Zəki Vəlidi Toğan
Əhməd Zəki Vəlidi Toğan (Başqırdca: Әхмәтзәки Әхмәтшаһ улы Вәлиди, Äxmätzäki Äxmätşah ulı Wälidi}}, bəzən Validi, 10 (22) dekabr 1890 və ya 1890, Kuzyanovo[d], Ufa quberniyası – 26 iyul 1970 və ya 1970, İstanbul) — başqırd tarixçı, başqırd inqilabı və azadlıq hərəkatının öndəri. Əsl adı Əhməd Zəkidir. Rusiyada ikən Validov soyadınından, Türkiyəyə gəldikdən sonra isə Toğan soyadından istifadə etmişdir. "Toğan" sözü "doğan" sözünün qıpçaq türkçəsindəki qarşılığı, başqırd türkçəsindəki şəklidir.
10 dekabr 1890-cı ildə Başqırdıstanın İsterlitamak qəzasının Küzən kəndində anadan olmuşdur. Daha ilk mədrəsə təhsilini alarkən bir yandan özəl Rusça dərsləri alırdı. Müəllim olan anasından Farsça da öyrənmişdir. 1902-ci ildə orta təhsil üçün Ütekdə olan dayısı Həbib Neccarın mədrəsəsinə getdi. Buradakı təhsili sırasında Ərəb dili dərsləri alaraq dil bilgisini genişləndirdi.
1908-ci ildə kəndindən qaçaraq Kazana gəlib, burada özəl dərslər aldı.