Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azeri Brothers
"Azeri brothers" (azərb. Azəri qardaşları‎) — Azərbaycanlı pəhləvanlar – Hüseyn və Laçın Abdulhüseynov qardaşlarından ibarət qrup. 9 qat rəsmi dünya rekordçularıdır. == Qardaşlar == Abdulhüseynov qardaşları Quba rayonunda anadan olublar. Onlar vaxtilə məşhur pəhləvan olmuş atalarının yolunu davam etdirirlər. Ataları Əli və əmiləri Qəmbər qədim pəhləvanlıq sənəti ilə mesqul olmuş, bir çox ölkələrdə Azərbaycanı təmsil etmişlər. Əli pəhləvan 1992-ci ildə Qubada "Pəhləvan Əli" İdman Klubunu yaratmışdır. Uşaq vaxtlarından idmanla məşğul olmağa başlayan Hüseyn və Laçın qardaşlarda həmin klubda məşqlər etmiş, bir neçə idman növü ilə məşğul olmuşlar. 2000-ci illərdə qol güləşi üzrə keçirilmiş respublika çempionatlarında dəfələrlə qalib olmuşlar. Abdulhüseynov qardaşları hazırda öz rayonlarında gələcəyin pəhləvanlarını yetişdirməklə məşğuldurlar.
Jonas Brothers
The Jonas Brothers - ABŞ rok musiqi qrupu. 2005-ci ildə yaradılan qrup Disney Channel televiziya şəbəkəsində göründükdən sonra populyarlıq qazanmağa başladı. Qrupun 3 üzvü: Kevin Conas, Co Conas və Nik Conas qardaşlarıdır. Vikoff, Nyu Cersidə yaradılan Jonas Brothers qrupu sonralar Little Falls, Nyu Cersiyə doğru irəlilədi, hansı ki onlar 2005-də burda Hollywood Recordsun köməkliyi ilə ilk mahnılarını yazdılar. 2008-ci ilin yayında isə onlar Disney Channel Original Movie Camp və bunun davamı olan Camp Rock 2: The Final Jam seriallarında oynadılar. Həmçinin Disney Channeldə öz şəxsi Jonas serialını yayımlayan qardaşlar burda Kevin, Co və Nik Lukas kimi Lukas qardaşları qrupunu canlandırdılar. Sonralar serial Jonas L.A. kimi adlandırılmağa başladı və 2-ci mövsümdən sonra dayandırıldı. İndiyə qədər qrup 5 studiya albomu buraxmışdır: It's about time (2006), Jonas Brothers (2007), A Little Bit Longer (2008), Lines, Vines and Trying Times (2009) və Happiness Begins (2019) Qrup 2008-ci ildə Qremmi mükafatının Yeni Artist kateqoriyası üzrə namizəd göstərildi və elə həmin il American Music Award tərəfindən İlin Yeni Artisti mükafatına layiq görüldü. Hələ 2009-cu ilin mayında Lines, Vines and Trying Times albomunu buraxmamışdan əvvəl onlar dünya üzrə 8 milyondan artıq albom satmışdılar. 2010 və 2011-ci illər qrup üçün durğunluq illəri oldu.
Warner Brothers
Warner Bros. Entertainment, Inc. və ya sadəcə Warner Bros. — ABŞ şirkəti, film və teleserialların istehsalı ilə məşğul böyük müəssələrdən biri. Hal-hazırda Time Warner şirkətinin filialıdır və ofisi Kaliforniya, What's Opera, Doc?, Birds Anonymous, ABŞ-də yerləşir.
The Jonas Brothers
The Jonas Brothers - ABŞ rok musiqi qrupu. 2005-ci ildə yaradılan qrup Disney Channel televiziya şəbəkəsində göründükdən sonra populyarlıq qazanmağa başladı. Qrupun 3 üzvü: Kevin Conas, Co Conas və Nik Conas qardaşlarıdır. Vikoff, Nyu Cersidə yaradılan Jonas Brothers qrupu sonralar Little Falls, Nyu Cersiyə doğru irəlilədi, hansı ki onlar 2005-də burda Hollywood Recordsun köməkliyi ilə ilk mahnılarını yazdılar. 2008-ci ilin yayında isə onlar Disney Channel Original Movie Camp və bunun davamı olan Camp Rock 2: The Final Jam seriallarında oynadılar. Həmçinin Disney Channeldə öz şəxsi Jonas serialını yayımlayan qardaşlar burda Kevin, Co və Nik Lukas kimi Lukas qardaşları qrupunu canlandırdılar. Sonralar serial Jonas L.A. kimi adlandırılmağa başladı və 2-ci mövsümdən sonra dayandırıldı. İndiyə qədər qrup 5 studiya albomu buraxmışdır: It's about time (2006), Jonas Brothers (2007), A Little Bit Longer (2008), Lines, Vines and Trying Times (2009) və Happiness Begins (2019) Qrup 2008-ci ildə Qremmi mükafatının Yeni Artist kateqoriyası üzrə namizəd göstərildi və elə həmin il American Music Award tərəfindən İlin Yeni Artisti mükafatına layiq görüldü. Hələ 2009-cu ilin mayında Lines, Vines and Trying Times albomunu buraxmamışdan əvvəl onlar dünya üzrə 8 milyondan artıq albom satmışdılar. 2010 və 2011-ci illər qrup üçün durğunluq illəri oldu.
The Statler Brothers
The Statler Brothers - Amerikan musiqi qrupudur. Kvartet 1955-ci ildə yerli səhnədə çıxış edərkən yaradılıb. 1964-72-ci illərdə onlar Conni Keş üçün əsas və ehtiyat ifaçılar kimi oxuyublar. Əvvəlcə yerli kilsələrdə "Cənubi müjdə" musiqisini ifa edən qrup özlərini "Dörd Ulduzlu Kvartet", daha sonra isə "Krallar" kimi təqdim edirdi. 1963-cü ildə "The Kingsmen" adlı qaraj rok qrupunun "Louie, Louie" mahnısı məşhurlaşdıqda qrup özlərini "[he Statler Brothers" adlandırmaq qərarını verdi. Adına baxmayaraq, qrupun yalnız iki üzvü (Don və Harold Reid) əsl qardaş idi və heç bir üzvdə Statler soyadı yox idi. Qrup əslində özlərini otel otağında gördükləri üz toxumasının markasına görə adlandırdılar (daha sonra özlərini asanlıqla "Kleenex Brothers" adlandırılaraq lağ edilə bilinəcəyindən xəbərdar idilər). Don Reid aparıcı ifaçı, Harold Reid - Donun böyük qardaşı, bass oxudu; Phil Balsley bariton çaldı və Lew DeWitt tenor oxudu. O həm də 1982-ci ildə Cimmi Fortune tərəfindən səhhətindəki problemə görə dəyişdirilməzdən əvvəl gitaraçı idi. Qrupun üslubu onların tarixi kökləri ilə sıx bağlı idi.
Duplass Brothers Productions
Duplass Brothers Productions — aktyor, rejissor və yazıçı olan Mark və Cey Düplass qardaşları tərəfindən təsis edilmiş ABŞ film şirkəti. Şirkət müstəqil filmləri və teleserialları istehsal edir. Onlar "The Puffy Chair", "Güvənliyə zəmanət verilmir", "Sevdiyim insan" və "Skelet əkizlər" kimi filmlər, həmçinin "Togetherness" və "Room 104" teleserialları çəkiblər. == Filmoqrafiya == === Filmlər === Connect 5 (1996) The Puffy Chair (2006) Baghead (2008) Cyrus (2010) Jeff, Who Lives at Home (2011) Güvənliyə zəmanət verilmir (2012) The Do-Deca-Pentathlon (2012) Bad Milo! (2013) Sevdiyim insan (2014) Skelet əkizlər (2014) Adult Beginners (2014) The Overnight (2015) Creep (2015) Mandarin (2015) 6 Years (2015) Manson Family Vacation (2015) The Bronze (2016) Blue Jay (2016) Rainbow Time (2016) Take Me (2017) Outside In (2017) Duck Butter (2018) Unlovable (2018) Paddleton (2019) Horse Girl (2020) Language Lessons (2021) 7 Days (2021) As of Yet (2021) Spin Me Round (2022) === Qısametrajlı filmlər === This Is John (2003) Scrapple (2004) The Intervention (2005) === Teleseriallar === Togetherness (2015–16 for HBO) Animals.
Tin
Tin — etrusk mifologiyasında baş tanrı. Baş tanrı Tin yalnız böyük tanrılar şurasına başçılıq edir, önəmli məsələlərin çözümü şura gənəşməsindən keçirdi. Etrusklar Xarun Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Ay Tsin
Ay Tsin (çin. ənən. 艾青, sadə. Aì Qīng), əsl adı Tsyan Çjenxan (çin. ənən. 蔣正涵, sadə. Jiǎng Zhènghán; 27 mart 1910[…], Çzinxua[d], Çjetszyan – 5 may 1996[…], Pekin) — Çin şairi. O, vətənpərvərlik mövzusunda "Günə doğru" (1938), "Şimal" (1939), "Sübh xəbərləri" (1943), "Bahar" (1956), "Qayıdış nəğməsi" (1980) şeir və şeirlər toplularının, "Poeziya haqqında" (1940) kitabının müəllifidir. Ay Tsin sərbəst şeir nəzəriyyəsinə mühüm töhfə vermişdir. == Həyat və yaradıcılığı == Ay Tsin 27 mart 1910-cu ildə Tsin imperiyası ərazisində, Çjetszyan əyalətinin Çzinxua mahalında anadan olmuşdur.
Thin Cjo
Thin Cjo — (birman dili: ထင်ကျော်) — siyasətçi, yazıçı və akademik. 1962-ci ildən bəri Myanma (əvvəlki adı ilə Birmaniya) tarixində seçilmiş ilk mülki şəxs. 30-mart 2016-cı ildən bəri Myanma İttifaqı Respublikasının prezidentidir.
Thin Lizzy
Thin Lizzy — 1969-cu ildə Dublində musiqiçi və bas gitarist Fil Laynott, zərb ifaçısı Brayan Dauni və gitarist Erik Bell tərəfindən yaradılmış İrlandiya rok qrupudur. Qrupun qaradərili frontmeni və bas gitaristi braziliyalı (başqa məlumatlarda Cənubi Afrikalı) olan Fil Laynott 1986-cı ildə ölənə qədər qrup 12 studiya albomu çıxarmışdır. Qrup irland xalq balladı «Whiskey in the Jar» mahnısının rok versiyasını hazırladıqdan son məşhurlaşdı və bu mahnı Britaniyanın top 10 siyahısına düşdü. Qrupun musiqi tərzi əsasən 70'ci illərin ikinci yarısından sonra hard-rok ilə solo gitaranın üstünlük təşkil etməsi ilə nəzəra çarpırdı. Qup ən böyük şöhrətini isə 1976-cı ildə yazmış olduqları və başqa bir çox qruplar tərəfindən də dəfələrlə səsləndirilən və hitə çevrilən «The Boys Are Back in Town» mahnısı ilə əldə etdi. Qrup 1984-cü ilədək olan fəaliyyəti dövründə dəfələrlə üzv dəyişikliyi yaşamış olmasına baxmayaraq qrupun qurucuları, bas gitarist Fil Laynott və zərb ifaçısı Brayan Dauni dəyişməz olaraq qalmışdı. Qrupun adı komiks qəhrəmanı - robotun adının azca dəyişilmiş formasından götürülmüşdür ki, o da öz növbəsində bunu məşhur Ford Model T - "Tin Lizzy" avtomobilinin jarqon adının şərəfinə almışdır. Qrup 1970-ci ildə «The Farmer» adlı ilk sinqlını «Parlophone» şirkəti vasitəsilə çıxardır. 1970-ci ilin sonunda isə Decca Records ilə müqavilə imzalayır və 1971-ci ilin yanvarında ilk debüt albomunu yazmaq üçün Londona yola düşür. Albom uğurlu satış əldə etməsinə baxmayaraq Britaniya siyahılarına düşə bilmədi.
Tsin sülaləsi
Tsin Mancur sülaləsi (çin 清朝, pinyin Qīng Cháo, pall. Tsin çao) — 1644–1911-ci illərdə Çində iqtidarda olmuş xanədan. Pekini 1644-cü ildə tutmalarına baxmayaraq mancurlar bütün Çinə nəzarət etməyə yalnız 1683-cü ildə nail oldular. Mancurlar da monqollar kimi əcnəbi idilər. Lakin monqollardan fərqli olaraq mancurlar imperiyaya nəzarəti ələ almamışdan öncə Çin mədəniyyətinin bir çox elementlərini götürmüşdülər. Mancurlar neokonfutsiçiliyi dəstəklədilər və Min siyasi sistemini modelləşdirdilər. Mancurların hakimiyyəti çinlilər üçün XIII əsrdə monqolların hakimiyyətindən daha məqbul idi. Buna görə də onların hakimiyyəti birinci halda olduğu kimi 89 il yox, 267 il davam etmişdir. Mancur dövründə çinlilərə inamsızlıqdan dövlət imtahanlarının keçirilməsində ayrı-seçkilik siyasəti həyata keçirilirdi. Mancurlar Tsyanlun ali hakimiyyəti mancurlarda saxlamqala Min dövrünün idarəetmə prinsiplərini qəbul etmişdi.
Tsin Şupey
Tsin Şupey (çin. 秦舒培; 10 avqust 1989, Kayfın[d]) və ya sadəcə Şu Pey – Çin supermodeli və aktrisası. DNA Models (Nyu-York), Oui Management (Paris) və VIE Models (Honkonq) agentlikləri ilə əməkdaşlıq edir. Boyu 178 santimetrdir. Tsin Şupey 10 avqust 1989-cı ildə Çinin Henan əyalətinin Kayfın şəhərində doğulmuşdur. Məktəb təhsilini ABŞ-nin Nyu-York şəhərində almışdır. Nyu-Yorkda təhsil alarkən model olmağa qərar vermişdir. Tsin 2007-ci ildə Next Management agentliyi ilə müqavilə imzalamışdır. 2007-ci ilin sentyabrında Nyu-York şəhərində baş tutmuş Rachel Roy şousunda model kimi debüt etmiş, Brian Reyes, Catherine Malandrino və Verrier brendləri üçün podiuma çıxmışdır. 2008-ci ilin avqustunda "British Elle", 2008-ci ilin avqustunda isə "Vogue China" jurnalının baş məqaləsində yer almışdır.
Tvin Piks
Tvin Piks (ing. Twin Peaks) — ilk dəfə 1990-cı ilin aprelin 8-də ABC kanalında çıxan Mark Frost və Devid Linç ABŞ serialı. Serialın ikinci mövsümü olub və o, 1991-ci ilin iyunun 10-dək yayımlamışdı. Tvin Piks dəfələrlə tarixdə ən yaxşı televiziya drammaların siyahılarda qeyd olunub.
Tzin imperiyası
Tsin Mancur sülaləsi (çin 清朝, pinyin Qīng Cháo, pall. Tsin çao) — 1644–1911-ci illərdə Çində iqtidarda olmuş xanədan. Pekini 1644-cü ildə tutmalarına baxmayaraq mancurlar bütün Çinə nəzarət etməyə yalnız 1683-cü ildə nail oldular. Mancurlar da monqollar kimi əcnəbi idilər. Lakin monqollardan fərqli olaraq mancurlar imperiyaya nəzarəti ələ almamışdan öncə Çin mədəniyyətinin bir çox elementlərini götürmüşdülər. Mancurlar neokonfutsiçiliyi dəstəklədilər və Min siyasi sistemini modelləşdirdilər. Mancurların hakimiyyəti çinlilər üçün XIII əsrdə monqolların hakimiyyətindən daha məqbul idi. Buna görə də onların hakimiyyəti birinci halda olduğu kimi 89 il yox, 267 il davam etmişdir. Mancur dövründə çinlilərə inamsızlıqdan dövlət imtahanlarının keçirilməsində ayrı-seçkilik siyasəti həyata keçirilirdi. Mancurlar Tsyanlun ali hakimiyyəti mancurlarda saxlamqala Min dövrünün idarəetmə prinsiplərini qəbul etmişdi.
Tzin sülaləsi

Brother Louie (Modern Talking)
Brother Louie (azərb. Qardaş Lui‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Huan Tin
Huan Tin (2 iyul 1977) — Çini təmsil edən bədii gimnast. == Karyerası == Huan Tin Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Tin (Hurand)
Tin (fars. تين‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 63 nəfər yaşayır (11 ailə).
Tin (Xudafərin)
Tin (fars. طين‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (8 ailə).
Çıonq Tin
Çıonq Tin (vyet. Trường Chinh) və ya əsl adı ilə Danq Suan Khu (vyet. Đặng Xuân Khu; 9 fevral 1907 – 30 sentyabr 1988, Hanoy) — Vyetnam inqilabçısı, dövlət, siyasi və partiya lideri, Vyetnam Kommunist Partiyasının baş katibi və ölkənin Dövlət Şurasının sədri. O, Vo Nquyen Zyap ilə birlikdə Vyetnam Fəhlə Partiyasının politbürosunun əsas hərbi strateqlərindən biri olmuşdur. "Qızıl ulduz" ordeni "Lenin" ordeni (22 yanvar 1982) "Oktyabr inqilabı" ordeni (02 iyun 1987) "Klement Qotvald" ordeni (20 fevral 1987) Kiyevin fəxri sakini Чыонг Тинь // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
Tin (dəqiqləşdirmə)
Tin — etrusk mifologiyasında baş tanrı.
Tin Srbiç
Tin Srbiç (xorv. Tin Srbić;11 sentyabr 1996, Zaqreb) – Xorvat bədii gimnastı. Üfüqi çubuqda hərəkətlər üzrə gimnastdır. 2017-ci ildə Montrealda keçirilən Bədii Gimnastika üzrə Dünya Çempionatında qızıl medal qazandı. Srbiç 2019-cu ildə Almaniyanın Ştutqart şəhərində keçirilən Dünya Bədii Gimnastika Çempionatında gümüş medal qazandı.
Tin Surəsi
Tin surəsi (ərəb. سورة التين‎ (oxunuşu: surətət-tin) - əncir surəsi) - Quranın 95-ci surəsi. Məkkədə nazil olmuşdur, 8 ayədir. Surə adını ilk ayədə işlənən və əncir mənasını verən tin sözündən götürmüşdür.
Sul tsin iare
Sul tsin iare (gürc. სულ წინ იარე, azərb. İrəli get‎) — Gürcüstanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Oto Nemsadze "Sul tsin iare" mahnısı ilə Gürcüstanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi və sözləri gürcü bəstəkarı Roman Qiorqadzeyə aiddir.
Lay Tsin-de
Lay Çinq-Te çin. {{{1}}}) — Tayvanlı siyasətçi və keçmiş həkim və hazırkı vitse-prezident. O, 2024-cü il prezident seçkilərində qalib gələrək Tayvanın prezidenti seçilib. Onun andiçmə mərasimi 2024-cü il mayın 20-də baş tutacaq. O, Tayvanın prezident olan üçüncü vitse-prezidenti və sələfinin ölümündən sonra deyil, seçki yolu ilə vəzifəyə gələn ilk şəxs olacaq. Taypey qraflığında kömür mədənçisi ailəsində anadan olan Lay Taypeydəki universitetlərdə reabilitasiya və ictimai sağlamlıq üzrə təhsil alıb, daha sonra 2003-cü ildə Harvard Universitetində magistr dərəcəsi alıb. Milli Həkimə Dəstək Assosiasiyasının prezidenti vəzifəsində çalışdıqdan sonra Lay 1996-cı ildə Qanunverici Yuan seçkilərində namizədliyini irəli sürüb və qazanaraq Tainan şəhərini təmsil edib. Ardıcıl 4 dəfə Qanunverici Yuana yenidən seçildikdən sonra Lay 2010-cu ildə Tainan merliyinə namizəd olub. O, qalib gəlib və 2014-cü ildə yenidən seçilərək 7 il mer vəzifəsini icra edib. O, 2020-ci ildən vitse-prezident vəzifəsini icra edir.
Brotera
Cardopatium (lat. Cardopatium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Brotera Willd. Broteroa Kuntze Chamalium Juss. == Növləri == Cardopatium amethystinum Spach Cardopatium corymbosum (L.) Pers.
Tın kilsəsi
Tın önündə Müqəddəs Məryəm ana kilsəsi və ya sadəcə Tın kilsəsi (çex. Kostel Panny Marie před Týnem — Týnský chrám, ) – Praqanın mərkəzində, Köhnə Şəhər meydanında yerləşən qotik üslubunda kilsə. Özünün təkrarolunmaz görünüşü və nəfis bədii tərtibatına görə, kilsə Praqanın Stare Mesto rayonunun əsas dominantlarından sayılır. Keçmiş zamanlarda Tın kilsənin yerində gömrük binası və xəstəxana ilə birgə kiçik roman üslubunda tikili yerləşirdi. Hazırda kilsə sayca üçüncüdür. Kilsənin tikintisi XIV əsrdə Lüksemburqlu Yanın son hakimiyyət dövründə başlamışdı və yalnız 1511-ci ilə inşa işləri sona çatdırılmışdı. Daha sonralar Yanın oğlu Karl dövlət başçısı oldu və artıq XV əsrin əvvəllərində Tın kilsəsi nəinki Köhnə Şəhərin dini mərkəzlərindən biri, həmçinin Praqanın əsas husit kostyollarından da sayılırdı. 1621-ci ildə kilsənin binası iyezuitlərin istifadəsinə verilir. Məhz bu zaman kilsənin fasadında quraşdırılmış və Reformasiyanın rəmzi sayılan heykəlin qızıl kasası ilə «Həqiqət qalib gəlir» yazısı yığışdırılmışdı. Kafedralın əsasında roman və erkən qotika fundamenti yerləşir.
Brother Louie '98 (Modern Talking)
Brother Louie '98 (azərb. Qardaş Lui‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
WIN/GIA
Dünya Miqyaslı Müstəqil Şəbəkə / Qallup Beynəlxalq Assosiasiası (ing.Worldwide Independent Network/Gallup International Association (WIN/GIA)). müstəqil bazar araşdırma və seçki firmalarının beynəlxalq əməkdaşlığıdır.Qrup 2010-cu il may ayında yaradıldı.Qallup Beynəlxalq Assosiasiası (ing. Gallup International Association (GIA)) 1947-ci ildə, Dünya Miqyaslı Müstəqil Şəbəkə isə 2007-ci il aprel ayında yaradıldı və əməkdaşlığa başladılar. 2017-ci ildən bəri WIN-in qərargahı İtaliyanın Milan şəhərindədir.GIA-nın qərargahı isə İsveçrənin Sürix şəhərindədir.
Orchis maculata var. broteri
Dactylorhiza urvilleana (lat. Dactylorhiza urvilleana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. Orchis saccata d'Urv. Orchis urvilleana Steud.