Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Transition
Amerikanın "Terrafugia" şirkəti "Transition" adı alan ilk uçan avtomobilinin sınağını keçirib. Yeni avtomobil ümumi istifadə yollarında gedə bilər və istənilən eniş-uçuş zolağından havaya qalxa bilər. Avtomobilə sertifikat verilsə də, sürücülər üçün xüsusi lisenziya tələb olunacaq. Şirkətin nümayəndələri bildiriblər ki, xüsusi kurs keçərək 20 saat uçan sürücülər müvafiq lisenziya ala biləcək. "Terrafugia Transition" adi benzin mühərriki ilə işləyən avtomobildir. Havada isə maşın "Rotax 912S" pərli mühərrikdən istifadə edir. Adi avtomobilin təyyarəyə çevrilməsi cəmi 30 saniyə çəkir, bu müddət ərzində maşının qanadları yığılır və ya açılır. Avtomobil yerə enmədən 724 kilometr məsafəni qət edə bilir. Havada maksimal sürəti saatda 185 kilometr, yerdə isə saatda 105 kilometr sürətlə gedə bilir. Hələlik avtomobilin kütləvi istehsalı təşkil edilməyib.