Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Triod
Triod — giriş siqnalının elektrik dövrəsində cərəyanı idarə etməyə imkan verən elektron borudur. Onun üç elektrodu var: termoelektron katod (birbaşa və ya dolayı qızdırılan), anod və bir idarəetmə şəbəkəsi.
Trier
Trir (alm. Trier‎; lat. Augusta Treverorum) — "Şimali Roma", Reynland-Pfalts əyalətində yerləşən və Almaniyanın ən qədim şəhəri olan alman şəhəri. E.ə.15-ci ildə Roma imperatoru Oktavian Avqust tərəfindən əsası qoyulmuş şəhərin ilk adı "Avqusta Treverorum" olmuşdur. Şəhər Reynland-Pfaltsın qərbində, Lüksemburq ilə sərhədə yaxın ərazidə yerləşir. Qloster, Birləşmiş Krallıq; Pula, Xorvatiya; Fort-Uort, ABŞ; Askoli-Piçeno, İtaliya; Veymar, Almaniya; Mets, Fransa; Naqaoka, Yaponiya; Hertoqenbos, Niderland.
Tred (informatika)
Tred (ing. thread) və ya axın — kompüter proqramında çoxaxınlılıqdan istifadə edən tapşırıq və ya proses. İnformatikada işin icrasının tredi adətən əməliyyat sisteminin bir hissəsi olan zamanlayıcı tərəfindən müstəqil şəkildə idarə oluna bilən proqramlaşdırılmış təlimatların ən kiçik ardıcıllığıdır. Əksər hallarda tred prosesin bir hissəsi olur. Müəyyən bir prosesin çoxsaylı tredləri eyni vaxtda yerinə yetirilə bilər (çoxaxınlılıq vasitəsilə), yaddaş kimi resursları paylaşa bilər, ancaq müxtəlif proseslər isə resursları paylaşmır. Xüsusilə, prosesin tredləri istənilən vaxt onun icra oluna bilən kodunu və dinamik olaraq yer ayrılmış dəyişənlərin və tredin özündə olmayan qlobal dəyişənlərin dəyərlərini paylaşır. Tredlərin və proseslərin həyata keçirilməsi müxtəlif əməliyyat sistemləri arasında fərqlənir. Endrü Tanenbaum "Müasir Əməliyyat Sistemləri" kitabında prosesin təşkilinin bir çox fərqli modellərinin mümkün olduğunu göstərir.
Kentucky Fried Chicken
KFC (Kentucky Fried Chicken — ing. Kentuki Qovrulmuş Toyuq) — 1930-cu ildə ABŞ-də yaradılan fəstfud şəbəkəsi. "Kentucky Fried Chicken" və ya qısaca KFC kimi tanınan fəstfud restoranları ilk dəfə Kentukki ştatının Luisvil şəhərində açılmış, 1952-ci ildə isə Ohayo ştatının Cənubi Solt Leyk şəhərciyində françayzinq əsasında ilk restoranı yaradılmışdır. KFC firmasının menyu sirləri 1930-cu illərdə benzin doldurma məntəqəsini işlədən Harland Sandersin müştərilərinə satdığı toyuqlardan qaynaqlanır. O, 1936-cı ildə müharibə zamanı əsgərə getməməsinə baxmayaraq, uğurlarına görə əyalətindən medal belə alıb. Bu sahədəki uğurlarını davam etdirən Sanders bir restoran zənciri qurmağa başlayır. Amma şirkətin ən böyük uğurlarından biri 11 şəfalı ot və özəl sousları olur. Bu menyunun sirrini isə Koka-Kola firmasında olduğu kimi sadəcə 2 idarəedici bilir. KFC-nin baş ofisində sirr saxlanılır. Baş ofisdə üstdəki mühafizə şefinin açıqlamasına görə, sirrin qorunduğu məkanın 2 metr qalınlığında divarları var.
Lars Fon Trier
Lars Fon Trier (dan. Lars von Trier; əsl adı Lars Holbek Trier, dan. Lars Holbæk Trier; 30 aprel 1956) — Danimarka kino rejissoru. Lars Fon Trier 1956-cı il aprelin 30-u Danimarkanın paytaxtı Kopenhagendə doğulub. Danimarkanın Milli Kino Məktəbini bitirib. Kinoda ilk dəfə 1976-cı ildə debüt edib. İlk tammetrajlı filmi isə Cinayətin Elementi filmidir ki, 1984-cü ildə çəkilir və bu film Kann, Çikaqo film festivallarında mükafat qazanır. Cinayətin Elementi (Element of Crime) filmi Trierin E trilogiyasının ilk filmidir. Hər rejissorun işi deyil ki, ilk tammetrajlı filmi ilə Qızıl Palma budağına namizəd olsun. Cinayətin Elementi ilə Trier öz müəllimi Tarkovskini yamsılamışdı.
Sen-Moris-an-Triev
Sen-Moris-an-Triev (fr. Saint-Maurice-en-Trièves) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38424. Kommunanın 1999-cu il üçün əhalisi 162 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 671 ilə 1 975 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 130 km cənub-şərqdə, Qrenobldan 50 km cənubda yerləşir.
Ariel
Ariel (Uranın peyki)
Qrind
Qrind (lat. Globicephala) — Delfinlər sinfinə daxil olan heyvan cinsi. Cinsə iki növ daxildir: Adi qrind (Globicephala melas) və Qısaüzgəc qrind (Globicephala macrorhynchus). «Qrind» sözü Farer dilindən götürülmüşdür. Qrindlərin uzunluqları 3,6 - 8,5 metr arasında dəyişir. Çəkiləri 800 kq olsa da bəzən 3 tonu keçə bilir. Ağ ləkələr istisna demək olar ki, qara rəngdə olur. Hər iki növ bir birindən əsasən üzgəclərinə görə fərqlənirlər. Qısaüzgəc qrindlərdə hər çənədə 14-18 diş, Adi qrindlərdə isə hər çənədə 16-26 arası diş olur. Osa və Qısaüzgəc qrindlər nadir məməlilərdəndir ki (insanda daxil), dişiləri Menopauza dövrü keçirir və bu uzun on illiklər boyu təkrarlanır.
Teide
Teyde vulkanı (isp. Teide) — Tenerife adasında vulkan, İspaniya ərazisinin ən yüksək nöqtəsi. Hündürlüyü — 3718 metr, Atlantik okeanının dərinliyindən nisbi hündürlüyü — 7500 metr, okeanın ən hündür zirvəsi. Tenerife adası dünyada həcminə görə üçüncü vulkanik adadır.
Triada
Triada (çin. 三合会) — Çin mafiya qruplaşması. Triadalar, böyük hissəsi Çin, Malaziya, Honkonq, Tayvan və Sinqapurda yerləşən çoxsaylı quldur qurumlarından ibarətdir. Həmçinin Nyu-York, Los-Anceles, Sietl, Detroyt, Çikaqo, Buenos Ayres, Amsterdam, Vankuver və San Fransiskoda müəyyən qədər fəal olan mütəşəkkil dəstələr daha çox oğurluq, sifarişli qətl, narkotik alveri və piratçılıq fəaliyyəti ilə məşğul olurlar. Triadanın əsası 18-ci əsrdə qoyulub və o vaxt Tian Di Hui adı ilə tanınırdı. Son zamanlar saxta Çin valyutası hazırlamaqla məşğul olan Mafiya üzvlərinin sayı 50.000 nəfərə çatır. Triadanın yaşadığı ölkələr aşağıdakılardır: Çin Malaziya Sinqapur İtaliya Tayvan Kanada Yeni Zelandiya Avstraliya ABŞ Argentina Almaniya Böyük Britaniya (14K-Triade banda qrupu) Niderland Dominikan Respublikası Vyetnam Tailand Filippin Yaponiya Filippin Makao Rusiya Fransa İspaniya Myanma Laos İndoneziya Meksika Braziliya Vereinigte Wo (40 000 adam, 10 Klan) 14K-Triade (25 000 adam, 30 Klan) Sun Yee On (50 000 adam) Bou (1000 adam, 2 Klan) Shih-Hai-Triad (10 000 adam) Q&A for tourists on triads in Hong Kong SF Weekly Feature Article Profiling Member of Hop Sing Tong -- Raymond "Shrimp Boy" Chow (2007) An essay about Triads Arxivləşdirilib 2012-02-04 at the Wayback Machine Asian Gang Sweep 2 Chinatown biz bigs busted. Pete Bowles. Newsday. 12/10/1993.
Triba
Triba (lat. tribus, tribuo bölürəm, ayırıram) — Qədim Romada triba komisiyasında bir səsə malik əhalinin bölündüyü ərazi və seçki dairələrinin adı. Bu bölgü prinsipi e.ə.VI əsrdə Roma çarı Serviy Tulliy tərəfindən tətbiq edimişdir. Nəticədə Roma ərazisi 4 şəhər və 17 kənd tribasına bölünmüş olur. Sonradan bu say e.ə. 241 ci ildə 35 triba çatır. Ənənəyə görə Roma əhalisi 3 triba — latınlara, sabinlərə (piçenlərə) və etrusklara bölünürdü. İlkin olaraq hər bir triba 100 sonralar isə 300 ailə ya nəsil daxil idi.
Triest
Triest (it. Trieste; sloven. Trst) — İtaliyanın şimal şərqində Friuli-Venesiya-Culiya regionunda eyni adı daşıyan Triest vilayətinin mərkəzi olan bir bələdiyyə, şəhər və limandır. Sloveniya sərhədi yaxınlığında yerləşən Triest Adriatik dənizindəki Triest körfəzinin yaxınlığında yerləşir. Triest, 1867-1918-ci illər aralığında Avstriya-Macarıstan imperatorluğunun sərhədləri daxilində olmuşdur. Avstriya-Macarıstan imperatorluğunun süqutu və Birinci dünya müharibəsindən sonra Triestin İtaliyaya verilməsi, onun iqtisadi və mədəni əhəmiyyətinin azalmasına gətirib çıxardı. Bu gün Triest bir sərhəd şəhəridir. Xalqı qonşu regionların etnik qarışığıdır. Şəhər mərkəzində polyak və italyan dillərində danışılır. İtalyan və sloven dilləri yerli dillər kimi qəbul edilir.
Trizen
Trizen (alm. Triesen‎) – Lixtenşteyn knyazlığında bir əyalət 2010-cu ilin məlumatlarına görə əhalinin sayı- 4826 nəfər, sahəsi isə 26,477 km²-dir. Rəsmi kodu 7002, poçt indeksi 9495. Trizen şəhəri şimaldan paytaxt Vadus şəhəri ilə, şimal-şərqdən Trizenberq, cənubunda isə Qraubyunden kantonu ilə (İsveçrə), cənub-qərbdən Balçers və qərbdən Sankt-Qallen (İsveçrə) ilə sərhədlənir.
Wired
Wired («Ethernet ilə bağlıdır») — San-Fransisko (ABŞ) və Londonda (Birləşmiş Krallıq) nəşr olunan aylıq jurnal. Kompüter texnologiyalarının mədəniyyətə, iqtisadiyyata və siyasətə təsiri barədə yazır. İngilis dili versiyası istifadəyə verildikdən daha sonra 14 il müddətinə dayandırıldı. 2020-ci ildə buraxılmağa davam edir. Jurnalın ilkin maliyyə investorlarından biri Nicholas Nikolas Neqroponte olmuşdur. 1993-cü ildən 1998-ci ilə qədər həm də «Move bits, not atoms» sütununa rəhbərlik etmişdir. 1993-cü ilin yanvar ayından etibarən buraxılmışdır. 1998-2006-cı illərdə Wired jurnalının və Wired News veb saytının (wired.com) fərqli sahibləri var idi, lakin wired.com hazırda jurnalın – onlayn versiyasıdır. Bu beynəlxalq bir nəşrdir, aşağıdakı regional versiyalar verilir: Wired UK, Wired Italia, Wired Japan və Wired Germany (2011-ci ilin sentyabr ayından). Öz növbəsində Advance Publications media konqlomeratına daxil olan Condé Nast nəşriyyat evinə aiddir.
İrind
İrind - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə yerləşir. Toponim türk dilində «dağın gün düşən tərəfi» mənasında işlənən ir sözü ilə «daxma, koma», «mağara», «kaha» mənasında işlənən in sözünün birləşməsindən əmələ gəlib «dağın gün düşən tərəfi olan mağara, kaha, koma yanındakı kənd» mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kənddə 1831-ci ildə 29 nəfər, 1873 - cü ildə 179 nəfər, 1886-cı ildə 322 nəfər, 1897-ci ildə 352 nəfər, 1908-ci ildə 239 nəfər, 1914 - cü ildə 253 nəfər, 1916-cı ildə 231 nəfər, 1918-ci ilin yanvarında 239 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır. İrind GEOnet Names Server-də. Report of the results of the 2001 Armenian Census Kiesling, Rediscoving Armenia, p.
Trias
Trias :
Friend of a Friend
Friend of a Friend (azərb. Dostun dostu‎) — Çexiyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Lake Malawi "Friend of a Friend" mahnısı ilə Çexiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı Yan Steinsdörfer, Matsiey Mikolay Trıbulets və Lake Malawi qrupunun vokalisti Albert Çerni tərəfindən bəstələnmişdir.
Bessatsu Friend
Bessatsu Friend (別冊フレンド, Bessatsu Furendo) — Yaponiyanın Kodansha nəşriyyatı tərəfindən nəşr olunan aylıq şoco manqası jurnalı. Jurnal yeniyetmə qızlar üçün nəzərdə tutulmuşdur. İlk əvvəl "Shojo Friend" jurnalı ilə birlikdə şərikli nəşr olunması planlaşdırılsa da, bu, baş tutmamışdır. "Bessatsu Friend" jurnalı daha çox qısaldılmış adı olan "Betsufure" (別フレ) adı ilə tanınır və hər ayın 8-i çap olunur. 2005-ci ilin oktyabrında jurnalda nəşr olunan "Flower of Eden" manqa seriyası müəllifi Yuki Suetsuqunun Takehiko İnouenin "Slam Dunk" və "Real" manqalarından bəhrələndiyi məlum olduqdan sonra Kodansha və Tokyopop tərəfindən jurnaldan çıxarılmışdır. Jurnalda daha çox romantika janrına üstünlük verilir, lakin Keyko Suenobu kimi bəzi manqakalar bu janra üstünlük verməmişdirlər. Jurnalda fəaliyyət göstərmiş tanınmış manqakalar Miva Ueda, Satomi İkezava, Ayu Vatanabe, Fuyumi Soryo, Nanba Atsuko və Keyko Suenobudur.
Briud (rayon)
Briud (fr. Bonneville) — Fransanın Overn regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Yuxarı Luara. Suprefektura — Briud. Rayonun əhalisi 2006-cı ildə 46 149 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 30 nəf / km² . Rayon ərazisi — 1529 km².
Bulbophyllum ariel
Bulbophyllum ovalifolium (lat. Bulbophyllum ovalifolium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Çindən Malayziyanın mərkəzi hissələrinə qədər yayılmışdır. Bulbophyllum amblyoglossum Schltr. Bulbophyllum ariel Ridl. Bulbophyllum diploncos Schltr. Bulbophyllum hirsutum (Blume) Lindl. Bulbophyllum ovatilabellum Seidenf. Bulbophyllum parvulum Lindl. Bulbophyllum pusillum (Blume) Rchb.f.
Creed(film)
Creed Amerikan idman,dram filmidir. Aron Kovinqton və Rian Kooqler birlikdə yazdığı,həmçinin co-stars tərəfindən hazırlanan Rocky Balboa filminin yeddinci seriyasıdır.Filimdə Maykl B. Cordan ,Tessa Tomson, Filisiya Raşad ,Tonny Bellev,Silvestr Stallone kimi aktyorlar rol alıb.Filmin çəkilişlərinə İngiltərənin ,Liverpul şəhərində başlandı ardınca,Rockynin vətəni olan Filadelfiyana da davam etdi.Filmin premyerası Rocky filminin premyerasının 40 ci il dönümündə 25 noyabr 2015-ci tarixinə təyin olundu. Adonis Consn Creed , Apollo Creedin nigahdan kənar dünyaya gələn oğludur.Anası ona hamiləykən atsının və bir neçə il sonra ansının dünyasını dəyişməs səəbbində 13 il uşaqlar evində yaşayır.Bundan sonra 1998-ci ildə Apollo Creedin həyat yoldaşı-Meri Anna Onun ziyarətinə gəlir və onu öz hmiayəsinə götürür.17 il peşəkar boksçu olmağa xəyalı quran Creed işlədiyi firmada vəzifəsinin yüksəlməsinə baxmayaraq istefa edir.Bundan sonra atasının dostu və rəqibi Rocky Balbao ilə görüşmək və onu məşq etdirməsi ümidi ilə Filadelfiyaya gedir.Balbao yaşının artıq olduğu üçün onu məşq etdirməkdən əvvəl imtina etsədə sonradan bu fikrindən daşınır və onun məşqçisi olur. Maykl B. Cordan .... Adonis Johnson Creed Silvestr Stallone .... Rocky Balboa Tessa Tomson .... Bianca Toni Bellev .... "Pretty" Ricky Conlan Qraham McTaviş .... Tommy Holiday Filisiya Raşad .... Mary Anne Creed Vood Harris ....
Fan Thiet
Fanthyet (vyet. Phan Thiết, ) — Vyetnamın cənub-şərqində, Binthuan vilayətində şəhər və onun mərkəzi. Fanthyet Cənubi Çin dənizinin sahilində, Hoşimindən təxminən 200 km məsafədə yerləşir. Vyetnamın qalan hissəsi yol və (daha az dərəcədə) dəniz yolu ilə bağlıdır. Hoşimindən şəhərinə dəmir yolu var, şəhərdə hava limanı yoxdur.
Farrell Trisi
Farrell Trisi (29 aprel 1995) — Böyük Britaniyalı şort-trekçi. Farrell Trisi Böyük Britaniyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Farrell Trisi birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 1500 m məsafəyə şort-trek yarışlarında iştirak etdi. Trisi yarışdan diskvalifikasiya olundu və yarımfinala vəsiqə qazana bilmədi.
Le-Trüel
Le-Trüel (fr. Le Truel, oks. Lo Truèlh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Rom-de-Tarn kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12284. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 37 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 345 nəfər təşkil edirdi. 2007-ci ildə 185 yaşda olan (15–64 yaş arasında) 121 nəfər iqtisadi fəal, 64 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 65,4%, 1999-cu ildə 64,0%).
Moon Pride
Moon Pride (və ya MOON PRIDE) — 30 iyul 2014-cü ildə yayımlanan, Yaponiyanın Momoiro Clover Z qız musiqi qrupunun 12-ci sinqlı. Sinqlda 2014-cü ildən göstərilməyə başlanılan "Sailor Moon Crystal" cizgi serialının mövzu musiqiləri yer almışdır. ("Moon Pride" açılış mahnısı, "Gekko" bağlanış mahnısıdır.) "Moon Pride" Sound Horizon orkestrından Revo tərəfindən yazılmış, bəstələnmiş və hazırlanmışdır. Qitara soloları ABŞ rok musiqiçisi Marti Fridman tərəfindən ifa edilmişdir. Sinqlın yayınlanmış 2 versiyası mövcuddur: "Sailor Moon Edition" və "Momoclo Edition". "Sailor Moon Edition"-nun Blu-ray diski və musiqili videosu mövcuddur. "Momoclo Edition"-nun sadəcə CD formatı mövcuddur, bununla əlavə "Seylor Mun R: Film" filmindən "Moon Revenge" mahnısı əlavə olunmuşdur. Musiqili video Yasuşi Uemura tərəfindən hazırlanmış, "Sailor Moon Crystal" cizgi serialının direktoru Munehisa Sakai tərəfindən nəzarət edilmiş və Toei Animation tərəfindən canlandırılmışdır. Musiqili videoda "Sailor Moon Crystal" cizgi serialından səhnələr var. Videoda 3 Seylor döyüşçüsünün çevrilməsinə yer verilmişdi: Seylor Mars, Seylor Venera və Seylor Yupiter.
My Friend
My Friend (azərb. Mənim dostum‎) — Xorvatiyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Jak Hudek "My Friend" mahnısı ilə Xorvatiyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnının musiqisi Jak Hudek, Toni Robert Malm və Sinişa Relyiçə, sözləri isə Jak Hudek, Aryana Kunştek, Fabritsio Lauçella və İnes Praxoya aiddir.
Qrid
Qrid — küllü miqdarda reqional və milli şəbəkələrin birləşdirilməsini nəzərdə tutan və beləliklə geniş istifadəçi dairəsi üçün açıq olan universal hesablama mənbəyidir. Qrid — (ing.grid computing, ru. грид-вычисления) – ("grid" – tor, şəbəkə) — hesablama baxımından çətin problemlərin həlli üçün onların bir hissəsinin İnternetə bağlanmış və geniş ərazidə paylanmış kompüterlər yığının istifadə olunmayan resursları arasında bölüşdürülməsi prosesi. Qrid (Grid) – paylanmış, dinamik virtual təşkilatlarda müxtəlif resursların ortaq və əlaqələndirilmiş istifadəsini dəstəkləyən texnologiya və infrastrukturdur. Bu termin 90-cı illərdə kompüterdən istifadəni elektrik şəbəkəsi (power grid) asan etmək ideyasından yaranmışdır. Hal-hazırda bir çox Qrid layihəsi var. Bunlara misal olaraq, DataGrid, TeraGrid, NorduGrid və s göstərmək olar. Azərbaycanda ilə 2009-cu ildən Fizika İnstitutunun "Yüksək Enerjilər Laboratoriyası"ı tərəfindən "azgrid" adı altında yaradılmağa başlanmışdır. Qrid-hesablamalar Qrid texnologiyaları İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Ərəd
Ərəd-İranın Fars ostanının Gəraş şəhristanının Ərəd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,264 nəfər və 1,181 ailədən ibarət idi.