days 2010-cu ildə Belçikanı Avroviziyada "Me And My Guitar" mahnısı ilə təmsil edib.
Tom Dice
Tom Days (25 noyabr 1989) — Belçika müğənnisi. Tom Days vaxtilə "The Dice" qrupunda oxuyub. Sonradan qrupu tərk edərək solo karyeraya başlayıb. Elə təmsilçinin "Days" (Dice) təxəllüsü də qrupdakı çıxışından qalıb. Onun ən məşhur albomu "Bleeding Love" adlanır. Tom Days 2010-cu ildə Belçikanı Avroviziyada "Me And My Guitar" mahnısı ilə təmsil edib.
Tom Felton
Tom Andrew Felton (22 sentyabr 1987) — İngilis aktyor. Harri Potter adlı film seriyasında canlandırdığı Drako Malfoy obrazı ilə dünyaca tanınır.Harri Potter (romanlar seriyası) adlı kitab seriyası əsasında hazırlanan filmin bütün seriyalarında oynamışdır. Felton, 22 sentyabr 1987-ci ildə Londonda 4 qardaşın ən gənci olaraq dünyaya gəldi. Üç böyük qardaşı var: (Jonathan) Conathan, (Ashley) Aşli və (Chris) Kris. Aktyorluq karyerasına ailənin yaxın aktrisa dostunun Feltonun aktyorluq bacarıqlarını kəşf etməsi ilə başladı. Bunun üzərinə bir agentliyə qeydiyyatdan keçən Felton, 2 həftə sonra bir müsahibədən sonra təxminən 400 namizəd arasından (ABŞ-də) beynəlxalq bir reklam filmi üçün seçildi. 7 yaşında kilsə xorunda oxumağa başlayan Feltonun müvəffəqiyyətli bir müğənni olduğu deyilir. Məktəbin dörd fərqli xorunda iştirak edən Felton, Guilford Katedral Xoruna dəvət edilmişdir. Felton, Ticarət Birliyi və Barclaycard kimi şirkətlərin reklamlarında fəaliyyət göstərməyə başladı. İlk bədii film rolunu Peter Hevitt-in "Borrowers" (1997) filmindəki Peagreen Clock rolu ilə başladı.Felton, 1999-cu ildə "Second Sight"-da Clive Oven ilə birlikdə şahid Thomas Ingham rolunu oynadı.Feltonun Jodie Fosterunda oynadığı Malayziyada çəkilən Anna və Kral (1999) filmində "Louis T. Leonowens" canlandırdı.2000-ci ildə Felton "Hide and Seek" bölümündə Second Sight 2-də qonaq oldu.
Tom Finni
Sir Thomas "Tom" Finni (5 aprel 1922, Preston – 14 fevral 2014, Preston) —Preston North End FC, da hücumçu mövqeyində oluş İngilis milli futbol oyunçusudur. 1946-cı ildə peşəkar karyerasına başlayan oyunçu və 1958-ci ilə qədər Preston North End-də forma geyinib.
Tom Henks
Tomas Cefri "Tom" Henks (ing. Thomas Jeffrey Hanks, 9 iyul 1956[…], Konkord, Kontra-Kosta, Kaliforniya) — amerikalı aktyor. Amerika aktyoru və prodüseri Tomas Ceffri Henks 9 iyul, 1956-cı ildə Kaliforniya ştatının Konkord şəhərində anadan olub. Atası yerli restoranda baş aşpaz, anası isə həmin restoranda ofisiant işləyib. Tommi ailənin üçüncü uşağı idi. O, doğulandan 5 il sonra valideynləri boşanır və Amerika qanunvericiliyinə əsasən, 3 böyük uşaq (Tom, Larri və Sandra) atanın himayəsinə verilir. Tom azyaşlı olduğundan anası ilə qalır. Artıq gənc yaşlarında Tom Henks aktyorluq məharəti və güclü yumor hissi ilə ətrafdakıları ələ almağı bacarır. Kaliforniya Universitetinə qəbul olunması onun üçün məntiqli addım olur. Lakin Klivlenddə çıxış edən kiçik teatr truppasından dəvət alan kimi Tom təhsilini yarımçıq qoyur.
Tom Hey
Tom Hey (ing. Tom Hay; iyul 1858, İngiltərə – 10 yanvar 1940) — ingilis futbolçu; onun müntəzəm mövqeyi qapıçı idi. "Mançester Yunayted", "Barslem", "Steyvli", "Bolton Uonderers", "Great Lever", "Hallivel", "Akkrinqton" komandalarında çıxış edib. Tom Hey 1861-ci ildə İngiltərənin Steyvli şəhərində anadan olmuşdur.
Tom Hiddlston
Tom Uilyam Hiddlston (ing. Thomas William Hiddleston, 9 fevral 1981, Vestminster, London) — İngiltərəli aktyor və prodüser. Daha çox Marvel film seriyasında canlandırdığı Loki və həmçinin "Axşamüstü Parisdə" (2011), "Krimson zirvəsi" (2013) filmləri ilə məşhurdur. Tom Hiddlston 9 fevral 1981-ci ildə Londonun Vestminster rayonunda doğulmuşdur. İlkin təhsilini Oksfordakı Drakon məktəbi və Berkşirdəki İton kollecində təhsil almışdır. 2005-ci ildə Kral Dramatik İncəsənət Akademiyasını bitirib. Hiddlston karyerasına televiziyada başlayıb, ilk rolunu Nikolas və Niklbinin həyatı və məcarası" (2001) telefilmində oynayır. Bundan sonra o bir neçə il müxtəlif televiziya layihələrində iştirak edir. İlk böyük rolunu "Ceyn Ostinin sevgi uğursuzluqlarında" (2008) seriyalında oynayır. Aktyor 2011-ci ildə Marvel Kinematoqrafiya Kainatına daxil olan "Tor" filmində Loki obrazını canlandırır.
Tom Hokins
Tom Hokins (22 dekabr, 1936. Çikaqo – 16 avqust, 2017. Kaliforniya ştatı, Malibu şəhəri) — amerikalı basketbolçu. Tom Hokins 16 avqust 2017-ci ildə 81 yaşında Kaliforniya ştatının Malibu şəhərindəki evində dünyasını dəyişib. Tom Hokins “Notr-Dam” kollecinin komandasının ilk qaradərili basktebolçusu olub. O, peşəkar karyerasını başa vurduqdan sonra radio və televiziyada şərhçi kimi fəaliyyət göstərib. Həmçinin “Los-Anceles Docers” beysbol klubunun vitse-prezidenti olub. Tom Hokins “Minneapolis Lakers”, “Los-Angeles Lakers” və “Sakramento Kings” klublarında çıxış edib.
Tom Holland
Tom Holland (1 iyun 1996) — britaniyalı aktyor, rəqqas, səs aktyoru. Tom Holland 1 iyun 1996-cı ildə Londonda doğulub. Anası Nikola Elizabet Frost fotoqraf, atası Dominik Holland komediyaçı və yazıçıdır. Tom Holland Pedi, Sem və Heri adlı əkiz qardaşları ilə birlikdə yaşayır. Tom Holland Uimbledon universitetində təhsil alıb. İngiltərənin paytaxtı Londonda böyüyən Tom Holland karyerasına rəqqas olaraq başlayıb. Məşhur müzikal "Billy Elliotun" xoreoqrafı təsadüfən bir rəqs sinifində Tomdakı istedadı kəşf etdi, beləliklə, hələ 12 yaşında olanda ciddi bir layihədə səhnə alma şansı əldə edib. Film karyerasında ilk işi Yapon animasiya filmi "Arrittinin Gizli Dünyası"nın ingiliscə versiyasında etdiyi səsləndirmə oldu. 2012-ci ildə "Mümkünsüz" filmində Naomi Vatts və Evan Makqreqorla birlikdə rol aldı.
Tom Huper
Tomas Corc "Tom" Huper (ing. Thomas George "Tom" Hooper) — Böyük Britaniya rejissorudur. 12 Oskara namizəd olan Kral danışır! filmi 2010-cu ilin ən yaxşı filmi mükafatını, baş rol aktyoru Kolin Fört ilin ən yaxşı aktyoru, bu filmin rejissoru Tom Huper isə ən yaxşı rejissor nominasiyasında qalib oldular. Kral danışır!
Tom Jones
Ser Tom Cons (ing. Tom Jones; əsl adı ser Tomas Con Vudvord ing. Thomas John Woodward; d. 7 iyun 1940) — əslən Uelsdən olan Britaniya estrada müğənnisi. Onun rəngarəng şouları və emosional mahnıları 1960-cı illərin ortalarından ona dünya şöhrəti gətirmişdir. Müğənni 7 iyun 1940-cı ildə Uelsin Pontiprid qəsəbəsində, fəhlə ailəsində anadan olmuşdur. Hazırda ABŞ-nin Kaliforniya ştatında, Los-Anceles şəhərində yaşayır. 17 yaşından Melinda Trençard (Melinda Trenchard) ilə evli olmuşdur (10.04.2016-da vəfat edib). Mark adında oğlu və övladlığa götürülmüş Donna adında qızı var. O, özünə Tom Cons ləqəbini XVIII əsr ingilis yazıçısı Henri Fildinqin romanının məşhur personajının adından götürmüşdür.
Tom Odell
Tomas Piter Odell (24 noyabr 1990, Çiçester[d]) — ingilis müğənnisi. Tom Odell 24 noyabr 1990-cı ildə İngiltərədə doğulub. Atası pilot, anası isə ibtidai məktəb müəlliməsi. Böyük bacısı da var. Uşaqlığının bir qismini ailəsi ilə Yeni Zelandiyanın Oklend şəhərində keçirib. Tom 2012-ci ildə "Songs from Another Love" adlı debüt mini albomunu buraxır. 2013-cü ilin əvvəlində "BRITs Critics' Choice Award" mükafatını qazanır. Odellin debüt studiya albomu olan "Long Way Down" 2013-cü ildə işıq üzü görür. Üç il sonra onun ikinci "Wrong Crowd" adlı albomu çıxır. Daha iki il sonra 2018-ci ildə üçüncü studiya albomu "Jubilee Road" dinləyicilərə təqdim olunur.
Tom Hardi
Edvard Tomas Hardi (15 sentyabr 1977[…]) İngiltərəli aktyor, ssenarist və prodüserdir. Qısa adı Tom Hardi olan tanınmış sənətçi, bu günə qədər bir çox film və seriallarda rol almışdır. Birdən çox mükafatın namizədi və eynilə, bir çoxda mükafatın sahibi olmuşdur. O, 1977-ci ildə Londonda anadan olmuşdur. Anası rəssam, atası isə yazıçı olmuşdur. O, gənc yaşlarında teatr təhsili almışdır. O, həmçinin modellik etmişdir və 1998-ci ildə “Məni supermodel tap” müsabiqəsinin qalibi olmuşdur. O, kinoya 2001-ci ildə Qara Şahin filmi ilə qədəm qoymuşdur. Bir il sonra o, Star Trek: Nemesis filmində Şinzon roluna görə Ən Yaxşı Köməkçi Aktyor nominasiyasında Saturn Mükafatlarına namizəd olmuşdur. O, ən çox Bronson, Inception, Star Trek: Nemesis və Döüyşçü filmləri ilə gündəmə gəlmişdir.
Tom Ellis
Tomas Con Ellis (17 noyabr 1978, Kardiff, Uels, Birləşmiş Krallıq) — Uelsli aktyordur. Bu günə qədər, bir çox serial və filmlərdə rol almışdır. 2016-cı ilə yayımlanan Lucifer adlı serialda, başrol olaraq aktoyluğunu etmişdir. Tomas Con Ellis 17 noyabr 1978-ci ildə Kardiffdə dünyaya gəldi. Onun atası Christopher John Ellis anası isə, Marilyn Jean idi. Onun üç bacısı var idi, biri isə onun əkizidir. Onun atası, əmisi və bacılarından biri Baptist vəzirlərindən olmuşdur. Tom John Ellis dünyaya gəldikdən sonra ailəsi İngiltərəyə köçdü və o, Cənubi Yorkşirin Şeffild şəhərində böyüdü. O, Şeffildin Yüksək Storrs Məktəbində oxumuş və Şeffild Şəhər Gənclər Orkestrində fransız buynuzu çalmışdır. Daha sonra Qlazqoda Kral Şotlandiya Musiqi və Dram Akademiyasında Dramatik Tədqiqatlar üzrə bakalavr dərəcəsini qazanmışdır.
Tom Kenni
Tomas Ceyms "Tom" Kenni (ing. Thomas James "Tom" Kenny; 13 iyul 1962, Şərqi Sirakuz[d], Nyu-York ştatı) - ABŞ səs aktyoru. "Süngər Bob Kvadrat Şalvar" cizgi filmindən tanınır. Kenni 1962-ci il iyulun 13-də Nyu-Yorkun Sirakuz şəhərində anadan olub. 1995-ci ildən Cill Talli ilə evlidir. Onların Mak (1997-ci il təvəllüdlü) və Nora (2003-cü il təvəllüdlü) adlı iki övladı var.
Boum-Boum
Boum-Boum – Enigma musiqi layihəsi adından 2004 – cü ildə çıxarılmış sinql. Mahnı Voyageur albomundan çıxarlmış sonuncu sinqldır. Mahnının vokal ifaçıları Andru Donalds və Ruth-Ann Boyledur.