Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Trojany
Troyanı (pol. Trojany) — Polşada kənd, Mazowieckie yerləşir. Kənddə 490 sakinləri yaşamaq (2014).
Mentha trojana
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Quercus trojana
Quercus trojana (lat. Quercus trojana) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Romen Qrojan
Romen Qrojan (fr. Romain Grosjean, d. 17 aprel 1986, Cenevrə) — Fransa lisenziyasında yarışan İsveçrə və Fransa yarışçısı, GP2 seriyasının çempionu (2011). 2009-cu ildən 2012-ci ilə kimi Formula 1 pilotu; 2016-ci ildən bəri Haasda çıxış edir. Lotus komandası üçün 10 podium qazanmışdır. Evlidir. O və onun həyat yoldaşı Marionun Saşa (2013), Simon (2015) adlı oğulları və Kamilla adlı qızları (2017) var. 2000-ci ildə ilk dəfə avtoidmanında bir çox kartinq müsabiqəsində iştirak edərək özünü sınadı. Qrojan çox tez müxtəlif müsabiqələrdə peloton liderləri ilə bərabər mübarizə apardı. 2001-ci ildə İCA sinfində Fransa çempionluğunu qazanmış, iki il sonra İsveçrə və İtaliyada Formula Reno seriyasındakı 1.6 litrlik sinif yarışlarında iştirak edən formula tipli yarışda debüt etdi.
Troyan Basesku
Trayan Besesku (4 noyabr 1951) — Rumıniyalı ictimai-siyasi xadim, Rumıniya prezidenti.
Troyan proqramı
Troyan proqramı — hazırda dünyada ən geniş yayılmış kompüter virusu proqramı. Bu virusun ən özəl xüsusiyyəti, kompüter sistemini tədricən, amma mükəmməl şəkildə məhv etməsidir. Troyan proqramlarının adı "Troya atı" ifadəsindən yaranmışdır. Bu atın içərisində gizlənən əsgərlər rəqiblərinin arxasına keçmiş və Troya müharibəsinin taleyini həll etmişlər. Bu viruslar iki hissədən ibarətdir. Birinci hissə kompüterə yuklənir və ilkin komandanı alan kimi (məsələn şəklin açılması, hər hansı faylın açılması) ikinci hissə ilə əlaqəni gözləyir. Bəs edir ki, başqa kompüterdə olan ikinci hissə yoluxmuş komputerin IP (şəbəkəyə qoşulmuş hər bir kompüterin unikal identifikasiya ünvanı) ünvanını təyin etsin. Ünvan məlumdursa artıq yoluxmuş kompüter kiminsə nəzarətinə keçir – disk qurğuları özbaşına açılır, bağlanır, pəncərələr özbaşına işləyir, "yenilənmə" düyməsi kömək eləmir və sair.
Propan
Propan, C3H8 — Alkanlar sinfindən üzvi maddə. Təbii qazın tərkibində mövcuddur və neft məhsullarının parçalanması zamanı əmələ gəlir. Zəhərlidir. Propan rəngsiz, iysiz qazdır. Suda çox az miqdarda həll olur. Qaynama temperaturu −42,1 °S. Buxar konsetntratları 2,1%-dən 9,5%-ə qədər olan hava ilə qatışığı partlayış təhlükəsi yaradır. 0,1 MPa təzyiqdə (760 mm c.süt.) öz-özünə yanma temperaturu 466°S-dir. Alkan sırasının digər nümayəndələri ilə eyni kimyəvi xassələrə malikdir (dehidridləşmə və s.).
Teoman
Teoman xan (çin. - 頭曼 ; e. ə. III əsr) — Hunların bilinən ilk hökmdarı. Mete xaqanın atasıdır. E.ə. III əsr ərəfələrində yaşayan Teoman ilk böyük Hun hökmdarıdır. Fərqli Türk boyları arasında birliyi təmin edərək, mərkəzi bir idarə qurmuş və beləcə e.ə. 220-ci ildə ilk Hun xaqanı olaraq iş başına keçmişdir. Türk boyları o zamana qədər ən yaxınlıqdakı Çin İmperatorluğuna bir çox axın reallaşdırmışdı, hər nə qədər bu axınlar Çinlilər üçün təhdid kimi görünsə də, Türk boyları heç bir zaman birlikdə hərəkət etmədikləri üçün böyük bir Hun axını olmamışdı.
Trayan
Mark Ulpi Trayan (18 sentyabr 53[…] – avqust 117, Selinus, Roma imperiyası[…]) — Roma imperatoru, Antoninlər sülaləsindən, romalı olmayan ilk Roma imperatorudur. Təcavüzkar xarici siyasət yeritmişdir. Dakların torpağını (Dakiya əyaləti adı ilə), Nabatiyyə padşahlığını (Ərəbistan vilayəti adı ilə) Romaya birləşdirdi. Trayan Parfiya padşahlığının paytaxtı Ktesifonu (Mədəini) ələ keçirmiş, Ermənisitan və Mesopotamiyanı bütünlüklə işğal etmişdi. Trayan dövründə Romada böyük tikinti işləri görülmüşdü. Trayan İspaniyada, romalı ailəsində anadan olmuş, atası ilə Romanın İudeya və Parfiya hərbi kompaniyalarında sıravi bir legioner kimi iştirak etmişdi. İmperator Narva bu gənc konsulu oğulluğa götürmüş, Reyndə döyüşlərin komandiri kimi göstərdiyi rəşadətə görə ona «Germanski» titulunu vermişdi. 98-ci ildə Narvanın ölümündən sonra Trayan imperator seçilib, ilk növbədə quruculuq işlərinə başlamış məhkəmə sistemini qaydaya salıb təkmilləşdirmiş, yeni küçələr və kanallar çəkdirməklə kommunikasiya sistemini bərpa etmiş, Romanı yeni əzəmətli tikintilərlə bəzəmişdi. Bunlar onun texniki işləri idi. Lakin Trayan tarixə daha çox ölkədə siyasi-mənəvi mühitin təmizləməsi ilə daxil olmuşdu.
Trogon
Troqon (lat. Trogon) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin troqonkimilər dəstəsinin troqonlar fəsiləsinə aid heyvan cinsi.
Troqon
Troqon (lat. Trogon) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin troqonkimilər dəstəsinin troqonlar fəsiləsinə aid heyvan cinsi.
Troyanı
Troyanı (pol. Trojany) — Polşada kənd, Mazowieckie yerləşir. Kənddə 490 sakinləri yaşamaq (2014).
Xroman
Xroman (benzodihidropuran) — heterotsiklik quruluşa malik üzvi birləşmədir və kimyəvi formulu: С 9 Н 10 О Daha mürəkkəb quruluşa malik törəmələri vardır: tokoferol, tokotrienol. Dianin birləşməsi, eləcə də dərman preparatları- troqlitazon, ormeloxifene və nebivolol. Bu maddələr çox vaxt elə xromanlar adlanır. Xromane, 2 və 3 mövqelərində orto əridilmiş bir benzol halqa olan bir piran halqadan ibarət olan bir benzopirandır Fenolun və asetonun kondesləşməsindən alınır . Mezitil fenolun oksidləşməsindən Dianin birləşməsi alınır. Dianin bu reaksiyanı turş mühitdə aparmışdır 2,2,4-trimetil-4–4(oksifenil)xroman adlandırmışdır Qaynama temperaturu: 215 °C Molekul kütləsi: 268,3 q\mol Alışma temperaturu: 156,4 oC Sərbəst oksi qrupun iştirakı ilə β-(o-oksifenil) etilalkil (XXXV və XLII) və ya arilketon təsiri il γ-xromen (XLIII) əmələ gəlir ki, buda katalizator iştirakı ilə xromana bərpa olunur(VI). Natrium amalqaması və spirt qüvvətli reduksiyaedicidir və ketonların xromanlara reduksiya edilməsində istifadə edilir(XLVII-XLVIII) Tibbdə və yüngül sənayedə istifadə edilir. Кан Р., Дермер О. Введение в химическую номенклатуру = Introduction to Chemical Nomenclature / Пер. с англ. Н. Н. Щербиновской, под ред.
Arjan
Arjan – Rusiya Federasiyasında (Tuva) Uyuk çayı vadisində iki skif kurqanı. === Arjan-1 === Arjan-1 1971–74-cü illərdə M.P.Qryaznov və M.X.Mannayool tərəfindən aşkar olunmuşdur. E.ə. IX-VII əsrlərə aid edilir. Daş qalağının (ilkin diametri 110 m, hündürlüyü 3,5–4 m) altında taxtadan düzəldilmiş, tavanı tirlərlə örtülmüş dairəvi formalı dəfn kompleksi yerləşir. Kompleks ümumi mərkəzli iki kvadrat kameradan və radial istiqamətlərdə yerləşən düzbucaq və trapesiya şəklində olan çoxsaylı bölmələrdən ibarətdir. Kurqanda 17 insan və 160-dan çox at, o cümlədən mərkəzi çatı kameranın kötük-tabutlarında “çar” və “çariça”, xarici mərkəzi kamerada 8 insan və 6 minik atı, 12 radial kamera və kameralararası yerlərdə isə qalanları dəfn olunmuşlar. Perimetr üzrə tirlərdən maili divar çəkilmişdir. 15–30 m məsafədə kurqan dairəvi daş cərgələrlə (diamet ri 2–3 m) qismən əhatə olunmuşdur. Daşların altında heyvan (əsasən, at) sümükləri aşkar edilmişdir.
Roman
Roman — yazılı ədəbiyyatın və epik növün ən irihəcmli janrı. XII-XIII əsrlərdə ispan, italyan, fransız dillərində yazılmış hər bir nəsr əsərinə roman deyilirdi. "Roman" sözü fransız, ispan, italyan və s. dillərinin daxil olduğu roman dil qrupunun adı ilə bağlıdır. Bu dillərdə təhkiyə üsulu ilə qələmə alınan hər hansı bədii əsər XII-XIII əsrlərdə roman adlandırılsa da, sonralar roman xüsusi janr kimi formalaşmışdır. Roman epik növün həcm etibarilə ən böyük janrdır. Romanda təsvir edilən hadisələr və surətlər povestlə müqayisədə xeyli çoxdur. Hekayə və povestdə yazıçı, adətən, qəhrəmanın həyatının müəyyən bir mərhələsini təsvir etdiyi halda, romanda yazıçı qəhrəmanı dinamik inkişafda göstərmək, bəzən onun bütün ömür yoluna nəzər salmaq imkanı qazanır. Silsilə təşkil edən iki hissəli roman dilogiya, silsilə təşkil edən üç hissəli roman trilogiya adlanır. Mehdi Hüseynin "Abşeron" və "Qara daşlar" romanları birlikdə dilogiya təşkil edir.
Royan
Royan (fars. رويان‎) — İranın Mazandaran ostanının Nur şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,339 nəfər və 1,708 ailədən ibarət idi.
Todan
Todan — Azərbaycan Respublikasının Goranboy rayonunun Todan kənd inzibati ərazi dairəsində kənd. Kəndin keçmiş adı Pir Davidan olmuşdur. Yaşayış məntəqəsi oradakı Pirin adı ilə adlandırılmışdır. Oykonim ehtimal ki, Pir Cavidan (xürəmilərin ilk başçısı) adının yerli əhali tərəfindən təhrif edilmiş formasıdır. Bəzi tədqiqatçılar isə oykonimi türk dillərində todan (sıldırım qaya, dik yamac) coğrafi termini ilə əlaqələndirirlər. Kənd dağətəyi ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 970 nəfər əhali yaşayır.
Toran
Alatoranlıq, alaqaranlıq və ya toran — şəfəq vaxtı ilə günəşin doğuşu və günəşin qürubu ilə qaranlıq vaxt arasındadır. Üst atmosferdə səpələnmiş gün işığı aşağı atmosferi işıqlandırır və bu vəziyyətdə yer nə tamamilə işıqlıdır, nə də tamamilə qaranlıqdır. Günəş üfüqdə olduğundan, əslində görünə bilməz. Bu anda “mavi saat” (fransızca: l'heure bleue) adlanan mühit işığının qeyri-adi, romantik təbiəti fotoqraf və rəssamlar arasında populyardır. Alatoranlıq, texniki olaraq süni işıqlandırmaya ehtiyac olmadan xarici fəaliyyətlərin edilə biləcəyi günün səhər başlayıb, axşam başa çatan hissəsi olaraq təyin edilmişdir. Elmi baxımdan, alatoranlıq Günəşin (mərkəzinin) üfüqə görə mövcud olan bucağı ilə müəyyən edilir. Alatoranlıq üç alt kateqoriyaya malikdir: gündəlik mövqeyi (ən parlaq), dəniz mövqeyi və astronomik mövqeyi (ən qaranlıq).
Troya
Troya — Eradan 300 il əvvəl mövcud olmuş şəhər. Türkiyənin indiki Çanaqqala şəhəri yaxınlığında, Aralıq dənizi sahillərində möhkəm qala divarları ilə əhatə olunmuş Troya tarixin ən qədim şəhəridir. Onun haqqında məlumat ilk dəfə olaraq Homerin "İlliada" əsərində verilir. Lakin onun doğru olduğunu Almaniya səyyahları kəşf etmişlər. Ordakı informasiyalara əsasən Troya Yunanıstan xalqları, Aqamemnon başda olmaqla məhv edilib. Troyanın şahı Pryam, onun övladları Hektor və Paris də bu döyüşdə həlak olublar. Troya daim qızılla zəngin bir şəhər olub. O həm də Asiyada ən strateji mövqedə – Bosfor boğazının girişində idi. Onlar gəmilərdən vergi toplayaraq zənginləşmişdi. Həm də burada tacirlər üçün gözəl ticarət şəraiti var idi.
Harri Truman
Harri S. Trumen (ing. Harry S. Truman; 8 may 1884, Lamar, Missuri, ABŞ — 26 dekabr 1972, Kanzas-Siti, Missuri, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 33-cü prezidenti (1945–1953) və 34-cü vitse-prezidenti (20 yanvar-12 aprel 1945). İkinci adındakı "S" hərfi yalnız inisialdan ibarətdir və babaları — atasının atası Anderson Şip (Shipp) Trumen və anasının atası Solomon Yanqın adına hörmət əlaməti olaraq valideynləri tərəfindən verilmişdir. Birinci dünya müharibəsi dövründə artilleriya batareyasına rəhbərlik etmişdir. Həmin müharibədə döyüşlərdə iştirak etmiş yeganə ABŞ prezidentidir (Prezident Duayt Eyzenhauer isə həmin müharibədə yalnız təlimlərə qatılmışdır). == Siyasi həyatı və prezidentliyi == 1934-cü ildə Missuri ştatından ABŞ Konqresinə senator seçilmişdir. 1944-cü il seçkilərində Franklin Ruzvelt özünün dördüncü prezidentlik müddətinə onu vitse-prezidentliyə namizəd kimi irəli sürmüşdür. Seçkilərdə qələbə qazanan cütlük 1945-ci il yanvarın 20-də səlahiyyətlərinin icrasına başlamışdır. 12 aprel 1945-ci ildə Franklin Ruzveltin vəfat etməsindən sonra Harri Trumen prezident vəzifəsini tutmuşdur. Trumenin hakimiyyət dövrü qlobal əhəmiyyətə malik çoxsaylı hadisələrlə zəngin olmuşdur.
Mikania troyana
Mikania troyana (lat. Mikania troyana) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Patrik Troton
Patrik Corc Troton (ing. Patrick George Troughton; 25 mart 1920, Mill Hill — 28 mart 1987, Kolumbas) — İngilis aktyor. Ən çox 1966 və 1969-cu illər arasında «Doktor Kim» serialında ikinci Doktorun rolunda oynayan aktyor kimi tanınır.
Əsgər Broyan
Əsgər Böyüki Broyan (erm. Ասկյար Բոյիկի Բրոյան) və ya Əsgəre Böyük (kürd. Eskerê Boyîk; 31 avqust 1941, Kondaxsaz, Abaran rayonu) — yezidi əsilli SSRİ şairi və yazıçısı. Broyan Ermənistan SSR-in Kondaxsaz kəndində, yezidi ailəsində anadan olmuşdur. O, öz kəndində, daha sonra Elegəz kəndində məktəbə getmişdir. İrəvanda iqtisadiyyat üzrə təhsilini davam etdirmiş və 1966-cı ildə o ixtisası bitirmişdir. Broyan erməni və rus dillərində çoxlu məqalələr yazmışdır. O, kürd ədəbiyyatı ilə bağlı araşdırmaları ilə gündəmə gəlmişdir. Broyan 1960-cı illərdə kürdcə şeir və məqalələr yazmağa başlamışdır. O, SSRİ kürdləri ilə bağlı bir çox araşdırmalar hazırlamış, kürdologiyanın inkişafı üçün fəaliyyət göstərmişdir.
Truman sindromu
Truman sindromu — insanın həyatının səhnələşdirilmiş realiti şou olduğuna və ya kameralarda izləndiyinə inandığı bir aldatma növüdür. Bu termin 2008-ci ildə 1998-ci ildə çəkilmiş "Trumanın şousu (film, 1998)" filmindən sonra müvafiq olaraq psixiatr və neyrofilosof Coel Qold və İan Qold qardaşları tərəfindən film lövhələrində istifadə edilmişdir. Böyük Britaniyada London Psixiatriya İnstitutundan olan psixiatrlar Paolo Fusar-Poli, Oliver Howes, Lucia Valmaggia və Philip McGuire British Journal of Psychiatry jurnalında "Truman Sindromu" adlandırdıqları şeyi belə təsvir etmişlər: Dünyanın başqa insanların bildiyi şəkildə dəyişdiyinə dair narahat edən inam, onun bir filmin mövzusu olduğunu və bir film setində ("uydurma dünya") yaşadığını göstərən kimi şərh etdi. Bu simptomlar qrupu … şizofreniyanın prodromal fazasında ola bilən şəxslərdə çox yayılmış şikayətdir. Müəlliflər təklif edirlər ki, "Truman izahatı" xəstələrin adi dünyanın hansısa əhəmiyyətli, lakin izaholunmaz şəkildə dəyişdiyini qavrayışlarında məna axtarışlarının nəticəsidir. Truman sindromu rəsmi olaraq tanınmayıb və Amerika Psixiatriya Assosiasiyasının Diaqnostika və Statistik Təlimatında qeyd olunmayıb.
Teoman (ad)
Teoman — ad. Teoman — Hunların bilinən ilk hökmdarı. Teoman (müğənni) — türk rok musiqiçisi.
Brötan
Bretan (fr. Bretagne, IPA: [bʁətaɲ]) — Fransanın şimal-qərbində bölgədir. == Tarixi == 1779-cu ildə Bretanda qarın yatalağı xəstəliyi səbəbindən 100 min adam ölmüşdü.