Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Transformator
Transformator (lat. transformare — çevirmək) – dəyişən cərəyanın tezliyini və gücünü dəyişmədən cərəyanın və gərginliyin qiymətini başqa bir qiymətə çevirən statik elektromaqnit aparatdır. Transformatorun iş prinsipi elektromaqnit induksiyası hadisəsinə əsaslanır. Sadə transformator təbəqə transformator poladından yığılmış maqnitkeçiricidən və ümumi maqnit axını ilə əhatə edilmiş bir, yaxud bir neçə izolyasiyalı dolaqda ibarətdir. Çevrilən cərəyan birinci dolağa verilir, bu zaman nüvədə (içlikdə) meydana çıxan dəyişən maqnit axını ikinci dolaqda qarşılıqlı induksiya elektrik hərəkət qüvvəsi yaradır. Dolaqların gərginliklər nisbəti, onlardakı sarğılar sayının nisbətinə bərabərdir. Çevrilən elektrik cərəyanının növünə uyğun olaraq birfazalı və üçfazalı transformator var. Transformatorun əsas tipləri elektrik enerjisinin ötürülməsi və paylanması üçün tətbiq edilən güc transformatoru, xüsusi təyinatlı güc transformatoru (elektrik qaynağı, düzləndirici qurğular və s. üçün), ölçü transformatorları, yüksəkgərginlikli sınaq transformatorları və impuls transformatorlarıdır. Transformator-nun gücü V·A-in hissələrindən yüzlərlə MV·A-ә qədərdir.
Metropolitan Transportation Authority
Metropolitan Transportation Authority ABŞ-nin Nyu-York ştatında ictimai nəqliyyatdan məsul olan təsərrüfat hesabına fəaliyyət göstərən bir şirkətdir. Nyu-Yorkun 12 qraflığı ilə yanaşı Konnektikut Nəqliyyat Departamenti ilə müqavilə əsasında cənub-şərqi Konnektikutin 2 qraflığına da xidmət edir. Həftəiçi günlərdə ümumi sistem vasitəsi ilə ortalama 11 milyondan artıq sərnişin daşınır və yeddi pullu körpü və iki tunel 800.000-dən artıq nəqliyyat vasitəsinə xidmət göstərir. MTA ABŞ-də ən böyük ictimai nəqliyyat idarəsidir.