Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Toplama
Toplama və ya Üstəgəlmə (rus. надвиг, ing. overthrust, overfault, thrust-fault) — süxurlarda yatımın pozulmasının bir forması. Tektonik hərəkətlər nəticəsində pozulma boyu bir süxur kütləsinin digər süxur kütləsinə nisbətən yerdəyişməsilə səciyyələnir. Yer dəyişmə müstəvinin meyillik bucağına görə dik və maili növlərə ayrılır.
Toyama
Toyama (yap. 富山市) — Yaponiyanın Honşu adasında olan Çubu regionunda yerləşən Toyama prefekturasının eyniadlı paytaxtı.
Kametaro Toyama
Kametaro Toyama (外山亀太郎, Toyama Kametaro, 23 oktyabr 1867 – 29 mart 1918) – Yaponiya genetiki və zooloqu. Baramaçılıq sahəsindəki fəaliyyətinə görə tanınır. Mendelizmi Yaponiyada populyarlaşdıran şəxs hesab olunur. == Karyerası == Kametaro Toyama 1867-ci ildə Yaponiyanın Kanaqava prefekturasının ərazisində doğulmuşdur. O, 1885-ci ildə Tokio Ali Kənd və Meşə Təsərrüfatı Məktəbinə daxil olmuş, 1892-ci ilin iyulunda məzun olmuşdur. 1896-cı ildə Fukuşima prefekturasında baramaçılıq məktəbinin başçısı təyin olunmuşdur. Tokioya qayıtmazdan qabaq Yaponiya Kənd Təsərrüfatı Cəmiyyətində və Yaponiya Baramaçılıq Cəmiyyətində vəzifələr tutmuşdur. 7 fevral 1902-ci ildə Bungimaru gəmisi ilə Siama doğru yola düşmüşdür. Siam kralı Çulalonqkorn onu Siam Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan Baramçılıq Bürosunun baş mütəxəssisi təyin etmişdir. O, 1905-ci ilin martında Yaponiyaya qayıtmışdır.
Toyama Masakazu
Toyama Masakazu (外山正一, 23 oktyabr 1848, Tokio – 8 mart 1900) və ya Toyama Şoiçi – Yaponiya pedaqoqu və şairi. Miçiqan Universitetinin ilk yapon tələbələrindən biri olmuşdur. == Həyatı == Toyama Masakazu 1848-ci ildə Yaponiyanın Edo şəhərində yoxsul samuray ailəsində doğulmuşdur. 1861-ci ildə Qərb elmləri üçün nəzərdə tutulmuş şoqunluq məktəbi Banşo Şirabeşoda ingilis dili təhsil aldıqdan sonra ingilis dili müəllimi olmuşdur. 1866-cı ildə şoqunluq tərəfindən Londona göndərilmiş 14 yapon tələbədən biri olmuşdur. 1868-ci ildə Yaponiyaya qayıtmış, 1870-ci ildə xarici işlər naziri Arinori Morinin katibi kimi ABŞ-yə göndərilmişdir. Toyama 1872-ci ildə ABŞ-də təhsil almaq üçün qazandığı təqaüdü iki yapon tələbə ilə bölüşməyə qərar vermişdir. Ann-Arbor şəhərində yaşamaq daha ucuz olduğu üçün o, Miçiqan Universitetini seçmişdir. Toyama Ann-Arbor liseyində təhsil aldıqdan sonra 1873-cü ildə Miçiqan Universitetinə daxil olmuşdur. 1876-cı ildə universiteti buraxaraq Yaponiyaya qayıtmışdır.
Toyama prefekturası
Toyama prefekturası — Yaponiyanın Çubu regionunda prefektura. Ərazisi 4 247 kvadrat-kilometr, əhalisi 1 091 000 nəfərdir. Mərkəzi Toyama şəhəridir.
Toyama Şoiçi
Toyama Masakazu (外山正一, 23 oktyabr 1848, Tokio – 8 mart 1900) və ya Toyama Şoiçi – Yaponiya pedaqoqu və şairi. Miçiqan Universitetinin ilk yapon tələbələrindən biri olmuşdur. == Həyatı == Toyama Masakazu 1848-ci ildə Yaponiyanın Edo şəhərində yoxsul samuray ailəsində doğulmuşdur. 1861-ci ildə Qərb elmləri üçün nəzərdə tutulmuş şoqunluq məktəbi Banşo Şirabeşoda ingilis dili təhsil aldıqdan sonra ingilis dili müəllimi olmuşdur. 1866-cı ildə şoqunluq tərəfindən Londona göndərilmiş 14 yapon tələbədən biri olmuşdur. 1868-ci ildə Yaponiyaya qayıtmış, 1870-ci ildə xarici işlər naziri Arinori Morinin katibi kimi ABŞ-yə göndərilmişdir. Toyama 1872-ci ildə ABŞ-də təhsil almaq üçün qazandığı təqaüdü iki yapon tələbə ilə bölüşməyə qərar vermişdir. Ann-Arbor şəhərində yaşamaq daha ucuz olduğu üçün o, Miçiqan Universitetini seçmişdir. Toyama Ann-Arbor liseyində təhsil aldıqdan sonra 1873-cü ildə Miçiqan Universitetinə daxil olmuşdur. 1876-cı ildə universiteti buraxaraq Yaponiyaya qayıtmışdır.
Məhsul toplama mövsümü (Azərbaycan)
Məhsul toplama mövsümü (az-əbcəd. مهسول توپلاما مؤوسومو‎) – Azərbaycan xalq təqviminə görə payızda məhsulun toplandığı və Mihrican bayramının qeyd edildiyi dövr. == Müddəti == Azərbaycan adətlərinə görə, payızda məhsul toplanandan sonra, bəzi yerlərdə isə payız armudu və almasının yanağına xal düşəndə şənlik keçirilərdi. Şənliyə hər yaşdan insan gəlir, rəngbərəng geyimlər geyilir, ətraf gül-çiçəklə bəzədilirdi. Bu dövrün bayramların biri Mihrican bayramıdır. Tarixən Azərbaycanda Mihrican bayramı əkinçi və maldarların məhsul bayramı olmuşdur. Son dövrlərə qədər bu bayram ilin əmək qələbəsi, ilin yekunu bayramı kimi qeyd edilmişdir. Azərbaycanlılarda məhsul toplama mövsümündə günəş çıxmazdan əvvəl, dan yeri ağarmadan toplanan ilk almanın insana əbədi həyat (ölümsüzlük) verəcəyinə inanılır. Digər bir adətə görə, payızda meyvələr yetişdikcə ilk bardan (nübardan) xonça yığılıb, qız evinə göndərilər. Bu meyvə sovqatı bağbaşı və ya novbarlıq adlanır.