Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Toplama
Toplama və ya Üstəgəlmə (rus. надвиг, ing. overthrust, overfault, thrust-fault) — süxurlarda yatımın pozulmasının bir forması. Tektonik hərəkətlər nəticəsində pozulma boyu bir süxur kütləsinin digər süxur kütləsinə nisbətən yerdəyişməsilə səciyyələnir. Yer dəyişmə müstəvinin meyillik bucağına görə dik və maili növlərə ayrılır.
Tumelaia
Canavargiləsi (lat. Daphne) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinə aid bitki cinsi. Thymelaea All.
Bulama
Bulama — "bulanmaq" sözündən olub, təzə doğan sağmal heyvanların 2-3 gündən sonrakı bir neçə gün ərzində sağılan südüdür. Bulama sözünə Azərbaycan Şifahi Xalq Ədəbiyyatında daha tez-tez rast gəlinir; Heyvanın bala verməsinin 2-3-cü günündən sonra təxminən 4-5 gün ərzində sağılan südündən alınır. Bulama ağuz südündən sonra olan süd məhsuludur. bulama ağuzdan duru, süddən bir qədər qatı olmaqla yanaşı açıq sarımtıl rəngdə olur. Bulamanı bişirərkən qab od üzərinə qoyulduğu andan bişənə qədər oxlovla bulanır (qarışdırılır). Belə edilməsə bulama çürüyər. Elə bu səbəbdən də bu süd məhsulu bulama adlanır və o kətəməz kimi bərkimir. Bulama bişirilərkən ona duz atılmır. Uşaqlar üçün hazırlandıqda azca (zövqə uyğun) şəkər tozu əlavə edilir. Bulamanı süni yolla da hazırlamaq olar.
Ulama
Suya tullanma
Suya tullanma, müəyyən bir yüksəklikdən atlayıb, havada estetik hərəkətlər etdikdən sonra suya dimdik girməyə dayanan idman növüdür. Ümumiyyətlə balıqlama edilən atlayış əsnasında ayrıca müxtəlif gimnastika və akrobatika hərəkətləri həyata keçirilir. Tramplen atlanma. Yarışmalarda tramplen atlanmaları, su üzündə 5 və 10 metr yüksəklikdəki sabit bir platformla 1 ya da 3 metr yüksəklikdəki elastik sıçrayış taxtasından edilir. Olimpiya oyunlarında ancaq 10 metrlik yüksəkliklə 3 metrlik sıçrayış taxtaları istifadə olunur. Yarışmalarda ən azından 3 hakim sıçrama,bədənin havadakı vəziyyəti,nəzərdə tutulan hərəkətin edilməsini,suya baş vurmanı nəzərə alaraq xal verirlər.Hər atlanma üçün verilən xallar toplanır çətinlik səviyyəsinə vurulur.11 atlanmadan sonra ən çox bal yığan idmançı birinci olur. Kişilərdə 5-i vacib,6-si sərbəst 11 atlayış,qadınlarda 5-i sərbəst və 5-i vacib olan 10 atlayış edilir. Qüllə atlanma. Tramplendən fərqli olaraq,üzərindən atlanan platform tərpənən deyil və sudan yüksəkliyi 10 metrdir. Yarışmalarda atlayışlar 5 qrupda həyata keçirilir;ayrıca ancaq sabit platformlarda əlüstü furuşla atlanmalar da edilir.
Hündürlükdən tullanma
Hündürlükdən tullanma (ing. bungee jumping) — böyük bir elastik ipə bağlı olan bir insanın çox hündür məsafədən tullanmasını əhatə edən bir attraksiondur. Başlatma meydançası adətən bina və ya kran kimi hündür strukturda, dərin dərə üzərindən körpüdə və ya qaya kimi təbii coğrafi obyektin üzərində qurulur. İsti hava şarı və ya vertolyot kimi yerin üzərində uçmaq qabiliyyətinə malik olan bir tipli təyyarədən tullanmaq da mümkündür. Həyəcan sərbəst düşmə və beynin buraxdığı adrenalin hormonlarından irəli gəlir. Şəxs tullananda ip uzanır və ip geri çəkildikcə tullanan adam yenidən yuxarıya doğru uçur və bütün kinetik enerji dağılana qədər yuxarı və aşağı salınmağa davam edir.
Mazama temama
Mazama temama (lat. Mazama temama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin mazama cinsinə aid heyvan növü.
Tumamə ibn Vəlid
Tumamə ibn əl-Vəlid ibn Qəqa əl-Əbsi (ərəb. ثمامة بن الوليد بن قعقاع العبسي‎‎) — Abbasi sərkərdəsi. İbn əl-Vəlid Banu Əbs ailəsindən idi. Bu ailə xəlifə Əbdülməlik ibn Mərvan (hak. 685–705) Tumamənin babası Qəqa ibn Xüleyd əl-Əbsinin əmisi qızı ilə evlənəndə Əməvilər sülaləsi ilə qohum olmuşdur. Onun atası əl-Vəlid Əməvi sərkərdəsi və Kinnəsrin valisi olmuşdur. Buna baxmayaraq, o, ibn əl-Vəlidin əmisi Əbdülməlik ilə birlikdə II Validin (hak. 743–744) hakimiyyətə çıxmasına qarşı çıxdıqlarından digər ailə üzvləri tərəfindən işgəncə edilərək öldürülmüşdür. İbn əl-Vəlid bu təmizləmə siyasətindən sağ çıxmış və Əməviləri devirən Abbasilər sülaləsinə xidmət etməyə başlamışdır. O, Bizansın idarəsində olan Anadoluya 777-ci və 778-ci ildə iki dəfə yürüş etmiş, ancaq Bizans sərkərdəsi Mixail Laxanodrakon tərəfindən məğlub edilmişdir.
Məhsul toplama mövsümü (Azərbaycan)
Məhsul toplama mövsümü (az-əbcəd. مهسول توپلاما مؤوسومو‎) – Azərbaycan xalq təqviminə görə payızda məhsulun toplandığı və Mihrican bayramının qeyd edildiyi dövr. Azərbaycan adətlərinə görə, payızda məhsul toplanandan sonra, bəzi yerlərdə isə payız armudu və almasının yanağına xal düşəndə şənlik keçirilərdi. Şənliyə hər yaşdan insan gəlir, rəngbərəng geyimlər geyilir, ətraf gül-çiçəklə bəzədilirdi. Bu dövrün bayramların biri Mihrican bayramıdır. Tarixən Azərbaycanda Mihrican bayramı əkinçi və maldarların məhsul bayramı olmuşdur. Son dövrlərə qədər bu bayram ilin əmək qələbəsi, ilin yekunu bayramı kimi qeyd edilmişdir. Azərbaycanlılarda məhsul toplama mövsümündə günəş çıxmazdan əvvəl, dan yeri ağarmadan toplanan ilk almanın insana əbədi həyat (ölümsüzlük) verəcəyinə inanılır. Digər bir adətə görə, payızda meyvələr yetişdikcə ilk bardan (nübardan) xonça yığılıb, qız evinə göndərilər. Bu meyvə sovqatı bağbaşı və ya novbarlıq adlanır.
Tumamə ibn əl-Vəlid
Tumamə ibn əl-Vəlid ibn Qəqa əl-Əbsi (ərəb. ثمامة بن الوليد بن قعقاع العبسي‎‎) — Abbasi sərkərdəsi. İbn əl-Vəlid Banu Əbs ailəsindən idi. Bu ailə xəlifə Əbdülməlik ibn Mərvan (hak. 685–705) Tumamənin babası Qəqa ibn Xüleyd əl-Əbsinin əmisi qızı ilə evlənəndə Əməvilər sülaləsi ilə qohum olmuşdur. Onun atası əl-Vəlid Əməvi sərkərdəsi və Kinnəsrin valisi olmuşdur. Buna baxmayaraq, o, ibn əl-Vəlidin əmisi Əbdülməlik ilə birlikdə II Validin (hak. 743–744) hakimiyyətə çıxmasına qarşı çıxdıqlarından digər ailə üzvləri tərəfindən işgəncə edilərək öldürülmüşdür. İbn əl-Vəlid bu təmizləmə siyasətindən sağ çıxmış və Əməviləri devirən Abbasilər sülaləsinə xidmət etməyə başlamışdır. O, Bizansın idarəsində olan Anadoluya 777-ci və 778-ci ildə iki dəfə yürüş etmiş, ancaq Bizans sərkərdəsi Mixail Laxanodrakon tərəfindən məğlub edilmişdir.
Yüngül atletika 2015 Avropa Oyunlarında — Kişilər (Üçtəkanla tullanma)
Yüngül atletika 2015 Avropa Oyunlarında — Kişilər (Üçtəkanla tullanma) — 22 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutdu. Yarışlarda 14 ölkənin 14 idmançısı qüvvəsini sınadı. Yarışlarda final 22 iyun tarixində keçirildi. Yarışlarda birinci pilləni 16.38 nəticə göstərən Azərbaycanın idmançısı, Nazim Babayev qazandı. İkinci pilləni 16.34 nəticə göstərən Moldovanın idmançısı Vladimir Letnikov qazandı. Üçüncü pilləni isə 15.87 nəticə göstərən İsrail idmançısı Tom Yakobov qazandı. Finalda 14 ölkənin 14 idmançısı mübarizə apardı. Yarışlar 22 iyun tarixində baş tutdu.
Yüngül atletika 2015 Avropa Oyunlarında — Qadınlar (Üçtəkanla tullanma)
Yüngül atletika 2015 Avropa Oyunlarında — Qadınlar (Üçtəkanla tullanma) — 22 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutdu. Yarışlarda 13 ölkənin 13 idmançısı qüvvəsini sınadı. Yarışlarda final 22 iyun tarixində keçirildi. Yarışlarda birinci pilləni 14.41 nəticə göstərən İsrailin idmançısı, Anna Minenko qazandı. İkinci pilləni 13.95 nəticə göstərən Slovakiyanın idmançısı Dana Veldakova qazandı. Üçüncü pilləni isə 13.27 nəticə göstərən Azərbaycan idmançısı Yekaterina Sarıyeva qazandı. Finalda 13 ölkənin 13 idmançısı mübarizə apardı. Yarışlar 22 iyun tarixində baş tutdu.
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Kişilər (fərdi, dayaqla tullanma)
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Kişilər (fərdi, dayaqla tullanma) — 15, 20 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda ölkələrin 76 idmançısı qüvvəsini sınadı. Yarışlarda təsnifat mərhələsi 15 iyun tarixində baş tutdu. Yarışların finalı isə 20 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 15.266 xal toplayan Ukrayna idmançısı Oleq Verniayev, gümüş medalı 15.116 xal toplayan Hollandiya idmançısı Kasimir Şmidt, bürünc medalı isə 14.996 xal toplayan Azərbaycan idmançısı Oleq Stepko qazandı. Təsnifat mərhələsində - ölkənin 76 idmançısı mübarizə apardı. Yarışlar 15 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançı finala vəsiqə qazandı. Finala yalnızca bir ölkənin bir idmançısı vəsiqə qazandı. Q — Finala vəsiqə qazandı Finalda 6 ölkənin 6 idmançısı mübarizə apardı.
Suya tullanma 2017 Su idman növləri üzrə Dünya Çempionatında – Kişilər 1 metr tramplin
Kişilər 1 metr tramplin — 2017 Su idman növləri üzrə Dünya Çempionatında 14 və 16 iyul 2017-ci il tarixləri aralığında keçirilən yarışdır. Təsnifat mərhələsinə 14 iyul 11:00-da start verilmişdir. Final mərhələsinə 16 iyul 15:30-da start verilmişdir. Yaşıl finalçılar deməkdir.