Ksavye de Planxol
Ksavye de Planxol (tam adı Ksavye de Planxol; 3 fevral 1926, Parisin 16-cı dairəsi[d], Paris, İl de Frans, Fransa – 17 may 2016[…], Parisin 16-cı dairəsi[d], Paris, İl de Frans, Fransa) — Fransız coğrafiyaşünası, elmlər doktoru, Paris-Sorbonna universitetində coğrafiya professoru və siyasi coğrafiya üzrə geniş tanınmış şəxs.
== Həyatı ==
Ksavye de Planxol 1926-cı ilin fevral ayının 3-də Fransada anadan olmuşdur. Elmlər doktoru Planxol milli şərq dilləri və sivilizasiyaları institutu Nensi və Parisin ali məktəblərində islam dünyasının coğrafiyasını 40 ildən artıq bir dövr ərzində tədris etməklə yanaşı, eləcə də Paris-Sorbonna universitetinin fəxri professoru idi. O İrana və İran mədəniyyətinə dərin maraq salmışdı. 2016-cı il may ayının 17-də vəfat etmişdir.
== Fəaliyyəti ==
1958-ci ildən etibarən Azərbaycanda və ilk dəfə İranın Alborz vilayətində monoqrafiya və onun monumental, yüksək qiymətli "Les Nations du Prophète" (1993) və "Minorités en Islam" (1997) adlı monoqrafiyaları və məqalələri nəşr edilməyə başlayanda o İrana və İran mədəniyyətinə öz dərin marağını salmışdır. O "Encyclopædia Iranica"nın əməkdaşlarından biri idi və "Abadan", "Sərhədlər", "Vəba", "Darya", "Zəlzələ", "Aclıq" və gələcəkdə nəşr ediləcək "Coğrafiya" kimi müxtəlif mövzular haqqında məqalələr yazmışdı. Jean-Robert Pitte-nin (1995) "Geographie Historique et Culturelle de l’Europe: Hommage au Professor Xavier de Planhol" adlanmış əsərində profesor Daniel Balland`un tərəfindən 1995-ci ilə qədər olan Planholun geniş mövzularla bağlı əsərləri haqqında bir bioqrafiya hazırlanmış və nəşr edilmişdir. Elmi fəaliyyətini daxil olan əsas mövzular: İnsan və ətraf mühit arasındakı münasibət, maldarlıq, tarixi və mədəni coğrafiya, şəhər coğrafiyası, siyasi coğrafiya. Xüsusilə də Türkiyə-İran dünyası onun başlıca fəaliyyət sahəsi idi.