TOVLAMAQ [Ağa Mərdan:] Gərək mən onları bura gətirib tovlayam ki, xilaf şəhadət etsinlər (M.F.Axundzadə); DİLƏ TUTMAQ Hacı: Sən get dilə tut, boynuna qoy (M.İbrahimov); XOŞ DİLƏ GƏTİRMƏK Anaxanım: Dörd-beş ildir onun qonşuluğunda oluram, ildə neçə qız tovlar, xoş dilə gətirər, sonra incidər, qaçırar, yenisini gətirər (Çəmənzəminli); QILIĞINA GİRMƏK Və heç vaxt heç kimin qılığına girməməyə çalışmışdı... (Anar); TOVLAŞDIRMAQ Göyərçin: Hamısını öyrən, hamısını bil, onu tovlaşdır, çıx gəl (S.Rəhimov); BAŞINI BİŞİRMƏK (fr.v.), ALDATMAQ (bax), QILIQLAMAQ.