Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qozluca
Qozluca (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd rayonu ərazisində kənd.
Toxluca
Toxluca — əvvəllər İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, sonralar Göyçə mahalında Çəmbərək rayonunda kənd (Çəmbərək rayonundan Göyçə mahalına aid olan 5 kənddən biri). Hal-hazırda Geğarkunik mərzində kənd. Ermənistan SSR AS RH-nin 19 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Draxtik (Cənnət dərəsi) qoyulmuşdur. Toponim Azərbaycan dilində dağlıq yer mənasını ifadə edən "dağlıqca" sözünün fonetik forması əsasında əmələ gəlmişdir. Toponimin birinci komponenti tox türk dillərində "dağ" mənasında işlənən to, toğ sözlərinin fonetik formasıdır. Eyni zamanda qədim türk dilində toğ (tuğ) sözü "bənd", "sədd", "çəpər" mənalarında işlənir. Toponim ikinci komponenti -lu (əsli -luq) və -ca şəkilçilərindən ibarətdir. "Dağlıq ərazi" mənasını ifadə edir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Toğluca
Toxluca — əvvəllər İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, sonralar Göyçə mahalında Çəmbərək rayonunda kənd (Çəmbərək rayonundan Göyçə mahalına aid olan 5 kənddən biri). Hal-hazırda Geğarkunik mərzində kənd. Ermənistan SSR AS RH-nin 19 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Draxtik (Cənnət dərəsi) qoyulmuşdur. Toponim Azərbaycan dilində dağlıq yer mənasını ifadə edən "dağlıqca" sözünün fonetik forması əsasında əmələ gəlmişdir. Toponimin birinci komponenti tox türk dillərində "dağ" mənasında işlənən to, toğ sözlərinin fonetik formasıdır. Eyni zamanda qədim türk dilində toğ (tuğ) sözü "bənd", "sədd", "çəpər" mənalarında işlənir. Toponim ikinci komponenti -lu (əsli -luq) və -ca şəkilçilərindən ibarətdir. "Dağlıq ərazi" mənasını ifadə edir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Qozluca (Bostanabad)
Qozluca (fars. قوزلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 489 nəfər yaşayır (85 ailə).
Qozluca (Marağa)
Qozluca (fars. ‎‎قوزلوجه‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 544 nəfər yaşayır (106 ailə).
Qozluca (Sayınqala)
Qozluca (fars. قوزلوجه‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 90 nəfər yaşayır (16 ailə).
Qozluca (Soyuqbulaq)
Qozluca (fars. قوزلوجه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 213 nəfər yaşayır (29 ailə).
Qozluca (Xoy)
Qozluca (fars. قوزلجه‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (20 ailə).
Qozluca (Əcəbşir)
Qozluca (fars. قوزلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,320 nəfər yaşayır (312 ailə).
Toğluca silsiləsi
Toğluca silsiləsi — Culfa rayonu ərazisində alçaqdağ silsiləsi. Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun qurtaracağına cavab verir sıldırınlı tirədir. Qaradərəçayın orta axınının sağ sahilindən başlayaraq şimal-qərb istiqamətində 5 km-dək uzanır. Ən yüksək zirvəsinin hünd. 1200,2 m-dir. Suayırıcısı və şimal-şərq yamacları Orta Eosenin Lütet mərtəbəsinin terrigen-çökmə, çənub-qərb yamacları isə Alt Eosenin terrigen və vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikinci dərəcəli eyniadlı maili antiklinalının şimal-şərq qanadında yerləşir.
Qozluca (Dərələyəz)
Qozluca — İrəvan xanlığının Dərələyəz mahalında kənd adı. 1727-ci ilə aid mənbədə İrəvan əyalətinin Dərələyəz nahiyəsində Qozluca kəndin adı çəkilir. Həmin mənbədə qeyd olunur ki, kənddə adam yaşamır. Şiə olduqlarına görə köçüblər1949-cu ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilmişdir. "Qoz ağacı bol olan yer", "qozluq" mə'nasındadır.
Qozluca (Qars)
Qozluca — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 91 nəfərdir (2022).
Əlikösə (Duzluca)
Əlikösə — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Kəndin adı 1901-ci il qeydlərində Əlikosa kimi qeyd olunur. Ermənilər 13 avqust 1919-cu ildə kəndin kişilərini ayıraraq əksəriyyətini qətlə yetirmişdilər. Noyabrın 11-dən 12-nə keçən gecə XI Diviziya komandanlığı ermənilərə qarşı hücuma keçmiş və Türkiyə bayrağı İğdır bələdiyyəsinin binasına sancılmışdır. Bu hadisələrdən sonra 14 noyabrda ermənilər XV korpus komandiri Kazım Qarabəkir paşanın komandanlığı ilə Türkiyə ordusu tərəfindən Araz çayının şimalına doğru dəf edilmişdir. 3 dekabr 1920-ci ildə imzalanan Gümrü müqaviləsi ilə İğdır və ətrafının Türkiyə ərazisi olduğu təsdiqlənmişdir. Kənd İğdır şəhər mərkəzinə 62 km, Duzluca şəhər mərkəzindən 26 km məsafədədir.
Almalıq (Duzluca)
Almalıq — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kənd 1901-ci ildən eyni addadır.
Gedikli (Duzluca)
Gedikli — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Tavusgün kimi qeyd olunur. Ermənilər 1919-cu il avqustun 12-də Tavusgün (Gədikli) kəndinə basqın edərək kəndin bütün əhalisini qətlə yetirmişdilər.
Göydaş (Duzluca)
Göydaş — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.
Gözəldərə (Duzluca)
Gözəldərə — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1928-ci il qeydlərində Kirempe kimi qeyd olunur.
Güllücə (Duzluca)
Güllücə — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.
Həsənkənd (Duzluca)
Həsənkənd — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kənd 1901-ci ildən eyni addadır.
Körpübaşı (Duzluca)
Körpübaşı — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Çinçavat kimi qeyd olunur ki, bu da ermənicə "imansız, dini pozğun" mənasını verir.
Küçükova (Duzluca)
Küçükova — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1928-ci il qeydlərində Pirsaq kimi qeyd olunur. Kənd 1960-cı ildə “Küçükova” adlandırılmışdır.
Kələkli (Duzluca)
Kələkli — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Külüklü kimi qeyd olunur.
Laləli (Duzluca)
Laləli — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == 1928-ci ildən eyni adı daşıyır.
Aşağıağdaş (Duzluca)
Aşağıağdaş — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1901-ci ildən eyni addadır.
Aşağıcıvanlı (Duzluca)
Aşağıcıvanlı — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.
Qozluçay
Qozluçay — Araz çayının sol qolu. Qozluçay Arazın sol qoludur. Xocavənd və Füzuli rayonları ərazisindən axır. Uzunluğu 28 km, hövzəsinin sahəsi 100 kvadrat km-dir. Başlanğıcını Kiçik Qafqazın cənub-şərq yamacının 1520 m hündürlüyündən götürür Suyunun çox hissəsini yağış suları təşkil edir. Yalnız güclü yağışlar zamanı suyu Araza çatır. Daimi axara malik deyildir. Çayın suyundan suvarma işlərində qismən istifadə olunur.
Qozluçay döyüşü
Qozluçay döyüşü — Səfəvi-Osmanlı müharibələri zamanı Qozluçay sahilində vuruşma. Osmanlıların zəbt etdiyi Qarabağı geri qaytarmağa çalışan I Şah Abbas Hüseyn xan Ziyadoğlu-Qacarı qoşunla 1604-cü ildə Qarabağa göndərmişdir. Araz çayını keçən Hüseyn xan Qacarın qoşunu Qozluçayın sahilində düşərgə salmışdır. Gəncə bəylərbəyi Davud paşanın 7 min nəfərlik qoşununa qarşı döyüşdə məğlub edilən Hüseyn xan geri çəkilməyə məcbur olmuşdur.