STAT

State Transition Analysis Tool Vəziyyət keçidi analizi aləti
ST
Steganography
OBASTAN VİKİ
Cənubi Xəzərin statistik parametirləri
Dafni-Feryhop-Foli mteropoliten statistika ərazisi
Bolduin dairəsi (ing. Baldwin County) — ABŞ-nin Alabama ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə əhalisi 182.265 nəfər olmuşdur. Qraflıq mərkəzi Bey-Minett şəhəridir. Senator Avraam Bolduinin şərəfinə adlandırılmışdır.
Dendrobium phalaenopsis var. statterianum
Dövlət Statistika Komitəsi
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi — Azərbaycan Respublikasında statistika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və ölkədə sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyət ilə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanı. statistika sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; statistik məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin edir; statistika sahəsinin inkişafını təmin edir; iqtisadi, sosial, demoqrafik və ekoloji sahələrin vəziyyətinə dair statistika tədqiqatlarını təşkil edir və aparır; statistik vahidlərin dövlət registrini aparır; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Dövlət Statistika Komitəsi (Azərbaycan)

Dövlət Statistika Komitəsi (NMR)
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi-statistika sahəsində muxtar respublikada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və muxtar respublikada sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyət ilə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanıdır. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur. Komitənin əsasnaməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 06 iyul tarixli 169-III FR nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Hüseyn Bağırovdur. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr əvəzi Azər Zeynalov tərəfindən 2023-cü il 7 aprel tarixindı bu vəzifəyə təyin edilib.
Dövlət Statistika Komitəsi (Naxçıvan)

Epileptik status
Epileptik status - uzunsürən epileptik tutma və ya aralarındakı fasilə zamanı şüurun tam bərpa olunmadığı çoxsaylı təkrarlanan tutmalarla özünü büruzə verən təxirəsalınmaz vəziyyətdir. G41.0 Epileptik status - grand mal (tonik-klonik tutmalar) G41.1 Epileptik status -petit mal (absanslar statusu) Rejimin pozulması, somatik və infeksion xəstəliklər, epilepsiya əleyhinə preparatların tətbiqində fasilə, yaxud onların qəbulunun dayandırılması və ya dozasının azaldılması. Predstatus (tutmanın başlanmasından 0-9 dəq), başlanğıc ES (10-30 dəq), inkişaf etmiş ES (31-60 dəq), refrakter ES (60 dəq-dən artıq). ES zamanı tonik və ya klonik tutmalar bütün ətraflarda qeyd olunur, çox vaxt gözlərin çevrilməsi və ya onların klonik dartılması ilə birgə baş verir, birtərəfli xarakter daşıya bilir. Absanslar ES-si zamanı şüurun dəyişməsi qeyd olunur, bu zaman reaksiyalar hissəvi olaraq saxlana bilər, dezorientasiya, afaziya, amneziya, oral və bilək avtomatizmləri müşahidə edilir. Absanslar ES-si diaqnozu EEQ-də epileptik aktivlik aşkar olunduqda təsdiq edilə bilər. Metabolik ensefalopatiyalar (qara ciyərin, böyrəklərin zədələnməsi və s.), dərman intoksikasiyaları, psixozlarla aparılır. Əgər tutmalar 10 dəq-dən artıq davam edirsə, stasionara nəqliyyatla göndərişin təşkilinə başlanmalıdır. Məqsəd – 30 dəq tamam olmamış tutmaların qarşısını almaqdır (30 dəq ərzində ESdən sonra baş beyin neyronlarında patoloji dəyişikliklər baş verir). Xəstəxanaya qədər olan mərhələdə tənəffüs yollarının keçiriciliyi təmin olunur, oksigen verilir, benzodiazepinlərin (relanium) bütün üsullarla yeridilməsi effektivdir – v/d, ə/d, rektal.
Ermənistan Respublikası Milli Statistika Xidməti
Ermənistan Respublikası Milli Statistika Xidməti (erm. Ազգային վիճակագրական ծառայություն, MSX; ERMSTAT) — Ermənistan Respublikasının milli statistika idarəsi. 7 yanvar 1922-ci il tarixində Ermənistan Sovet Sosialist Respublikası Statistika Departamenti adı ilə fəaliyyətə başlayan qurum, daha sonralar bu adları alıb: Ermənistan Sovet Sosialist Respublikası Dövlət Statistika Komitəsi (1987-1992) Ermənistan Respublikası Statistika, Dövlət qeydiyyatı və Analiz Departamenti (1992-1998) Ermənistan Respublikası Statistika, Dövlət qeydiyyatı və Analiz Nazirliyi (aprel 1998-may 2000) 7 noyabr 2003-ci il tarixində Ermənistan Beynəlxalq Valyuta Fondunun Məlumatların Yayılmasının Xüsusi Standartlarına qoşulan sayca 3-cü MDB ölkəsi oldu.
Fermi–Dirak statistikası
Fermi–Dirak statistikası — yarımtam spinə (1/2, 3/2, ..., h Plank sabiti vahidlərində) malik identik (fərqləndirilməyən, eyniləşmiş) zərrəciklərdən ibarət sistemlərə tətbiq edilən kvant statistikası. Bu statistika 1926-cı ildə Enriko Fermi tərəfindən irəli sürülmüş və elə həmin ildə onun kvant-mexaniki interpretasiyası Pol Dirak tərəfindən verilmişdir. Fermi–Dirak statistikası statistik mexanikanın bir hissəsidir və kvant mexanikasının prinsiplərindən istifadə edir. Kvant fizikasında sistemin halı, onu təşkil edən bütün zərrəciklərin koordinat və spinlərindən asılı olan dalğa funksiyası ilə ifadə olunur. Fermi–Dirak (F–D) statistikasına tabe olan zərrəciklər (fermionlar) üçün dalğa funksiyası antisimmetrikdir, yəni istənilən fərqləndirilməyən zərrəciklər cütünün yerlərini dəyişdikdə dalğa funksiyası işarəsini dəyişdirir. V. Pauli 1940-cı ildə isbat etdi ki, kvant zərrəcikləri üçün istifadə olunan statistikanın növü birqiymətli şəkildə zərrəciklərin spini ilə təyin olunur (yarımtam spinli zərrəciklərdən fərqli olaraq, tam spinə malik olan zərrəciklər sistemi Boze-Eynşteyn statistikasına tabe olur). F–D statistikasına əsasən hər bir kvant halında yalnız bir zərrəcik yerləşə bilər (Pauli prinsipi). 1926-cı ildə Fermi–Dirak statistikasının tətbiqindən əvvəl, zahirən ziddiyyətli görünən hadisələrə görə elektron davranışının bəzi aspektlərini başa düşmək çətin idi. Məsələn, otaq temperaturunda bir metalın elektronik istilik tutumu ondan elektrik cərəyanı axan vəziyyətdən 100 dəfə az elektrondan gəlmiş kimi idi. Otaq temperaturunda metallara yüksək elektrik sahələri tətbiq etməklə yaranan emissiya cərəyanlarının nəyə görə temperaturdan demək olar ki, asılı olmadığını anlamaq da çətin idi.
Filipp Lüdviq Statius Müller
Мюллер, Filipp Lüdviq Statius Müller (alm. Philipp Ludwig Statius Müller‎, 25 aprel 1725 – 5 yanvar 1776, Erlangen, Mərkəzi Frankoniya) — Alman teoloqu və zooloqu. De Zeedemeester der kerkelyken. Fongerlo, Amsterdam 1750. De traanen eenes volks, over het verlies van een eminent Opper-Hoofd. Leeuwarden 1751. Die rechtmäßige Freude über die Wohlthaten Gottes das Jenaische Universitäts-Jubilär betr. Jena 1758. Dissertationis de justo probabilitatis valore et usu sectio teria. Erlangen 1758.
Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu
Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu (fr. Institut national de la statistique et des études économiques, qıs. INSEE və ya Insee) — institut Fransada rəsmi statistika hesablamalarını və təhlilini həyata keçirir. İqtisadiyyat, Sənaye və məşğulluq Nazirliyi tərəfindən idarə olunur. Oktyabr ayından etibarən İnstitutun direktoru Jan-Filip Kotidir.
Golden State Warriors
Qolden Steyt Uorriorz — NBA-da Sakit okean qrupunda yer alan Oklənd, Kaliforniyanı təmsil edən basketbol klubu. 1946-cı ildə Filadelfiya, Pensilvaniyada "Filadelfiya Uorriorz" adıyla qurulmuşdur. NBA-də 1947, 1956, 1975, 2015 və 2017-ci illərndə 5 dəfə çempion olmuşdur. Üç çempionluğun ardından 40 il sonra 2015-ci il finallarında "Klivlend Kavalers" üzərində qalib gələrək çempion olmuşlar. 2015-16 mövsümündə 73 qalibiyyət 9 məğlubiyyət alaraq NBA tarixinin normal mövsümündə ən çox qalib gələn komandası ünvanını almışdır. Warriors, Peter A. Tyrrell tərəfindən 1946-cı ildə "Filadelfiya Warriors" adıyla quruldu. 1946-47 mövsümündə "Çikaqo Stags"i 4-1 məğlub edərək çempion oldu. Bu uğur NBA rəhbərliyi tərəfindən ilk çempionluq olaraq qəbul edilir. Bir il sonra 1947-48 mövsümündə də final oynamağa nail oldular, lakin Baltimor Bullets qarşısında 4-2 məğlub oldular. İkinci çempionluğu isə 1955-1956 mövsümündə oldu, Warriors bu dəfə "Fort Wayne Piston"s ilə 5 oyundan sonra 4-1 hesabı ilə qalib gəldilər.
Hindistanda rəsmi statuslu dillər
Hindistandа etnik, dil, din amilləri bir-birinin daxilinə elə nüfuz edib ki, əksər hallarda etno-mədəni proseslərdə bu faktorlar ayrı təsnifatlaşdırılmır. Dil, dialekt, ləhcə, şivələrin sayına görə, Hindistan dünyanın ən zəngin ölkələrindən biridir. Hindistanda əhаlinin 73,4 %-i hindi, 24,5 %-i drаvid, 0,7 %-i Tibеt-Birmа dillərində dаnışır. Ölkənin şimalında və mərkəzi hissələrində əhalinin əksəriyyəti hind-ari dil ailəsinə, cənubda, cənub-şərqdə isə dravid dil ailəsinə mənsubdur. Hindistan Konstitusiyasında hər hansı bir dil “milli dil” statusu daşımır, lakin burada rəsmi dil devanaqari əlifbası ilə hindi dili və ingilis dili sayılır. Bu ölkədə 28 ştatın hər birində hindi dili (bəzilərində ingilis dili də) ilə yanaşı, yerli bir və ya iki dil rəsmi dil statusu daşıyır. Bundan başqa, dövlətin rəsmən tаnıdığı milli dillərdən (Konstitusiyanın 8-ci bölməsi) 13-ü hind-аri dillərinə, 3-ü drаvid dillərinə, 1-i Tibеt dillərinə və s. аiddir. Hindistan Konstitusiyasının tanıdığı 22 milli dili (national languages) və dörd milli regional dil (state languages) təsnifatlaşdırılmışdır . Milli dillər aşağıdakılardır: assam (Assam), benqali (Qərbi Benqal və Tripura), bodo (Assam), doqri (Cammu və Kəşmir), qondi (Çattisqarh, Madha-Pradeş, Orissa, Andha-Pradeş ştatlarında yaşayan qondi tayfasının dili), qucarati (Qucarat ştatı, Dadra və Naqar Haveli, Daman və Diu ittifaq əraziləri), kannada (Karnataka), kəşmiri (Cammu-Kəşmir), konkani (Qoa), malayalam (Kerala, Lakşadvir, Pondişeri), maythili (Bihar), manipuri (Manipur), marathi (Maharaştra), nepali (Siqqim), oriya (Orissa), pencabi (Çandiqarh, Delhi, Haryana), santali (Carkhand, Bihar, Orissa, Çattisqarh ştatlarında yaşayan santal xalqı), sinhi (sinhi icması), tamili (Tamilnad və Pondişeri), teluqu (Andhra Pradeş), urdu (Cammu və Kəşmir, Andhra Pradeş, Delhi, Uttar Pradeş), sanskrit.
IF statement
Şərt — müəyyən şərtin doğruluğundan asılı olaraq baş verən və ya baş verməyən hərəkət və ya əməliyyat haqqında işlədilən termin. Kompüter elmində qərarların idarə edilməsi üçün proqramlaşdırma dili əmrlərinə deyilir. Konkret olaraq, proqramçı tərəfindən müəyyən edilmiş Boolean şərtinin doğru və ya yanlış olaraq qiymətləndirilməsindən asılı olaraq şərtlər müxtəlif hesablamaları və ya hərəkətləri həyata keçirir. Nəzarət axını baxımından qərar həmişə hansısa şərt əsasında axının seçici şəkildə dəyişdirilməsi ilə əldə edilir. Dinamik göndərmə adətən şərti konstruksiya kimi təsnif edilməsə də, icra zamanı alternativlər arasında seçim etməyin başqa bir yoludur. Şərti ifadələr, vəziyyətə uyğun davranışı təyin edən proqramda nəzarət nöqtələridir. "Şərti deyim" termini adətən imperativ proqramlaşdırma dillərində istifadə olunur. Bunun əksinə olaraq, funksional proqramlaşdırmada "şərti ifadə" və ya "şərti konstruksiya" terminlərinə üstünlük verilir, çünki bu terminlərin hamısının fərqli mənaları var.
Kiçik Qafqazın şimal-şərq yamacı relyefinin statistik göstəriciləri
Kiçik Qafqazın şimal-şərq yamacı - Kiçik Qafqaz təbii vilayəti cənub-qərbdə Ermənistan Respublikası, şimal-qərbdə Gürcüstan Respublikası, şimal-şərqdə Kürün sağ sahil, cənub-şərqdə isə Arazın sol sahil düzənlikləri ilə sərhədlənir. Təbii vilayət Gəncə, Qarabağ silsiləsi, Qarabağ vulkanik yaylası və Həkəri fiziki-coğrafi rayonlarını əhatə edir. Ərazi təbii şəraitinin müxtəlifliyi, təbii ehtiyatlarının zənginliyi ilə fərqlənir. Ekoloji geomorfologiya tətbiqi geomorfologiyanın bir istiqaməti kimi yaranmış və son 20-25 ildə inkişaf etməyə başlamışdır. Bu müddət ərzində ekogeomorfoloji tədqiqatlar müxtəlif aspektlərdən – nəzəri, tətbiqi, sahəvi, regional öyrənilmişdir və geomorfologiyanın bu yeni istiqamətinin meydana gəlməsi ilə əlaqədar olan terminlər təklif olunmuşdur. Tətbiqi geomorfologiyanın bir qolu olan ekoloji geomorfologiya Yer səthi relyefi və relyef əmələgətirən amillər ilə əlaqədar olan ekoloji problemlərlə məşğul olmaqla geomorfoloji sistemlərin ekoloji sistemlərlə müxtəlif dərəcəli qarşılıqlı əlaqəsini öyrənir. Geomorfologiya ekosistemin elementi olan relyef və relyef əmələgətirən proseslərin ekoloji qiymətləndirilməsinin prinsip və metodlarının işlənməsinə ehtiyac duyur. Məqalədə Kiçik Qafqazın şimal-şərq yamacının (Xram və Zəyəm çayları arası) relyefinin morfometrik göstəriciləri əsasında ərazinin ekoloji-geomorfoloji xəritəsi tərtib olunmuşdur. Geomorfoloji sistemin, relyefin tipləri və elementar formalarının ekoloji xüsusiyyətində əsas və effektli rol oynayan morfometrik göstəricilərinə hipsometriyanı, yüksəkliklərin meyilliyi, relyefin üfüqi və şaquli parçalanmasının dərəcəsi və yamacların ekspozisiyasını aid etmək olar. Relyefin bu morfometrik xüsusiyyətlərinin hər biri ayrı-ayrılıqda hər biri ekogeomorfoloji vəziyyət üçün müəyyən rol oynayır – bəzi hallarda müsbət, bəzi hallarda isə mənfi.
Kral statistika cəmiyyəti
Kral statistika cəmiyyəti (ing. Royal Statistical Society) — elmi statistika cəmiyyəti və Böyük Britaniyanın statistlər peşəkar birliyi. Əhali məlumatlarını toplamaq məqsədi ilə 1834-cü ildə London Statistika Cəmiyyəti olaraq quruldu. Riyazi statistika sahəsində tədqiqatlar yalnız bir neçə onillikdən sonra aparılmağa başladı. Cəmiyyətin quruluşunu Riçard Cons, Çarlz Bebbic, Adolf Ketle, Vilyam Uevell və tomas Maltus asanlaşdırdı. Cəmiyyətin görkəmli üzvləri arasında Florens Naytinqeyl də vardı, 1858-ci ildə quruma qoşulan ilk qadın oldu. Kral statistika cəmiyyətinin müxtəlif dövrlərdə prezidentləri Vilyam Beveric, Ronald Eylmer Fişer, Qarold Vilson, Eqon Şap Pirson, Leonard Tippettt Henri Kaleb, Devid Koks və başqaları idi. 1887-ci ildə London Statistika Cəmiyyəti bir kral nizamnaməsi əsasında Kral Statistika Cəmiyyətinə çevrildi və 1993-cü ildə İngiltərə Peşəkar Statistlər Birliyi — Statistlər İnstitutu ilə birləşdirildi. Cəmiyyətin hazırda dünya üzrə 7200 üzvü var. Cəmiyyətin Londonun İslinqton dairəsində bir neçə ofisi və iclas otağı var.
Mediana (statistika)
Mediana (lat. mediāna "orta") — ədədlər toplusu — bu çoxluğun ortasında olan ədədi, artma sırası ilə çeşidlənsə, yəni elə bir ədədi ki, dəstdəki elementlərin yarısı ondan az, digər yarısı isə çox deyil. Başqa bir ekvivalent tərif [1]: ədədlər çoxluğunun orta ölçüsü, çoxluqdan bütün nömrələrə qədər olan məsafələrin (və ya daha dəqiq desək, modulların) cəmidir. Bu tərif təbii olaraq çoxölçülü məlumat dəstlərini ümumiləşdirir və 1-median adlanır . Məsələn, {11, 9, 3, 5, 5} çoxluğunun medianı 5 rəqəmidir, çünki sifarişdən sonra bu çoxluğun ortasında dayanır: {3, 5, 5, 9, 11}. Nümunədə cüt sayda element varsa, orta təkrarolunmaz olaraq təyin edilə bilməz: ədədi məlumatlar üçün ən çox iki qonşu dəyərin yarım cəmindən istifadə olunur (yəni çoxluğun medyanı { 1, 3, 5, 7} 4-ə bərabər götürülür çünki, 3 və 5 rəqəmlərin ədədi ortası tapılır. Ətraflı məlumat üçün aşağıya baxın. Riyazi statistikada, orta bir nümunənin və ya bir sıra birinin xüsusiyyətlərindən biri kimi istifadə edilə bilər. Təsadüfi dəyişənin medianı da müəyyən edilir: bu halda paylanmanı yarıya endirən rəqəm kimi təyin olunur. Kobud şəkildə desək, təsadüfi bir dəyişənin medyanı elə bir ədədi ki, təsadüfi dəyişənin dəyərini onun sağına almaq ehtimalı, dəyəri sola götürmə ehtimalına bərabərdir (və hər ikisi də 1/2-yə bərabərdir) — daha dəqiq bir tərif aşağıda verilmişdir.
Milli Statistika Xidməti (Ermənistan)
Ermənistan Respublikası Milli Statistika Xidməti (erm. Ազգային վիճակագրական ծառայություն, MSX; ERMSTAT) — Ermənistan Respublikasının milli statistika idarəsi. 7 yanvar 1922-ci il tarixində Ermənistan Sovet Sosialist Respublikası Statistika Departamenti adı ilə fəaliyyətə başlayan qurum, daha sonralar bu adları alıb: Ermənistan Sovet Sosialist Respublikası Dövlət Statistika Komitəsi (1987-1992) Ermənistan Respublikası Statistika, Dövlət qeydiyyatı və Analiz Departamenti (1992-1998) Ermənistan Respublikası Statistika, Dövlət qeydiyyatı və Analiz Nazirliyi (aprel 1998-may 2000) 7 noyabr 2003-ci il tarixində Ermənistan Beynəlxalq Valyuta Fondunun Məlumatların Yayılmasının Xüsusi Standartlarına qoşulan sayca 3-cü MDB ölkəsi oldu.
Mühafizə statusu
Mühafizə statusu — bioloji növlərin hazırda və yaxın gələcəkdə qorunması göstəricisidir. Mühafizə statusunun qiymətləndirilməsi zamanı bir çox faktorlar, — yaşayan fərdlərin sayı, müəyyən vaxt ərzində onların sayının çoxalma və azalması, seleksiya nailiyyətləri, məlum olan təhlükələr və s. nəzərə alınır.
Müəssisənin inkişaf stategiyası
Strategiya idarəetmənin və planlaşdırmanın alt sistemidir. Strategiya təşkilatın məqsədlərinin formalaşdırılmasını, onun həyata keçirilməsini, təşkilatın artımı-nı, inkişafını təmin edir və iqtisadi cəhətdən möhkəmləndirilməsinə yönəlir. Strateji planlar müəssisənin ümumi strateqiyasının, onun fəaliyyət is-tiqamətlərinin, perspektiv inkişafının müəyyənləşdirilməsindən ibarətdir. Strateji planlar yeni və mütərəqqi məhsulların istehsalını, müəssisənin rəqabət qabi-liyyətinin möhkəmləndirilməsini nəzərdə tutur. Onun əsas vəzifəsi ətraf mühitdəki dəyişikliyə reaksiya üçün lazımi informasiya və dəyişikliyin təminatın-dan ibarətdir. Strateji planlaşdırma prosesi strategiyanın mərhələləri ilə müəyyən olunur və aşağıdakılardan ibarətdir: Təşkilatin missiyası. (Təşkilatin missiyası-ali, baş məqsəddir. Yəni nə is-tehsal etmək, hansı fəaliyyətlə məşqul olmaq lazım gəldiyini müəyyənləş-dirir.) Təşkilatin məqsədi. (Ali məqsədə nail olmaq üçün hansı işləri görmək lazım olduğunu müəyyən edir.) Ətraf mühitin təhlili. (Xarici təsir amillərini müəyyən etmək, riskləri hesablamaq, rəqibləri öyrənmək, təbii fəlakətlərdən qorunmaq, infilyasi-yanı nəzərə almaq və s.) Alternativlərin təhlili.
Naxçıvan MR Dövlət Statistika Komitəsi
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi-statistika sahəsində muxtar respublikada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və muxtar respublikada sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyət ilə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanıdır. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur. Komitənin əsasnaməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 06 iyul tarixli 169-III FR nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Hüseyn Bağırovdur. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr əvəzi Azər Zeynalov tərəfindən 2023-cü il 7 aprel tarixindı bu vəzifəyə təyin edilib.
Nikolay Statsyuk
Nikolay Arsentyeviç Statsyuk (15 may 1917, Letiçev rayonu[d] – 23 mart 1976, Bakı) — Sovet İttifaqı Qəhrəmanı (24 mart 1945) Nikolay Statsyuk 1917-ci ildə Ukraynanın Xmelnitski vilayətinin Letiçev rayonunun Zavolk kəndində ukraynalı ailəsində anadan olub. Nikolay Statsyuk 1936-cı ildə Bakıya gəlmiş və neft mədənində traktorçu işləmişdir. 12 iyun 1941-ci ildə Bakı Şəhər Hərbi Kommisarlığından orduya çağırılmışdır. Müharibə başlandığı günlərdə Nikolay Statsyuk SSRİ-nin qərbində orduda xidmət edirdi. Tank hissəsində starşina rütbəsilə xidmət etmişdir. Sovet ordusu ilə faşist ordusu arasında 1943-cü ildə baş vermiş ağır tarixi Kursk döyüşündə N.Statsyuk da iştirak etmiş və qəhrəmancasına vuruşmuşdur. Faşist ordusunun məğlub olaraq geriyə çəkilməsi dövründə tank bölməsi komandiri N.Statsyuk Visla və Oder çaylarını dəstənin başında hərəkət edən öz tankında keçərək qəhrəmancasına vuruşmuşdur. Son döyüşlərin birində o, öz tankı ilə düşmənin 8 tankını sıradan çıxartmışdır. 24 mart 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. "Lenin" ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir.
Panafrikan Statistika İnstitutu
Panafrikan Statistika İnstitutu — institut Afrikada rəsmi statistika hesablamalarını və təhlilini həyata keçirir.
Qaçqınların Statusuna dair BMT Konvensiyası
Qaçqınların Statusuna dair BMT Konvensiyası (ing. Convention Relating to the Status of Refugees) — 28 iyul 1951-ci ildə Cenevrədə BMT Baş Assambleyasının 14 dekabr 1950-ci il tarixli 429 (V) saylı qətnaməsinə uyğun olaraq çağırılmış səlahiyyətli nümayəndələrin konfransı ilə qəbul edilmiş konvensiya (beynəlxalq müqavilə). 22 aprel 1954-cü ildə qüvvəyə minmişdir. Konvensiya “qaçqın” anlayışını müəyyənləşdirir və qaçqın statusunun verilməsinin ümumi əsaslarını müəyyənləşdirir. Konvensiya qaçqınlara qarşı hər hansı bir ayrı-seçkiliyi qadağan edir. Qaçqınlar, hüquqlarının bir hissəsini qəbul etdikləri ölkənin vətəndaşları ilə bərabər, digərlərini isə əcnəbilərlə eyni şərtlərdə istifadə edirlər. Konvensiya, milli təhlükəsizlik maraqları naminə qaçqınların qovulmasına icazə verir, lakin təqib olunmaq qorxusu ilə qaçdıqları dövlətə qayıtmasını qadağan edir. 2015-ci ilin aprel ayından etibarən Konvensiyaya 193 BMT üzvündən 145 dövlət qatılır. Rusiya 1967-ci il Konvensiyasına və Protokoluna Rusiya Federasiyası Ali Sovetinin 13 noyabr 1992-ci il tarixli qərarı ilə qatıldı. Qaçqınlar problemi Avropada Osmanlı, Avstriya-Macarıstan və Rusiya imperiyalarının süqutu, ərazi dəyişikliyi, soyqırımı hadisələri və nəticədə kütləvi kütlə hərəkatları ilə müşayiət olunan Birinci Dünya Müharibəsi kontekstində kəskinləşdi.