Tsin sülaləsi

Tsin Mancur sülaləsi (çin 清朝, pinyin Qīng Cháo, pall. Tsin çao, az.-əski. چین ماچینÇinimaçin) — 1644–1911-ci illərdə Çində iqtidarda olmuş xanədan.

Tarixi dövlət
Tzin sülaləsi
manc. {{{2}}}
çin. 大清
monq. ᠳᠠᠢᠢᠴᠢᠩ ᠤᠯᠤᠰ
Bayraq
Bayraq

Paytaxt Şuntian-Fu[d]
Dilləri Monqol dili, Mancur dili, klassik Çin dili
Rəsmi dilləri
Ərazisi
  • 14.700.000 km² (1790)
Əhalisi
  • 383.100.000 nəf. (1912)
İdarəetmə forması mütləq monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çin tarixi
Çin tarixi
Mədəniyyət • Din • Fəlsəfə • Mifologiyası
Dao  • Daosizm  • Leqizm  • Tao Te Çinq  • Konfutsiçilik  • Kon Fu Dzı  • Lao-tszı  • Moizm  • Mo-tszı  • İn və Yan  • Li  • 36 stratagem  • Citkundo  • Kunq-fu  • Tay çi çuan  • Uşu  • Vin Çun  • Dim Mak  • Şaolin
Üç hökmdar və beş imperator
Sya sülaləsi
Şan sülaləsi
Çjou sülaləsi
Şərqi Çjou Yaz-Payız
Döyüşən çarlıqlar

Xəta: Şəkil etibarsızdır və ya mövcud deyil.

Sin sülaləsi
Çu sülaləsi — qarışıq dövr
Han sülaləsi
Qərbi Han
Sin sülaləsi, Van Man
Şərqi Han
Üç çarlıq
Vey
Şu U
Qərbi Çzin
16 barbar Şərqi Çzin
Cənub və Şimal sülalələri
Suy sülaləsi
Tan sülaləsi
Çin Respublikası

Pekini 1644-cü ildə tutmalarına baxmayaraq mancurlar bütün Çinə nəzarət etməyə yalnız 1683-cü ildə nail oldular. Mancurlar da monqollar kimi əcnəbi idilər. Lakin monqollardan fərqli olaraq mancurlar imperiyaya nəzarəti ələ almamışdan öncə Çin mədəniyyətinin bir çox elementlərini götürmüşdülər. Mancurlar neokonfutsiçiliyi dəstəklədilər və Min siyasi sistemini modelləşdirdilər. Mancurların hakimiyyəti çinlilər üçün XIII əsrdə monqolların hakimiyyətindən daha məqbul idi. Buna görə də onların hakimiyyəti birinci halda olduğu kimi 89 il yox, 267 il davam etmişdir.

Mancur dövründə çinlilərə inamsızlıqdan dövlət imtahanlarının keçirilməsində ayrı-seçkilik siyasəti həyata keçirilirdi. Mancurlar Tsyanlun ali hakimiyyəti mancurlarda saxlamqala Min dövrünün idarəetmə prinsiplərini qəbul etmişdi. Tsyanlun Çini çinli qubernatorların rəhbərlik etdiyi 18 vilayətə bölmüşdü. Yerli adminstrasiya loyallıq göstərsə də, onlara mancurlar tərəfindən nəzarət olunmurdu. İmperatorlar Kansi və Tsyanlunun hakimiyyəti dövründə təhsildə bir sıra inkişaf nəzərə çarpırdı. Mancur hökmdarları buna müvafiq hər şeyin möhkəmləndirilməsinə və qorunmasına çalışırdılar. Buna görə də klassik ədəbiyyata üstünlük verilirdi, yenilik yaxşı qarşılanmırdı. İctimai məktəb sistemi varlı ailələrdən olan oğlanlar üçün məktəblərdən və milli və əyalət məktəblərindən ibarət idi. Mancurlar üçün xüsusi məktəblər mövcud idi, Çin kitabları Mancur dilinə tərcümə olunurdu.

XVIII əsrin sonlarında əhalinin sürətli artımı torpaq çatışmamazlığına gətirib çıxardı. Hərbi sistem korlandı və sarayda korrupsiya artdı. 1796-cı ildən 1804-cü ilədək buddist ideyalarına əsaslanan "Ağ lotos cəmiyyəti" üsyanı baş verdi. 1813–1814-cü illərdə Şimali Çində "Səmavi idrak cəmiyyəti" üzvləri qiyam qaldırdı.

Şəhərlər sənətkarlıq və ticarət mərkəzləri olmaqla yanaşı, həm də mancurların dayaq nöqtələri, inzibati mərkəzləri sayılırdı. Şəhərlərin əksəriyyətində ipək və çini qablar istehsal edilirdi.

Tsin sülaləsi və müsəlmanlar

[redaktə | mənbəni redaktə et]

Tzin sülaləsinin (1644–1911) hakimiyyətə gəlməsindən sonra müsəlmanların sakit yaşam tərzi başa çatdı. Bu illər ərzində onlar öz azadlıqları uğrunda ayağa qalxmalı oldular. Müsəlmanların 1862–1872-ci illərdə qalib gələn üsyanına rəhbərlik edən müsəlmanların xarezmatik lideri Du Vensiyu eyni zamanda özünü Şançşi və Qansu sultanlıqlarının hakimi elan etdi. 1867–1877-ci illərdə Sintzyanda Yaqub Bəy tərəfindən daha bir müstəqil hökumət yaranır. Bu çox uzun sürməyən hakimiyyətlər Çin rejiminin ardıcılları tərəfindən sərt olaraq çökdürülmüşdür. Repressiyalar elə sərt olmuşdur ki, nəticəsində hueylərin sayı kifayət qədər azalmışdır. Vaxtaşırı olaraq onlar tamamilə məhv həddinə çatdırılmışlar. Tzin sülaləsi hakimiyyətə gəlsələrdə müsəlmanlar islam dinindən əl çəkmirdilər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Qing dynasty // Encyclopædia Britannica (ing.).